Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə2/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   2   3   4   5   6   7   8   9   ...   35

 
3
 
 
 
 
 
 
 
G i r i ş 
 
 
Gürcüstanın ali məktəblərində abituriyentlərin qəbulu üçün 2005-ci ildən vahid milli 
imtahanlar keçirilir. Qəbul imtahanlarında fənn testləri ilə yanaşı, ümumi qabiliyyət testlərindən də 
istifadə olunur. 
Milli imtahan mərkəzi 2004-cü ildən yardımçı materiallar toplularını  nəşr edir. 
Abituriyentlər onların vasitəsi ilə ümumi qabiliyyət testinin mahiyyəti, strukturu və testləşdirmə 
üsulu ilə tanış olurlar. 
2015-ci ilin toplusunun 2014-ci ilin imtahan testinin birinci variantı verilmiş, müxtəlif 
illərdə istifadə olunmuş bəzi tapşırıqlardan istifadə olunması üsulu təfsilatı ilə təsvir olunmuşdur.  
Ümumi tövsiyələr testin hər bir hissəsinə (blokuna) əlavə olunur, testləşdirməyə hazırlıq 
prosesində abiturientlərə kömək edir, müstəqil iş üçün məxsus olan tapşırıqların yerinə yetirilməsi 
onlara öz qüvvələrini yoxlamaq imkanı verir. 
Milli imtahan mərkəzinin veb səhifəsində siz həmçinin ümumi qabiliyyət testinin test 
tapşırıqlarının prinsipləri haqqında  video materialı görə bilərsiniz. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
4
ÜMUMİ QABİLİYYƏT TESTİ 
 
TESTİN ÜMUMİ SƏCİYYƏSİ 
 
 
Ümumi qabiliyyət nə deməkdir 
Ümumi qabiliyyət  termini dedikdə, informasiyanın eyni bərabərdə  işlənib hazırlanması, 
məntiqi təfəkkür, hadisələr arasında mühüm istiqamətlərə nail olmaq qabiliyyəti nəzərdə tutulur. 
Həyati tələbatlara müvafıq münasibət bəslənməsinin və insanın ətraf mühitə uyğunlaşmasının əsası 
məhz budur. Hər hansı intellektual fəaliyyətin uğur qazanması bu qabiliyyətlərin inkişafından 
asılıdır. Ümumi qabiliyyət bu və ya digər konkret sahədə, məsələn, riyaziyyatda, musiqidə  və s. 
spesifik qabiliyyətdən fərqlənir. 
Ümumi qabiliyyət özünü universal intellektual əməliyyatlar (təhlil, sintez, ümumiləşdirmə, 
mücərrədləşdirmə) halında  əks etdirir və insanda tədriclə inkişaf edir. Bu qabiliyyəti məşğələ, 
qiraət, elm və  mədəniyyətlə  əlbirlik, insanlarla ünsiyyət formalaşdırır. Beləliklə, abituriyent orta 
məktəbdə təhsil və müxtəlif sahədə həyat təcrübəsi qazanmaq prosesində illər ərzində bu imtahana 
hazırlaşır. 
 
 
Ümumi qabiliyyət testi nədir və о nəyi yoxlayır 
Ümumi qabiliyyət testi alt məktəbdə bilik qazanmaq üçün zəruri olan müxtəlif formada 
təqdim edilmiş informasiyanın qavranışı və təhlili qabiliyyətini elmi dəqiqliklə müəyyənləşdirir və 
qiymətləndirir. Məhz buna görə də о abituriyentlərin seçilməsində səmərəli vasitələrdən biridir. 
Bir çox tədqiqatlar sübut etmişdir ki, ümumi qabiliyyət testindən yüksək qiymət alan 
abituriyentlər az miqdarda bal toplamış abituriyentlərdən daha yaxşı oxuyurlar. Ümumi qabiliyyətin 
testləşdirməsi ali məktəblərdə abituriyentlərin mümkün ola bilən nailiyyətlərini proqnozlaşdırmağa 
imkan verir. Tələbələrin bu cür testlər  əsasında seçildiyi ölkələrin təcrübəsi tədqiqatçıları 
testləşdirmənin nəticələrinin yalnız tədris deyil, həmçinin peşə  uğurları baxımından da yüksək 
proqnozlu imkanları olduğuna əmin etmişdir. 
Ümumi qabiliyyət testi abituriyentlərin ali məktəbdə təhsili davam etdirmək üçün nə dərəcədə 
hazırlıqlı olduğunu özünün müəyyən etməsinə kömək edir. 
Ümumi qabiliyyətin testləşdirməsinin standart üsulu və vahid qiymətləndirmə sistemi 
dedikdə, hər bir abituriyent üçün bərabər  şərait yaradılması  nəzərdə tutulur ki, bu da əslində 
nəticələrin saxtalaşdırılmasını yaxud eybəcərləşdirilməsini istisna edir. Digər imtahan formaları ilə 
müqayisədə testləşdirmə daha çox obyektivdir və müxtəlif subyektiv amillər (məsələn, imtahan 
götürənin qərəzli münasibəti) ona az təsir göstərir. Bununla yanaşı, testləşdirmə nisbətən qısa 
müddət ərzində xeyli abituriyentin eyni vaxtda imtahan verməsi üçün səmərəli vasitədir. 
 
 
Ümumi qabiliyyət testi necə yaradılır 
Ümumi qabiliyyət testini mütəxəssislər qrupu yaradır. Onun üzərində psixoloqlar, filoloqlar, 
riyaziyyatçılar və məntiqçilər işləyir. Test beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanır. 
Test üzərində  iş  mərhələlərlə aparılır:  əvvəlcə testin ayrı-ayrı tapşırıqları yaradılır. Hər bir 
tapşırıq əvvəlcədən hərtərəfli yoxlanılır. Sınaq testləşdirməsi vasitəsi ilə tapşırıqların mürəkkəblik 
səviyyəsi və abituriyentlərin qabiliyyətinə görə bu və ya digər tapşırıqla obyektiv surətdə dərəcələrə 
ayrılmasının nə dərəcədə yaxşı baş tutmasının səciyyəsi müəyyən edilir. 
Statistik yoxlama və ekspertin qiyməti əsasında testin son variantları üçün tapşırıqlar seçilir. 
Test məzmun və mürəkkəblik baxımından müxtəlif tapşırıqların bütöv spektrini əhatə edir. 
 
 


 
5
Testin strukturu 
Elmi tədqiqat nəticəsində ümumi qabiliyyətin aşkara çıxarılmasının bir sıra sahəsi müəyyən 
edilmişdir: Onların arasında  əsas sahələr verbal, dil və riyazi sahələrdir. ümumi qabiliyyəti 
müəyyən etmək üçün yaradılmış testdən məqsəd məhz verbal və riyazi (kəmiyyət təfəkkürü) 
qabiliyyətin adekvat qiymətləndirilməsidir. 
Test icrası xüsusi-fənn biliyi tələb etməyən müxtəlif tipli tapşırıqları özündə birləşdirir. Hər 
hansı sosial-mədəni mühitdə yaşayan abituriyent onun öhdəsindən gələ bilər. 
Testdə 80 tapşırıq təqdim edilmişdir, onlardan 40-ı verbal, 40-ı isə riyazi tapşırıqlar olacaqdır. 
Ümumi qabiliyyət testinin hər tapşırığının ehtimal olunan dörd yaxud beş cavabı olacaqdır ki, 
onlardan da ancaq biri düzgündür. 
 
Verbal hissə 
Akademik bilik qazanmaq üçün zəruri olan dil qabiliyyəti, xüsusi elmi mətnin başa düşülməsi 
və  təhlili, həmçinin məntiqi, ardıcıllıqla düşünmək qabiliyyəti testin verbal hissəsi vasitəsi ilə 
yoxlanılır. 
Testin bu hissəsi aşağıdakı tipli tapşırıqları əhatə edir: 
• Analogiyalar 
• Cümlənin tamamlanması 
• Məntiq 
• Oxunulmuş mətnin ətraflı düşünülməsi 
 
Analogiyalar 
(10-12 tapşırıq)
 
Bu tipli tapşırıqlar vasitəsilə aşağidakılar yoxlanılır: 
• Sözlərin mənasını bilmək / onlara nüfuz etmək qabiliyyəti 
• Sözlərin mənaları arasında mühüm əlaqələri, münasibətləri yaratmaq qabiliyyəti 
• Oxşar münasibətləri aşkara çıxarmaq qabiliyyəti 
 
Cümlənin tamamlanması 
(8-9 tapşırıq) 
Bu tipli tapşırıqlar vasitəsilə aşağıdakılar yoxlanılır: 
• Söz və ifadələri bilmək / onlara nüfuz etmək qabiliyyəti 
• Cümlənin müxtəlif hissələri arasında fikir uygunluğu yaratmaq qabiliyyəti 
 
Məntiq 
(8-9 tapşırıq) 
Bu tipli tapşırıqlar vasitəsilə aşağidakılar yoxlanılır: 
• Mövcud göstəricilər əsasında düzgün nəticə çıxarmaq   qabiliyyəti 
• Mövcud    göstəricilər    əsasında    ifadə        edilmiş    ehtimalı        tənqidi    surətdə 
qiymətləndirmək qabiliyyəti 
 
Oxunan mətnin başa düşülməsi 
(iki mətn və onlarla əlaqədar 12-14 sual) 
Abituriyentin mətni adekvat surətdə anlayib dərk etmək qabiliyyəti mətnin bu hissəsi 
vasitəsilə yoxlanılır. 
Mətni oxuyub dərk etdikdən sonra abituriyent aşağıdakılara cavab verməlidir: 
• Kontekstə aid olan sözlərin təyin olunmasını tələb edən suallara 
• Vasitəsi ilə  mətndə verilmiş informasiyanın başa düşülüb dərk edilməsi qabiliyyətini 
qiymətləndirmək mümkün olan suallara 
• İnformasiyanı təhlil və sintez etmək qabiliyyətini qiymətləndirən suallara. 
 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə