Microsoft Word saboloo versiya azerbaiganuli doc


Göstəricilərin kifayət etməsi (4-5 tapşırıq)



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

 
53
Göstəricilərin kifayət etməsi (4-5 tapşırıq) 
 
Bu cür tapşırıqlarda adətən iki şərt və bir sual verilir. Tapşırığa əməl etmək məqsədilə bu 
suala cavab vermək üçün şərtlərdə verilmiş informasiyanın kifayət edib-etmədiyini 
müəyyənləşdirmək lazımdır. 
 
Nümunələr və izahlar 
 
1.
 Seçkilərdə üç namizəd iştirak edirdi: AB və C (seçkilərə gəlmiş hər bir seçici ancaq bir 
namizədə  səs verdi və heç bir bülleteni xarab etmədi). Seçkilərə  gəlmiş seçicilərin 60%-i A 
namizədə səs verdi. 
 
İki şərt verilir: 
 
I. B namizədə  C namizədə səs verən seçicilərdən üç dəfə çox seçici səs verdi. 
II. B namizədə 2 min nəfər  seçici səs verdi. 
 
B
 namizədin aldığı səslərin faiz göstəricisinin nəyə bərabər olduğunu müəyyən etmək üçün: 
 
a) I şərt kifayətdir, II şərt isə kifayət deyildir 
b) II şərt kifayətdir, I şərt isə kifayət deyildir  
c) I və II şərt birlikdə kifayətdir, ancaq ayrı-ayrılıqda heç biri kifayət deyildir 
ç) Ayrı-ayrılıqda hər bir şərt kifayətdir 
d) Birlikdə hər iki şərt kifayət deyildirəlavə şərtlər lazımdır 
 
A
 namizəd səslərin 60%-ni aldığından, B və C namizədlər birlikdə səslərin               100%-
60%=40%-ni almışlar.  
B
 namizədin aldığı səslərin faiz göstəricisinin nəyə bərabər olduğunu müəyyən etmək üçün 
I şərtin kifayət edib-etmədiyini aydınlaşdıraq. 
Tutaq ki, seçicilərin x%-i C namizədə  səs vermişdir. Belə olduqda, I şərtə  əsasən,  B 
namizəd səslərin 3x%-ni alardı. 
Buna görə də x+3x=40. Buradan x=10. Beləliklə, B namizədin aldığı səslərin faiz göstəricisi 
3 · 10 = 30-a bərabər imiş. Deməli, B namizədin aldığı səslərin faiz göstəricisini müəyyən etmək 
üçün I şərt kifayətdir. 
II  şərt isə  həmin suala cavab vermək üçün kifayət deyildir. Həqiqətən,  əgər seçicilərin 
ümumi sayı, məsələn, 10000 nəfər idisə, bu təqdirdə  B namizədin aldığı  səslərin faiz göstəricisi 
%
20
%
100
·
10000
2000
=
-ə, ancaq seçicilərin ümumi sayı 20000-ə  bərabər olduqda, 
%
10
%
100
·
20000
2000
=
-ə  bərabər olacaqdır. Bu onu göstərir ki, verilən suala birtərəfli cavab almaq 
üçün yalnız I şərt kifayət deyildir. 
Beləliklə.  B namizədin aldığı  səslərin faiz göstəricisini müəyyən etmək üçün I şərt 
kifayətdir, II şərt isə kifayət deyildir. Müvafiq olaraq düzgün cavab (a)-dır. 
 
 
 
 
 
 
 
 
 


 
54
2.
 Nəşriyyat tərcümə heyətinə ispan, italyan və fransız hekayələrini tərcümə etməyi sifariş 
verdi.  
 
I. Heyətin üzvləri italyancadan fransız dilində olduğundan üç dəfə çox hekayə  tərcümə 
etdilər. 
II. İtalyan dilindən 300 hekayə  tərcümə edildi. 
 
Fransız dilindən tərcümə edilmiş hekayələrin sayını müəyyən etmək üçün: 
 
a) I şərt kifayətdir, II şərt isə kifayət deyildir 
b) II şərt kifayətdir, I şərt isə kifayət deyildir  
c) I və II şərt birlikdə kifayətdir, ancaq ayrı-ayrılıqda heç biri kifayət deyildir 
ç) Ayrı-ayrılıqda hər bir şərt kifayətdir 
d) Birlikdə hər iki şərt kifayət deyildir, əlavə şərtlər lazımdır 
 
Fransız dilindən tərcümə edilmiş hekayələrin sayını müəyyən etmək üçün ayrıca götürülmüş 
nə I şərt, nə  də II şərt kifayət deyildir. Deyək ki, həmin suala cavab vermək üçün hər iki şərt 
birlikdə kifayətdir. Həqiqətən, II şərtə əsasən, italyancadan 300 hekayə tərcümə edilmişdir. I şərtə 
əsasən, italyancadan fransız dilində olduğundan üç dəfə çox hekayə  tərcümə edildiyindən,  
fransızcadan tərcümə olunmuş hekayələrin sayı  300 : 3 = 100  bərabər olacaqdır. 
Beləliklə, fransız dilindən tərcümə olunmuş hekayələrin sayının nəyə  bərabər olduğunu 
müəyyənləşdirmək üçün I və II şərt kifayətdir, ayrı-ayrılıqda isə heç biri kifayət deyildir. Müvafiq 
olaraq düzgün cavab (c)-dir. 
 
Sərbəst iş üçün tapşırıqlar 
 
1.
 Pul kisəsində 50 larilik və 100 larilik əskinaslar vardır, cəmi 300 laridir. 
 
Aşağıda iki şərt verilmişdir: 
I. Pul kisəsindəki 50 larilik əskinasların sayı 100 larilik əskinasların sayından artıqdır. 
II. Pul kisəsində tək saylı 100 larilik əskinas vardır. Pul kisəsində 50 larilik neçə əskinas olduğunu 
müəyyən etmək üçün:  
 
a) I şərt kifayətdir, II şərt isə kifayət deyildir 
b) II şərt kifayətdir, I şərt isə kifayət deyildir  
c) I və II şərt birlikdə kifayətdir, ancaq ayrı-ayrılıqda heç biri kifayət deyildir 
ç) Ayrı-ayrılıqda hər bir şərt kifayətdir 
d) Birlikdə hər iki şərt kifayət deyildir, əlavə şərtlər lazımdır 
 
 
2
. Şərabçı sisterni boşaltmaq üçün şərabı palıd çəlləklərə elə doldurur ki, çəlləklər axıradək dolsun. 
Hər çəllək 800 litr şərab tutur. Aşağıda iki şərt verilir:  
  
I. Sisterndəki şərabın həcmi 3300 litrdən artıqdır 
II. Sisterndəki şərabın həcmi 3800 litrdən azdır. 
Şərabın neçə çəlləyi dolduracağını müəyyən etmək üçün:  
 
a) I şərt kifayətdir, II şərt isə kifayət deyildir 
b) II şərt kifayətdir, I şərt isə kifayət deyildir  
c) I və II şərt birlikdə kifayətdir, ancaq ayrı-ayrılıqda heç biri kifayət deyildir 
ç) Ayrı-ayrılıqda hər bir şərt kifayətdir 
d) Birlikdə hər iki şərt kifayət deyildir, əlavə şərtlər lazımdır 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə