Müasir Azərbaycan dili
113
kəmiyyət, hal-hərəkət və s. də bildirmir və sözün nominativlik
funksiyasından məhrumdur.
Bir nitq hissəsi kimi nidanın xüsusi morfoloji əlaməti
yoxdur, sözdüzəldicilik və sözdəyişdiricilik imkanlarından da
məhrumdur.
Modal
sözlər kimi, nidalar da cümlədəki fikrə
münasibət bildirir. Lakin modal sözlərdə bu münasibət birbaşa,
nidalarda isə dolayı yolla ifadə olunur.
Nidalar
məfhum bildirmir. Başlıca olaraq subyektin
daxili aləmi ilə bağlı olur və müxtəlif hisslər, duyğular ifadə
edir ki, həmin hisslər, duyğular nidaların mənası adlandırılır.
Şifahi nitqdə nidaların mənası situasiya və ya intonasiya ilə,
yazılı nitqdə isə mətn, kontekst vasitəsi ilə müəyyən edilir.
Hərəkət, mimika və jestlər bu mənaların çatdırılmasında
yardımçı rol oynayır.
Nidalar insanın hiss-həyəcanını, duyğularını, istək və
arzularını, hiddət və nifrətini, coşqunluğunu, nəşə və kədərini
bilavasitə ifadə edən sözlərdir. Məsələn, Ah, neçə kef çəkməli
əyyam idi! (M.Ə.Sabir) Vah! Bu imiş dərsi-üsuli-cədid?!
(M.Ə.Sabir) Of, ürəyim tıp-tıp tıppıldayır.(S. Rüstəmxanlı) və s.
Müasir Azərbaycan dilindəki nidaları iki qrupa ayırmaq
olar:
1. Əsli nidalar. Bu qrupa müstəqil mənaya malik söz
kökü kimi işlənə bilməyən, elə yaranışından hiss-duyğuların
ifadəsinə xidmət edən nidalar daxildir: a, o, ay, ey, oy, ax, of,
eh, oho, bay, bıy, pah, puf, xox, ura, ehey, paho, ay hay və s.
2. Törəmə nidalar. Müstəqil mənaya malik söz kökü
kimi, həm də nida kimi işlənənlər bu qrupu təşkil edir: vay,
aman, haray, can, ah, ay, şabaş və s.
Nidalar məna və vəzifəsinə görə də iki qrupa ayrılır:
1. Emosionallıq bildirən nidalar;
2. Çağırış bildirən nidalar.
Emosionallıq bildirənlər şadlıq, sevinc, arzu, həzz,
tərif, narazılıq, şikayət, təəccüb, heyrət, qəzəb, nifrət, təlaş,
Gülarə Abdullayeva
114
qorxu, iztirab, kədər və s. mənaları ifadə edir. Dilimizdə
emosionallıq bildirən nidalar çoxdur və əksəriyyət bu qrupa
daxildir. Ah, oh, aha, oho, oy, uy, vay, vah, bah, pah, paho,
baho, tfu, pəh, boy, hay-hay, paho ey, ey vah, vaxsey, heyhat,
afərin və s. nidalar bu qəbildəndir.
Çağırış bildirənlər. Dilimizdə işlənən nidaların az bir
qismi çağırış, müraciət məqamında işlədilir. Bu zaman nidalar
özündən əvvəlki və sonrakı sözdən fasilə ilə ayrılır. Məsələn,
A,a,a! Bir buna baxın! Ay, yandım! və s. Belə nidalar həm
xitablarla, həm də xitabsız işlənə bilər. Məsələn, Aya, məgər
bu, pis işdir? (C.Məmmədquluzadə) Ey, namərd, ver onları
bura, molla oğlu, molla! (S.Rüstəmxanlı) O...o...o xanım, siz
həmişəki kimi gözəlsiniz və cazibədarsınız. (M.İbrahimov) və
s .
Nidalar quruluşca sadə və mürəkkəb olur. Ay, vay, ah,
oh, uy, uf, of, bah, pah və s. sadə nidalardır. Vay, gecədən
ötüb, yəqin anam bərk narahatdır.(M.İbrahimov) Vay,
Nurəddin sağ imiş.(S.S.Axundov)
Mürəkkəb nidalar iki yolla əmələ gəlir:
1. Eyni nidanın təkrarı ilə: Belə nidalar defislə yazılır:
bəh-bəh, pəh-pəh, vay-vay-vay, ay-ay-ay və s. Belə nidalar
bəzən aydın fasilə ilə ayrılır, buna görə də yazıda tərəflər
arasına vergül qoyulur. Məsələn, Bəh, bəh, Səfiqulu bəy şairlik
də bacarır. (M.İbrahimov)
Müxtəlif nidaların birləşməsi yolu ilə. Belə nidalar
əsasən ayrı yazılır: ey vay, ay can, ay aman, pah atonnan,
vay aman, ay haray və s.
Emosional nidalar çox yüksək tonla deyildikdə ondan
sonra nida işarəsi qoyulur. Məsələn, Hay-hay, hay-hay! Nə
qədər Fəxrəddin bəy gəlməmişdi, mənim gecə az-çox ümidim
vardı, indi o ümidim də kəsilib, qalmışam naçar, biəlac.
(N.Vəzirov)
Emosional nidalar cümlənin ortasında gəldikdə hər iki
tərəfində, sonda gəldikdə özündən əvvəl vergül qoyulur.
Müasir Azərbaycan dili
115
Çağırış bildirən nidalar xitabla işlənib fasilə ilə
ayrılmazsa, durğu işarəsinə də ehtiyac olmur. Məsələn, Ay
nənə, axı sən nə təhər and içəcəksən? (M.Hüseyn)
Nida ilə xitab arasında aydın fasilə olarsa, tonun
yüksəkliyindən asılı olaraq, onların arasında vergül və ya nida
işarəsi qoyulur. Məsələn, Ah, başıbəlalı Qarabağ!
Dildə bir sıra sözlər vardır ki, onlar təbiətdə olan canlı
və cansız varlıqların çıxardığı səsləri təqlid yolu ilə əmələ
gəlmişdir. Belə sözlər yamsılamalar və ya təqlidi sözlər
adlanır. Məsələn, xır-xır, şır-şır, gup-gup və s. Şırıldayır
novalçalar şırıl-şırıl, Quşlar uçur yuvasına pırıl-pırıl.
(M.Müşfiq)
Təqlidi sözlər də xüsusi nitq hissələrinə daxil edilir.
Çünki onların da dildə heç bir qrammatik mənası olmayıb fikrin
ekspressiv ifadə olunmasına xidmət edir, əşyanın hərəkəti
haqqında obrazlı təsəvvür yaradır. Lakin təqlidi sözlər bir sıra
xüsusiyyətlərinə görə nidalardan fərqlənir. Nidalardan fərqli
olaraq, təqlidi sözlər eyni sözün təkrarı ilə yaranır. Təqlidi
sözlərə -ılda, -ıltı şəkilçilərini artırmaqla yeni söz yaratmaq
olur: xorultu, xorulda, vıyıltı, vıyılda və s. Nidalardan isə çox
təsadüfi hallarda söz yarana bilir. Təqlidi sözlər hər dilin özünə
məxsus olub, başqa dilə keçə bilmir, nidalar isə keçir.
Dildə müşahidə edilən söz qruplarından biri də vokativ
sözlərdir. Vokativ sözlər heyvanları, quşları çağırarkən,
yemləyərkən işlədilən sözlərdir. Məsələn, ho-ha, ho-ho, fişt-
fişt və s. Vokativ sözlər müəyyən situativ məqamda işlədilir.
Əgər nidalar üçün hissi cəhət xarakterikdirsə, vokativ sözlərə
iradi-əqli cəhət xasdır. Nidalar insanın öz daxili hiss və
həyəcanını ifadə etmək üçün qeyri-ixtiyari çıxardığı səslərdən
formalaşmışsa, vokativ sözlər insanların heyvanlara, quşlara
təsir etmək, onları yönəltmək məqsədi ilə şüurlu şəkildə
yaratdığı sözlərdir. Bundan başqa, dilimizdə nidalardan fərqli
olaraq, vokativ sözlərlə məhdud da olsa, yeni söz yaradılır.
Gülarə Abdullayeva
116
İnsana müraciətlə işlədilən ədə, əyə, əşi, aaz sözləri də
vokativ sözlərə daxil edilir. Bunlara imperativ sözlər də
deyilir. (2, 390)
ƏDƏBİYYAT:
1.Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya.
III hissə, “Maarif”, Bakı, 1983.
2. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı,
2010.
3. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.
II hissə, Bakı, 2007.
4. Müasir Azərbaycan dili. EA nəşri, II hissə, Bakı,
1980.
5. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
6. Seyidov Y. Azərbaycan dilinin qrammatikası.
(Morfologiya), Bakı, 2000.
Dostları ilə paylaş: |