Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə16/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
77 
Müəllif  tərəfindən  mənə  ünvanlanan  avtoqrala  bu  əsər 
Bakıda mənim də kitabxanamı bəzəyir. 
Rus  müəlliflərinin  kitabları  burada  daha  çoxdur. 
Diqqət  yetirirəm:  Təkcə  riyaziyyata  aid  iki  sıra  dəmir 
rəflərdə minədək kitab və jurnal... Ölkənin elmi və mədəni 
səviyyəsi  kitablarından  bilinir.  Elə  Azərbaycanda  da  bu 
səviyyə  vardır,  amma  biz  öz  kitablarımızı  xarici  ölkələrə 
çoxmu çatdırırıq, çoxmu yayırıq? 
Yaponlar  kitabsevər  və  kitab  oxuyan  insanlardır. 
Bu 
qıyıqgöz 
adamlar 
məhz 
müxtəlif 
xalqların 
kitablarından əxz etdikləri elmi nailiyyətləri  gözüaçıqlıqla 
öz  ölkələrində  yaradıcı  şəkildə  tətbiq  edirlər.  Mən 
yaponların  bu  gözəl  xüsusiyyətini  kiçik  bir  şe’rimdə  belə 
verdim: 
 
Qıyıqgöz böyüklüyü 
 
Bu balaca yaponlar – 
Böyük, sadəcə böyük! 
Necə böyükmüş onlar, 
Böyük, sadəcə böyük. 
Gözünüz necə açıq, 
Gözünüz necə böyük, 
Ey qıyıqgöz yaponlar. 
 
Senday, 20 fevral 
 
Dəqiq  Elmlər  İnstitutunun  yeməkxanasındayıq. 
Yeməkxana  yalnız  müəllimlər  üçün  nəzərdə  tutulmuşdur. 
Yenə  dəniz  (okean)  məhsulları.  Xərçənglər,  ilbizlər, 
meygular  və  çiy  balıqlar.  Balıqları  elə  yaraşıqlı 
Şahin Fazil 
 
 
78 
doğrayıblar  ki...  Hər  balıq  tikəsinin  üstündə  bir  göyərti 
gözümə  dəydi.  Ey  qızardılmış  Nərə  balığı,  haradasan? 
Yanında da narşərab!.. 
Yapon  restoran,  kafe  və  qəlyanaltılarında  yemək 
stollarının üstündə, qaşıq, çəngəl və bıçaqdan başqa «haşi» 
adlanan  çubuqlar  da  olur.  Bir  əldə  iki  haşi  tutub  düyü 
dənələrini  elə  dənləyirlər  ki.  Şaiqin  də  əlində  haşi  vardı. 
Böyük  məharətdir.  Çubuqla  düyü  yemək  məharəti!  Mən 
bunu bacarmadım. 
Otelə  qayıtdıq,  istirahət  etdik.  Saat  19-da  Şaiq 
gələcək  və  Vaya  ilə  mən  onunla  birlikdə  «Hind 
restoranı»na gedəcəyik. 
Sözləşdiyimiz  vaxtda  otelin  qarşısında  görüşdük. 
Professor  Kitaqava  da  oradaydı  –  Şaiqin  elmi  rəhbəri, 
Vaqif Piriyev - Buduqlunun elmi həmkarı. 
Sendayda,  bəlkə  də  bütün  Yaponiyada  yaşayan  və 
özləri  üçün  biznes  yaradan  hindlilər  yapon  dilini, 
yaponların  nəzakətli  rəftar  tərzini  əməlli-başlı  əxz 
etmişlər.  Mən  onları  Əfqanıstandan  tanıyıram.  Kabulun 
hansı küçəsinə, xiyabanına, bazarına  getsən topasaqqal  və 
uzunsaç  hindli  taciri,  yaxud  satıcısı  görərsən.  Onların 
dükanlarına  girər-girməz  çay,  qəhvə,  yaxud  sərinlədici 
içkilər  təklif  edirlər  və  bu  təklifin  dükandan  nəsə 
alacağına, ya almayacağına qətiyyən dəxli yoxdur. 
Bizim  gəldiyimizi görən hindlilər dərhal mehriban-
lıqla  salamlaşdılar,  içəri  də’vət  etdilər,  miz  arxasında 
əyləşdirdilər,  hər  birimizə  bir  yemək  menyusu  təqdim 
etdilər. 
Əvvəlcə  çörək  gətirdilər.  Bizim  təndir  çörəyinə 
bənzəyən  ağappaq  və  ip-isti  çörək.  Amma,  dadı  bir  az 
şirindir. Xörəkləri kimi çörəyi də elə bu restoranda bişirir-


  Йапонийа сяфярнамяси 
 
 
79 
lər.  Mizimizdən  uzaq  olsa  da,  bir-birindən  bir  qədər 
aralanmış  iki  zoğalı  rəngli  zərxara  pərdə  arxasında  bir 
hindli qadını gördüm. Çörək kündələyirdi... 
Menyuya  göz  gəzdirdim. O çörəyin adı «Qəndəhar 
nan»  («Nane-Qəndəhar»  -  «Qəndəhar  çörəyi»  yox,  məhz 
hind dilində «Qəndəhar nan») yazılmışdı. 
Qəndəharı  xatırladım.  Çox  olmuşam  o  şəhərdə. 
«Çehel  zinə»  yaxud  «Çehel  pillə»  adlanan  dağ  ətəyi 
yadımdadır.  Orada  Məhəmməd  peyğəmbərin  (s)  əbası 
saxlanılır  və  yerli  əfqanlar  həmin  əbanın  Qəndəharda 
olması  ilə  fəxr  edirdilər.  Görəsən,  indi  hardadır  o 
müqəddəs  əba?  Görəsən  hansı  talibançı  geyir  əyninə  o 
əbanı?  Pis  günə  qoydular  Əfqanıstanı.  Əvvəlcə  ruslar, 
sonra  isə  əfqan  talibançıları,  daha  sonra  isə  amerikalılar, 
ingilislər  və  başqa  əcnəbi  hərbiçiləri.  Hamı  göz  dikib 
Əfqanıstanın  sərvətinə,  varına.  Var  isə  yerin  altındadır. 
Uran,  mis,  qızıl,  qiymətli  daşlar,  neft,  qaz...  Daha  nə 
yoxdur  Əfqanıstanda?  Hər  şey  var.  Amma  özünün  deyil. 
Özündə  olsa  da,  özünün  deyil.  Kiçik  dövlətin  səpvəti  öz 
başının  bəlası  imiş.  Zavallı  Əfqanıstan.  Zəngin  balaca 
dövlət.  Böyük  dövlətlərin  hələ  XIX  əsrdən  tamah 
saldıqları məkan. 
Hind xörəklərindən xoşum  gəldi.  İlbiz-filan yoxdu. 
Sanki  Əfqanıstandaydım.  Mən  yəqin  ki,  daha  bir  də 
Əfqanıstanda  olmayacağam.  1988-ci  ildə  Əfqanıstana 
«əlvida»  dedim.  Heyf  zəhmətimizdən.  Heyf  «SSRİ» 
adlanan 
bir 
dövlətin 
bihudə 
yerə 
xərclədiyi 
milyardlarından.  Heyf  orada  öldürülənlərə.  Hər  şey  bada 
getdi.  Amma,  bərkidik.  Bərkidik  o  ölkədə  biz.  Oddan-
alovdan keçidik... Və bərkdən-boşdan çıxdıq, bərkidik. 
Şahin Fazil 
 
 
80 
Oradan  qayıtdıqdan  sonra  belə  bir  şe’r  yazmış  və 
qəzetlərin birində dərc etdirmişdim: 
 
Əfqan diyarında bərkimişik biz 
 
Əfqanıstanda 
neçə-
neçə 
od-alovdan 
keçən 
Nizamiyə,Valehə,  Mehma-
na,  Asəfə,  Əhmədağaya, 
Şikara,  Maya  xanıma...  və 
bütün tərcüməçilərə.
1
 
 
Övlad doğularaq Azərbaycana 
Əfqan diyarında bərkimişik biz. 
Yollanıb qürbətə, düşüb əfğana 
Əfqan diyarında bərkimişik biz. 
 
Günlər keçirmişik o dost diyarda, 
Kabulda, Heratda, Bəlxdə, Təxarda... 
Yanmışıq günəşdə, donmuşuq qarda, 
Əfqan diyarında bərkimişik biz. 
 
Bizi salamlayan əl də görmüşük, 
Qəhr edən, qarğıyan dil də görmüşük, 
Güllə də görmüşük, gül də görmüşük, 
Əfqan diyarında bərkimişik biz. 
 
Bizi sərtləşdirib əfqan iqlimi, 
Çox zaman kobuduq, hərdən səmimi... 
Bərkidik lap polad bərkiyən kimi, 
Əfqan diyarında bərkimişik biz. 
 
Tale əydirməyib biləyimizi, 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə