Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə24/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
111 
Yaponiya  imperatorları  sülaləsi  bu  günədək  qırılmaz 
şəkildə məhz Dzimmu nəslindəndir. 
Sintoist  ibadət  4  ünsürdən  ibarətdir:  saflaşdırma 
(xarayi),  qurbanvermə  (sinsey),  qısa  dua  (norito)  və  şərab 
nəziri  ayini  (naorai)  (Bax:  ASE,  IX  cild,  Bakı,  1986, 
səh.304; « 
Yaponlar» kitabı, s.8-9). 
2.  Buddizm.  –  Dünyada  ən  geniş  yayılmış 
dinlərdən biridir. Eradan əvvəl  VI-V əsrlərdə  Hindistanda 
yaranmışdır.  Banisi  «Budda»  adı  ilə  məşhur  olan 
Siddhartha  Qautama  hesab  edilir.  Bu  din  hamının 
bərabərliyini e’lan etmişdir. 
Eramızın  əvvəllərində  buddizm  «hinayana»  («dar 
yol») və «mahayana» («geniş yol») adlanan 2 böyük qola 
(altı  əsr  sonrakı  müsəlmanların  sünni  və  şiə  məzhəbləri 
kimi  –  Ş.F.)  ayrıldı.  Hər  iki  qolun  əsas  dini  –  fəlsəfi 
məktəbləri I-V əsrlərdə formalaşmışdır (ASE, II cild, Bakı, 
1978, səh.341). 
Haşiyə:  Qol,  yaxud  yol,  ya  da  məzhəb  dedikdə  az 
qalır  ki,  Şahin  Fazilin  qolu  tutulsun.  Sünni-şiə  ixtilafı. 
Haçanacan  davam  edəcək?  Davama  ehtiyac  varmı?  Bir 
dinin  2  təriqəti.  Müsəlmanları  bir-birlərinə  ideoloji 
baxımdan  düşmən  edən  2  qol,  yaxud  yol.  Müsəlmanlar 
arasındakı  ayrılığın  əsas  mənbələri.  Məhz  bu  2  qolun, 
yaxud  yolun  qüsuru  üzündən  XVI  əsrdən  başlayaraq  2 
böyük  dövlət  –  səfəvilər  və  osmanlılar  bir-birlərinə 
düşmən kəsildilər, yüz minlərlə müsəlman qanı axıdıldı: 
 
 
 
 
Nə sünni, nə şiə? 
Şahin Fazil 
 
 
112 
 
Nə sünni, nə şiə? 
Əgər biz  
müsəlman kişiləriksə 
və bu kişilər 
vahid islama şəriksə, 
nə sünni, nə təsənnün? 
nə şiə, nə təşəyyö? 
Nə o, nə bu? 
Nə onlar, nə bunlar? 
Düşmənə lazım bu ayrılıq, 
Yağıya gərək bu oyunlar. 
Ayrılıq yaraşmaz islama, 
Ayrılıq yaraşmaz kişiyə! 
Nə sünni, nə şiə? 
Ayrılıq bədlərin əməlidi. 
İslamı  
məzhəbə  
ayıran 
müsəlman 
havalıdı, divanədi, dəlidi! 
İslamın  
dörd sütunu var, 
Onlar 
Ömərdi, 
Əbubəkrdi, 
Osmandı, 
Əlidi! 
Onlar peyğəmbərlərin səhabələridi. 
Onların hər biri  
islama dirəkdi, 


  Йапонийа сяфярнамяси 
 
 
113 
Onlara ehtiram gərəkdir! 
Onlar 
İslamı qorudular, 
Onlar 
Qu’ranı qorudular, 
Onlar müsəlmanlığın  
atəşi, odu, qorudular, 
Onlar  
müqəddəs dinimizi qorudular, 
ayinimizi qorudular, 
elə indi də qoruyurlar, 
elə indi də durublar 
keşiyə! 
Ayrılıq yaraşmaz kişiyə! 
Nə sünni, nə şiə? 
 
           (Üçüncü Divan, 
səh.304-306) 
 
Bəli,  onlar  uzun  illər  qan  axıtdılar,  öz  qanlarını 
axıtdılar, qara torpağı al qana boyadılar: 
 
Qəzəl 
 
Torpağın altı qızıl qanlara qəltan oldu, 
Bu səbəbdənmi onun üstü gülüstan oldu? 
 
Qırmızı gülləri gördükcə gözüm dincəldi, 
Qırmızı qanlara baxdıqca gözüm qan oldu. 
 
Əfqanıstan, Ərəbistan, Çesenistan qanlı... 
Şahin Fazil 
 
 
114 
Həm də al qanına qərq Azəribaycan oldu. 
 
Bu müsəlman arasında niyə yoxdur birlik? 
Nə bəla gəldi müsəlmanə pərişan oldu? 
 
Mirzə Sabir harada gördü müsəlman, 
qorxdu, 
Mirzə Şahin də onun timsalı peşman oldu. 
 
Yandırın cismimi hindu kimi, ey yoldaşlar, 
Sağ ikən Şahinə bəsdir ki, müsəlman oldu. 
 
 (Üçüncü Divan, səh.241-242) 
 
Sünni də, şiə də namaz qılır, amma yenə də eyni cür 
yox: biri əllərini aşağıya uzadır, digəri qatlayır. 
 
Bir molla demiş Şahinə ki, «gündə namaz qıl», 
Vaxtım hanı, saqi məni hər an eləyir məst. 
 
(Üçüncü Divan, 
səh.236) 
 
Nə  isə!..  Buddizmə  görə  insan  həyatı  şər  və 
əzabdan ibarətdir. Əzabları arzu və ehtiraslar doğurur. Son 
məqsəd  –  bütün  arzulardan  imtina  etmək  və  ruhun 
«nirvana»  («nicat»)  vəziyyətinə  nail  olmaqdır.  Buddizm 
tə’liminə  görə  3  dünya  mövcuddur:  insan,  heyvan  və 
ruhlara  məxsus  bu  dünya;  Allahın  məskən  saldığı  səma 
səltənəti;  Buddanın  yaşadığı  mütləq  boşluqlar  dünyası. 


  Йапонийа сяфярнамяси 
 
 
115 
Özünü  3-cü  dünyaya  –  Budda  aləminə  hazırlamaq 
insanların son məqsədi hesab olunur. 
Qeyd  etmək  istərdim  ki,  dünyada  500  milyona 
qədər  buddist  və  saysız-hesabsız  Budda  heykəlləri  var 
(ASE, II cild, səh.341).  
Budda  heykəllərinin  ən  nəhəngi  Əfqanıstanın 
Bamyan  adlı  yerindəydi:  biri  54,  o  biri  isə  35  metr 
hündürlüyündə olan və qranit dağda yonulan, kişi və qadın 
Buddalar.  Əfqanıstan  şahı  Əmir  Əbdürrəhman  xan  XX 
əsrin  əvvəllərində  o  heykəllərin  utanc  yerlərini  topa 
tutdurub dağıtmışdı. Mən şəxsən o heykəlləri görmüşdüm. 
Talibançılar  isə  hakimiyyətə  gəldikdən  sonra  hər  iki 
heykəli partladıb yox etdilər.  
Yaponiyada  konfutsiçilik  də  özünəməxsus  ideoloji 
və  əxlaqi  tə’sirə  malikdir.  Konfutsi  kim  olmuşdur?  Adı 
Konfutsi kimi qəbul olunmuş Kun-tszi (e.ə. təqr. 551-479) 
Qədim  Çin  mütəfəkkiri  və  konfutsiçiliyin  banisidir.  O, 
Çində  ilk  xüsusi  məktəb  açmış,  «Müsahibələr  və 
mülahizələr» («Lun yuy») adlı kitab yazmışdır. Onun etik-
siyasi 
tə’limində 
ən 
mühüm 
anlayış 
«jen»dir 
(«insanpərvərlik»). 
Konfutsiçilik  tə’liminə  görə,  istismarçılar  və 
istismar olunanların  mövcudluğu ədalətli  və qanunauyğun 
sayılmışdır;  hökmdarların  hakimiyyəti  müqəddəsdir,  onu 
Allah 
bəxş 
etmişdir. 
İnsanın 
taleyini 
«səma» 
müəyyənləşdirmişdir, 
adamların 
«nəciblər»ə 
və 
«miskinlər»ə  bölünməsi  dəyişilə  bilməz.  Kiçik  böyüyə, 
aşağı  yuxarıya  itaətlə  tabe  olmalıdır  (Bax:  ASE,  V  cild, 
Bakı, 1981, səh. 500). 
Beləliklə,  yaponların  iki  dini  və  bir  tə’limi: 
sintoizm,  buddizm  və  konfutsiçilik  tə’limi.  «Sintoizmin, 
Şahin Fazil 
 
 
116 
buddizmin  və  konfutsizmin  dinc  yanaşı  yaşamaları, 
dünyagörüşlərindən  heç  birinin  başqasından  üstün 
olmaması, 
onu 
qətiyyət 
sıxışdırmaması 
sayəsində 
yaponların  şüurunda  digər  tərəfin  fikrinə  dözmək  ideyası 
dərin  kök  salmışdır.  Onların  mə’nəvi  həyatında  dialoq 
üçün  həmişə  yer  olmuşdur.  Hər  din  və  dünyagörüşü 
sisteminə  yola  –  müdrikliyin,  mə’nəvi  kamilliyin,  daxili 
təkmilləşmənin  zirvələrinə  gedən  yol  kimi  baxılmışdır. 
İnsanın  bu  cür  yollardan  istədiyini  seçmək  hüququ 
olmuşdur. Qərbdən fərqli olaraq Yaponiya kafirlərin tə’qib 
edilməsini,  müqəddəs  kitablara  və  ya  onların  sonrakı 
təfsirlərinə  zidd  gələn  hər  hansı  faydalı  ideyaların 
boğulmasını görməmişdir». 
Bu  fikir  isə  Fasko  Maraininin  «Yaponiya 
ən’ənələrinin cizgiləri» kitabındandır (Bax: Sakura budağı, 
səh.24). 
Bir  qədər  yuxarıda  yazmışam  ki,  biz  4  nəfər 
Matsuşimanın Zuyganji adlanan  mə’bədgahına gəldik. Bu 
mə’bəd,  təbii  ki,  yapon  milli  üslubunda  inşa  olunmuşdur 
və olduqca gözəldir. Mənə dedilər ki, Zuyganji orta əsrlərə 
aid  tarixi  abidədir.  Mə’bədgahın  ərazisində  ağac 
materiallarından  inşa  olunan  böyük  bir  ziyarət  binası 
vardır.  Qaydaya  riayət  edərək  ayaqqabılarımızı  çıxardıq, 
qarşımızda cütlənmiş başmaqlardan geyindik və içəri daxil 
olduq.  Müxtəlif  ibadət  otaqları.  Otaqların  birində 
görünüşcə  mafəyə  oxşar  və  kəcavə  görkəmli  bir  əşya 
gözümə  dəydi.  Yəqin  ki,  yapon  kahini  bu  kəcavənin 
aşağısındakı  kvadrat  şəkillli  və  kiçik  pəncərələri  4  tərəfə 
açılan bu darısqal «yeşiyin» içərisində əyləşir, ona xidmət 
edən  adamlar  isə  hər  iki  yandan  irəliyə  və  arxaya  uzanan 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə