Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə22/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   18   19   20   21   22   23   24   25   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
103 
Bir  qədər  yuxarıda  hayku  barədə  qısa  mə’lumat 
vermişdim.  Yapon  haykularının  mütaliəsi  məni  bu  janra 
olduqca  həvəsləndirdi:  qısa  şe’rlərdə  böyük  mə’nalar.  Və 
bu mənaları hər oxucu özü bildiyi kimi qavrayır, dərk edir. 
Müxtəlif  ölkələrin  Aleksey  Andreyev,  Mixail  Sapeqo, 
Anita  Vircil,  Böyükxan  Pərviz,  Elşad  Səfərli  kimi  şair  və 
mütərcimləri  də  hayku  yazmışlar.  Mən  də  cəsarət  edib 
yazdım,  nəticədə  «Azərbaycan  haykuları»  adlı  kitab 
yarandı.  Gözəl  janrdır  hayku.  Azərbaycan  haykusunun 
tədqiqatçılarından  Rəşad  Quluzadə  yazır:  «Haykuda  məni 
cəlb  edən,  onun  son  dərəcə  yığcamlığına  baxmayaraq, 
böyük  poemaların,  romanların  deyə  bilməyəcəyini 
oxuculara çatdırmaq xüsusiyyətidir» (Bax: «Yapon dili və 
mədəniyyəti 
sahəsində 
xarici 
ölkə 
tələbələrinin 
tədqiqatları» jurnlaı, səh. 145). 
Qayıdaq M.Başoya. Onun bir neçə haykusu: 
 
«Gül pətəyindən arı 
Asta-asta çıxır, 
Ah, necə də həvəssiz». 
 
«Qış günəşi. 
Kölgəm mənim buzlayır 
Atın belində». 
 
«Şeh damcılayır 
Dünyamızın çirkini 
Yox etmək üçün». 
 
«Bu ildə də yenidən 
Meymunun maskası 
Şahin Fazil 
 
 
104 
Meymundadır». 
 
Mən 
Matsuşimada 
olarkən 
eşitdim 
sanki 
M.Başonun bu yerdə əbədi qalan addım səslərini. Bir daha 
yetişdi mənə onun hissləri, duyğuları, kədəri, sevinci. Başı 
dolu haykuçu olub Başo. 
Mənim  «tənqidçi»  adlanan,  yaxud  adlandırılan 
qələm  əhlinə  münasibətim,  nə  gizlədim,  yaxşı  deyil. 
Uydurulmuş  yaradıcılıq  peşəsidir.  Məgər  Nizami,  Sə’di, 
Hafiz,  Füzuli  dövründə  tənqidçilər  olublarmı?  Zənnimcə, 
tənqidçi  nə  şair,  nə  də  yazıçı  ola  bilən  ədəbiyyat 
«həvəskarı»dır,  o,  «filan  şair  yaxşı,  filan  ortabab,  filan 
pisdir» 
deyə 
mühakimə 
yürüdür, 
onların 
ədəbi 
yaradıcılıqlarını onlardan zəif ola-ola təhlil edir, tə’rifləyir, 
pisləyir.  Əgər  Səməd  Vurğun,  Süleyman  Rüstəm,  Rəsul 
Rza  kimi  ordenli  şairlər  hayku  yazsaydılar,  tənqidçilər 
onların 
hayku 
yaradıcılıqlarını 
gen-bol 
tə’rifləyər, 
barələrində  məqalə  və  monoqrafiyalar  yazardılar.  Bu  gün 
hansı  tənqidçi  Böyükxan  Pərvizdən,  Elşad  Səfərlidən 
hayku yazan şairlər kimi söz deyib? «Onlar nə yazacaqlar 
ki?»  deyə  düşünən  tənqidçi,  şe’rlərini  heç  oxumadan  bu  
şairlərə  və  şəxsən  mənə  əhəmiyyət  vermir.  Vaxtilə 
türkdilli ədəbiyyatda, mə’lumdur ki, qəzəl janrı da yox idi. 
Qəzəli  ərəblər  (Xəlil  ibn  Əhməddən  başlayaraq) 
yaradıblar,  amma  artıq  neçə  əsrdir  ki,  qəzəl  Azərbaycan 
ədəbiyyatının  doğma  poetik  janrı  kimi  özünə  vətəndaşlıq 
hüququ  qazanmışdır.  Yaxud,  sovet  janrı  (ingilislərin?) 
bizim mlli ədəbiyyatımızda yox idi. İnanıram ki, hayku da, 
indi  yox,  bir  neçə  illərdən  sonra  ədəbiyyatımızda  doğma 
janr 
sayılacaqdır. 
M.Başonun 
haykularına 
diqqət 
yetirdinizmi?  Nə  qədər  lakonik  və  mə’nalı  şe’rlər!.. 


  Йапонийа сяфярнамяси 
 
 
105 
Haykular  haqqında  eşidib  yox,  oxuyub  fikirləşmək 
lazımdır: 
 
Mənim şe’rlərimi 
Oxuyub sətir-sətir, 
Dərk edib şe’r-şe’r, 
Çevirib varaq-varaq  
fikirləş. 
Mənim şe’rlərimi 
Fikirləşib oxuma, 
Oxuyaraq fikirləş. 
 
(İkinci Divan, səh. 558-559) 
 
Yaponşünas 
Rəşad 
Quluzadənin 
mə’lum 
məqaləsində  Şahin  Fazil  haykuları  haqqında  müsbət 
fikirlər 
vardır 
(bunu 
mənim 
qeyri-təvazökarlığım 
sanmayın.  Mən  demirəm  ki,  Rəşad  Quluzadə  deyir):  «... 
Şahin Fazilin sevgi mövzusunda yazılmış haykuları əsasən 
sevgili  yar  ilə  olan  söhbət,  sevgiliyə  olan  hisslərin 
tərənnümü,  sevgili  haqqında  olan  xatirələrin  təsviri 
formasında işlənmişdir: 
 
Özünü sıx mənə, 
Qoyma üşüsün 
Divarda kölgəmiz». 
 
Digər tərəfdən, onun haykuları arasında qəm-kədər, 
qüssə mövzuları da az deyil. 
 
Tut əlimi, 
Şahin Fazil 
 
 
106 
Əlim çirkli deyil, 
Göz yaşımla yumuşam. 
 
Şair  göz  yaşını  tökərək  ağladığını  «əlimi  göz 
yaşımla yumuşam» deyə ifadə edir. 
Şahin  Fazilin  haykularında  təbiət  mövzusu  da  əsas 
mövzulardan biridir: 
 
Quru budaq 
Ölüdür onsuz da, 
Yaşı sındırma, külək! 
 
Qarşısına  çıxan  hər  şeyi  sındırıb  dağıdan  küləkdən 
şair  heç  olmazsa  hələ  cavan  olan  budağı  sındırmamağı 
xahiş edir. 
Şahin  Fazilin  haykularında,  bunlardan  başqa, 
«Tanrı», «İnsanlara müraciət» kimi mövzular da var: 
 
Ey Allah, 
Çata bilmirəm sənə, 
Əlim aşağıdır. 
 
Burada  Tanrının  dahiliyi,  əlçatmazlığı  və  bununla 
yanaşı  insanların  gücsüzlüyü  haqqında  danışılır»  (Bax: 
Göst. jurnal, səh. 147-148). 
Matsuşimanın  sahildən  bir  qədər  uzaq  olan 
Zuyganji adlı mə’bədgahına gəldik.  
Yaponiya  mə’bədlər  diyarıdır.  Mə’bəd  yaxud 
mə’bədgah. Hər iki istilah ibadətgah deməkdir. İbadətgah, 
yəni insanların ibadət etməyə gəldikləri müqəddəs yer. Bu 
ölkədə  qədimdən  bəri  iki  din  (sintoizm  və  buddizm) 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə