Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə23/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
107 
mövcuddur  ki,  hər  ikisi  geniş  yayılmışdır.  Hər  iki  dində 
konfutsiçik tə’limi əsas yer tutur. 
Mən  indicə  «iki  din»  ifadəsi  işlətdim  və  hər  iki 
dində  konfutsiçilik  tə’liminin  əsas  yer  tutduğunu  qeyd 
etdim.  Yaponiya  və  yaponlar  haqqında  oxuduğum 
kitabların  böyük  əksəriyyətində  məhz  iki  dindən 
sintoizmdən  və  buddizmdən  danışılır.  Bəkir  Nəbiyev  də 
«Yaponiyada  mövcud  olan  hər  iki  dinə  (sintozim, 
buddizm) məxsus irili-xırdalı onlarla bu cür mə’bəd şəhəri 
üzük qaşı kimi dövrələmişdir» yazır (Bax: Bəkir Nəbiyev. 
Göst.  kitab,  səh.  695).  «Sakura  budağı»nda  yaponşünas 
jurnalist  V.Ovçinnikov  da  əsasən  iki  dindən  danışmasına 
baxmayaraq  konfutsizmə  əsərində  «üçüncü  din»  kimi 
baxmışdır.  Onun  kitabına  nəzər  yetiririk:  «Yaponun 
qəlbində  üç  din  iz  qoymuşdur.  Sinto  yaponları  təbii 
gözəlliyə  həssaslıq,  təmizkarlıq  və  allahdan  törəmələri 
haqqındakı 
əfsanələr 
vermişdir. 
Buddizm 
yapon 
incəsənətinə 
öz 
fəlsəfəsini 
əlavə 
etmiş, 
taleyin 
kəşməkeşlərinə  dözmək  üçün  xalqdakı  fitri  mətanəti 
möhkəmləndirmişdir. Nəhayət, konfutsizm özü ilə belə bir 
ideya  gətirmişdir  ki,  mə’nəviyyatın  əsası  yaşlılara  və 
yuxarı  rütbəlilərə  minnətdarlıq  kimi  başa  düşülən 
sədaqətdir»  (Bax:  Sakura  budağı,  səh.23).  Yapon  dinləri 
haqqında  belə  söz  açmasına  baxmayaraq,  «Sakura 
budağı»nda  yenə  də  fəqət  iki  dindən  təfərrüatla  danışılır. 
Oxuyuruq:  «Mə’bədlərə  aparan  yolların  özləri  də 
müxtəlifdir.  Sinto  mə’bədinə  aparan  yola  həmişə  çınqıl 
tökülür ( mən bunu Zuyganji mə’bədində gördüm – Ş.F.), 
adamın ayağı çınqıla batır. Ekskursiyaya gələnlər çox vaxt 
təəccüblənirlər, məgər Meydz parkının xiyabanlarına asfalt 
döşəmək olmaz? Lakin piyada üçün narahat olan bu yolun 
Şahin Fazil 
 
 
108 
dini  mə’nası  vardır.  İnsanın  ayağı  altındakı  çınqıl  sanki 
dindarın beynindən bütün kənar fikirləri qovub çıxarır, onu 
allahla söhbətə hazırlayır. Budda mə’bədinə isə adətən daş 
tavalardan düzəldilmiş dolanbac, ensiz yollar aparır. 
Nəhayət,  dua  edənlərin  özlərinin  hərəkətlərinə 
baxıb din haqqında fikir yürütmək olar. Adamlar mə’bədin 
qabağında dayanıb əl çalırlarsa (bir qədər aşağıda əl çalma 
mərasimi  haqqında  akad.  Bəkir  Nəbiyevin  də  izləməsini 
vermişik  –  Ş.F.),  sinto  allahlarının  diqqətini  cəlb  etmək 
istəyirlər.  Lakin  onlar  hindlilər  kimi  dinməz  durub 
başlarını  sinələrində  qoşalaşdırdıqları  ovuclarına  tərəf 
əyirlərsə, deməli Buddaya müraciət edirlər. 
Əcnəbi  bu  fərqləri  tədriclə  öyrənəndən  sonra 
nəhayət Yaponiyada nə qədər sintoçu və nə qədər buddaçı 
olduğu  haqqında  sual  versə,  cavabında  çox  qəribə 
rəqəmlər  eşidər.  Həmin  rəqəmlərdən  elə  çıxar  ki,  ölkədə 
dindarların  sayı  əhalinin  sayından  iki  dəfə  çoxdur.  Bu,  o 
deməkdir  ki,  hər  bir  yapon  özünü  həm  sintoçu,  həm  də 
buddaçı sanır, hər iki dinin mərasimlərində iştirak edir. 
Allahların  bu  cür  yanaşı  durmalarını  nə  ilə  izah 
etmək  olar?  Onlar  hər  bir  yaponun  qəlbində  necə  yer 
tapmışlar və öz aralarında necə yola gedirlər? Suallara belə 
cavab  vermək  mümkündür:  əməyin  qəribə  bölgüsü 
sayəsində  sinto  insan  həyatındakı  bütün  fərəhli  hadisələri 
götürmüş,  kədərli  hadisələri  isə  buddizmə  vermişdir. 
Uşağın  anadan  olması  və  toy  sinto  mərasimləri  ilə  qeyd 
edilirsə,  dəfn  və  sələflərin  yası  budda  mərasimləri  ilə 
keçirilir. 
Yeni  doğulan  yaponu  ən  əvvəl  sinto  mə’bədinə 
aparırlar  ki,  yerli  allaha  təqdim  etsinlər.  Müəyyən 
müddətdən  sonra  uşağın  ölməsi  təhlükəsinin  sovuşduğu 


  Йапонийа сяфярнамяси 
 
 
109 
hesab  ediləndə  onu  bu  dəfə  həyata  möhkəm  qədəm 
qoymuş məxluq kimi yenidən ora gətirirlər... 
Nikahla da ancaq sinto məşğul olur... 
Ölümlə  əlaqədar  hadisələr  və  mərasimlər,  necə 
deyərlər,  buddizmin  səlahiyyətinə  aiddir.  Dəfn,  yas, 
qəbristanlara  qulluq  etmək  –  buddizm  mə’bədləri  üçün 
gəlir  mənbələri  bunlardır...  Buddizm  ilə  əlaqədar  olan 
yeganə xalq bayramı bon – mərhumların xatirəsi günüdür. 
Həmin  günü  yayın  ortalarında,  ay  yeddinci  dəfə 
bədirlənəndə  qeyd  edirlər.  Həm  də  şadyanalıqla  qeyd 
edirlər ki, əfsanəyə görə əcdadlarının bu vaxt öz qohumları 
yanına qonaq  gələn ruhlarını sevindirsinlər» (Bax: Sakura 
budağı, səh. 20-21). 
Demək,  ruhlar.  Demək,  ölümdən  sonrakı  həyat. 
Demək,  ruhun  ölməzliyi.  Mən  altı  il  bundan  əvvəl  bu 
haqda belə bir şe’r yazmışdım: 
 
Ölülər ölü deyil 
 
Behiştdə diri varsa, 
Ölülər ölü deyil. 
Əl çalıb oynayarsa, 
Ölülər ölü deyil. 
 
Ey Məmmədquluzadə, 
Yaşamırmı dünyadə 
Ölü – düşərsə yadə? 
Ölülər ölü deyil. 
 
Eşq gölünü üzürsə, 
Cənnət bağın gəzirsə, 
Şahin Fazil 
 
 
110 
Cəhənnəmə dözürsə 
Ölülər ölü deyil. 
 
Bu məfhumda varmı sirr? 
Şəhadət eləyibdir, 
Allah özü deyibdir
1

Ölülər ölü deyil. 
 
Şahin Fazil, hər nəfər 
Ölən kimi, dirilər. 
Diridir, ey dirilər, 
Ölülər ölü deyil. 
 
13.08.2005 
Üçüncü Divan, səh.645-646 
 
Sintoizm,  buddizm  və  konfutsizm  haqqında  görək 
başqa  mənbələr  nə  yazırlar:  1.  Sintoizm  –  ibtidai  təbiət 
kultuna,  nəsli  və  tayfa  allahlarına  inam  və  müxtəlif 
sehrkarlıq adətləri əsasında meydana gəlmişdir (buddizmlə 
yanaşı).  Sinto-yaponca  «Allahın  yolu»,  yaxud  «tə’limi» 
deməkdir.  Sintoizmə  görə,  insanın  mənşəyi  sonsuz  sayda 
ruhlardan,  nüfuzlu  allahlardan  (kami)  başlayır.  Həmin 
allahlar  içərisində  xüsusi  yeri  Günəş  ilahəsi  Amaterasu 
tutur.  Yeni  eradan  əvvəl  660-cı  ildə  «Yamato  dövləti»nin 
taxtına  əyləşmiş  əfsanəvi  Yaponiya  imperatoru  Dzimmu 
(Dzimmu  -  Tenno)  birbaşa  Amaterasunun  nəslindəndir. 
                                                
1
 «Биз юлцляри дирилдярик» 
Гу’ран, Йасин суряси, 12-ъи айя. 
«Сонра Aллащ онлара «юлц» деди. Сонра щамысыны дирилтди». 
Гу’ран, Бягяря суряси, 243-ъц айя. 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə