Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə31/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
147 
Oteldəyəm.  Otaqda  var-gəl  edir  və  düşünürəm: 
«İkinci  Dünya  müharibəsinədək  Yaponiya  iqtisadi  gerilikdə 
idi.  Müharibə  dövrü,  təbii  ki,  yaponlar  üçün  çox  ağır  oldu. 
Amerika  Yaponiyaya  qarşı  idi...  Yalnız  müharibədən  bir 
neçə  il  sonra  bu  ölkədə  böyük  dirçəliş  dövrü  başlandı. 
İqtisadi  yüksəliş.  Özü  də  yüksəliş,  nə  yüksəliş...  Yaponiya 
yüksəlişi  ABŞ,  Çin,  Cənubi  Koreya,  Cənubi  Vyetnam, 
Sinqapur,  Honkonq  kimi  varlı  yerləri  heyrətdə  qoyub. 
Yaponiya bütün dünyaya sübut etdi ki, hər bir ölkə yüksəlişə 
yetə  bilər,  amma  istəsə,  amma  qoysalar,  amma  əl-qolunu 
bağlamasalar, amma ayağından çəkməsələr. Bir də, yaponlar 
hamıya bildirdilər ki, maddi, mədəni, ictimai, hüquqi və s. və 
s. yüksəliş mümkündür, amma mövcud qanunlar işləsə...». 
 
Varsağı 
 
Yapon var, 
Monqol, nanay, yapon var. 
Ap-açıq möcüzəymiş 
Bu qıyıqgöz yaponlar. 
 
Senday, 23 fevral 
 
Müdriklər doğru deyiblər: «Kiminin əvvəli, kiminin 
axırı».  Axırı  yaxşı  oldu  Yaponiyanın!  Nəzərə  gəlməsin, 
göz dəyməsin... 
 
Hayku 
 
Göz! Göz! 
Bulağa göz dəydi və gözü qurudu. 
Şahin Fazil 
 
 
148 
Göz budu! 
 
(Şahin Fazil. Azərbaycan 
haykuları. Bakı, 2007, 
səh.82) 
 
Haykular  diyarında  haykularsız  olmaq  olmaz. 
Köhnə haykularım haqqında fikirləşdikcə təzə haykular da 
yaranır.  Qəribə  janrdır  hayku.  Cəmi-cümlətanı  üçcə  sətir, 
amma  mə’na  dərin.  Mə’lumdur  ki,  mən  qəzələ  çox 
yaxınam.  Bəllidir  ki,  mən  müasir  Azərbaycan  qəzəli 
yazanlardanam  –  tərtəmiz  Azərbaycan  dilində.  Amma, 
bugünkü  qəzəlxanlarımızın  əksəriyyəti  hələ  də  ərəb-fars 
sözlərindən  və  çoxpilləli  izafət  tərkiblərindən  əl  çəkə 
bilmirlər,  ərəbdən,  farsdan  söz  dilənirlər.  Üzümü  onlara 
tutub vaxtilə yana-yana demişdim: 
Hayku 
Qəlizdil qəzəlxanlara! 
 
Azərbaycan dilim... Və 
«Pənbeyi-daği-cünun...», 
Can dilim!!! 
4.11.2004 
 
Ümumiyyətlə,  haykuya  istədiyin  mövzunu  gətirə 
bilərsən.  Hətta  bizim  atalar  sözlərini  də,  zərbülməsəlləri 
də, müxtəlif deyim və ifadələri də. Məsələn: 
«Ac ol, kişi ol!» 
Belə zərbülməsəl var... 
Acdan nə kişi?.. 
1.01.2006 


  Йапонийа сяфярнамяси 
 
 
149 
 
«Bir dəli şeytan deyir...» 
Dəlidir 
Dəliyə qulaq asan. 
8.01.2007 
Aləmi bəzədi, 
Özü isə lüt gəzdi, 
Yazıq iynə!.. 
11.07.2004 
 
«Pul əl çirkidir, 
Yarəb, qoy çox olsun bu çirk» - 
Dedi biri. 
28.12.2004 
 
Sən 
Nə üzsüz adamsan? 
Gözlərim üzünü görməz bir də!!! 
24.05.2007 
 
Kəlləm bərkdən də bərk, 
Başımda qoz sındırma, 
Qozun sınar. 
10.07.2007 
 
Ətəyini kəs, 
Əlimi kəsmə, 
Məgər qandan qorxmuram? 
22.07.2007 
 
Nə isə... 
Şahin Fazil 
 
 
150 
 
Yaponiya 
iqtisadiyyatı! 
Dirçəliş 
və 
iqtisadi 
yüksəliş!  Yaponiyanın  get-gedə  yüksələn  xətlə  inkişafına 
göz qoyan Robert Giyen adlı avropalı müəllif hələ 1969-cu 
ildə  yazırdı:  «Yaponiyanın  gələcəyi  təhlükəlidir.  Onun 
açıq-aydın zəif yerləri Yaponiya iqtisadiyyatı üçün təhlükə 
doğurmurmu?  Ölkəni  idarə  edənlər  onu  həddindən  artıq 
irəli  itələmirlərmi?  Vaxtilə  generallar  kimi  onlar  da  öz 
imkanlarını 
çox 
şişirtmirlərmi, 
ölkəni 
süquta 
uğratmayacaqlarmı? Bu gün problemləri meydana çıxır və 
getdikcə  daha  ciddi  şəkil  alır.  İqtisadi  maşın  hətta  normal 
işləsə  də,  elmi-texniki  inqilabın  ağır  nəticələrindən 
sarsılmış  və  parçalanmış  yapon  cəmiyyəti  iqtisadi 
müvəffəqiyyəti 
şübhə 
altına 
qoyacaq 
böhrana 
uğramayacaqmı?» 
Robert Giyen sözünə davam edir: 
«Yaponiya  qəfil  hadisələr  ölkəsidir.  O,  lap  son 
zamanlaradək bunu öz tarixi ilə tez-tez sübut etmişdir. Elə 
olur ki, ölkə bir istiqamətdə uzun müddət hərəkət edəndən 
sonra  qəflətən  istiqaməti  dəyişir.  Bu,  gözlənilməz 
partlayışlar  ölkəsidir,  izahını  harada  axtarırsan:  təbiətdə  – 
zəlzələlərdə,  vulkanlarda,  qasırğalarda,  ya  bu  xalqın 
fəlsəfəsində  –  buddizmdə,  yaxud  sintoda?  Uzun  müddət 
davam edən sakitlikdən sonra qəflətən kəskin parıltı əmələ 
gəlir və hər şeyi kökündən dəyişir». 
Sonra R.Giyenin 3 mühüm sualı gəlir: 
«Yaponiya 
demokratiyası 
ciddi 
təhlükə 
ilə 
qarşılaşanda  möhkəm  dura  biləcəkmi?  Yaponlar  ümumi 
sırada  dayanmaq  və  ümumi  intizam  meylindən  tamamilə 
sağalmışlarmı?  Bu  ehtiraslı,  çılğın  adamlar  beynəlxalq 


  Йапонийа сяфярнамяси 
 
 
151 
işlərdə  həmişə  ağıllı  hərəkət  edəcəklərmi?»  (Bax:  Sakura 
budağı, səh.215). 
Robert Giyenin fikirlərində hələ XX əsrin 50-60-cı 
illərindən  sonra  birdən-birə  böyük  iqtisadi  dirçəliş  və 
yüksəlişə  nail  olan  Yaponiyaya  qarşı  amerikansayaq  və 
avropasayaq  qısqanclıq  duyulmurmu?  Axı,  inkişaf 
etməkdə  olan  ölkələr  arasında  iqtisadi  cəhətcə  axır 
yerlərdən  birini  tutan  Yaponiya  qəfildən  əvvələ  çıxdı, 
yaxud əvvələ çıxmaqdadır. Əvvəl və son. Son və əvvəl. 
 
Qit’ə 
 
Əvvəli sonda, sonu əvvəldə gör, 
Gör necə üstündü sonun qüdrəti. 
 
Bax bu elin qüdrətinə, heyran ol, 
Bil necə qüdrətdi onun qüdrəti. 
 
Əqlini sonda elə işlətdi ki, 
Ərşə ucaldı Yaponun qüdrəti. 
 
Senday, 23 fevral 
 
Son  suala  diqqət  yetirdinizmi?  Sualda  «beynəlxalq 
işlər» deyən R.Giyen nəyi nəzərdə tutmuşdu: Bu o demək 
deyilmi  ki,  yaponlar  kimi  ehtiraslı,  çılğın  adamlar 
«beynəlxalq 
işlərdə» 
öz 
uğurları 
ilə 
çox 
da 
lovğalanmasınlar,  öz  inkişaf  sür’ətlərini  bir  qədər 
əyləcləsinlər. 
Məgər  Yaponiyanın  başqa  güclü  dövlətlərlə  rəqa-
bətə tab-taqəti olacaqmı? 
Şahin Fazil 
 
 
152 
 
Beyt 
 
Güclü rəqabətdə rəqib az deyil, 
Tab edəcəkdirmi onun taqəti? 
 
 
VIII. 24 fevral. 
 
Tokioya 
yoladüşmə. 
Şinkansen 
şür`ət  qatarı.  Məni    prof.  T.  Kuroda 
müşayiət  edir.  Tokio.  Milli  Hümanitar 
Elimlər İnstitutu. İnstitutun Şərqşünaslıq 
Kitabxanası  (Toyo  Bunko)  .  Xanım 
Ayumi 
Yanagiya. 
Toyo 
Bunkonun 
Konfrans 
zalı. 
Bir 
saatlıq 
çıxışım. 
Restoranda  şərəfimə  ziyafət.  “  Sunroite” 
oteli.  
 
Sübh.  Saat  8-dir.  Tokioya  getməyə  hazırlaşıram. 
Dünən  prof.  H.Oka  demişdi  ki,  sabah  saat  onun  yarısında 
otelə gəlib mənimlə xudahafizləşəcək, Tokioya məni prof. 
T.Kuroda  müşayiət  edəcək.  Elə  də  oldu.  H.Oka  ilə 
«Şinkansen»  sür’ət  qatarının  qarşısında  sağollaşdıq.  O, 
geriyə, biz isə irəliyə yönəldik. 
Takaşi  Kuroda  maraqlı  həmsöhbətdir.  Fars  dilinin 
Tehran ləhcəsi ilə danışır. Gələn həftə İrana – Beynəlxalq 
Elmi Konfransda iştirak etməyə gedəcəkdir. 
Tokio.  Göyün  üzü  bombozdur.  Görünür  ki,  yağış 
yağacaq.  Yaponiya  paytaxtının  iqlimi  haqqında  Uolt 
Şeldon  yazır:  «Buranın  iqlimi  qəribədir:  yayda  Tokio 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə