Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə27/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
127 
arasındakı  qarşılıqlı  münasibət  normaları  əvəz  edirsə, 
yaponlarda  bu  rolu  estetika,  yə’ni  gözəlliyə  pərəstiş  əvəz 
edir» (Bax: Sakura budağı, səh.24). 
Zuyganji  mə’bədgahından  çıxdıq,  yaxınlıqdakı  bir 
kafeyə gəldik. Özümə balıq sifariş etdim. Qızardılmış balıq. 
Gətirdilər.  Balıq  idi,  amma  ilanbalığı.  İlanın  balıq  forması. 
Yedim. Hər halda ilbiz ki, deyildi. 
Matsuşimanı  gəzirik.  Füsünkar  təbiəti  var.  Təmizliyi 
göz  oxşayır.  Hər  şey  özünün  təbii  rəngindədir.  «Rəng» 
şe’rini yazdım və Şaiqə oxudum: 
 
Burada  
istər Tokioda, 
istər Sendayda, 
istər Matsuşimada 
dağın dağ rəngi var, 
bağın bağ, 
ağacın ağac, 
gülün gül 
damın dam, 
adamın adam; 
Tozunsa... 
Sanki tozun rəngi yoxdur, 
Heyranam mən,  
sanki toz qeyb olub 
bu yerlərdən. 
22 fevral, Matsuşima 
Yaponiyaya  yollanma  ərəfəsində  mərhum  yazıçı, 
kinossenarist 
Həsən 
Seyidbəylinin 
qızı 
Məryəm 
Seyidbəyli  (bir  institutda  işləyirik)  məndən  yapon  milli 
paltarı  olan  kimano  gətirməyi  xahiş  etmişdi.  Matsuşima 
Şahin Fazil 
 
 
128 
mağazalarının neçəsində olduq. Kimano yox idi. Satıcı bir 
qız dedi  ki, elə paltarlar yay  mövsümündə satışa çıxarılır, 
amma adı kimano yox, yukatadır. 
Sendaya  qayıdırıq.  Qatar  bizi  gətirdiyi  yol  ilə  geri 
aparır.  Çatdıq.  Bir  neçə  mağazaya  dəydik.  Yukata  yoxdu. 
Dedilər ki, axtarmayın. Yayda olacaq. 
«Hotel  Com’s».  Şaiq  öz  otağına  getdi.  Mən  özüm 
də bir qədər istirahət etdim. 
Axşamüstü Şaiqlə birlikdə şəhər gəzintisinə çıxdıq. 
Otelimizin  lap  yaxınlığında,  uzunluğu  bəlkə  də  bir 
kilometr  olan  geniş  bir  ərazidə,  içərisində  ticarət 
mərkəzləri yerləşən və adı Şontenqay olan üstüörtülü, əgər 
belə  desək,  bazar  var.  Nə  istəsən  buradan  ala  bilərsən. 
Kimano isə yoxdu. 
«Mak-Donalds» 
kafe-restoranına 
gəldik, 
II 
mərtəbəyə  qalxdıq.  Ayrı-ayrı  kiçik  mizlərin  arxasında 
cavan  qızlar  oturmuşdular.  Kimi  kitab  oxuyur,  kimi  kafe 
içir, kimi dondurma yeyir, kimi də siqaret çəkirdi. Bir neçə 
oğlan  da  vardı.  Onlar  da  bu  qızlar  kimi  hərə  öz 
məşğuliyyətindəydi.  Heç  kimin  bir-biri  ilə  işi  yoxdu. 
Qarşımızdakı  bir  qızın  paltarının  ətəyi  dizlərindən  çox 
yuxarıda idi. 
- Bu niyə belə geyinib? 
Şaiq baxdı. Mənim kimi təəccüblənmədi. 
- Bu onun öz hüququdur. Özü bilər. 
Doğrudan da özü bilər. Mənə nə? 
Biz  «Mak-Donalds»ı  tərk  edəndə  gecə  yarı  idi. 
Gənclər gəlir-gedirdilər, kitab oxuyan və minidən də mini 
yubka geyinən iki qızdan başqa. Əlbəttə, mənə nə? 


  Йапонийа сяфярнамяси 
 
 
129 
Oteldəyəm.  Pəncərə  önündə  dayanıb  aya  baxıram. 
Ay  doğub.  Ay  yerə  baxır,  Bakıya  baxır,  Qubaya  baxır, 
Sendaya baxır. 
 
Görürəm,  
göydə ay 
hər gecə doğur, 
Kişisi yoxdursa  
ay necə doğur? 
(İkinci Divan, 
səh.575) 
 
Yaponiya  torpağındakı  bir  günüm  də  başa  çatdı. 
Vətənimi  xatırladım.  Qarabağı  andım.  Haqsız  yerə 
əlimizdən  çıxan  (çıxarılan)  Göyçə,  Zəngəzur,  Şuşa  və 
başqa  torpaqlarımız  gəldi  xatirimə.  Başımıza  neçin  bu 
bəlalar  gəldi?  Torpaqlar  niyə  getdi?  Yerlərimizin 
əksəriyyəti nə üçün yad əllərdədir? Qarabağın üstünü almş 
qara  bulud  haçan  dağılacaq?  Erməni  qara  buludu...  Bir 
şe’rimi xatırladım: 
 
Bu qara bulud 
 
Hay verin, qəlbimin hay-harayı var, 
Haçan dağılacaq bu qara bulud? 
Başımın üstündə bulud layı var, 
Haçan dağılacaq bu qara bulud? 
 
Şahin Fazil 
 
 
130 
Bu bulud ... Buludun zərəri varmış, 
Buludun nələri, nələri varmış... 
Yağış əvəzinə güllə yağarmış... 
Haçan dağılacaq bu qara bulud? 
 
Bu bulud... Cəfası çoxmuş buludun, 
Zülümü, cəzası çoxmuş buludun, 
Abırı, həyası yoxmuş buludun, 
Haçan dağılacaq bu qara bulud? 
 
Bürüyüb göyünü Xan Qarabağın, 
Neçə seyrəngahın, neçə oylağın, 
Dərənin, təpənin, meşənin, dağın... 
Haçan dağılacaq bu qara bulud? 
 
Əkilən torpağı biçinsiz qalıb, 
Biçilən torpağı əkinsiz qalıb, 
Mərmidən, qəlpədən min-min iz qalıb, 
Haçan dağılacaq bu qara bulud? 
 
Ələ tüfəng alıb oğulu, qızı, 
Tətik qan içində, atəş qırmızı... 
Buludun üstündə günəş qırmızı, 
Haçan dağılacaq bu qara bulud? 
 
Qərənfil də küsdü, lalə də küsdü, 
Daha gül açmayır daşımın üstü. 
Haçan dağılacaq başımın üstü? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bəyaz ümidlərim qaraldı axı, 


  Йапонийа сяфярнамяси 
 
 
131 
Gümanın üstünü qar aldı axı, 
Gözlərimin kökü saraldı axı,  
Haçan dağılacaq bu qara bulud? 
 
Ədalət gələcək nə zaman axı? 
Həqiqət güləcək nə zaman axı? 
Bulud çəkiləcək nə zaman axı? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bəlanın sayı yox, hesabı yoxmu? 
Əzab verənin öz əzabı yoxmu? 
Məgər bu sualın cavabı yoxmu: 
Hacan dağılacaq bu qara bulud? 
 
Bir zəli bənd edib əlini göyə, 
Qaynaqmı ediblər zəlini göyə? 
Canım, kim buraxıb dəlini göyə? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bu qoca fələyin cəbri nə çoxdu? 
Goru, məqbərəsi, qəbri nə çoxdu? 
Bu qara buludun səbri nə çoxdu? 
Haçan dağılacaq bu qara bulud? 
 
Bilirəm, haçansa haqq zəfər çalar, 
Amma, bu dərd itməz, bu kədər qalar... 
Göydə heç bulud da bu qədər qalar? 
Haçan dağılacaq bu qara bulud? 
Bu qara bulud. 
 
(Divan, Bakı, 1996, səh.325-326) 
Şahin Fazil 
 
 
132 
 
Möhtərəm  oxucu,  şe’r  uzun  oldu.  Dərdlərimiz  kimi. 
Deməyin  Şahin Fazil uzunçudur. Deməyin cavabsız sualları 
var.  Cavabımız  olar  inşallah.  «Cavab  qaldı  qiyamətə» 
deməyəcəyəm.  Cavab  tezliklə  olar  ümidindəydim.  Cavab 
olacaq! 
Yaponların  çoxlu  kamikadzeləri  olub.  Hərbiçilər 
İkinci Dünya müharibəsi vaxtı kamikadze adlandırılan bə’zi 
vətənpərvərləri  raket-bombaların  içərisinə  «hörüb»  düşmən 
tərəfin  təyyarə  bazaları  və  gəmilərinə  tərəf  atır,  nəticədə 
içəridən idarə olunan və düz hədəfə dəyən raket-bombalar da 
məhv olur, hədəflər partlayırdı. Kamikadzelər haqqındakı bu 
mə’lumatı  mən  hələ  tələbə  ikən  müxtəlif  mənbələrdən 
oxumuşam. «Yaponlar» kitabında kamikadze xarakteri, onun 
ölümdən qabaqkı xoş əhvali-ruhiyyəsi, öləndən sonra ölməz 
olacağına inamı aşağıdakı kimi əks olunur: 
«XII  əsrin  ikinci  yarısında  Yaponiya  monqol 
hücumuna  mə’ruz  qaldı.  Çingiz  xanın  nəvəsi  Hubilay  iki 
dəfə (1274 və 1281-ci illərdə) gəmilər armadası ilə Yaponiya 
sahillərinə  gələrək  ölkəni  fəth  etmək  istədi.  Amma,  hər  iki 
yürüş uğursuz oldu. İşğalçıların Yaponiya adalarına endikləri 
vaxt  baş  verən  güclü  tufanlar  onların  gəmilərinin 
əksəriyyətini  darmadağın  etdi.  Yapon  tarixçiləri  həmin 
tufanları «kamikadze» - «ilahi külək» adlandırmaqla məhz o 
küləyin  yapon  xalqına  ilahi  kömək  etdiyini  yazdılar» 
(«Yaponlar» kitabı, səh. 173; V.Ovçinnikov. Sakura budağı, 
səh.18). 
Kitabın müəllifləri sonra XII əsrdən XX əsrə gələrək 
könüllü ölümə gedən gənc adamları belə xarakterizə edirlər: 
«İkinci  Dünya  müharibəsinin  axırında  Yaponiya 
məğlub  olduğu  vaxt  yapon  komandanlığı  ölümə  gedən 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə