Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə35/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
165 
 
Önü görünməz  
xəyal kimiydi. 
Bakı-Tokio  
istiqaməti. 
Sonu bilinməz  
vüsal kimiydi. 
Bakı-Tokio  
istiqaməti. 
 
Muradım mənim  
gerçəyə döndü,  
xəyal çin oldu,  
vüsal göründü. 
 
Söylədi «salam»  
yaponlar mənə. 
Etdi ehtiram  
yaponlar mənə. 
 
Mən yaponlara  
sevgi gətirdim. 
Mənə sevgi də 
Yaponda gördüm. 
 
İndisə, bizə  
«ayrılıq» adlı  
vaxt yaxınlaşır, 
an yaxınlaşır, 
gendə ön qalır, 
son yaxınlaşır. 
Şahin Fazil 
 
 
166 
 
Sonu görünməz  
xəyal kimidir. 
Tokio-Bakı  
istiqaməti. 
 
Sonu bilinməz  
vüsal kimidir. 
Tokio-Bakı  
istiqaməti. 
Tokio, 24 fevral 


  Йапонийа сяфярнамяси 
 
 
167 
IX. 25 fevral. 
 
Tokio.  Otel.  İstirahət.  Xarakiri 
mərasimi haqqında televiziya filmi. Xara-
kiriyə  aid      şeirimin  yazılması.  Daha  bir 
neçə  müxtəlif  janrlı  şeirlər.  Yaponiyada 
45 yaşında  özünü  xarakeri etmiş   məşhur 
yazıçı Yukio Misima ilə  əlaqədar “ Daha 
nə  istəyirdin?”  adlı    şeirim.  Sonra  Azər-
baycan  Respublikasının  Yaponiyadakı 
Səfirliyində görüş. Dr.  Gursel Qüdrət oğ-
lu  İsmayılzadə, Rövşən Musayev. “ Türk 
restoranı”.  Xarakiri  rədifli  qəzəlim.  Sa-
muraylar  haqqında  düşüncələrlə    yazdı-
ğım qəzəl. 
 
Sübh  açıldı.  Göyün  üzü  açıqdı.  Bu  gün  yağış 
yağmayacaq.  Ürəyim  açıldı.  Televizoru  açdım.  Film 
göstərirlər. Bədii filmdir. Xarakiri adətləri haqqında. Yapon 
dilində  gedən  filmin  sözlərini  başa  düşməsəm  də,  özlərini 
xarakiri  etməklə  məşğul  olan  ürəkli  insanlar  silsiləsinin 
könüllü  olaraq,  bilərəkdən  öz  canlarından  keçib  intihar 
etmələri məni dəhşətə gətirdi. 
Kimdir  «xarakiri»?  «Xara»  sözün  hərfi  mə’nasında 
«qarın»  deməkdir  (daha  dəqiq  desək,  «xara»  göbəkdən  beş 
santimetr  aşağı  olan  qarın  nahiyəsinin  sağ-sol  hissəsidir). 
Məcazi  mə’nada isə «xara» ifadəsi Qərb ölkələrində «ürək» 
mə’nasını  verən  qəlb,  ağıl,  xarakter,  niyyət,  dərin  düşüncə 
anlayışına malikdir. 
Yaponiyada  «xara»  sözünün  çoxlu  nitq  hissələri 
vardır:  elə  qətiyyətli  adam  ki,  öz  xarasını  (xara-o  kimeru) 
Şahin Fazil 
 
 
168 
rahatlamışdır; əsəbiləşən adamın xarası yuxarı qalxır (xara-o 
tateru); açıq danışan adamın xarası açılmışdır (xara-kiri). Bu 
mənalara  görə  də,  qarnın  cırılması  yoluyla,  bu  ən’ənəvi 
intiharı «xarakiri» adlandırmışlar. Xarakiri əməliyyatı Xeyan 
hakimiyyəti  dövründə  (IX-XII  əsrlər)  bərqərar  olmuş  və 
əvvəl  vaxtlar  yalnız  samuraylar  tərəfindən  icra  olunmuşdur 
(samuraylar haqqında bir qədər aşağıda mə’lumat verəcəyəm 
– Ş.F.). 
«Xarakiri»  sözünü  xaricilər  bə’zən  istehza  ilə 
işlədirlər,  yaponlar  isə  həmin  sözü  «seppuku»,  yaxud 
«kappuku»  kimi  işlətməyə  meyllidirlər.  «Seppuku»  sözün 
hərfi  mə’nasında  «qarnın  cırılması,  doğranması»  əməlini 
özündə  ehtiva  edir.  Əgər  seppuku  cəza  kimi  həyata 
keçirilirsə, söyləyirlər ki, təqsirkar öz günahını dərk etmiş və 
belə  demişdir:  «Mən  yaxşı  iş  görməmişəm,  vicdanım 
qarşısında  utanıram,  buna  görə  də  özümü  öz  əllərimlə 
cəzalandırıram».  Bə’zənsə,  adam  günahkar  olmadan  da 
seppuku  əməlini  həyata  keçirərək  deyir:  «Mənim  günahım 
yoxdur,  amma  mən  sizə  öz qəlbimi  göstərmək  istəyirəm  ki, 
siz özünüz buna (günahsızlığıma – Ş.F.) əmin olasınız». 
Mə’lum  olduğu  kimi,  qarındakı  ağrıya  olduqca  çətin 
dözmək olur, buna görə də adamın özünün öz qarnını cırması 
həyatdan  asan  olmayan  yolla  köçməkdir.  Seppuku  əməlini 
icra  edən  şəxs  yanındakı  şəxsə  belə  deyə  bilər:  «Xəbər  ver 
ki, mən mərdliklə öldüm». Samuraylarda döyüşdə ölmək ilə 
“həsir  üstündə  ölmək”  (bu  zaman  seppuku  həsir  üstündə 
keçirilir) eyni dərəcədə qəhrəmanlıq sayılır. 
XIV  əsrə  yaxın  öz  əli  ilə  özünü  öldürmək  döyüşdə 
ölməkdən  daha  yüksək  qiymətləndirilməyə  başladı.  İntihara 
yüksək  qəhrəmanlığın,  qüvvət  və  özünüdərk  nümayişinin 
simvolu  kimi  baxmağa  başladılar.  Həyata  və  ölümə.  Belə 


  Йапонийа сяфярнамяси 
 
 
169 
münasibət  xüsusən  klassik  yapon  eposunda  daha  parlaq 
tərzdə  əks  olunmuşdur.  «Böyük  dünya  haqqında  povest» 
kitabında  elə  intiharların  2640  hadisəsi  təsvir  olunur. 
Onlardan birisi belədir: 
«Yosimitsu  qarovul  qülləsinə  qalxdı  və  şahzadənin 
getdiyi  istiqamətə  baxmağa  başladı.  O,  onun  get-gedə 
uzaqlaşdığını  tutqunluqla  gördü.  «Hə,  indi  isə  başlamaq 
olar»  deyə  fikirləşdi.  Qılıncı  ilə  qala  taxtalarını  qopardı, 
özünü  aşağıda  dayanan  adamlara  göstərdi  və  bərkdən 
qışqırdı:  «Əzəmətli  ilahə  Amaterasunun  nəslindən  doxsan 
beşinci varisi, imperator Dzimmunun hakimiyyəti vaxtından 
doxsan  beşinci  nəslin  hökmdarı  imperator  Qodayqonun 
ikinci  oğlu  birinci  dərəcəli  şahzadə  Takaxato  üsyankar 
vassallarının  əli  ilə  indicə  öldürülmüşdür.  İndi  mən  sizə 
döyüşçünün özünü necə öldürəcəyini  göstərəcəyəm. Mənim 
bu  hərəkətim  qoy  sizə  nümunə  olsun.  Sizin  əsgərlik 
xoşbəxtliyiniz  qurtardıqda  siz  özünüz  də  öz  qarnınızı 
cırmağa hazırlaşacaqsınız». 
Belə deyərək o, yaraq-əsləhəsini əynindən çıxardı  və 
qaladan  aşağı  tulladı...  bədəninin  aşağı  hissəsini  üryan  etdi, 
qılıncını  ağappaq  bədəninə  soxdu,  onu  qarnında  sağa-sola 
çəkməklə  qarnını  yardı,  daxilindəki  bədən  üzvlərini  çıxardı 
və  onları  qalanın  döşəməsinə  atdı,  sonra  qılıncını  dişləri  ilə 
tutaraq üzü üstə yerə yıxıldı». 
XV  əsrin  ikinci  yarısından  XVII  əsrin  ortalarınadək 
Yaponiyada  sahibin  vəfatı  münasibətilə  seppuku  əməlinin 
icrası  başlandı.  «Xaqakuri»  kitabında  elə  hadisələrin  biri 
haqqında  hekayət  vardır.  Orada  danışılır  ki,  sahibkar  knyaz 
Nabesimanın işlər müdiri Sukedzaemonun yanına göndərilən 
knyazın  bir  nümayəndəsi  ona  belə  əmr  çatdırdı:  Qızının 
səfeh  əxlaqsızlığı  ilə  öz  adını  şərəfsizləşdirdiyi  üçün  qoy 
Şahin Fazil 
 
 
170 
özünü  xarakiri  etsin.  Sukedzaemon  o  vaxt  qo  oyunu
1
  ilə 
məşğul  idi.  Əmri  eşidən  Sukedzaemon  yanına  göndərilən  o 
adama oyunu oynayıb qurtarana qədər gözləməsini və oyuna 
baxmasını xahiş  etdi. Oyun qurtaran  kimi  Sukedzaemon bir 
kənara çəkildi və sakitcə öz qarnını cırdı. 
Sukedzaemonun  on  səkkiz  nəfər  samurayı  özlərini 
sahibindən  ayırmaq  istəməyib,  knyazın  buraya  yolladığı 
adamdan icazə istədilər ki, ölən sahibi kimi xarakiri etsinlər, 
lakin  o,  belə  çox  adamın  miqdarından  qorxub,  onlarla 
razılaşmadı.  Bu  vaxt  Sukedzaemonun  oğlu  samurayların 
əvəzinə  xahişə  başladı:  «Əgər  döyüşçü  öləcəyini  deyirsə,  - 
dedi  o, - onu bu işdən saxlamaq faydasızdır.  Lütfən  onların 
özlərini  xarakiri  etmələrinə  icazə  verin».  İcazə  alındı  və 
Sukedzaemonun on səkkiz  vassalının hamısı öz sahiblərinin 
ardınca o biri dünyaya yollandılar... 
Öz  sahibinin  arxasınca  ölümə  getmək  bə’zi  hallarda 
kütləvi  intiharlar  şəklini  alırdı,  bir  növ  dəbə  çevrilirdi... 
«Dzyunsi»,  yaxud  «oybara»  adlanan  bu  adət  (yə’ni 
sahibinin,  nəsil  başçısının  ölümündən  sonra  özünü  xarakiri 
etmək)  1663-cü  ildə  qanunla  qadağan  olundu,  lakin  uzun 
müddət  onu  dəbdən  çıxarmaq  mümkün  olmadı.  Vəziyyəti 
belə  görən  hakimiyyət  orqanları  sərt  addım  atmağa  başladı: 
Onlar, cəza kimi öz sahibinin ölümündən sonra xarakiri edən 
adamların bütün ailə üzvlərinin başlarını kəsməyə başladılar. 
Bu  tədbirin  köməyi  oldu,  amma  bu  adət  məxfi  şəkildə  hələ 
çox  davam  etdi.  İmperator  Mutsuxitonun  vəfatından  sonra, 
məsələn, onun bə’zi yaxınları qadağana əhəmiyyət verməyib 
xarakiri  etdilər  (onların  arasında  general  Noqi  də  vardı). 
Qanuna  görə  elə  adamlar  cəzalandırılırdı,  amma  əxlaq 
                                                
1
 Дама ойунуна бянзяр столцстц ойун. 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə