Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə33/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
157 
vaxt belə hərəkət etməz... Qırmızı işıq yananda hamı səkinin 
kənarında  dayanıb  gözləyir.  Maşın  gəlməsə  də,  keçid  boş 
olsa da, heç  kəs yerindən tərpənmir... yaşıl işığın yanmasını 
gözləyirlər... 
Biz yenə də qəribə bir mənzərəni seyr etdik. Küçənin 
hər  iki  tərəfindəki  səkilərdə  işıq  dirəklərinə  xırda  bayraqlar 
sancılmışdı. Məktəblilər, qocalar, evdar qadınlar bir səkidən 
o  biri  səkiyə  keçmək  istəyəndə  həmin  bayraqlardan  birin 
əlinə  alıb  qaldırır,  həmin  saniyə  bütün  maşınlar  dayanır. 
Qadınlar,  yaxud  uşaqlar  rahatca  o  biri  səkiyə  keçirlər. 
Bayraqların  üzərində  «Biz  gəlirik»  sözləri  yazılmışdır. 
Həmin  bayraqları  o  biri  səkidəki  dirəklərə  sancırlar  və 
yollarına  davam  edirlər»  (Bax:  Həsən  Seyidbəyli,  «On  beş 
gün Yaponiyada» kitabı, səh 28-31). 
Bayaq  əsərindən  misal  gətirdiyim  Uolt  Şeldon 
Tokiodakı  adamların  çoxluğunu  obrazlı  şəkildə  belə 
xarakterizə  edir:  «Tokioda  o  qədər  çox  adam  yaşayır  ki, 
deyəsən  hətta  itlər  quyruqlarını  sağa-sola  yox,  yuxarı-aşağı 
bulamağa məcbur olurlar» (Bax: Sakura budağı, səh.211). 
«Yaponlar»  kitabındasa  Tokionun  geniş  və  dolğun 
təsviri belə verilmişdir: «Tokio – Yaponiyanın güzgüsüdür... 
Yaponiya  paytaxtının  sərhədlərini  təsəvvür  etmək  çətindir, 
çünki,  sadəcə  olaraq,  onlar  yoxdur.  Şəhər  nəhəngdir:  Oraya 
23 rayon, 5 şəhər-peyk və bir kənd daxildir. Böyük Tokioda 
28 milyon adam yaşayır, 2000-ci ildə bu rəqəmin 34 milyona 
çatacağı gözlənilir. 
Əhali sıxlığı böyükdür: Bir kvadrat-kilometrə beş min 
adam  düşür.  Qonşu  prefekturalardan  və  ətraf  yerlərdən 
Tokioya hər gün işləmək üçün beş-altı milyon adam gəlir... 
Bu şəhər sentimental şəhər deyil, bu şəhər haqq-hesab 
sevir və burada dolanmaq adi adam üçün böyük zəhmət tələb 
Şahin Fazil 
 
 
158 
edir...  Tokiolılara  minlərlə  taksomotor  parkı  xidmət  edir. 
Şəhərin  istənilən  yerində  dayanıb  taksi  gözləyən  adam  yol 
kənarında  dayanıb  bir  dəqiqədən  artıq  gözləmir...  Yapon 
taksiçiləri  mehmanxana  Sveysarları  və  restoran  ofisiantları 
kimi adamdan artıq pul qoparmırlar. 
Tokioda  200  min  kafe  və  restoran  vardır.  Az  vaxtda 
yemək  və  sadəcə  olaraq  nəsə  dadmaq  mümkündür.  Tokio 
restoran, kafe və qəlyanaltıxanalarında nə gündüz, nə də gecə 
növbə  yoxdur.  Hətta  yemək  saatlarında  da  heç  kimi  bir 
dəqiqədən artıq gözlətmirlər... Xidmət və ticarət sahələrində 
ölkədə  28  milyon  nəfər  məşğuldur  ki,  bu  da  təqribən  işçi 
əhalinin yarısını təşkil edir... 
Şənbə  və  bazar  günləri  Tokio  ticarət  müəssisələri  öz 
fəaliyyətlərini  azaltmır,  əksinə  daha  da  genişləndirirlər. 
Tokionun  Qindza,  Sindzyuku,  Akixabara  və  başqa 
rayonlarının ticarət kvartallarında hər bazar günü «piyadalar 
üçün  cənnət»  adlanan  xidmət  təşkil  olunur:  küçələrə  maşın 
buraxılmır,  yolun  giriş  hissəsində  mizlər,  stullar  qoyulur, 
dondurma, kofe, sərinləşdirici içkilər və başqa şeylər daşıyan 
ayağı 
diyircəkli 
lotoklar 
gətirilir... 
Univermaqlarda, 
benzindoldurma 
stansiyalarında, 
qəlyanaltı 
yeməkxanalarında  və  mehmanxanalarda  15  yaşından  30 
yaşınadək gənclərin işləmələri nəzərdən yayınmır. Tələbə və 
məktəblilərin çoxu pik saatlarında ticarət və iaşə sahələrində 
işin gur vaxtı saathesabı ödənişlə işləyirlər. Satıcı, bərbər və 
ofisiant  peşəsi  təyyarəçi,  şaxtaçı,  yaxud  metallurqların 
işindən heç də az əhəmiyyətli sayılmır... 
70-ci  illərin  əvvəllərində  Tokio  dünyanın  ən  çirkli 
şəhərlərindən  sayılırdı...  Amma,  indi  vəziyyət  dəyişmişdir. 
Bugün  Tokionun  təkcə  23  mərkəzi  rayonunda  70-dən  çox 
park  vardır  ki,  havanı  təmizləyirlər...  bundan  başqa,  Tokio-


  Йапонийа сяфярнамяси 
 
 
159 
nun bütün taksomotor və yükdaşıyan parklarındakı maşınlar 
bütünlüklə qaz ilə işləyirlər. Bugün havasının və küçələrinin 
təmizliyi şəhərin ən diqqətəlayiq xüsusiyyətdir. 
Nəhəng  şəhər  oyanan  kimi,  minlərlə  elektrik  qatarı 
bir-birindən iki dəqiqə yarımlıq intervalla şəhərə milyonlarla 
adam  gətirir.  Saat  9-a  qədər  gəlib  iş  yerinə  çatmaqdan  ötrü 
onlar gərək ən yaxşı halda saat 7-də qatara əyləşsinlər... Yol 
Tokioya  gəlib-gedən  işçilərin  saat  yarımdan  iki-üç, 
bə’zilərininsə dörd saatadək vaxtını aparır... 
Tokioda  qaranlığın  başlanma  vaxtını  tutmaq  olmur. 
Hava  dərhal  qaralır.  Elə  bil  sehirli  çubuğun  sehri  ilə 
küçələrdə  təxminən  eyni  bir  vaxtda  reklam  işıqları  yanır, 
restoranların,  kafe  və  barların  adlarını  bildirən  lampalar 
işıqlanır...  Gecə  yarısı  bir  neçə  saat  ərzində  par-par  yanan 
işıqlı  reklamlar  sönür,  ...amma  gəlirləri  az  olan  tokioluların 
yaşadıqları  Kabukityo adlı rayon səslərlə  dolur. Bu rayonda 
dörd  mindən  çox  kiçik  restoran,  kafe  və  qəlyanaltı  yerləri 
var...  Hər  tərəfdən  ciyilti,  gülüş  səsləri,  rok-musiqi  sədaları 
eşidilir.  Elə  buradaca  səkilərdə  üstünə  fanarlar  qoyulan, 
içərisində  isə  şamlar  işıldayan  stollar  görünür.  Onlar  Tokio 
falçılarının stollarıdır  ki, falçılar az ödənişlə  gəzintiyə çıxan 
adamların  falına  baxır,  əllərindəki  cizgilərlə  talelərini 
söyləyirlər. 
Lakin  burada  əhalinin  az  bir  hissəsi  vaxt  keçirir  ki, 
onlar da əsasən vaxtlarını belə sərf edən cavanlardır. Əməkçi 
Tokio isə yatır...» (Bax: Yaponlar, səh.71-75). 
Tokio haqqında yığcam  mə’lumat  Azərbaycan  Sovet 
Ensiklopediyasında  da  vardır:  «Tokio...  –  Hönsü  adasının 
şimal  hissəsində,  Kanto  düzənliyində,  Edoqava,  Arakava, 
Sumida,  Tama  çaylarının  Tokio  körfəzinə  töküldüyü 
yerdədir.  İqlimi  subtropik  mussondur.  Zəlzələlərə  mə’ruz 
Şahin Fazil 
 
 
160 
qalır.  Şəhərdə  23 inzibati rayon («ku»)  var. 36  şəhər («si»), 
24 kənd  və şəhərtipli məntəqə, həmçinin İdzu və Oqasavara 
adaları  «paytaxt  prefekturasını»  (Tokiato),  yaxud  «Böyük 
Tokionu»  əmələ  gətirir.  İdarəçiliyi  əhalinin  4  il  müddətinə 
seçdiyi  «prefektura  məclisi»  həyata  keçirir,  ona  əhalinin 
seçdiyi qubernator (mer) başçılıq edir. 
Tokio  (ilk  adı  Edo)  XV  əsrin  ortalarında  salınmış, 
sonralar Tokuqava hakimlərinin iqamətgahına çevrilmişdi. O 
zaman  rəsmi  paytaxtı  Kioto  şəhəri  idi.  XVIII  əsrdə  Edo 
dünyanın  ən  böyük  şəhərlərindən  biri  idi.  1869-cu  ildən 
dövlətin  paytaxtı  e’lan  edildi  və  Tokionu  «Şərq  paytaxtı» 
adlandırdılar. 1923-cü  ildə  zəlzələ nəticəsində  şəhərin  yarısı 
məhv olmuşdu. 
İmperator  saray  kompleksinin  (təxminən  1600-cü 
illər)  yerləşdiyi  Hixonbasi  rayonu  şəhərin  tarixi  mərkəzidir. 
Məşhur tikililərdən Akasaka sarayı (1909), parlament binası 
(1915-1936), mərkəzi poçtamt (1934) və s. 
Tokioda  80-dən  çox  ali  məktəb,  100-dən  çox  elmi-
tədqiqat  institutu,  böyük  kitabxanalar,  muzeylər,  teatr 
truppaları fəaliyyət göstərir» (ASE, IX c., Bakı, 1986, s.304). 
Hazırda  isə  biz  –  Takaşi  Küroda,  Şaiq  və  mən 
Tokionun  geniş  küçələri ilə  Milli Humanitar Elmlər  İnstitu-
tuna doğru addımlayırıq. Tələsmirik. Hələ vaxtımız var. Hələ 
saat 8-dir. Hələ işin başlanmasına bir saat var. 
Gəlib  çatdıq.  İnstitutun  Şərqşünaslıq  Kitabxanasının 
(Toyo  Bunko)  yanında  Ayumi  Yanagiya  adlı  bir  qadın  bizi 
qarşılayır. O, Rezearsh Fellov elmi vəzifəsində işləyir. Onda 
yapon  qadınlarına  xas  nəzakət  var.  Xanım  Ayumi 
gülümsəyə-gülümsəyə  önümdə  baş  endirdi,  mən  də  onun 
tə’zimini  yaponsayağı  təkrar  etdim.  Biz  bir-birimizə  «hay» 
dedik. Biz xanım Ayumi ilə, təbii ki, hələ əyani şəkildə tanış 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə