Microsoft Word Sahin Fazil. Yaponiya Sefernamesi doc



Yüklə 213,4 Kb.
Pdf görüntüsü
səhifə9/45
tarix18.06.2018
ölçüsü213,4 Kb.
#49649
1   ...   5   6   7   8   9   10   11   12   ...   45

  Йапонийа сяфярнамяси 
 
 
41 
Laylay, mənə bir laylay 
 
Arabir sevincim həzzlə yanaşı, 
Hərdən qəhər boğur bir anlıq məni. 
Saçımdan qaradır qarlı dağ başı, 
Deyəsən tərk edir cavanlıq məni. 
 
Çoxu illərimin geridə qaldı, 
Neçə aydan ötüb, ildən aşmışam. 
Ömrün təzadımı, yoxsa nə haldı, 
Yarım, qocalmışam uşaqlaşmışam. 
 
Gəncliyim ilğıma, röyaya bənzər, 
Cavanlıq gözümdən uzaq kimidir. 
Uşaq var çoxbilmiş qocaya bənzər, 
Qoca var küsəyən uşaq kimidir. 
 
İnadkar olmuşam, dözəsən gərək, 
Uşağa dönmüşəm mən qoca ikən. 
Qəlbim kövrək olub cocuq qəlbitək, 
Layla çal, bir layla istəyirəm mən. 
 
Ey yar, uşağam sanki, 
Laylay, mənə bir laylay. 
Sinndən uzağam sanki, 
Laylay, mənə bir laylay. 
 
Laylay de nəvəm yatsın, 
Laylay mənə həm çatsın, 
Laylay məni yuxlatsın, 
Laylay, mənə bir laylay. 
Şahin Fazil 
 
 
42 
 
Laylay, naçaram yoxsa, 
Laylay ki, zaram yoxsa. 
Bax, ağlayaram yoxsa, 
Laylay, mənə bir laylay. 
 
Cənnətdi həyat mənli, 
Ləzzətdi həyat sənli. 
Nənni, mənə bir nənni, 
Laylay, mənə bir laylay. 
(Bax: Əllərini ver 
mənə, Bakı,1998  
səh.71-72) 
 
Axşamüstü  şəhərə  çıxıb  Yaponiyada  görüşəcəyim 
alimlər  üçün  bə’zi  suvenir-hədiyyələr  aldım.  Evə  qayıdıb 
aparacağım şeyləri səliqə-sahmana saldım. 
Aparmaq  üçün  çoxlu  kitab  əldə  etmişdim.  Əvvəlki 
iki  divanımı  və  bu  günlərdə  çapdan  çıxmış  «Üçüncü 
Divan»ımdan  bir  neçəsini  də  çamadana  yerləşdirdim. 
Mənim  birinci  «Divan»  kitabım  1996-cı,  «İkinci  Divan» 
2005-ci,  «Üçüncü  Divan»  isə  2008-ci  ildə  çap 
olunmuşdur.  3023  səhifədən  ibarət  üç  divan.  Çox  əmək 
sərf elədim bu divanlara: 
Şe’rimi Qur’an oxuyub yazmışam, 
Rəmzimi irfan oxuyub yaxmışam. 
 
Yazmamışam «Divan»ı birdən-birə, 
Bir neçə «Divan» oxuyub yazmışam. 
 
Bircə gün ömrümdə hədər keçmədi, 
Şahina, hər an oxuyub yazmışam. 


  Йапонийа сяфярнамяси 
 
 
43 
 
(ÜçüncüDivan, səh.456) 
 
Mə’lum  qəzəlimin  son  beytini  qeyri-təvazökarlıq-
dan uzaq sanın. Ümumiyyətlə, yazmadığım gün yoxdur. 
Əlimdə hər zaman tutdum qələm,Şahin, 
mən öldükdə, 
Görərlər seyr edən kəslər məzarımdan 
qələm qalxıb. 
 
(Üçüncü Divan,  əh.77) 
 
Gündüz, işlədiyim İnstituta da baş çəkmişdim. Elmi 
işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi 
Bəhramovun mənə verdiyi Qarabağa həsr olunmuş sidi də 
çamadanıma  qoyuldu.  Ən  başlıcası  isə,  məni  Tokionun 
Narita  Beynəlxalq  aeroportunda  qarşılayacaq  Şaiq 
Cəfərzadə  üçün  əldə  etdiyim  və  əsasən  Azərbaycan  Xalq 
Cümhuriyyəti 
tarixinə 
aid 
əsərləri 
qablaşdırdım. 
Məmmədəmin  Rəsulzadənin  demək  olar  ki,  bütün 
əsərlərini  tapmışam  Yaponiya  ölkəsində  magistrant  olan 
Şaiq  üçün.  Xatırladım  ki,  o,  orada  olacağım  günlərdə 
mənim tərcüməçim və müşayiətçim olacaq. 
Ağır  peşədir  tərcüməçilik.  İllərlə  daşımışam  bu 
peşəni. Bir vaxt Əfqanıstanda yazmışdım ki: 
 
Tərcüməçi – mənim peşəm! 
Yad diyarda neçə illər tərcüməçi işləmişəm. 

(Əllərini 
ver 
mənə, 
Bakı, 1998, səh. 123) 
 
Şahin Fazil 
 
 
44 
Saat  22-dir.  Televizoru  söndürüb  yatağa  uzandım. 
Gecə  yarısı  yola  düşməliyəm.  Amma,  yuxu  gözümə 
gəlmirdi ki, gəlmirdi. İki saata qədər mürgülədim... 
II. 18 fevral 2009. 
 
 
Səfərimin  başlanması.  Bakı-Moskva 
istiqamətli uçuş. Moskva. Şeremetjevo – 2 
Beynəlxalq aeroportu . Tranzit zal. Səhər 
saat  8  -dən  axşam  saat  18-dək  bu  zalda 
keçirdiyim  intizar.  Nəhayət,  Tokioya 
uçacaq  SU-583-cü  reys  sərnişinlərinin 
qeydiyyatının 
başlanması. 
Nəhəng  
Fransa aerobusu. Məşhur   yapon rəqqası 
Kohşon  Nanami  ilə  tanışlıq.  Tokio.  “ 
Narita” Beynəlxalq aeroportu. 
 
Saat  3-dür.  Sürücü  Həmidlə  aeroporta  yollandıq. 
Saat 6-da «Boinq» markalı təyyarə səmaya qalxdı. Narahat 
idim. Öndə dəfələrlə gördüyüm Moskva, sonra ilə hələ bir 
dəfə də görmədiyim Tokio şəhəri dururdu... 
Moskvadayam. Hər yan mənim saçımdan da ağ qar 
içindədir. 
Dördlük 
 
Kim məni qarğışladı – 
Saçımda qar qışladı. 
Cavanlığım bitməmiş 
Qocalığım başladı. 
 
Şeremetyevo-2.  Tə’miri  hələ  bitməyib.  Tranzit  zal. 
Bir neçə saat  gözləməliyəm burada. Tokioya  uçuş bu  gün 


  Йапонийа сяфярнамяси 
 
 
45 
saat  19
20
-dən  sabah  saat  10
55
-dək  davam  edəcəkdir. 
Təəccüblənirəm. 15 saat uzunluğunda fasiləsiz uçuş. Mənə 
dedilər  ki,  sabah  günorta  vaxtı  Tokioda  olacaqsınız. 
Təyyarə  biletindəsə  çatacağımız  vaxt  10
55
  göstərilmişdir. 
1985-ci  ilin  noyabr-dekabr  aylarında  bir  neçə  gün 
Yaponiyada  olmuş  Bəkir  müəllimin  məqaləsinə  göz 
gəzdirirəm. Akademik yazır: «İlk möcüzə elə yolda özünü 
göstərdi. Biz Moskvanın Şeremetyevo təyyarə meydanında 
Tokioya  uçan  hava  gəmisinə  daxil  olanda  axşam 
düşmüşdü.  Qarşıda  təqribən  10  saat  davam  edən  fasiləsiz 
uçuş  dururdu.  Güman  etmək  olardı  ki,  biz  mənzil  başına 
çatanda  səhər  açılacaqdı.  Lakin  bu  dəfə  Aeroflotun 
sərnişinləri  üçün  səhər...  gecə  yarısı  açıldı.  Məsələ 
burasındadır  ki,  müxtəlif  coğrafi  en  dairələri  üzərində 
yerləşən  Moskva  və  Tokio  şəhərləri  arasında  günəşin 
doğması  və  batması  baxımından  altı  saatlıq  zaman  fərqi 
var.  Buna  görə  də  cəmi  10  saat  yolda  olduğumuza 
baxmayaraq,  qarşımıza  çıxmış  ev  sahibləri  kiçik  bir 
rahatlıqdan  sonra  bizi  səhər  çayı  içməyə  yox,  nahar  üçün 
restorana  də’vət  etdilər...»  (Bax:  «Çətin  yollarda»  kitabı, 
Bakı, 2000, səh.683). 
Bəli,  Bəkir  müəllim  üçün  gecə  yarısı  açılan  səhər 
mənim üçün günorta vaxtı açıldı. 
Mərhum 
yazıçımız 
Həsən 
Seyidbəyli 
də 
Yaponiyada  olub  və  orada  15  gün  qalıb.  Bəkir  müəllim, 
Yasif  Nəsirli  və  mən  gedəcəyimiz  bu  ölkəyə  Bakı-
Moskva-Tokio  marşrutu  ilə  uçduğumuz  halda,  məşhur 
yazıçımızın  səfər  marşrutu  bir  neçə  ölkənin  ərazisindən 
keçməklə  onu  Tokioya  aparıb  çatdırıb:  Özbəkistan-
Əfqanıstan-Pakistan-Hindistan-Tayland-Yaponiya.  (Bax: 
Şahin Fazil 
 
 
46 
Həsən  Seyidbəyli.  On  beş  gün  Yaponiyada,  Bakı,  1966, 
s.7-26). 
Mən  isə  hələlik  Moskvadayam,  tranzit  zalda.  Zal 
dolur,  boşalır.  Ağ  dərililər,  qara  dərililər,  sarı  dərililər, 
qıyıqgözlər  qarışıblar  bir-birlərinə.  Hamı  tələsir  və 
gözləyir.  Vaxtını  buradakı  kafe-barlarda  keçirənlər  kim, 
bardaş  qurub  oturanlar  kim,  skamyada  uzanıb  yatanlar 
kim.  Mənsə,  bu  geniş  tranzit  zalda,  dəmirdən  düzəldilmiş 
skamyaların  üstündə  gah  uzanır,  gah  da  zalın  müxtəlif 
salonlarında  gəzirəm.  Ümumiyyətlə,  gəzməyi,  ayaq  üstdə 
olmağı 
çox 
sevirəm. 
Bakıdakı 
«İzmir 
bağı»nda, 
Akademiyamızın qarşısındakı iri hovuz ətrafında, «Hüseyn 
Cavid  bağı»nda  o  qədər  addımlamışam  ki.  Ayaqlarımla  o 
qədər  yer  ölçmüşəm  ki  (geodezistlərin  yerölçən  cihazları 
kimidir ayaqlarım sanki). 
Ayaq üstdə 
 
Günlərimin çoxunu mən  
keçirmişəm  
ayaq üstdə. 
Heç təsəvvür eləməzdim  
neçə-neçə məsafəni 
keçərmişəm  
ayaq üstdə. 
 
Yazanda da gəzən mənəm, 
Ayaqlarım nə qədər ki, gəzir yeri – 
Yerölçənəm. 
Minnətdaram ayağıma, 
Qorxutmayır yaxın məni,  
uzaq məni. 


Yüklə 213,4 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə