Vaqif Sultanlı
60
Gözlərinə toxunan qaraltının canlımı, yoxsa hansısa
ağac, ya bir qaya parçası olduğunu seçə bilmədiyindən içini
bürüyən maraq get-gedə artmaqda idi. Yaxınlaşdıqca
qaraltı formasını dəyişərək şəkildən-şəklə düşdüyündən o
bir şey anlaya bilmir, eləcə nagüman halda atını sürməkdə
davam edirdi.
Nə qədər yol getdiyini xatırlamırdı, ancaq bayaq uzaq-
dan-uzağa gözlərinə toxunan qaraltı xeylaq böyüdüyündən
artıq onun hansısa bir tikiliyə bənzədiyini seçmək mümkün
idi.
Nəhayət, qoca adda-budda, bozumtul qayaların
ətəyində, yan tərəfindəki ağac pərlərdən dəyirman olduğu
anlaşılan köhnə, uçuq, xaraba bir tikilinin qarşısında ayaq
saxladı. Pərlər indi suyu quruyub sovulmuş, o qədər də enli
olmayan çay yatağının üzərində qurulmuşdu. Çayın yatağı
əsrlərlə, qərinələrlə sel-su görmədiyindən daşlar, çınqıllar
günəş altında ağarıb ağappaq olmuş, istidən, hərarətdən əp-
riyib tökülmüşdü.
Dəyirmanın qapısı bağlı idi. Divarların yuxarı tərəfin-
dəki yastı daşla haşiyələnmiş pəncərə yerləri qat-qat
hörümçək toru ilə örtülmüşdü. Dəyirmi şəkildə olan
pəncərə yerləri bir-biri ilə eyni məsafədə divarın hər iki
tərəfi ilə sıraladığından dəyirmana qəribə bir görkəm
verirdi. Ancaq pəncərə yerləri dəyirmi olsalar da, hər
birinin özünəməxsus forması vardı.
Yəhərdən enərək atını dəyirmanın qapısı ağzındakı
daş tutacaqlardan birinə bağladı, sonra böyür-başına göz
gəzdirə-gəzdirə ehtiyatla qapıya yaxınlaşdı, ancaq açmağa
tələsmədi. Elə bil ki, qapını açmazdan öncə nəyi isə özü
üçün aydınlaşdırmağa çalışırdı.
Səhra savaşı
61
Birdən qocanın diqqətini qapının yuxarısında naxışlı
haşiyələrlə əhatə olunmuş ensiz, uzunsov lövhədə bir yazı
çəkdi. Mahir xəttat əlilə daş üzərinə əski üslubda həkk
olunmuş yazıda hərflər qəribə tərzdə biri-birinin içinə hö-
rüldüyündən onu naxışlardan seçmək mümkün olmadığı
kimi, orda nə yazıldığını oxumaq asan deyildi. Sanki daş
lövhənin üzərində yazı qəsdən bu şəkildə oyulmuşdu ki,
onu asanlıqla oxumaq mümkün olmasın. Ancaq içərisini
qəribə bir maraq bürüdüyündən qapını açıb dəyirmana gir-
məzdən öncə, hansı yolla olursa-olsun, qapının üstündəki
yazını oxumaq, orda nə yazıldığını öyrənib bilmək istə-
yirdi. Ona elə gəlirdi ki, yazıda səhranın kimsəsizliyində
tikilən bu dəyirman haqqında, yaxud da haçansa, hansı
məqsədləsə bu qapıya üz tutacaq naməlum yolçulara
ünvanlanmış nə isə bir sirr gizlənməkdədi.
Qoca yazını sağdan-sola, soldan-sağa bir xeyli gözdən
keçirəndən sonra nəhayət ki, çox çətinliklə də olsa, oxuya
bildi. Daş lövhədə sadəcə bir cümlə qeyd olunmuşdu:
«İçəri girən də peşman olacaq, girməyən də».
Üstündən ağır bir yük götürülübmüş kimi rahat nəfəs
aldı. «Bəs indi neyləsin, içəri girib peşmanmı olsun, yoxsa
girməməyinin peşmanlığınımı yaşasın? Belə bir məqamda
hansı yolun seçilməsi onun üçün doğru ola bilərdi görən?
Yoxsa, burda doğru seçim yox idi?».
Qoca qapının yuxarısındakı yazını oxumazdan öncə
də orda təxminən bu məzmunda bir şey olacağını
düşünürdü. Yazını oxuyandan sonra isə birdəncə öz fəh-
minin gerçək olduğuna təəccüb etməyə başladı.
«Kaş, Çilli dərvişdən hər şeyi yerli-yataqlı soruşub
öyrənmiş olaydi... Axı dərviş yolunun üstünə xaraba dəyir-
man çıxacağını, burda sınağa çəkiləcəyini söyləmişdisə,
Vaqif Sultanlı
62
bəlli ki, bunun arxasında nə sirr gizləndiyini bilməmiş de-
yildi. Bir az israr etsəydi, güman ki, onu naümid burax-
mayacaq, bildiyi hər şeyi açıb söyləyəcəkdi. Heyflər olsun
ki, dərvişi qarşısına çıxan sıradan bir yolşuya bənzətdi,
onun bunca sirrə sahib ola biləcəyini anlamadı».
Ağlı-şüuru kəsəndən bəri dəyirmanlar haqqında o qə-
dər qorxulu rəvayətlər eşitmişdi ki, içəridə kiminsə ola bilə-
cəyindən, yaxud hansısa gözlənilməz bir təhlükə ilə qarşıla-
şacağından ehtiyatlanırdı. Bəlkə də qapının yuxarısındakı
daş lövhə üzərindəki yazını oxumuş olmasaydı, bu qədər
ehtiyatlanmaz, içəri girməyə tərəddüd etməzdi.
Ancaq qocanın tərəddüdü çox çəkmədi; içindəki ma-
raq qorxuya üstün gəldiyindən bir qədər sonra özünü top-
layaraq ehmalca qapını itələdi. Qapı bağlı idi. Üstündə qıfıl
olmadığından qapının içəridən bağlandığını hiss etdi. Ona
görə də yerdən bir daş parçası götürərək ehtiyatla qapını
döydü.
İçəridən cavab gəlmədi.
Nə sirdisə, Çilli dərvişlə qarşılaşmadan öncə də yolu-
nun üstünə mütləq dəyirman çıxacağını dönə-dönə xəyalın-
dan keçirmişdi. Bəlkə buna görəydi ki, binaya yaxınlaş-
mamış uzaqdan qara nöqtə kimi görünən tikilinin dəyirman
olduğunu təxmin edərək qeyri-ixtiyari həyəcanlanmağa
başlamışdı. İndi dəyirmanın qapısı önündə dayanıb
durarkən yol boyu düşüncələrini yadına salmağa çalışır,
qarşısındakı tikilinin xəyalındakı dəyirmana nə qədər bən-
zədiyini görür və bu bənzəyişə heyrətini gizlədə bilmirdi.
Xəyallarının xəritəsində özünə yer tutmuş dəyirmanı necə
təsəvvür edirdisə, eynən o cür idi. Ona elə gəlirdi ki, nə za-
mansa – uşaqlıqdamı, ağlının kəsmədiyi çağlardamı, bu
dəyirmanda olmuşdu. Ancaq ha fikirləşirdisə, dəyirmanın
Səhra savaşı
63
nə zaman yaddaşına yol tapdığını xatırına sala bilmirdi. Də-
yirman rəngi-ruhu, görünüşü, quruluşu ilə ona inanılmaz
dərəcədə tanış gəlirdi. İndi özü-özünə təəccüb edir, hətta
yuxu gördüyünü, yaxud onu qara basdığını düşünərək
xoflanırdı. Yol üstündə qarşılaşdığı bu dəyirmanın onun
həyatı, taleyi, yaşadığı ömrü ilə hansı bağlılığı ola bilərdi...
Yoxsa, bu sadəcə bir xəyal idi?..
Uşaqlıqda kəndlərinin ətəyində çayın üstündə eynən
buna bənzər su dəyirmanı var idi. Həmişə dəyirmanın döv-
rəsi atlarla, dəvələrlə dolu olardı. Yaxın-uzaq kəndlərdən
buraya dən üyütmək üçün adamlar gələrdilər. O zamanlar
yaşıdları ilə birgə atlara, dəvələrə tamaşa etmək üçün
dəyirmanın dövrəsinə yığışardılar. Bəzən də suda fırlanan
pərlərə baxıb əylənmək üçün çayın kənarına enərdilər. An-
caq kimsə dəyirmanın içərisinə girməyə cəsarət etməzdi.
Sadəcə uzaqdan-uzağa dəyirmanın açıq, yaxud aralı qapı-
sından içərini seyr edərdilər. Bu həmin dəyirman olmasa
da, hər şeyi ilə ona olduqca doğma gəlirdi.
«İçəridə kim ola bilərdi? Bu çöllü-biyabanda
dəyirman hansı məqsədlə, kimlərin sifarişilə tikilmişdi? Bir
yerdə ki, canlı adına ins-cins gözə dəyməyə, orda dəyir-
mana nə ehtiyac ola bilərdi?». İstər-istəməz ağlından,
xəyalından min cür fikir gəlib keçdi.
Yenidən əlindəki daş parçası ilə qapını döydü.
Bu dəfə də cavab gəlmədi.
Dəyirmanda bir kimsənin olmadığı bəlli idi. Belədə
içəri girmək üçün qapını sındırmaqdan başqa çarə qalmırdı.
Ancaq qapını sındırmazdan öncə içindəki tərəddüdə
son qoymaq üçün bir xeyli çək-çevir etdi.
Özü üçün nəyisə aydınlaşdırmaq məqsədilə dəyirma-
nın başına dolandı və içəriyə baxmağa hər hansı bir pən-
Dostları ilə paylaş: |