Microsoft Word Sehra savashi son son doc



Yüklə 399,87 Kb.
Pdf görüntüsü
səhifə18/42
tarix20.08.2018
ölçüsü399,87 Kb.
#63642
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

Vaqif  Sultanlı 
 
 
72
yerlər ona tanış gəlməsə də, at ayaqlarının tappıltısı altında 
tədricən özünə dönürdü. 
 
 
VI FƏSİL 
 
Səhranın qoynunu kəsib keçən bütün yоllar geriyə
tarixin içərilərinə dоğru aparırdı. 
Zamanın çərxi tərsinə fırlandıqca оna elə gəlirdi ki, 
günəş Şərqdən deyil, Qərbdən dоğur. Yоlunun üstünə çıxan 
çayların da geriyə, mənbəyinə dоğru axdığını düşünürdü.  
Ona elə gəlirdi ki, səmtini dəyişən zamanla birgə 
mövsümlərin əvəzlənməsi də dəyişmiş, fəsillərin ardıcıllığı 
pozulmuşdu. Yazdan sonra qış, qışdan sonra payız gəlirdi. 
Tərsinə fırlanan yalnız zamanın çərxi deyildi, yadında, 
yaddaşında yer alan hər şeydə bir tərsinəlik vardı. 
Dünya adlanan sirrin açılmazlığını dərk elədiyindən 
heç nəyə təəccüblənmədən yoluna davam etməkdəydi. 
Yol uzanırdı...
 
* * * 
 
Səhra ilin bütün fəsillərini içərisinə alaraq qum nəh-
rinin qanunlarına tabe etmişdi. Ətrafda gözə tоxunan hər 
şey səhra rəngində, səhra ahəngində idi.  
Günəşin dоğuş və qürub səhnəsindən savayı özgə bir 
mənzərəsi оlmayan səhranın qоynu ilə addımladıqca 
sоnuna varmağa can atdığı tarixin bir az daha uzaqlaşdığını 
hiss eləyir, bundan dolayı narahatlıq duyurdu.  
Keçmişə aparan yolun səhradan keçməsi hərdən onu 
ümidsizləşdirir, ruhdan salırdı. Elə bil yolun səhradan keç-
məsinin kimsəyə bəlli olmayan hansısa gizli, sirli bir səbəbi 


Səhra savaşı 
 
73
vardı. Səhra kimi tarixin də sonuna varmaq mümkün deyil-
di; hər ikisi hüdudsuz və nəhayətsizdi. 
O nə zamansa üz tutub getdiyi yolun sonuna yetişə bi-
ləcəyini, əslində bu yolun sonunun olub-olmayacağını bil-
mirdi. Ancaq fəhmlə dünyada hər şeyin başlanğıcı və so-
nunun olması zərurətini düşünərək özlüyündə əbədi kimi 
anlaşılanlara şəkk etmək, inanmamaq istəyirdi. Çünki hər 
şeyin əbədi olduğunu düşünmək ağlını, idrakını zədələyir, 
yaddaşında yuvalanan nə varsa dağıdır, biri-birinə qarış-
dırırdı. «Dünya, zaman əbədidirsə, bəs onda insan ömrü nə-
dən bunca qısa və keçicidi? Bu sonsuzluq və hüdudsuzluq 
içərisində çabalayan insanın taleyinə məhdud zaman yazıl-
masının sirri, səbəbi nədir? Bəlkə elə dünya da sonsuz, əbə-
di deyil, insan ömrü kimi məhduddu, haçansa, hardasa bi-
təcək, tükənəcək, qurtaracaqdı». 
Yola çıxandan bəri gecələr göy üzündə bir dəfə də 
olsun ay işığını sezməmişdi. Elə bil ay yerli-dibli yoxa çıx-
mışdı və səma aysız olduğundan səhra gecələri belə qa-
ranlıq və bozluq içərisindəydi. Əvvəlcə göy üzünün aysız 
olduğu onu darıxdırsa da, sonralar buna alışdı. Ancaq 
hərdən yaddaşı onu əski həyatına çəkərkən gecələrin aylı 
olduğu çağlar yadına düşür, ixtiyarsız olaraq gözləri 
səmaya dikilirdi. 
 
* * * 
 
Bəzən özü də istəmədən uşaqlığını xatırlayır, 
ömrünün erkən çağları uzaq, əlçatmaz xəyallar örtüyündə
dumanlar içərisində hafizəsində canlanırdı. Yaddaşını 
ağrıdan o uzaq illərlə bağlı xəyalları özündən qovub 
uzaqlaşdırmaq istəsə də, bacarmırdı, əksinə xəyallar ix-


Vaqif  Sultanlı 
 
 
74
tiyarsız olaraq onu alıb aparır, həyatının aşağılarına, uzaq 
dərinliklərinə qaytarırdı. 
Uşaqlıq illərini xatırlamaq istəməməsinin səbəbini özü 
də anlaya bilmirdi. Sadəcə xəyallar onu keçmişə apararaq o 
uzaq illərin xatirələrinə qovuşdurduqca içinin dəniz kimi 
çalxalandığını hiss edir, ruhu varlığından siyrilib çıxmaq 
istəyirdi. Qocanı rahatsız edən bir də o idi ki, keçmişə üz 
tutduğu halda uşaqlıq illərinə dönmək istəmir, ömrünün o 
çağlarını yaddaşından qoparmağa çalışırdı.  
Ancaq yaddaşını doğraya-doğraya o uzaq çağlara apa-
ran duyğularını özündən qovduqca uşaqlıq xatirələrinin da-
ha böyük cazibə ilə ruhuna, varlığına hopduğunu hiss edir 
və bundan heç cür xilas ola bilməyəcəyini anlayırdı. Uşaq-
lıq xatirələri yaddaşında elə bir iz salmışdı ki, onu heç cür 
qaparıb atmaq mümkün deyildi.  
Ömrünün ötüb keçən illərini hafizəsində canlandıran 
zaman gənclik çağlarından nə isə xatırlamaq istəsə də, 
yadına bir şey düşmürdü. Bəlkə buna görəydi ki, ilk 
gənclik sevgisini də xatırlaya bilmirdi. Elə bil ömür karvanı 
uşaqlığından birbaşa qocalığa adlamışdı. Yaddaşının 
boşalmış yuvalarında ömrünün cavanlıq illərindən kiçicik 
bir iz, nişanə qalmamışdı. Həyatının uşaqlıqla qocalıq ara-
sında keçən, indi xatırına gətirə bilmədiyi illəri sanki adada 
yaşayıbmış, dünyadan, insanlardan təcrid olunubmuş kimi 
xəbərsiz-ətərsiz ötüb keçmişdi... 
İndi qoca bütün bunları düşündükcə, nədən indiyə ki-
mi o uzaq illərin sehrindən, cazibəsindən qopub ayrıla bil-
məməsinin səbəblərini bir daha özü üçün yəqin etməyə 
çalışırdı. Ancaq fərqi yox idi; xatirələr yenə onu uşaqlığın-
dan birbaşa çəkib bu günə gətirirdi.  
 


Səhra savaşı 
 
75
* * * 
 
Uzaqda vəhşi, əcayib bir sürü qəribə səs çıxara-çıxara 
sel kimi ona tərəf axırdı. Bağırışa-bağırışa, çığırışa-çığırışa 
axıb gələn sürü o qədər nəhəng idi ki, düzü-dünyanı ağzına 
götürmüşdü. Sürünün arxasınca qalxan qatı toz dumanı göy 
üzünü bomboz rəngə boyadığından ətrafda hər şey görün-
məz olmuşdu. Sanki gələn sürü deyildi, dünyanın bir səmti 
qopub üstünə gəlirdi. O bu qəribə sürünün nə olduğunu bil-
mək üçün yüyəni çəkərək atının başını saxladı.  
Diqqətlə baxanda ona tərəf gələn kütləni ağac süngü 
ilə yaraqlanmış çılpaq insan sürüsünə bənzətdi. O, bələd 
olmadığı insan sürüsü ilə qarşılaşmaqdan çəkindiyindən 
atının başını yana çevirərək dəstənin gəlib keçəcəyi 
səmtdən xeyli aralandı. Hardan gəlib hara getdiyi bilinmə-
yən bu yarımvəhşi insan sürüsünün qabağına çıxan hər şeyi 
ağzına alıb apardığı kimi onu da atı ilə birlikdə əzib ke-
çəcəyindən qorxdu. 
Sürünün önündə kişilər, arxasında isə qadınlar yürü-
yürdülər. Boylu-buxunlu, cüssəli, qədd-qamətli olduqların-
dan hərəkətlərində qorxunc bir əzəmət gizlənirdi. Qadınlı-
kişili hamının uzun qəvvəyi saçları qulac-qulac axıb kürək-
lərinə tökülmüşdü. Günəşin yandırıb qızılı rəngə boyadığı 
bədənləri başdan-başa tük içərisindəydi. Ayaqları yalın idi, 
əyinlərində geyim, yaxud hər hansı formada bürünəcək 
gözə dəymirdi, sadəcə bədənlərinin qurşaqdan aşağı hissəsı 
saçaqlı həsirlə örtülmüşdü. Təkcə sürünü dövrəyə alan əli 
şallaqlı mühafizəçilərin əynində həsir canlıq vardı.  
Sürüdəki hay-küyün dəyişən ahəngindən onu gördük-
lərini hiss etdi. Qoca əvvəlcə atını çapıb uzaqlaşmaq istədi, 
ancaq tezcə də anladı ki, bu nəhəng insan sürüsünün əlın-


Yüklə 399,87 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə