Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə35/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   31   32   33   34   35   36   37   38   ...   204

 

105


yeni maraqların tərkibini müəyyən etməyə imkan verir. Bir-birinin 

ardınca  yaradılmış  əlverişli  şərait  siyasi  subyektlərin  faydalı  və 

hərəkət  trayektoriyası  ilə  səmərəli  şəkildə  siyasi  hadisələri 

törətmələrini  şərtləndirir.  Əlverişli  siyasi  şəraitin  dalbadal 

yaradılması,  yaranması  (siyasi  hadisələrin  və  proseslərin  nəticəsi 

olaraq  )  ümumilikdə  siyasi  mühitin  əlverişli  olmasını  təmin  edir. 

Əlverişli siyasi mühit isə siyasi inkişafı meydana gətirir. Münasib 

siyasi şəraitin yaradılması vəziyyəti və proseslərində əsas məqsəd 

həm  də  siyasi  hadisələrin  düzgün  gedişatını  dəyərləndirməkdən 

ibarətdir.  Bu  məqsədlə,  siyasi  hadisələr  düzgün  şəkildə 

törədilməlidir ki, müvafiq siyasi şəraitin yaradılması təmin edilsin. 

Müvafiq siyasi şərait  isə  siyasi  inkişafı  zəruri  edir və bütövlükdə 

siyasi  hadisələrin  siyasi  inkişaf  mühitində  ardıcıl  olaraq 

törədilməsini təmin edir. Əlverişli siyasi şərait ümumilikdə siyasi 

hadisələrin  çoxçalarlığını  təmin  edir  və  çoxçalarlı  siyasi 

hadisələrin mövcudluğu isə siyasi mühitin rəngarəngliyini yaradır. 

Siyasi mühitin rəngarəngliyi isə ümumilikdə siyasi inkişafı zəruri 

edir. Siyasi inkişaf isə bütün siyasi hadisələri öz ətrafına cəlb edən 

bir proses və vəziyyətdir, eləcə də  yol və vasitədir. Siyasi inkişaf 

bir  növ  yeni-yeni  siyasi  şəratin  yaradılmasını  zəruri  edir.  Siyasi 

inkişaf  siyasətin  bütün  subyektlərinin  maraqlarının  oyanmasını, 

meydana  gəlməsini  tələb  edir.  Siyasi  inkişaf  siyasətin  subyekt-

lərinin  ardıcıl  olaraq  maraqlarını  təmin  etmək  üçün  siyasi 

hərəkətlər  etmələrini  zəruri  edir.  Əlverişli  şəraitlərin  yaradılması 

siyasi hərəkət trayektoriyasında növbəti hadisələr üçün də şəraitin 

meydana gəlməsində mühüm əhəmiyyət kəsb edir.  



 

Siyasi inkişaf prosesləri zamanı siyasi qurumların  

nəzarət fəaliyyətinin əsasları 

 

Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  sürətlə  törədildiyindən 

siyasi  qurumlar  tərəfindən  idarə  olunmağa  cəlb  edilir.  Siyasi 

hərəkətlər  idarəçilik  əsasında  törədilir.  Bu  o  deməkdir  ki,  siyasi 

şərait  tədqiq  edilir,  bütün  sahələrdəki  maraqlar  müəyyənləşdirilir 

və  siyasi  subyektlər  həmin  tələblərə  uyğun  olaraq  maraq 




 

106


istiqamətində  hərəkət  edirlər.  Siyasət  qurumları  siyasi  hadisələri 

cəmiyyətin  bütün  sahələrində  bərabər  şəkildə,  tarazlaşdırılmış 

prinsipə  əsasən  törətmələridirlər.  Siyasi  inkişaf  zamanı  siyasət 

mühitində çox qarışıqlıq əmələ gəlir və müxtəlif istiqamətli siyasi 

hadisələrin  törədilməsi  sayəsində  ümumi  siyasi  sistemdə,  siyasi 

mühitdə  çoxçalarlılıq  yaranır.  Siyasi  inkişaf  zamanı  siyasi 

hadisələrin bir-birinə keçmələri və əvəz olunmaları da sürətlə baş 

verir.  Siyasi  inkişaf  zamanı  siyasətin  subyektləri  arasında  da 

toqquşmalar ola bilir. Siyasi hadisələrin törədilməsi zamanı kəskin 

toqquşmalar  sayəsində  siyasi  hadisələr  öz  hərəkət  trayektoriyası 

üzrə  törədilməsini  dayandıra  bilir.  Bununla  yanaşı,  kəskin 

toqquşmalar  zamanı  siyasi  hadisələr  öz  sürətli  törədilməsini 

dayandıra bilir. Belə halların baş verməməsi, çoxistiqamətli siyasi 

hadisələrin  zamana  və  tələbata  müvafiq  olaraq  törədilməsini 

tənzimləmək, siyasi hadisələrin ardıcıl olaraq törədilməsini təmin 

etmək  məqsədilə  siyasi  hadisələrə  nəzarət  etmək,  siyasi 

hadisələrin  törədilməsinə  nəzarət  etmək  tələb  olunur.  Siyasi 

inkişaf üçün hadisələr canlı vasitələrin iradələrinə tabe etdirilirlər. 

Siyasi  hadisələri  qanunauyğun  şəkildə  törətmək  məqsədilə 

siyasətin  subyektləri  tərəfindən  siyasi  hadisələr  idarəetməyə  cəlb 

edilir.  Siyasi  hadisələrə  nəzarət  etmək  və  siyasi  hadisələri  daxili 

və  kənar  ünsürlərdən  qorumaq  üçün  və  siyasi  hərəkət 

trayektoriyasında  siyasi  hadisələrin  törədilməsini  tənzimləmək 

məqsədilə siyasi sistemdə “işıqfor” sistemi tətbiq edilir. Bununla 

yanaşı,  “körpü”  və  “keçid”  trayektoriyalarından  istifadə  edilir.

1

 



Siyasi  inkişaf  zamanı  siyasi  hadisələr  sürətlə  törədildiyindən  və 

trayektoriyaların  həddindən  artıq  çoxluğu  tələb  edir  ki, 

trayektoriya  kəsişmələrində  siyasi  hadisələrin  növbəli  və  ardıcıl 

törədilməsini  təmin  etmək  üçün  “işıqforlardan”  istifadə  edilsin. 

Həmin  “işıqforlar”  sistemi  ümumilikdə  siyasi  hadisələrin  ümumi 

törədilmə  sistemində  tətbiq  edilir.  “İşıqfor”  sistemi  ilə  siyasi 

hadisələrin  ardıcıl  və  növbəli  törədilməsi  təmin  edilir.  Bu  da 

                                                 

1

 Nəsibov E. M. Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri. “Elm və 



Təhsil” nəşriyyatı, Bakı-2010, 116 səh., s. 86. 


 

107


onunla izah olunur ki, cəmiyyətin bütün sahələrindəki normaların 

yaradılması,  icrası  zamanı  siyasi  aktlar  ardıcıl  olaraq  törədilir. 

Cəmiyyətin  bütün  sahələrində  maraqlar  təmin  edilir.  Maraqların 

təmin olunması proseslərində müxtəlif tərkibli maraqlar növbə ilə 

və  digər  maraqlarla  toqquşmamaq  üçün  təmin  edilir.  “İşıqforlar” 

vasitəsilə  siyasi  hadisələr  elə  tənzimlənir  ki,  onlar  bir 

trayektoriyadan  digərinə  keçir  və  rəvan  şəkildə  əvəz  edilir. 

Məsələn,  iqtisadi,  sosial,  mənəvi,  humanitar  maraqların  təmini 

üçün  hadisələr  ardıcıl  olaraq,  bir-birinə  əsaslanaraq  törədilir. 

“İşıqforlar”  siyasi  hadisələrin  zamana  uyğun  olaraq  törədilməsini 

təmin  edir.  “İşıqforlar”  qismində  isə  siyasətin  subyektlərinin 

yaratdıqları  qanunvericilik  aktları  çıxış  edir.  Məlumdur  ki, 

qanunvericilik aktları tələbəta və zamana, şəraitə və marağa uyğun 

olaraq  qəbul  edilir.  Qəbul  edilən  aktlar  həm  də  yeni-yeni 

maraqları  üzə  çıxarmaq  üçündür.  Həmin  aktlar  siyasi  hadisələrin 

törədilməsini  elə  tənzimləyir  ki,  siyasi  hadisələrin  hərəkət 

trayektoriyasında kəskin toqquşmalar baş verməsin və “tıxaclar” 

yaranmasın.  Siyasi  inkişaf  zamanı  siyasi  hərəkət  trayektoriya-

larının  və  siyasi  hadisələrin  sayı  artır.  Eləcə  də  mərkəzi  maraq 

obyektlərinin  sayı  da  artırılır.  Bu  zaman  kəsişmə  mərkəzlərinin 

sayı  da  çoxaldılır.  Bu  bir  növ  böyük  bir  şəhərin  getdikcə 

böyüməsinə, yaşayış, istehsal, xidmət, ticarət, sosial, səhiyyə, elm, 

təhsil  və  digər  obyektlərin  sayının  çoxalmasına  və  həmin 

obyektlərdə  maraq  göstərən  şəxslərin  və  avtomobil  vasitələrinin 

hərəkətinə  bənzəyir.  Siyasi  inkişaf  zamanı  siyasət  subyektlərinin 

sayı  da  artır  və  siyasi  vasitələrin  sayı  artdıqca  siyasi  hərəkətlərin 

də  sayı  çoxaldılır.  Bu  baxımdan  da  siyasi  maraqların  cəmləşdiyi 

mərkəzlərdə  mütləq  şəkildə  “işıqforlar”dan  istifadə  edilir.  Siyasi 

inkişaf  zamanı  siyasi  qurumlar  ümumi  siyasi  mühitə  nəzarət 

edirlər.  Hər  bir  və  ya  oxşar  sahədəki  siyasi  hərəkət  trayekto-

riyasında siyasi hərəkətləri nizamlamaq üçün mütləq şəkildə siyasi 

qurumlar  tərəfindən  nəzarət  mexanizmi  yaradılır.  Bu  nəzarət 

mexanizmini həyata keçirən nəzarət siyasi qurumları təşkil edilir. 

Nəzarət  siyasi  qurumlarının  vəzifə  və  səlahiyyətləri  müəyyən 

edilir.  Bu  qurumlar  öz  vəzifə  və  səlahiyyətlərinə  görə  funksiya 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə