Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə43/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   39   40   41   42   43   44   45   46   ...   204

 

129


meydana  gəlir. Maraq obyektləri də öz növbəsində qarşılıqlı təsir 

mexanizminə  malik  olur.  Dövlətin  xarici  siyasət  fəaliyyəti 

genişləndikcə daxili vasitələri digər dövlətin müvafiq vasitələri ilə 

birləşir.  Bunun  nəticəsində  qarışıq  vasitələr  tarayektoriyaları 



(paralel  hərəkət  trayektoriyaları)  meydana  gəlir.  İki  dövlət 

arasında  ticarət  əlaqələrini  buna  misal  çəkmək  olar.  Dövlətin 

xarici  siyasət  fəaliyyəti  zamanı  çoxlu  sayda  mərkəzlər  arasında 

əlaqələr  yaranır.  Mərkəzlərarası  trayektoriyalar  üzrə  vasitələrin 

hərəkəti  sayəsində  uzun  müddətə  mövcud  olan  baza  trayek-

toriyaları  formalaşır.  Baza  trayektoriyalarının  mövcudluğu 

sayəsində  dövlətlərin  daxillərində  əlavə  olaraq  vasitələr 

mərkəzləri  meydana  gəlir.  Bu  vasitələr  mərkəzləri  də  vasitələrin 

məqsədyönlü  şəkildə  istiqamətlənməsini  təmin  edir.  Dövlətin 

beynəlxalq  münasibətlərinin  çəkisi  onun  ümumilikdə  siyasi 

inkişafını  təmin  edir.  Dövlətin  xarici  siyasət  fəaliyyəti 

genişləndikcə daxili siyasəti də güclənir. Dövlət siyasi və iqtisadi 

sahədə,  eləcə  də  digər  sahələrdə  başqa  dövlətlə  əlaqələrini 

genişləndirir, bu zaman  həm iqtisadi bazara çevrilir, həm də  yeni 

bazar  əldə  edir.  Bu  baxımdan  dövlət  öz  daxili  tələbatını  yüksək 

səviyyədə  təmin  etmək  imkanlarına  malik  olur.  Dövlətin  daxili 

inkişafı sayəsində onun beynəlxalq münasibətləri güclənir. Nəzərə 

almaq lazımdır ki, dövlət nə qədər siyasi çəkiyə malik olarsa, bir o 

qədər təsir imkanları əldə edər. Təsir imkanları sayəsində dövlətə 

başqa  dövlətlərdən  daha  çox  vasitələrin  hərəkət  axınları, 

cərəyanlar  daxil  olar.  Eyni  zamanda  dövlətin  daxili  vasitələrinin 

hərəkət  cərəyanları  da  öz  sərhədlərindən  güclü  şəkildə  kənara 

axar.  Dövlətlərarası  vasitələrin  hərəkət  axınları  beynəlxalq  siyasi 

cərəyanları  əmələ  gətirir.  Dövlətlərərası  siyasi  vasitələrin  hərəkət 

axınları  sayəsində  siyasi  hadisələrin  törədilməsi  prosesləri  də 

güclənir. Qarşılıqlı hərəkətlər sayəsində siyasi hadisələrin miqyası 

da böyüyür. Siyasi hadisələr ardıcıl olaraq törədilir və digər siyasi 

hadisələrin ardıcıl olaraq sürətli törədilməsini təmin edir. Dövlətin 

daxili  siyasət  fəaliyyəti  onun  xarici  siyasət  fəaliyyətini 

gücləndirən  istiqamət  olmaqla  yanaşı,  dövlətin  xarici  siyasət 

fəaliyyəti də daxili siyasəti gücləndirir.  

 



 

130


Siyasi inkişafı zəruri edən maarifçilik sahəsində siyasi  

hərəkətlərin xüsusiyyətləri 

 

Cəmiyyətin  və  dövlətin  hərtərəfli  inkişafı,  o  cümlədən  siyasi 

inkişafı  canlı  siyasi  vasitələrin  hərəkətləri  öncəsi  və  hərəkətləri 

prosesləri zamanı vasitələrin düşüncələri, təfəkkürü ilə sıx surətdə 

bağlıdır.  Hər  bir  siyasi  vasitə  öz  tutduğu  vəzifə  və  mövqeyinə 

münasib  olaraq  düşünülmüş  şəkildə  hərəkət  etməlidir.  Bu 

baxımdan  da  siyasi  inkişafa  xidmət  edən  hər  bir  siyasi  hadisə 

qanunauyğun  şəkildə  təlimlərə  müvafiq  olaraq,  uzunmüddətli 

qazanılmış  təcrübəyə  əsasən  törədilməlidir.  Siyasi  vasitələrin 

trayektorik hərəkəti, siyasi hadisələrin müvafiq axınlar üzrə ardıcıl 

törədilməsi  tələb  olunan  və  təcrübə  əsasında  qazanılmış  elmi 

prinsiplərə uyğun şəkildə olmalıdır. Canlı siyasi vasitələr həm də 

düşünən  “beyinlər”  olaraq  siyasi  hadisələri  törətməmişdən  öncə 

müvafiq  şəraiti  dəyərləndirməyi  bacarmalıdırlar.  Maarifçilik 

cəmiyyətlərdə  siyasi  və  sosial  infantilizmin  qarşısını  alır, 

cəmiyyətin  fiziki  və  mənəvi  yetişkənliyini  təmin  edir.  Maraq  və 

tələbat  ölçülməli  və  maraqların  təmini  istiqamətində  müvafiq 

hərəkətlər edilməlidir. Siyasi hadisələrin törədilmək üçün zamana 

uyğun  olaraq  sistemləşdirilməsi  prosesləri  əsasən  dərin  elmi 

düşüncələrə bağlı olan bir prosesdir. Elmdən və təcrübi biliklərdən 

kənar  siyasi  hadisələrin  törədilməsi  xaosa  gətirib  çıxara  bilər. 

Siyasi inkişaf zamanı məhz siyasi hadisələr məntiqi ardıcıllıqla və 

nəticələr  əldə  edilməklə  törədilməlidir.  Siyasi  inkişafa  sürətlə 

çatmaq  üçün  cəmiyyətin  əksər  üzvləri  “beyin”  rolunu 

oynamalıdırlar.  Siyasi  inkişafı  təmin  etmək  məqsədilə  dövlət 

hakimiyyəti cəmiyyətin ümumi maariflənməsini yüksək səviyyədə 

həyata  keçirməlidir.  Bir  çox  ölkələrdə  baş  verən  mədəni 

inqilabların  və  bu  inqilabların  tərkib  prosesləri  olan,  iqtisadi  və 

siyasi  islahatların,  elm  və  təhsil  islahatlarının  cəmiyyətin 

inkişafına  müsbət  təsirləri  barədə  konsepsiyalar  və  təcrübələr 

məlumdur.  Cəmiyyətin  inkişafı  əsasən  kütləvi  maarifçilikdən 

asılıdır  və  maarifçilik  hərəkatları,  maariflənmə  prosesləri 

cəmiyyətin  siyasi  baxımdan  fəallaşması  üçün  əsas  ideoloji  xəttin 



 

131


müəyyən  edilməsinı  təmin  edir.  Siyasi  inkişaf  prosesləri  zamanı 

siyasi  hadisələri  ixtisaslaşmış  sahələr  üzrə  sürətlə  törətmək  üçün 

dövlət hakimiyyəti əsas istiqamətverici vasitə olaraq siyasi hərəkət 

yollarının  müəyyən  edilməsi  üçün  elmi-tədqiqat  vasitələrinin-

obyektlərinin  sayını  çoxaltmalı  və  işini  təkmilləşdirməlidir. 

Cəmiyyətin  bütün  sahələrinin  inkişafı  üçün  “beyinlər”in  sayı 

artırılmalıdır  ki,  yüksək  ixtisaslı  layihələrin  hərəkət  trayekto-

riyalarının  sxeminin  hazırlanmasını  təmin  edə  bilsin.  Siyasi 

inkişaf  cəmiyyətin  bütün  sahələrində  mövcud  olan  inkişafdan 

yaranan  bir  proses  vəziyyəti  olduğundan  və  cəmiyyətin  bütün 

sahələri bir-biriləri ilə əlaqəli olduğundan maarifçilik elm və təhsil 

siyasəti  cəmiyyətin  bütün  sahələrində  həyata  keçirilməlidir.  Əgər 

hər  hansısa  bir  cəmiyyətdə  elm  və  təhsilli  şəxslərin  sayı  digər 

şəxslərin  sayından  az  olarsa,  bu  zaman  siyasi  inkişafın  təmin 

edilməsi  mümkün  ola  bilməz.  Cəmiyyətdə  inkişaf  üçün  lazımi 

resursların  çatışmazlığı  prosesləri  yaranar.  Elmsiz  və  təhsilsiz 

cəmiyyətlərdə  vasitələrin  hər  biri  cəmiyyətin  inkişafında  yüksək 

səviyyədə  xidmət  edə  bilmir  və  balans  pozulur.  Elmsiz 

cəmiyyətlərdə  yüksək  səviyyəli  trayektoriya  üzrə  və  yüksək 

nəticələrə  sahib  ola  biləcək  siyasi  hadisələrin  törədilməsi  qeyri-

mümkündür. Bu baxımdan da siyasi trayektoriya üzrə hərəkətlərin 

ardıcıl  törədilməsi  üçün  də  elm  və  təhsil,  yüksək  bilik  tələb 

olunur.  Elm  cəmiyyətdə  olan  canlı  vasitələrin  dünyagörüşünün, 

bilik  və  bacarığının  artmasına  böyük  xidmət  edir.  Elm  və  təhsil 

cəmiyyətdə baş verən hadisələrin əsas hərəkətverici vasitələri olan 

beyinlərin  fəaliyyətini  tənzimləyir,  beyinlərin  yetişməsi  və 

formalaşmasını təmin edir. Bu baxımdan cəmiyyətdə olan hərəkət 

istiqamətləndirici  və  hərəkət  müəyyənedici  vasitələr  biliklər  əldə 

etdikcə  siyasi  hadisələrin  törədilməsi  qanunauyğunluqlarını 

mənimsəyəcək  və  inkişaf  üçün tələb  olunan hərəkətlər edəcəklər. 

Elm və təhsil, ədəbiyyat cəmiyyətdə mövcud olan canlı vasitələrin 

təfəkkürünə, düşüncə  formasına müsbət təsir edir, hərəkət qayda-

larını  nizamlayır.  Elm  və  təhsil  vasitələrin  məntiqi  hərəkətlərini 

tənzimləyir,  həmçinin  yeni  konsepsiyaların  meydana  gəlməsini 

təmin  edir.  Siyasi  vasitələrin  artımı,  yəni  törəməsi  prosesləri 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə