129
meydana gəlir. Maraq obyektləri də öz növbəsində qarşılıqlı təsir
mexanizminə malik olur. Dövlətin xarici siyasət fəaliyyəti
genişləndikcə daxili vasitələri digər dövlətin müvafiq vasitələri ilə
birləşir. Bunun nəticəsində qarışıq vasitələr tarayektoriyaları
(paralel hərəkət trayektoriyaları) meydana gəlir. İki dövlət
arasında ticarət əlaqələrini buna misal çəkmək olar. Dövlətin
xarici siyasət fəaliyyəti zamanı çoxlu sayda mərkəzlər arasında
əlaqələr yaranır. Mərkəzlərarası trayektoriyalar üzrə vasitələrin
hərəkəti sayəsində uzun müddətə mövcud olan baza trayek-
toriyaları formalaşır. Baza trayektoriyalarının mövcudluğu
sayəsində dövlətlərin daxillərində əlavə olaraq vasitələr
mərkəzləri meydana gəlir. Bu vasitələr mərkəzləri də vasitələrin
məqsədyönlü şəkildə istiqamətlənməsini təmin edir. Dövlətin
beynəlxalq münasibətlərinin çəkisi onun ümumilikdə siyasi
inkişafını təmin edir. Dövlətin xarici siyasət fəaliyyəti
genişləndikcə daxili siyasəti də güclənir. Dövlət siyasi və iqtisadi
sahədə, eləcə də digər sahələrdə başqa dövlətlə əlaqələrini
genişləndirir, bu zaman həm iqtisadi bazara çevrilir, həm də yeni
bazar əldə edir. Bu baxımdan dövlət öz daxili tələbatını yüksək
səviyyədə təmin etmək imkanlarına malik olur. Dövlətin daxili
inkişafı sayəsində onun beynəlxalq münasibətləri güclənir. Nəzərə
almaq lazımdır ki, dövlət nə qədər siyasi çəkiyə malik olarsa, bir o
qədər təsir imkanları əldə edər. Təsir imkanları sayəsində dövlətə
başqa dövlətlərdən daha çox vasitələrin hərəkət axınları,
cərəyanlar daxil olar. Eyni zamanda dövlətin daxili vasitələrinin
hərəkət cərəyanları da öz sərhədlərindən güclü şəkildə kənara
axar. Dövlətlərarası vasitələrin hərəkət axınları beynəlxalq siyasi
cərəyanları əmələ gətirir. Dövlətlərərası siyasi vasitələrin hərəkət
axınları sayəsində siyasi hadisələrin törədilməsi prosesləri də
güclənir. Qarşılıqlı hərəkətlər sayəsində siyasi hadisələrin miqyası
da böyüyür. Siyasi hadisələr ardıcıl olaraq törədilir və digər siyasi
hadisələrin ardıcıl olaraq sürətli törədilməsini təmin edir. Dövlətin
daxili siyasət fəaliyyəti onun xarici siyasət fəaliyyətini
gücləndirən istiqamət olmaqla yanaşı, dövlətin xarici siyasət
fəaliyyəti də daxili siyasəti gücləndirir.
130
Siyasi inkişafı zəruri edən maarifçilik sahəsində siyasi
hərəkətlərin xüsusiyyətləri
Cəmiyyətin və dövlətin hərtərəfli inkişafı, o cümlədən siyasi
inkişafı canlı siyasi vasitələrin hərəkətləri öncəsi və hərəkətləri
prosesləri zamanı vasitələrin düşüncələri, təfəkkürü ilə sıx surətdə
bağlıdır. Hər bir siyasi vasitə öz tutduğu vəzifə və mövqeyinə
münasib olaraq düşünülmüş şəkildə hərəkət etməlidir. Bu
baxımdan da siyasi inkişafa xidmət edən hər bir siyasi hadisə
qanunauyğun şəkildə təlimlərə müvafiq olaraq, uzunmüddətli
qazanılmış təcrübəyə əsasən törədilməlidir. Siyasi vasitələrin
trayektorik hərəkəti, siyasi hadisələrin müvafiq axınlar üzrə ardıcıl
törədilməsi tələb olunan və təcrübə əsasında qazanılmış elmi
prinsiplərə uyğun şəkildə olmalıdır. Canlı siyasi vasitələr həm də
düşünən “beyinlər” olaraq siyasi hadisələri törətməmişdən öncə
müvafiq şəraiti dəyərləndirməyi bacarmalıdırlar. Maarifçilik
cəmiyyətlərdə siyasi və sosial infantilizmin qarşısını alır,
cəmiyyətin fiziki və mənəvi yetişkənliyini təmin edir. Maraq və
tələbat ölçülməli və maraqların təmini istiqamətində müvafiq
hərəkətlər edilməlidir. Siyasi hadisələrin törədilmək üçün zamana
uyğun olaraq sistemləşdirilməsi prosesləri əsasən dərin elmi
düşüncələrə bağlı olan bir prosesdir. Elmdən və təcrübi biliklərdən
kənar siyasi hadisələrin törədilməsi xaosa gətirib çıxara bilər.
Siyasi inkişaf zamanı məhz siyasi hadisələr məntiqi ardıcıllıqla və
nəticələr əldə edilməklə törədilməlidir. Siyasi inkişafa sürətlə
çatmaq üçün cəmiyyətin əksər üzvləri “beyin” rolunu
oynamalıdırlar. Siyasi inkişafı təmin etmək məqsədilə dövlət
hakimiyyəti cəmiyyətin ümumi maariflənməsini yüksək səviyyədə
həyata keçirməlidir. Bir çox ölkələrdə baş verən mədəni
inqilabların və bu inqilabların tərkib prosesləri olan, iqtisadi və
siyasi islahatların, elm və təhsil islahatlarının cəmiyyətin
inkişafına müsbət təsirləri barədə konsepsiyalar və təcrübələr
məlumdur. Cəmiyyətin inkişafı əsasən kütləvi maarifçilikdən
asılıdır və maarifçilik hərəkatları, maariflənmə prosesləri
cəmiyyətin siyasi baxımdan fəallaşması üçün əsas ideoloji xəttin
131
müəyyən edilməsinı təmin edir. Siyasi inkişaf prosesləri zamanı
siyasi hadisələri ixtisaslaşmış sahələr üzrə sürətlə törətmək üçün
dövlət hakimiyyəti əsas istiqamətverici vasitə olaraq siyasi hərəkət
yollarının müəyyən edilməsi üçün elmi-tədqiqat vasitələrinin-
obyektlərinin sayını çoxaltmalı və işini təkmilləşdirməlidir.
Cəmiyyətin bütün sahələrinin inkişafı üçün “beyinlər”in sayı
artırılmalıdır ki, yüksək ixtisaslı layihələrin hərəkət trayekto-
riyalarının sxeminin hazırlanmasını təmin edə bilsin. Siyasi
inkişaf cəmiyyətin bütün sahələrində mövcud olan inkişafdan
yaranan bir proses vəziyyəti olduğundan və cəmiyyətin bütün
sahələri bir-biriləri ilə əlaqəli olduğundan maarifçilik elm və təhsil
siyasəti cəmiyyətin bütün sahələrində həyata keçirilməlidir. Əgər
hər hansısa bir cəmiyyətdə elm və təhsilli şəxslərin sayı digər
şəxslərin sayından az olarsa, bu zaman siyasi inkişafın təmin
edilməsi mümkün ola bilməz. Cəmiyyətdə inkişaf üçün lazımi
resursların çatışmazlığı prosesləri yaranar. Elmsiz və təhsilsiz
cəmiyyətlərdə vasitələrin hər biri cəmiyyətin inkişafında yüksək
səviyyədə xidmət edə bilmir və balans pozulur. Elmsiz
cəmiyyətlərdə yüksək səviyyəli trayektoriya üzrə və yüksək
nəticələrə sahib ola biləcək siyasi hadisələrin törədilməsi qeyri-
mümkündür. Bu baxımdan da siyasi trayektoriya üzrə hərəkətlərin
ardıcıl törədilməsi üçün də elm və təhsil, yüksək bilik tələb
olunur. Elm cəmiyyətdə olan canlı vasitələrin dünyagörüşünün,
bilik və bacarığının artmasına böyük xidmət edir. Elm və təhsil
cəmiyyətdə baş verən hadisələrin əsas hərəkətverici vasitələri olan
beyinlərin fəaliyyətini tənzimləyir, beyinlərin yetişməsi və
formalaşmasını təmin edir. Bu baxımdan cəmiyyətdə olan hərəkət
istiqamətləndirici və hərəkət müəyyənedici vasitələr biliklər əldə
etdikcə siyasi hadisələrin törədilməsi qanunauyğunluqlarını
mənimsəyəcək və inkişaf üçün tələb olunan hərəkətlər edəcəklər.
Elm və təhsil, ədəbiyyat cəmiyyətdə mövcud olan canlı vasitələrin
təfəkkürünə, düşüncə formasına müsbət təsir edir, hərəkət qayda-
larını nizamlayır. Elm və təhsil vasitələrin məntiqi hərəkətlərini
tənzimləyir, həmçinin yeni konsepsiyaların meydana gəlməsini
təmin edir. Siyasi vasitələrin artımı, yəni törəməsi prosesləri
Dostları ilə paylaş: |