135
Maraqların zaman və şəraitə uyğun olaraq parçalanması və
birləşməsi prosesləri də sürətlə həyata keçirilir. Eyni zamanda
siyasi hadisələrin trayektoriyalararası keçid prosesləri və siyasi
hadisələrin məntiqi əvəzlənməsi prosesləri də baş verir.
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə
yaranacaq dörd siyasi inkişaf dalğası ilə Azərbaycan
dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə çata biləcəkdir
Azərbaycanın gələcək inkişafı üçün şərti olaraq adlanan və
ifadələnmələri proseslərin məzmununa uyğun gələn “Şose yol”,
“Su”, “Ərinti”, “Fəza” inkişaf dalğaları
Ümummilli Liderimiz Heydər Əliyevin dövlətimizə rəhbərlik
etdiyi 1969-1987, 1993-2003-cü illərdə Azərbaycan özünün bir
neçə inkişaf mərhələsini yaşayıbdır. Xüsusilə, Sovetlər dönəmində
Milli Liderimizin Azərbaycan iqtisadiyyatında və təsərrüfatında
həyata keçirdiyi islahatlar, mərkəzi Sovet hakimiyyətinin diqqətini
cəlb etməsi və ölkəmizdə çoxlu sayda sənaye, ticarət, xidmət
müəssisələrinin, sosial sahələrin yaradılması üçün investisiyanı
cəlb etmək siyasəti nəticəsində Azərbaycanda geniş elm,
iqtisadiyyat, sosial, təhsil hərəkatları yarandı. Bu hərəkatlar
sayəsində çoxlu sayda iqtisadiyyat, sosial, infrastruktur, elm,
təhsil, səhiyyə, mədəniyyət incəsənət və digər sahələri əhatə edən
böyük obyektlər meydana gəldi. Həmin yaranmış obyektlərin
özləri də yeni-yeni sahələr üzrə istiqamətlənmiş inkişaf
dalğalarının meydana gəlməsinə səbəb oldu. İstehsal, xidmət,
səhiyyə, mədəniyyət və elm obyektlərinin sayının çoxaldılması və
vasitələrin hərəkətə gətirilməsi sayəsində bir-birini tamamlayan
inkişaf dalğaları cəmiyyəti bürüdü. Sonradan bu inkişaf
dalğalarının yaratdıqları vasitələr növbəti inkişaf dalğaları üçün
əlavə baza və qatlı vasitələr rolunu oynadı. 1994-cü ildən-“Əsrin
müqaviləsi” imzalandıqdan sonra ölkəmiz yenidən növbəti inkişaf
dalğaları ilə üzləşməyə başladı. Çünki inkişaf dalğalarını əmələ
gətirəcək yeni baza vasitələri tədricən yarandı və əlaqəli sahələrdə
136
hərəkətləri canlandırdı. Məsələn, həmin dövrdə ölkəmizə
rəhbərlik edən Heydər Əliyev 1994-cü il sentyabrın 20-də
müqavilə imzalanarkən öz nitqində belə bir fikir bildirirdi:
“Müqavilənin
imzalanması
Azərbaycan
Respublikasının
həyatında, iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir
mərhələ açır..”
1
Bu fikir o mənanı verirdi ki, neft müqaviləsinin
icrası sayəsində yeni-yeni inkişaf dalğaları meydana gələcəkdir və
ölkəyə qoyulan investisiyalar nəticəsində yaranan obyektlər
əlaqəli sahələr üçün əlavə baza vasitələri rolunda çıxış edəcəkdir.
Doğrudan da neft strategiyasının uğurlu inkişafı sayəsində
Azərbaycanda inkişaf dalğaları bir-birini əvəz etmişdir və dövlət
büdcəsi həcmi (məbləği) sürətlə artmışdır.
Ümummili Liderimiz Heydər Əliyevin banisi və qurucusu
olduğu müstəqil Azərbaycan Respublikası xüsusilə, 2003-2009-cu
illərdə özünün sürətli inkişaf dövrünü yaşadı. Bu da üst-üstə
toplanmış baza vasitələrinin və kənar hərəkətverici vasitələrin
(neftdən gələn gəlirlər) çoxalması ilə əlaqədar oldu. 2008-ci ildən
kəskinləşən dünya iqtisadi böhranı bütün ölkələrə böyük təsirlər
etməsinə baxmayaraq Azərbaycan dövləti öz iqtisadi dayanıqlığını
nümayiş etdirdi və böhranın təsirləri ölkə üçün çox olmadı. Bu
baxımdan prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu
ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında
bildirmişdi: “Azərbaycanda aparılan ciddi sosial-iqtisadi isla-
hatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya
iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox
düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı
qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik.
Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha
da yaxşılaşdı. Qarşıda duran bütün sosial proqramlar icra edildi.
Ölkəmiz 2009-cu ildə də sürətli inkişaf etməyə davam edirdi, bu
dinamika saxlanılırdı. 2009-cu ilin yekunlarına görə, Azərbaycan
dünya miqyasında ən sürətli inkişaf edən ölkələr sırasındadır.
1
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi. Heydər
Əliyev. Azərbaycan nefti dünya siyasətində. “Azərbaycan nəşriyyatı -1997,
səh. 26.
137
Bunu əyani şəkildə göstərmək üçün, sadəcə, iqtisadi və sosial
göstəricilərə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda
ümumi daxili məhsul istehsalı 9,3 faiz artmışdır. Hesab edirəm ki,
bu, tarixi nailiyyətimizdir. Bu, bir daha sübut edir ki, bütün
uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış
addımlar dayanır”
1
Azərbaycan neft sənayesinin sürətli inkişafı
digər sahələr üçün qatlı baza vasitələrinin və yeni-yeni dalğaların
meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, Azərbaycanın
Sənaye və energetika naziri Natiq Əliyevin məlumatına görə,
2009-cu ilin 9 ayı ərzində 37 milyon 876 min ton neft hasil
edilmişdir.
2
Nəzərə almaq lazımdır ki, dünya iqtisadi böhranına
baxmayaraq, iqtisadi inkişaf səviyyələrinə görə ABŞ, Çin,
Yaponiya kimi ölkələr ilk üçlüyə daxil oldular. Belə bir fikir də
səslənirdi ki, 2009-cu ildə artım tempinə görə Çin iqtisadiyyatı
Yaponiyanı keçmiş və ikinci yerə çıxmışdır. 2009-cu ildə iqtisadi
artım 8,7 faiz təşkil etmişdir.
3
Qərb mütəxəssislərinin, iqtisad-
çılarının fikrincə, hal-hazırda isə dünya iqtisadi böhranının qarşısı
alınıb, dünya iqtisadiyyatında təkrar irəliləmələr müşahidə edilir.
Neftə tələbat artdığından, dünya bazarında bu məhsulun qiyməti
də artır.
Qeyd edildiyi kimi, cəmiyyətin siyasi cəhətdən inkişafı baza
vasitələrdən, vasitələrin həcmindən, onların hərəkətə gətirilməsi
xüsusiyyətlərindən və istiqamətlərindən asılıdır. Baza vasitələrinin
hərəkətə gətiririlməsi sayəsində inkişaf dalğaları meydana gəlir.
4
Azərbaycanda meydana gələcək növbəti inkişaf dalğaları cəmiy-
1
E.Hacıalıyev. Azərbaycan ötən il də dünyanın ən sürətli inkişaf edən
ölkələri sırasında yer almışdır. “Azərbaycan” qəzeti, № 16, 22 yanvar
2010-cu il.
2
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş geniş iclası keçirilmişdir. “Xalq qəzeti”, №231, 17 oktyabr 2009-cu
il. Sənaye və energetika naziri Natiq Əliyevin nitqi.
3
Çin iqtisadiyyatı dünyada ikinci yerə çıxır. “Azərbaycan” qəzeti, № 16, 22
yanvar 2010-cu il.
4
Nəsibov E.M. Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri. Bakı,
“Elm və Təhsil” -2010, 116 səh., səh.103-110.
Dostları ilə paylaş: |