Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə44/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   40   41   42   43   44   45   46   47   ...   204

 

132


əsasən  cəmiyyətin  elmindən  asılıdır.  Siyasi  trayektoriyaların 

düzgün  şəkildə  müəyyən  edilməsi  ilk  növbədə  elmi  prinsiplərə 

söykənir.  Bu  baxımdan  da  cəmiyyətin  sürətlə  inkişafı  üçün 

tələbata  müvafiq  olaraq  elm  vasitələrinin  sayının  artırılması 

lazımdır. Elm vasitələri cəmiyyətin siyasi baxımdan inkişafı üçün 

müvafiq vasitələrin müvafiq istiqamətlər üzrə hərəkət etməsi üçün 

hərəkət  trayektoriyalarının  hazırlanması  və  hərəkət  qaydalarının 

müəyyən  edilməsi  yollarını  hazırlayırlar.  Elm vasitələri həmçinin 

canlı vasitələrin müəyyən istiqamətlər üzrə hərəkətini təmin edən 

cansız  vasitələrin  hazırlanmasını  təmin  edir.  Canzıs  vasitələrin 

yüksək  səviyyədə  hazırlanması  və  istifadə  qaydaları  canlı 

vasitələrin tələbata müvafiq qaydada hərəkətlərini təmin edir. Elm 

vasitələri  (elm  obyektləri)  yüksək  səviyyədə  maraqların  və 

tələbatın  meydana  gəlməsi  üçün  əsas  fikirlər,  ideyalar, 

konsepsiyalar  hazırlayır.  Elm  obyektləri  yüksək  səviyyədə 

maraqların  meydana  gəlməsi  və  tələbatın  yüksək  səviyyədə 

ödənilməsini  təmin  etmək  üçün  siyasi  vasitələr  hazırlayırlar  və 

siyasi  hadisələrin  törədilməsi  üçün  istiqamətlər  verilir.  Yüksək 

səviyyədə  tələbata  cavab  verəcək  siyasi  hadisələrin  törədilməsi 

nəticəsində  yaranan  şərait  ardınca  növbəti  siyasi  hadisənin 

törədilməsini 

zəruri 


edir. 

Elm 


və 

təhsil 


obyektlərində 

maariflənmiş  və  müəyyən  ixtisas  əldə  edən  canlı  vasitələr  öz 

maraqlarını  yüksək  səviyyədə  təmin  etməyə  çalışırlar  və  yüksək 

səviyyəli  şəraitin  meydana  gəlməsini  təmin edirlər. Elm və  təhsil 

obyektləri,  mütəxəssis  təşkilatları  cəmiyyətin  və  dövlətin  inkişafı 

üçün  çoxtərəfli  qaydada  müvafiq  ideologiyaların  işlənib 

hazırlanmasında  və  ideologiyaların  öyrənilməsində  mühüm  rol 

oynayırlar.  Vasitələrdən  vasitələrin  törənməsi,  eləcə  də  siyasi 

hadisələrdən  siyasi  hadisələrin  törənməsi  proseslərinin  artan 

templə  davam  etməsi  əsasən  prosesi  həyata  keçirən  siyasi 

vasitələrin elmi biliklərindən asılı olur. Bir məsələni xüsusi olaraq 

qeyd  etmək  olar  ki,  o  cəmiyyətlər,  o  dövlətlər  siyasi  cəhətdən 

inkişaf  edə  bilmirlər  ki,  həmin  cəmiyyətlərdə  maarifçilyin 

səviyyəsi  olduqca  aşağı  olur  və  vasitələrin  hərəkətləri  də 

dəyərverici  və  müasir  tələblərə  cavab  verəcək  səviyyədə  olmur. 



 

133


Cəmiyyətlərdə hökm sürən nadanlıq və cəhalət-şüur və düşüncə 

geriliyi cəmiyyətdəki vasitələrin hərəkətlərinə də mənfi təsirlərini 

göstərir.  İnkişafdan  geri  qalmış  və  maariflənməmiş cəmiyyətlərin 



kənardan  idarəedilməsi prosesləri baş verir və bu zaman həmin 

cəmiyyətlər  kənar  qüvvələrə  xidmət  edir.  Maariflənməmiş 

cəmiyyətlərdə  baş  verən  siyasi  cərəyanlara  kənardan  təzyiqlər 

daima  çox  olur  və  siyasi  hadisələrin  axarını  (kənar  məqsədlər 

üçün)  döndərmək  asanlaşır.  Maariflənməmiş  siyasi  vasitələrin 

hərəkəti  zamanı  siyasi  cərəyanlar  axınında  düzgün  olmayan  və 

ümumi maraqlara cavab verə bilməyən proseslər başlayır. 

Cəmiyyətin  maariflənməsi  sayəsində  siyasi  vasitələrin 

hərəkətləri və siyasi hadisələrin törədilməsi prosesləri də münasib 

şəraitə  cavab  verir.  Siyasi  hadisələrin  törədilməsi  sistematik 

olaraq  baş  verir  və  yüksək  nəticələr  əldə  edilir.  Yüksək  nəticə-

lərdən  qazanılmış  vasitələr  hərəkət  etdikcə  hərəkətə  gətirildikcə 

yeni 

hərəkət 


trayektoriyaları 

yaranır. 

Siyasi 

vasitələrin 



maariflənməsi  ilə  düzgün  və  qanunauyğun  törədilən  hadisələr 

sayəsində baza qat siyasi hadisələrin sayı çoxalır və buna müvafiq 

olaraq  üst  qat  siyasi  hadisələr  də  sürətlə  və  dövriyyəli  şəkildə 

törədilir. Siyasi inkişaf zamanı maariflənmiş siyasi vasitələr siyasi 

hadisələrin  düzgün  törədilməsi  yollarını  müəyyən  edə  bilirlər. 

Siyasi  maraqlar  və  tələbatlar  siyasi  hadisələrin  törədilməsi 

proseslərindən  yaranır.  Yüksək  səviyyədə  maraq  və  tələbatın 

müəyyən  edilməsi  üçün  canlı  siyasi  vasitələrdən  dərin  bilik  və 

yüksək bacarıq tələb edilir. Bilik və iş təcrübəsi, bacarıq təhsildən, 

elmi  mənimsəməkdən  və  elmi-nəzəri  prinsipləri  tətbiq  etmək 

nəticəsində meydana gəlir. Yüksək maariflənməmiş cəmiyyətlərdə 

siyasi  proseslər  zamanı  siyasi  hadisələrin  ardıcıl  törədilməsi 

proseslərinə  kənardan  mane  olan  ünsürlər  mövcud  olur.  Əgər 

bir  dövlət  və  ya  cəmiyyət  inkişaf  etmirsə,  zamanın  inkişaf 

tələbləri  ilə  ayaqlaşa  bilmirsə,  onda  cəmiyyətdə  baş  verən 

proseslərdə  sistemli  əsaslardan  danışmaq  olmaz  və  siyasi 

proseslərə  mütləq  şəkildə  dövlətdaxili  və  dövlətxaric  maneçilik 

ünsürləri  təsir  edir.  Həmin  ünsürlər  siyasi  hadisələrin  dərin 

təlimlərə müvafiq törədilmədiyi zaman meydana çıxan zəifliklərə 



 

134


görə  üzə  çıxır  və  fəaliyyətlərini  genişləndirirlər.  Eyni  zamanda 

maariflənməmiş  cəmiyyətlərdə  bəzi  yüksək  səviyyəli  mütəxəs-

sislər tərəfindən törədilən siyasi hadisələr öz ardıcıllığı ilə törədilə 

bilmir.  Belə  ki,  yüksə  səviyyəli  və  cəmiyyətin maraqlarına cavab 

verəcək  hadisələr  törədilə  bilmir  və  hadisələrə  reaksiya  yüksək 

səviyyədə  olmur.  Bu  baxımdan  yüksələn  xətt  üzrə  siyasi 

hadisələrin  törədilməsi  prosesləri  baş  verə  bilmir.  Cəmiyyətlərdə 

baş  verən  kortəbii  inqilablar  əsasən  maariflənməmiş  kütlələr 

tərəfindən  həyata  keçirilir  və  kütlələr  inqilabın  hərəkətverici 

qüvvəsinə çevrilir. İnqilab kortəbii baş verdiyindən siyasi sistemin 

dağılmasına  səbəb  ola  bilir  və  siyasi  hadisələri  öz  normal 

axarından  kənarlaşdıra  bilir.  Maarifçilik  cəmiyyətlərdə  siyasi 

inkişaf  dalğaları  üçün  cərəyanların  yaranmasını  təmin  edir. 

Cərəyanlarda  baş  verən  siyasi  hadisələr  “beyin”  hesab  edilən 

vasitələrin  düşüncələrinə  müvafiq  olaraq  həyata  keçirilir. 

“Beyin”lər  tərəfindən  hərəkətə  gətirilən  və  müvafiq  qaydada 

istiqamətləndirilən  vasitələrin  axını  sayəsində  siyasi  inkişafa  nail 

olmaq  olar.  Siyasi  inkişaf  təbii  olaraq  real  şəraitin  yüksək 

səviyyədə  dəyərləndirilməsindən  asılıdır.  Bu  proseslər  də  öz 

növbəsində  siyasi  inkişaf  mühitinin  formalaşmasını  təmin  edir. 

Siyasi  inkişaf  cəmləşmiş,  qruplaşmış  beyinlərin  hərəkətlərinin 

cəmindən  asılı  olur.  Siyasi  inkişafın  əsas  prinsipi  ondan  ibarətdir 

ki,  beyinin  törətdiyi  siyasi  hadisəyə  başqa  beyinlər  tərəfindən 

reaksiya  verilməlidir  və  onlar  da  maraqlarına  müvafiq  olaraq 

siyasi  hadisələri  törətməlidirlər.  Siyasi  hadisələrin  əhəmiyyətinin 

dərk  edilməsi  siyasi  vasitələrin  düzgün  istiqamətdə  hərəkətləri 

üçün  ən  real  və  münasib  variantdır.  Məlumdur  ki,  cəmiyyətlərdə 

layihələrin  hazırlanması  və  icrasına  rəhbərlik  prosesləri  və  eləcə 

də  digər  proseslərin  əksəriyyəti  yüksək  ixtisaslı  mütəxəssislər 

tərəfindən  həyata  keçirilir.  Siyasi  hadisələrin  hazırlanması  və 

istiqamətləndirilməsi 

prosesləri 

zamanı 

yüksək 


ixtisaslı 

mütəxəssislərin  (beyinlərin)  sayı  nə  qədər çox olarsa, bir o qədər 

də siyasi hadisələr yüksək sürətlə törədilər və tələbata cavab verər. 

Maariflənmiş  cəmiyyətlərdə  siyasi  hadisələrin  sistematik  olaraq 

dövriyyəli  törədilməsi  prosesləri  də  sürətlə  həyata  keçirilir. 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə