Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə42/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   38   39   40   41   42   43   44   45   ...   204

 

126


münasibətləri 

tənzimləməkdən 

ibarət 

olmaqla 


yanaşı, 

vətəndaşlarının  digər  ölkə  vətəndaşları  ilə  əlaqələrini  də  təmin 

etməkdən ibarətdir. Bu baxımdan müasir zamanda hər bir dövlətin 

fəaliyyəti daxili və xarici istiqamətlərə bölünür və dövlət subyekt 

olaraq öz hakimiyyət strukturları vasitəsilə, eləcə də qeyri –dövlət 

strukturları  vasitəsilə  başqa dövlətlərlə əlaqələr  yaratmaq zərurəti 

ilə  üzləşir.  Dövlət-dövlətlə,  xalq-xalqla,  cəmiyyət-cəmiyyətlə 

əlaqə  yaradır.  Əlaqələri  təmin  edən  əsas  siyasi  qurum  da  dövlət 

olur.  Dövlətin  daxili  və  xarici  siyasəti  subyektlərin  hərəkət 

fəaliyyətləri  ilə  xarakterizə  olunur  və  ardıcıllığı  özündə  əks 

etdirən  bir  prosesdir.  Dövlətlərin  həm  daxili,  həm  də  xarici 

fəaliyyət 

istiqamətləri 

əsasən  dövlətlərdə  mövcud  olan 

cəmiyyətlərin  maraq  və  tələbatlarının  ödənilməsinə  yönəlir  və 

eyni  zamanda  ümumbəşəri  inkişafın  təminatına  istiqamətlənir. 

Dövlət  həm  daxildə,  həm  də  xaricdə  ilk  növbədə  öz  rəhbər  şəxsi 

və  hakimiyyəti  vasitəsilə  hərəkət  edir.  Real təcrübələrə əsaslanan 

belə  bir  prinsip  də  mövcuddur  ki,  dövlət  xarici  siyasəti  həyata 

keçirərək ona görə beynəlxalq münasibətlər aləminə daxil olur ki, 

tək-təcrid  olunmuş  vəziyyətdə-  yaşaya  bilmir,  öz  mövcudluğunu 

və  inkişafını  təmin  etmək  iqtidarında  olmur.  Dünyanın  təbii 

resursları,  həmçinin  əmək  resursları  məkanlar  üzrə  qeyri-bərabər 

paylanılmışdır,  bu  baxımdan  da  maddi  tələbatların  ödənilməsi 

üçün istehsal prosesləri də qeyri-bərabər formada həyata keçirilir. 

Dövlətlər  qarşılıqlı  maddələr  (əşyalar)  mübadiləsi,  məhsullar 

ticarəti  yolu  ilə  öz  daxili  tələbatlarını  təmin  edirlər.  Hər  bir 

dövlətin  inkişaf  səviyyəsi  eyni  zamanda  həmin  dövlətin  regional 

və  qlobal  səviyyədə  öz  imkanlarına  müvafiq  olaraq  digər 

dövlətlərlə  münasibətlər  qurmasının  səviyyəsindən  asılıdır. 

Dövlətlər beynəlxalq münasibətlərdə, beynəlxalq siyasi müstəvidə 

hərəkət  edirlər  və  bu  proseslər  zamanı  ümumi  dünya  siyasətinin 

istiqamətləri meydana gəlir. Dövlətlər aralarında əlaqələr sahələri 

və  istiqamətləri  dövlətlərin  beynəlxalq  münasibətlərdə  hərəkət 

istiqamətlərini  meydana  gətirir.  Nəzərə  almaq  lazımdır  ki, 

qarşılıqlı hərəkət zamanı vasitələrin hərəkət trayektoriyalarında da 

müəyyən  təsirlər  meydana  gəlir.  Dövlətlər  yeni-yeni  sahələr  üzrə 




 

127


münasibətlər 

qururlar. 

Ümumilikdə 

dünyada 


elmi-texniki 

nailiyyətlər  hesabına  yeni-yeni  münasibət  obyektləri  və  sahələri 

meydana  gəlir.  Elmi-texniki  nailiyyətlərin  mənimsənilməsi  və 

tətbiqi  maraqları  yeni  sahələrin  meydana  gəlməsini  zəruri  edir. 

Qeyd  edildiyi  kimi,  hər  bir  dövlətin  inkişafı  bu  dövlətin 

beynəlxalq  münasibətlərdə  iştirak  səviyyəsindən  də  asılıdır.  Belə 

ki,  əgər  bir  dövlət  regionda  və  regiondan  kənarda  yerləşən  digər 

dövlətlərlə  “şaxələnmiş”  qaydada  (çoxsahəli,  çoxistiqamətli) 

münasibət  qurarsa  və  özünün  daxili  siyasət  cərəyanlarını  xarici 

siyasət  cərəyanları  ilə  yüksək  səviyyədə  uzlaşdıra  (əlaqələndirə, 

birləşdirə)  bilərsə,  onda  həmin  dövlət  daha  tez  zamanda  inkişaf 

edər.  Bu  baxımdan  dövlətlərarası  əlaqələrin  mövcud  olduğu 

sahələrdə vasitələrin qarşılıqlı hərəkət trayektoriyaları şaxələnmiş 

şəkildə  mövcud  olmalıdır.  Bir  dövlət  özünün  inkişafı  üçün  digər 

dövlətdə  mövcud  olan  yeni  sahələr  üzrə  qarşılıqlı  əlaqələr 

yaratmalı 

və 

həmin 


sahələr 

üzrə 


vasitələrin 

hərəkət 


trayektoriyalarını  özünün  daxili  hərəkət  trayektoriyaları  ilə 

birləşdirməlidir.  Yəni  dövlət  başqa  dövlətlərdə  meydana  gələn 

yeni  inkişaf  sahələrindəki  cərəyanları  özünə  cəlb  etməlidir  və 

daxili  cərəyanları  ilə  birləşdirməlidir.  Dövlətin  siyasi  baxımdan 

inkişafı  üçün  dövlət  mütləq  şəkildə  yerləşdiyi  regionda,  coğrafi 

vəziyyəti  imkan  verən  halda,  beynəlxalq  siyasi  cərəyanlar  üçün 



ötürücü  qovşaq  rolunu  oynamalıdır.  Bu  anda  dövlət  həm  xarici 

siyasi 


cərəyanlardan 

faydalanır, 

cərəyanların 

gətirdikləri 

elementlərdən  (komponentlərdən)  yararlanır,  həm  də  mərkəz 

olaraq  təsir  imkanları  əldə  edir.  Dövlət  öz  xarici  siyasət 

fəaliyyətini  genişləndirmək  üçün  çoxvektorluluq  prinsipinə,  bu 

baxımdan  çoxistiqamətli  cərəyanlar,  hərəkət  axınları  prinsipinə 

üstünlük 

verməlidir. 

Bu 

prinsip 


sayəsində 

müxtəlif 

istiqamətlərdən  hərəkət  edən  vasitələrin  təsirinə  məruz  qala  bilər 

ki, bu da dövlətin daxili sisteminə müsbət təsir edə bilər. Xaricdən 

gələn  cərəyanlar  daxili  vasitələr  üçün  təkanverici  rolu  oynaya 

bilər və qarışmış, birləşmiş cərəyanlar dövlətdə, cəmiyyətdə yeni-

yeni hərəkət vasitələrinin üzə çıxmasını təmin edə bilər.  



 

128


Dövlət  öz  xarici  siyasət  fəaliyyətini  genişləndirmək  üçün 

xarici  hərəkət  trayektoriyasında  hərəkətverici  vasitə  olan 



diplomatiyadan 

səmərəli 

istifadə 

etməlidir. 

Diplomatiya 

hərəkətə,  siyasi  hadisələrin  törədilməsi  axınlarına  təkanverici 

vasitə olaraq, dövlətin digər dövlətin yeni sahələri ilə əlaqələrinin 

təmin 


edilməsində 

səmərəli 

şəkildə  istifadə  edilməlidir. 

Diplomatiya  dövlətlərarası  siyasi  vasitələrin  hərəkəti  zamanı 

siyasi  cərəyanları  birləşdirən,  qovuşduran  bir  vasitə  olduğu 

baxımından  bu  fəaliyyət  gücləndirilməlidir.  Dövlət  əksər 

dövlətlərlə  əlaqələrini  təmin  etmək  üçün  gücləndirici  vasitə  olan 

diplomatiyadan  hərtərəfli  istifadə  etməlidir.  Dövlət  hakimiyyəti 

xarci  siyasət  cərəyanları  arasında,  həmçinin  dövlətlərin  daxili 

sahələrini əlaqələndirən vasitələrin hərəkət axınları arasında əlaqə 

yaradan  bir  vasitədir.  Bununla  yanaşı,  dövlət  siyasi  baxımdan 

inkişaf etmək üçün xarici siyasəti istiqamətləndirən digər vasitələr 

olan beynəlxalq yığıncaqlarda, həmçinin ikitərəfli və çoxtərəfli 

danışıqlarda  öz  iştirakını  gücləndirməlidir.  Dövlətin  xarici 

siyasət istiqamətlərinin güclənməsi üçün dövlət istiqamətverici və 

əlavə  sahələr  yaradıcı  vasitələr  olan  beynəlxalq  münasibətlər 

sənədlərinin  sayını  çoxaltmalı  və  icrasını  təmin  etməlidir.  Dövlət 

digər  inkişaf  etmiş  dövlətlə  əlaqəyə  girərkən  mütləq  şəkildə 

inkişaf  etmiş  dövlətin  yeni  sahələrində  mövcud  olan  hərəkət 

trayektoriyasının  öz  daxili  cəmiyyətinə  uzanmasını  (daxil 

olmasını)  təmin  etməlidir.  İnkişaf  etmiş  sahələr  üzrə  vasitələr 

dövlət  daxilindən  kənara  çıxır  və  bu  zaman  trayektoriyaya  təsir 

edən  vasitələrin  və  qüvvələrin  də  sayı  artır.  Xarici  ölkələrdən 

hərəkət  edən  və  dövlətin  daxilinə  gəlib  çatan  vasitələr  dövlətin 

daxilində  mövcud  olan  əlaqəli  sahələrin  təkanvericiliyinə  səbəb 

olur.  Qarışmış  vasitələr  hesabına  güclü  enerji  mühiti  yaranır. 

Dövlətin  daxili  siyasət  törəmə  (törətmə)  obyektləri  ilə  digər 

dövlətin  daxili  obyektləri  aralarında  sıx  əlaqə  yaranır. 

Dövlətlərarası əlaqələr  zamanı vasitələrin hərəkət trayektoriyaları 

şəbəkələri  meydana  gəlir  ki,  bu  da  öz  növbəsində  ümumi  siyasi 

hərəkət  müstəvisinin  (qarışmış  siyasi  hərəkət  müstəvisinin) 

formalaşmasına  səbəb  olur.  Dövlətlərarası  vasitələrin  qarşılıqlı 

axını  zamanı  hər  tərəfdə  maraq  sferaları,  maraq  obyektləri 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə