Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə50/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   46   47   48   49   50   51   52   53   ...   204

 

150


Rusiya Pribaltikanı çıxmaq şərtilə keçmiş SSRİ məkanını  

ilk olaraq iqtisadi baxımdan özünə yaxınlaşdıracaq.  

Belarusla imzalanan sazişlər paketi də bu siyasətin tərkib  

hissəsidir 

 

Dünya  maliyyə  təşkilatlarının  hesabatlarına  əsasən  Rusiya  da 



dünya  iqtisadi  böhranından  ən  çox  zərər  çəkən  dövlətlərdən 

biridir.  Ukrayna  isə  ümumilikdə  Avropanın  ən  çox  zərər  çəkən 

dövlətləri  arasında  yer  alıb.  Ukraynanın  keçirdiyi  iqtisadi  böhran 

dövlətin  Qərb  siyasətini  zəiflədib.  Digər  tərəfdən  də  Rusiya 

Yuşenko  hakimiyyətinə  son  qoymaq  üçün  və  əsasən  Ukraynanın 

NATO  ilə  əməkdaşlığını  əngəlləmək  məqsədilə  Yanukoviçi 

dəstəkləməkdə  davam  edir.  Bu  baxımdan  Ukraynada  yaşayan 

ruslardan  da  istifadə  etməkdə  davam  edir.  Nəticədə  2010-cu  ilin 

yanvar  ayında  keçirilən  prezident  seçkilərində  Yanukoviç 

toplanmış səslərin faizinə görə birinci yerə çıxıb. 

Dünya iqtisadi böhranından ən çox əziyyət çəkən dövlətlərdən 

biri  Rusiya  olsa  da,  siyasi  baxımdan  ən  çox  üstünlük  qazanan 

dövlətlərdən biri də məhz bu dövlətdir. Belə ki, iqtisadi böhrandan 

əziyyət  çəkən  keçmiş  SSRİ  respublikaları  Rusiya  ilə  yaxınlıq 

etmək  məcburiyyətində  qalıblar.  Rusiyanın  təbii  sərvətlər  baxı-

mından  zəngin  dövlət  olması  isə  ətraf  keçmiş  SSRİ  respub-

likalarını  öz  tərəfinə  çəkməsinə  səbəb  olubdur.  Dünya  iqtisadi 

böhranı  zamanı  Rusiyanın  “Şimal”  və  “Cənub”  enerji 

layihələrindəki  uğurlarını  da  buna  misal  çəkmək  olar. 

“NABUCCO”  layihəsinin  reallaşması  da  şübhə  altına  alınıb, 

Avropa  ölkələri  bu  layihənin  həyata  keçirilməsində  tərəddüd 

edirlər. 

Rusiya keçmiş SSRİ respublikalarını özünə tərəf çəkmək üçün 

müəyyən  güzəştli  siyasətdən  istifadə  etməyə  başlayıb.  Hətta  bu 

respublikalarda  strateji  maraqları  formalaşmış  digər  böyük 

dövlətlərlə də mülayim siyasət həyata keçirməyə başlayıb. Rusiya 

demək  olar  ki,  öz  strateji  məqsədinə  çatmaq  üçün  həm  güc 

tətbiqetmə,  həm  də  yardımetmə,  kömək  göstərmə  siyasətindən 

istifadə edir. Belorusla Rusiya arasında 2010-cu ilin yanvar ayının 



 

151


27-də enerji sahəsində imzalanan paket sənədlərini də buna misal 

çəkmək olar. Həmin sənədlərə əsasən, Belorusun 2010-cu il üçün 

daxili  tələbatını  ödəmək  məqsədilə  Rusiya  neftinin  imtiyazlı 

həcmdə  bu  ölkəyə  ixracı  nəzərdə  tutulur.  Sənədlərdə  həmçinin 

enerji  ixracında  maneəsiz  şəraitin  yaradılması  da  öz  əksini  tapıb. 

Eyni  zamanda  iki  ölkə  arasında  qaz  və  atom  energetikası 

sahəsində  də  əməkdaşlığa  dair  protokollar  imzalanıbdır.

1

 Rusiya 



Belorusla sazişin əldə olunması üçün həm güc tətbiqetmə, həm də 

köməketmə  metodundan  istifadə  edib.  Rusiya  özünün  analoji 

siyasətini  Ukrayna  ilə  də  həyata  keçirir.  Enerji  sahəsindəki 

siyasətində birinci olaraq güc tətbiq edir, təzyiq göstərir, sonra isə 

kompromis variantına üstünlük verir.  

Ümumiyyətlə,  -siyasi  hadisələrin  gedişatı  gələcəkdə  necə  ola 

bilər- sualına aşağıdakı şəkildə cavab vermək olar: 

Birincisi,  nəzərə  almaq  lazımdır  ki,  dünya  iqtisadi 

böhranından  dəyən  zərərləri  aradan  qaldırmaq  üçün  Rusiya 

keçmiş SSRİ respublikalarına öz ticarət məhsullarının bazarı kimi 

baxmağa davam edəcəkdir. Rusiya iqtisadi  bağlılıq  şəbəkəsinin, 



iqtisadi bağlılıq sisteminin yaradılmasına çalışacaq. 

İ

kincisi, 

Ukraynada 

Rusiya 

Yanukoviçin 



prezident 

seçilməsinə  çalışacaq.  Yuşenko  prezident  seçilərsə,  Rusiya 

Ukrayna  ilə  siyasi  ittifaqın  yaradılmasına  nail  ola  biləcək. 

Belorusla  Rusiya  arasında  mövcud  olan  ittifaq  dövlətləri 

formatına oxşar olan digər bir formatın da Ukrayna ilə öz arasında 

yaradılmasına  çalışacaq.  Rusiya  bu  məsələyə  Belorusla  mövcud 

olan siyasətinə nisbətən daha həssas yanaşacaq. Çünki Ukraynada 

siyasi vəziyyət, siyasi mühit, siyasi sistem Belorusa nisbətən daha 

kövrək,  qütblü  və  çoxçalarlıdır  və  çox  tərəfin  diqqətini  çəkəndir. 

Ukraynada qərbpərəst qüvvələr də çoxluq təşkil edir. Bu qüvvələr 

Ukrayna-Rusiya  ittifaq  dövlətləri  birliyinə  mane  olmağa 

çalışacaqlar.  Rusiya  ilk  addım olaraq  Ukraynaya enerji güzəştləri 

edəcək.  Rusiya  ərazisində  Ukrayna  şirkətlərinin  fəaliyyətlərini 

                                                 

1

 Россия и Белоруссия подписали пакет документов по поставкам 



нефти

. 

http://www.vesti.ru/doc.html?id=338198 27.01.2010. 


 

152


genişləndirmək  siyasətini  həyata  keçirəcəkdir.  Həmçinin  mədəni 

əlaqələrin, dini amillərin, slavyançılıq amilinin, tarixi bağlılığın da 

mövcudluğu məsələləri təbliğat vasitəsinə çevriləcəkdir. 

Üçüncüsü,  Rusiya  öz  iqtisadi  ittifaqını  yaratmaq  üçün 

“NABUCCO”  layihəsinin  reallaşmasına  mane  olmağa  çalışa-

caqdır  ki,  Xəzərin  enerji  resursları  bu  layihə  ilə  Qərbə  ixrac 

edilməsin  və  region  dövlətlərinin  iqtisadi  baxımdan  Qərbə 

inteqrasiyasının qarşısı alınsın. Bu baxımdan Avropa ilə müəyyən 

qədər  mülayimləşmə  siyasətini  həyata  keçirəcəkdir  ki,  özünün 

“Şimal  axın”  və  “Cənub  axın”  layihələrini  tam  reallaşdırsın  ki, 

Avropa üçün “NABUCCO” ya ehtiyac yaranmasın. Nəzərə almaq 

lazımdır  ki,  Türkmənistan  qazını  Rusiya  təkrar  olaraq  almağa 

başlayıb  və  2010-cu  ilin  yanvar  ayından  etibarən  isə  Azərbaycan 

da Rusiyaya qaz satır. 2010-cu ilin yanvar ayında başlayan Davos 

iqtisadi  forumunun  iclasında  iştirak  edən  Azərbaycan  prezidenti 

İlham  Əliyev  bildirmişdir  ki,  “NABUCCO”  layihəsinin 

reallaşması  məsələsi  uzandıqca  Azərbaycan  Rusiyaya  satdığı 

qazın həcmini artırmaq məcburiyyətində qalacaqdır.  

Dördüncüsü,  Rusiya  Ukrayna  və  Belorusla  iqtisadi  və  siyasi 

yaxınlıq  əldə  etdikdən  sonra  Qazaxıstan  da  bu  iqtisadi  ittifaqa 

qoşulacaq.  Bunun  ardınca  Mərkəzi  Asiyada  Özbəkistan, 

Türkmənistan, Qırğızıstan və Tacikistan da həmin iqtisadi quruma 

qoşulacaqlar.  Cənubi  Qafqazda  Ermənistan  ilk  olaraq  həmin 

qurumun  üzvü  olacaq.  Rusiya  hətta  Gürcüstanı  da  maddi  kömək 

yolu ilə bu iqtisadi quruma cəlb edə biləcəkdir. 

Beşinci  addım  olaraq  Rusiya  öz  iqtisadi  üstünlüyündən  və 

iqtisadi  bağlılıq  sistemindən  istifadə  edərək  siyasi  qurumun 

yaradılmasına  çalışacaq.  Bu  siyasi  qurumun  yaradılması 

proseslərini  də  Ukrayna  və  Belorusla  birlikdə  həyata  keçirəcək. 

Tarixdən  də  məlumdur  ki,  SSRİ-nin  yaradılmasını  1922-ci  ilin 

dekabr  ayının  30-da  Rusiya  (RSFSR),  Ukrayna  (USSR), 

Belorusiya (BSSR) və Zaqafqaziya (ZSFSR) respublikaları həyata 

keçiriblər.  1922-ci  ildə  Rusiya,  Ukrayna  və  Belorusiya  İttifaq 

Müqaviləsini  imzalayıblar.  1991-ci  il  dekabrın  8-də  Belovejsk 

sazişi  ilə  SSRİ-ni  yaradan  üç  ittifaq  respublikası  SSRİ-nin 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə