Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə52/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   48   49   50   51   52   53   54   55   ...   204

 

156


rülmüşdür). İran dünya təbii qaz ehtiyatlarının 16 faizinə malikdir. 

Dünya neft ehtiyatlarının isə 10 faizi İranda yerləşir. İran dünyada 

neft  ixracına  görə  dördüncü  yerdə  durur.  OPEC-də  isə  Səudiyyə 

Ərəbistanından  sonra  ikinci  yerdədir.  İran  öz  neftini  daha  çox 

Çinə  ixrac  edir.  Çin  isə  dünyada  ABŞ-dan  sonra  ikinci  ən  böyük 

neft idxal edən dövlətdir. Türkiyənin coğrafi mövqeyi, bu dövlətin 

əhalisinin  dini  etiqadı,  həmçinin  türkdilli  olması  onun  regionda, 

eləcə  də  türk  dünyasında  nüfuzunu  artırır.  İranda  əhalinin  əsasən 

islam  dininə  etiqad  etməsi  də  İranın  Ərəb  dünyasında,  Mərkəzi 

Asiya və Azərbaycanda siyasi təsirlərini genişləndirir.  

İran  hal-hazırda  Rusiya  ilə  atom  energetikası  sahəsində 

əməkdaşlıq  edir  və  öz  ölkəsində  nüvə  obyektlərinin  sayını  artır-

maqda  davam  edir.  ABŞ  İranın  nüvə  silahına  sahib  olacağından 

ehtiyatlanır və İranın belə imkanlara malik olmasını özünün Yaxın 

Şərq  siyasətinə  ən  böyük  zərbə  hesab  edir.  İranı  beynəlxalq 

münasibətlərdə qeyri-normal davranış göstərməkdə ittiham edir və 

bu dövlətə qarşı iqtisadi sanksiyalar tətbiq edir və Avropa, Çin və 

Rusiyadan  da  istifadə  etməklə  BMT  qətnamələrinin  qəbul 

edilməsinə  çalışır.  İran  isə  ABŞ-ın  ittihamlarını  rədd  edərək 

özünün  atom  sənayesindən  yalnız  dinc  məqsədlərlə  istifadə 

edəcəyini  bəyan  edir.  ABŞ  Ərəb  dünyasında  iqtisadi  və  hərbi 

cəhətdən  güclənməyə  çalışır. Ərəb dünyasının əksər dövlətləri də 

ABŞ-la  strateji  tərəfdaşlığa  üstünlük  verirlər.  Birləşmiş  Ərəb 

Əmirlikləri  və  Səudiyyə  Ərəbistanı  ən  çox  silah  idxal  edən 

dövlətlər  sırasındadırlar.  Birləşmiş  Ərəb  Əmirliklərinin  İranla 

ərazi mübahisəsi mövcuddur. Hörmüz boğazında yerləşən və Fars 

körfəzinə  çıxışa  nəzarət  edən  üç  ada  İran  tərəfindən  tutulubdur. 

1971-ci  ildə  Böyük  Britaniyanın  regiondan  çıxmasından  sonra 

Birləşmiş  Ərəb  Əmirliklərinə  məxsus  olacağı  nəzərdə  tutulan 

həmin  adalar  İran  tərəfindən  zəbt  olunubdur.  1940-cı  illərin 

sonlarında  adalar  növbə  ilə  həm  Əbu-Dabi,  həm  də  Dubay 

şeyxlərinin sahibliyinə keçirdi. (Faktlar Wikipediya açıq internet 



ensiklopediyasından  götürülmüşdür)  Təbii  ki,  Ərəb  dünyasını 

İrana  qarşı  bir  hərbi,  iqtisadi  və  siyasi  güc  mərkəzi  kimi  görür. 

İran  hal-hazırda  Orta  Şərqin  nəhəng  iqtisadi  dövləti  kimi  qəbul 



 

157


edilir. (Bax.  Wikipediya  açıq  internet  ensiklopediyası)  İran ərazi 

baxımından da böyük bir dövlətdir. Bu dövlətin ərazisi 1 648 000 

kvadrat kilometrdir və dünyada 17-ci yerdədir.  

İran  böyük  aqrar-sənaye  ölkəsi  olaraq  və  70  milyondan  çox 

əhaliyə  malik  olan  dövlət  kimi  regionda  orta  güc  mərkəzindən 

böyük  güc  mərkəzi  olan  dövlətə  çevrilmək  siyasəti  yeridir.  İran 

ballistik  raket  texnologiyasına  malikdir  və  “Şahab-3”  adlanan 

uzaq  məsafəli  hədəfi  vurma  qabiliyyətinə  malik  olan  idarəedilən 

raketə  sahibdir.  (Wikipediya  açıq  internet  ensiklopediyası)  İran 

2010-cu ilin fevral ayının 3-də içində canlı orqanizm olan özünün 

“Kəvəşkər-3”  (“Tədqiqatçı-3”)  adlanan  3-cü  raketini  orbitə 

buraxdı  və  2020-ci  ildə  ilk  kosmonavtını  orbitə  göndərmək 

niyyətindədir.  ABŞ  rəsmi  nümayəndəsi  Bill  Bertonun  fikrincə, 

İranın  bu  addımı  təhrikedici  bir  aktdır.

1

 Bundan  öncə  Fransa  da 



İran  tərəfini  ittiham  etdi.  Fransa  Xarici  İşlər  Nazirliyinin 

nümayəndəsi  Bernar  Valeronun  fikrincə,  kosmik  daşıyıcılarla 

ballistik raket texnologiyası eyni xüsusiyyətlərə malikdir. Kosmik 

proqramlarını  yerinə  yetirərkən dövlətlər kütləvi qırğın silahlarını 

daşıya  biləcək  ballistik  raketlərin  istehsalının  yayılmasına  yol 

verməməlidirlər.  Bu  baxımdan  da  İranın  raket  vasitəsilə  öz 

sputnikini  orbitə  çıxarması  beynəlxalq  ictimaiyyətdə  narahatlıq 

doğurur. 

2

 

Mətbuatın  yazdığına  görə,  “Omid”  (“Ümid”)  adlanan  İranın 



ilk  süni  peyki  “Səfir”  adlanan  raket  daşıyıcısı  vasitəsilə  ilk  dəfə 

2008-ci  ilin  avqust  ayında  orbitə  buraxılıb.  2008-ci  ildə  yenə  də 

“Kəvəşkər-2” raketi orbitə buraxılıb.  

Bu  onu  göstərir  ki,  İran  mövcud  statusu  ilə  barışmayaraq 

güclənməyi və  gələcəkdə ABŞ, Rusiya və Çin ilə yanaşı, kosmik 

dövləti  olmağı  qarşısına  məqsəd  qoyubdur.  Eyni  zamanda  İran 

hal-hazırda regionda öz təsir sferasını və obyektini genişləndirmək 

üçün  ətraf  dövlətləri  öz  tərəfinə  çəkmək  siyasəti  yeridir.  Belə  ki, 

Ermənistanla  strateji  müttəfiqlik  siyasəti  yerdir,  2005-ci  ildən  iki 

                                                 

1

 Администрация США: космический запуск Ирана - это провокация. 



http://www.vesti.ru/ doc.html?hd=339908&cid=9 03/02/2010. 

2

 Bax, yenə orada 




 

158


ölkə  arasında  qaz  kəməri  fəaliyyət  göstərir,  2010-cu  ilin  yanvar 

ayının  13-də  Azərbaycandan  qaz  almaq  üçün  müqavilə  imza-

lanıbdır.  (Müqavilə  13  yanvar  2010-cu  ildə  ARDNŞ  (Azərbaycan 

Dövlət  Neft  Şirkəti)  ilə  İran  Milli  Qaz  İxracı  Şirkəti  (NİGEC) 

arasında  Bakıda  imzalanıb.  Həmin  müqaviləyə  əsasən  2010-cu 

ilin  mart-aprel  aylarınadək  100  milyon  kubmetr  Azərbaycan 

qazının  İrana  tədarükü  nəzərdə  tutulur.  Azərbaycan  qazı  İranın 

əsas  yataqlarından  uzaqda  yerləşən  şimal  bölgəsinə  tədarük 

ediləcək

1

.  Türkmənistanla-İran  arasındakı  qaz  kəməri  istifadəyə 

verilibdir.  Bu  onu  göstərir  ki,  İran  regionda  öz  coğrafi 

potensialından  istifadə  edərək  ətraf  dövlətlərə  təsir  imkanlarını 

artırıbdır.  2010-cu  ilin  yanvar  ayının  sonlarında  Azərbaycan 

vətəndaşları  üçün  viza  rejimini  birtərəfli  qaydada  aradan 

qaldırıbdır.  Təbii  ki,  İran  bu  addımı  atmaqla  Azərbaycan 

ictimaiyyətində öz dövlətinin imicini artırmaq qərarına gəlib.  

İranın  böyük  regional  güc  mərkəzi  siyasətinin  arxasında 

hələlik  Rusiyanın  dayanmasını  qeyd  etmək  olar.  İranın 

güclənməsi  təbii  ki,  gələcəkdə  Türkiyədə  reaksiya  doğuracaqdır. 

Türkiyə  və  İran  arasında  regionda  daha  güclü  olmaq  uğrunda  bir 

rəqabət  mübarizəsi  də  həyata  keçirilir.  Lakin  bu  rəqabət 

mübarizəsi  daha  çox  Türkiyə-İran  yaxınlaşması  fonunda,  siyasi 

birlik  kölgəsi  altında  həyata  keçirilir.  İranın  nailiyyətləri 

Türkiyəni  qane  edir.  Türkiyə  də  atom  energetikasını  sahələrini 

yaratmaq üçün Rusiya ilə əməkdaşlığa can atır. Məhz Türkyə baş 

naziri  R.  Ərdoğanın  Rusiyaya  son  səfərində  bu  məsələnin 

gündəliyə  gətirilməsi  də  bunu  deməyə  əsas  verir.  İranın  nüvə  və 

kosmik sahədə nailiyyətlərindən təsirlənən Türkiyə də özünün bu 

sahələrdə nailiyyətlərini qazanmağa çalışır.  

İranın  böyük  güc  mərkəzinə  çevrilməsi  Türkiyəyə  indiki  və 

yaxın  gələcək  zamanda  sərf  edir.  Belə  ki,  Türkiyənin  özü  də  bir 

neçə  ildir  ki,  İranla,  xüsusilə  enerji  sahəsində  əməkdaşlığa  can 

atır.  Hətta  Türkiyənin  İranla  birlikdə  “müsəlman”  adlanan 

                                                 

1

 Azərbaycan və İran qaz müqaviləsi imzalayıb. 



http://az.trand.az/capital/pengineering/1617463.html.13/01/2010. 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə