Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə60/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   56   57   58   59   60   61   62   63   ...   204

 

179


davamgətirici məhsul istehsal etmək iqtidarında deyil. Ukraynanın 

mövcud iqtisadi vəziyyətinə dair bəzi faktları qeyd edək: Ukrayna 



sənaye-aqrar  ölkəsidir  və  bu  ölkədə  metallurgiya  və  energetika 

sahələri inkişaf etmişdir. Ölkə 2008-ci ilin mayından Ümumdünya 

Ticarət Təşkilatının üzvüdür. Faydalı qazıntıları içərisində kömür 

əsas  yeri  tutur.  Bununla  yanaşı,  ölkədə  müəyyən  həcmdə  neft  və 

qaz  yataqları  da  vardır.  Qara  dəniz  şelfində,  Qara  dəniz-Krım 

neft –qaz vilayətində və Prikarpatyedə neft-qaz ehtiyatları vardır. 

Ukraynanın öz nefti daxili tələbatın yalnız 15-20 faizini, qaz isə 15 

faizini  təmin  edir.  Hal-hazırda  ölkənin  milli  kömür  istehsalı 

sənayesi  böhran  vəziyyətindədir  və  şaxtaların  demək  olar  ki,  70 

faizi bağlıdır.

1

  



İ

kincisi,  Rusiya  çalışır  ki,  Ukraynada  ən  böyük  sərmayə 

yatıran  ölkə  kimi  təsirə  malik  olsun.  Bu  baxımdan,  investisiya 

qoymaqla,  Ukraynanın  iqtisadiyyatına  nüfuz  etməyə  və  bununla 

da siyasi həyatına böyük təsirlər imkanı əldə etməyə çalışır. Hal-

hazırda  isə  Qərb  ölkələri  daha  çox  üstünlük  təşkil  edir.  Məsələn, 

Ukraynada  xarci  investisiyaların  həcminə  görə  ABŞ  ikinci 

yerdədir.

2

 ABŞ  və  Avropa  İttifaqı  Ukraynanı  bazar  iqtisadiyyatı 



ölkəsi kimi adlandırıblar.  

Üçüncüsü,  Ukraynanın  əmək  resursları  Rusiyaya  lazımdır. 

Rusiya  çalışır  ki,  Ukraynanın  çoxmilyonluq  əhalisindən  öz 

sərvətlərinin  istismarında  istifadə  etsin.  Bu  baxımdan  da 

Ukraynanın  kapitalını  öz  ölkəsinə  cəlb  etsin  və  iki  ölkə  arasında 

qarşılıqlı  iqtisadi  bağlılıq  sistemi  yaratsın.  Hal-hazırda  Rusiya  ilə 

Ukrayna arasında aşağıdakı istiqamətlər üzrə iqtisadi əməkdaşlıq 

yerinə yetirilir. 

-elektroenergetika sahəsində əməkdaşlıq; 

- Moldovaya elktorenerjinin birlikdə ixracı, 

-Ukraynanın  ət  və  süd  məhsullarının  Rusiya  bazarlarına 

ixracı; 

                                                 

1

 Украина. Экономика. Материал из Википедии-свободной 



энциклопедииhttp://ru.wikipedia org.

 

2



 Украина-США. Материал из Википедии-свободной энциклопедии

http://ru.wikipedia org. 


 

180


-Ukrayna  ərazisi  vasitəsilə  xarici  ölkələrdən  heyvan  əti 

məhsullarının ixracı; 

-AN-124 təyyarələrinin istehsal

-kosmik sahələr; 

-enerji  məhsullarının ixracı-Ukrayna həmçinin  Mərkəzi Asiya 

qazını Rusiya vasitəsilə alır.

1

  



Dördüncüsü,  Brodı-Qdansk  enerji  kəmərinin  reallaşmasına 

mane  olmaq  üçün  Ukrayna  Rusiyaya  lazımdır.  Rusiya  Avropa 

üzərində  yalnız  öz  enerji  nüfuzunu  saxlamağı  qarşısına  məqsəd 

qoyubdur.  



Beşincisi,  Rusiya  çalışır  ki,  Ukraynanı  Rusiya-Belorus  və 

Qazaxıstan  arasında  yaradılması  nəzərdə  tutulan  vahid  gömrük 

iittifaqına  cəlb  etsin  və  bununla  da  Ukraynanı  öz  iqtisadi-siyasi 

ittifaqında  saxlasın.  Qeyd  etmək  lazımdır  ki,  Ukrayna,  Rusiya, 



Belorus  və  Qazaxıstan  arasında  2003-cü  ildə  vahid  iqtisadi 

məkanın  yaradılması  haqqında  baza  sənədi  də  imzalanıbdır. 

Prezident  Yuşenko  bu  məsələ  ilə  əlaqədar  olaraq  bildirirdi  ki, 

Ukrayna azad iqtisadi zonanın yaradılması siyasətini dəstəkləyir, 

lakin  özünün  fiskal  (maliyyə),  büdcə,  gömrük  suverenliyini  əldən 

buraxa bilməz.

2

  



Altıncısı, Rusiya çalışır ki, özünün Avropa ölkələri ilə iqtisadi 

inteqrasiyasında  Ukrayna  ərazisində  müəyyən  qədər  nüfuz 

qazansın  və  gələcəkdə  köklü  problemlərin  olmamasına  zəmin 

hazırlasın.  



 

Ərazi mübahisələrini həll etmək baxımından 

Ukrayna  ilə  Rusiya  arasında  müəyyən  ərazi  problemləri 

yaşanır.  Xüsusilə,  Ukraynanın  qərbyönümlü  siyasətçiləri  bu 

amildən  Rusiyaya  təzyiq  vasitəsi  kimi  istifadə  edirlər.  Ukrayna 

prezidenti  V.  Yuşenkonun  hələ  2005-ci  ildəki  fikrinə  əsasən, 

                                                 

1

 Украина-Россия-ЕЭП-СНГ. Материал из Википедии-свободной 



энциклопедииhttp://ru.wikipedia org. 

2

 Yenə orada.

 



 

181


Kiyevin  Moskva  ilə  üç  mühüm  problemi  mövcudur:  Rusiyanın 

Qaradəniz limanı, sərhəd məsələləri və enerji məsələləri. 

1

 



Ukraynanın qərbyönümlü siyasətçiləri içərisində belə bir fikir 

var ki, ukraynalılarla ruslar iki xalqlardırlar və onların hərəsinin 

öz  maraqları  mövcuddur.  Moskva  ilə  Kiyev  arasında  bərabər 

danışıqlar  mövcud  olmalıdır.  Rusiyanaın  Belqorod  vilayəti  ilə 

bağlı  olaraq  müəyyən  qüvvələrdə  də  narazılıq  var.  Ukraynanın 

bəzi hakim dairələri hesab edirlər ki, Belqorod vilayəti Ukraynaya 

məxsusdur.

2

 1991-1997-ci illərdə imzalanmış müqavilələrə əsasən 



Rusiyanın  Qara  dəniz  limanı  müvəqqəti  olaraq  Ukrayna 

ərazisində  yerləşir.  Ukrayna  konstitusiyasına  əsasən  xarici 

ölkələrin  qoşunlarının  Ukraynada  daimi  dislokasiyası  qadağan 

edilir.  Bu  baxımdan  da  Rusiyanın  Qara  dəniz  limanının 

Ukraynada qalma müddəti 2017-ci ilə qədərdir.

3

 Ukraynanın bəzi 



siyasətçilərinin  fikrincə,  Rusiyanın  Qara  dəniz  limanının 

Sevastopolda qalması Ukraynanın milli maraqlarına ziddir.  

 

Hərbi baxımdan  



Birincisi,  Rusiya  güclü  hərbi  potensiala,  o  cümlədən  hərbi-

sənaye  kompleksinə  malik  olan  Ukraynanı  əldən  vermək  istəmir. 

Ukraynanın ordusu 2008-ci ilin məlumatına əsasən 141 min nəfər 

təşkil  edib.  Bura  digər  silahlı  birləşmələr  aid  deyil.

4

 (Dövlətin 



ərazisi  də  Rusiya-NATO  hərbi  münasibətlərində  Rusiya  üçün 

əlverişli  strateji  bir  məkandır.  Ukrayna  Rusiyanı  NATO 

təsirlərindən  qoruya  biləcək  ən  böyük  bir  dayaqdır.  Rusiya  bu 

dövlətə  özünün  gələcək  hərbi  bazaları  üçün  mühüm  bir  strateji 

obyekt  və  məkan  kimi  baxır.  Qeyd  etmək  lazımdır  ki,  SSRİ 

dağılana qədər Ukrayna ərazisində 1240 ədəd nüvə başlığı, RS-18 

adlanan  133  ədəd  strateji raket, RS-22  adlanan 46 strateji raket, 

                                                 

1

 Украина-Россия-ЕЭП-СНГ. Материал из Википедии-свободной 

энциклопедииhttp://ru.wikipedia org. 

2

 Bax, həmin mənbə 

3

 Bax, həmin mənbə 



4

 Вооруженные силы Украины. Материал из Википедии-свободной 



энциклопедииhttp://ru.wikipedia org. 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə