Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə62/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   58   59   60   61   62   63   64   65   ...   204

 

185


-Ukrayna  Rusiyanın  Qara  dənizdə  güclənməsi  və  Rusiyanın 

“Cənub  axın”  layihəsinin  təhlükəsizliyini  təmin  etmək,  Qara 

dənizdə  hərbi  nəzarəti  ələ  keçirmək,  Qara  dənizdəki  hərbi 

limanları  vasitəsilə  Abxaziyaya  yardım  etmək  və  Gürcüstanın 

təsirlərini tamamilə azaltmaq üçün lazımdır; 

-Moldovanın Dnestryanı ərazisi, eləcə də Moldovaya çıxış və 

təsirlər üçün Ukrayna Rusiyaya lazımdır; 

-Qara 


dənizdə 

güclənmək 

siyasəti 

Rusiya-Bolqarıstan 

münasibətlərinin inkişafı üçün lazımdır; 

-Ukraynada  siyasi  üstünlük  qazanmaq  və  Qara  dənizdə  hərbi 

donanmanın  gücünün  artırılması  ABŞ-ın  gələcəkdə  Qara  dənizdə 

güclənmə  ehtimalını  aşağı  sala  bilər.  Bu  baxımdan  da  Ukrayna 

Rusiyaya lazımdır; 

-Ehtimal  edilə  bilər  ki,  Qara  dənizdə  ABŞ-Ukrayna  iqtisadi-

siyasi yaxınlaşması Rusiyanın gələcəkdə region maraqlarına ciddi 

zərbələr vursun. Bu baxımdan da Ukrayna Rusiyaya lazımdır; 

-ABŞ-ın  Rumıniyada  yerləşdirə  biləcəyi  strateji  təyinatlı 

silahlara qarşı Ukrayna Rusiyaya lazımdır. Nəzərə almaq lazımdır 



ki,  ABŞ  Qara  dənizdə  daha  çox  Rumıniya  ərazisindən  istifadə 

etməklə  hərbi-siyasi  cəhətdən  təsir  imkanlarına  malik  ola  bilər. 

Çünki  rumınlar  slavyanlar  deyil,  Gürcüstanda  ümumiyyətlə, 

müvafiq  siyasətin  reallaşdırılması  mümkün  olmaz,  Türkiyə  isə  öz 

milli və regional siyasətinə görə, Türkiyə-Rusiya münasibətlərinin 

korlanmaması naminə bu addımı atmaz;  

-Qara  dənizdə  Ukrayna-Gürcüstan  hərbi  yaxınlaşmasını 

məhdudlaşdırmaq üçün Ukrayna Rusiyaya lazımdır; 

-Ukrayna,  Gürcüstan  və  Polşa  arasında  Rusiya  əleyhinə 

mövcud  olmuş  yaxınlaşmanın  bir  daha  olmaması,  təkrar-

lanmaması üçün Ukrayna Rusiyaya lazımdır; 

-Ukrayna-Türkiyə, Ukrayna- Rumıniya arasında yaxınlaşmaya 

nəzarət üçün Ukrayna Rusiyaya lazımdır; 

-Rusiyanın  pravoslav  dünyasında  güclənməsi  üçün  ölkənin 

əhalisi Rusiyaya lazımdır; 

-Ukrayna Rusiya üçün Mərkəzi Avropaya əsas giriş qapısıdır. 

Rusiyanın  enerji  məhsullarının  maneəsiz  Avropaya  çatdırılması 

üçün ölkə Rusiyaya lazımdır; 



 

186


-Rusiya-Ukrayna-Belorus  siyasi  yaxınlaşması  üçün  Ukrayna 

lazımdır.  Həmin  ittifaq  Şərqi  və  Qərbi  Avropadan  siyasi  təsirləri 

məhdudlaşdırmaq baxımından sərfəlidir; 

-Mərkəzi  Asiyanın  Ukrayna  üzərindən  də  enerjisinin  Qərbə 

ixracına  nəzarəti  tam  ələ  keçirmək  üçün  Ukrayna  Rusiyaya 

lazımdır; 

-Ukraynada rusların təsirlərini artırmaq və rus dilinə ikinci dil 

statusunun verilməsi üçün ölkə Rusiyaya lazımdır; 

-Qara  dəniz-Azov  akvatoriyasında  siyasi  və  iqtisadi  nəzarəti 

gücləndirmək üçün Ukrayna Rusiyaya lazımdır; 

-Ukrayna  ilə  Cənubi  Qafqaz  arasındakı  siyasi  yaxınlaşmaya 

müəyyən  qədər  nəzarəti  ələ  keçirmək  üçün  Ukrayna  Rusiyaya 

lazımdır; 

-Ukrayna  Rusiyanın  birinci  “çəpər  zolağı”  sisteminə  keçmiş 

SSRİ dövlətlərini cəlb etmək üçün təsiredici səhnənin yaradılması 

üçün lazımdır. Ukraynanın ardınca Gürcüstan da öz xarici siyasət 

kursunda da dəyişiklik edə bilər.  

Ukraynada  rusiyapərəst  siyasətçi  Yanukoviçin  hakimiyytə 

gəlməsi  və  Rusiyanın  xeyrinə  siyasət  yeridəcəyi  Rusiyanın  Şərqi 

Avropa,  Qara  dəniz,  MDB,  Slavyan  dünyası  və  Avropa  İttifaqı, 

eləcə  də  NATO  ilə  rəqabətdə  üstünlüyünü  artıracaqdır.  Viktor 

Yanukoviçin  hökumətə  rəhbərliyi  dövründə  Rusiya  hakimiy-

yətinin  Ukraynada  nüfuzunun  gücləndiriliməsi  üçün  müəyyən 

xidmətləri  olubdur.  Bu  baxımdan  NATO-ya  daxil  olmaq  üçün 

referendumun  keçirilməsi  və  V.Yuşenko  hakimiyyəti  dövründə 

Rusiyanın  Qara  dəniz  limanı  ilə  bağlı  müqaviləyə  təzədən 

baxılması  məsələsinin  gündəlikdən  çıxarılması  üçün  onun  geniş 

fəaliyyəti  olmuşdur.  Türkmən  qazının  yalnız  Rusiya  vasitəsilə 

alınması  məsələsi  və  digər  enerji  məsələlərinin  həll  olunmasında 

da Viktor Yanukoviçin böyük xidmətləri olmuşdur.  

 

Yazılma tarixi 15 fevral 2010-cu il 

  



 

187


Beynəlxalq münasibətlər. Böyük dövlətlərin – 

“güc mərkəzləri”nin beynəlxalq münasibətlər sistemində  

tətbiq etdikləri “ikili standart” siyasətinin xüsusiyyətləri  

və Azərbaycan 

 

Dünyanın  siyasi  xəritəsi  öz  çoxçalarlığı  ilə  diqqəti  cəlb  edir. 



Bütün dövlətlər eyni gücə malik deyillər və bu baxımdan da siyasi 

xəritə fərqli ölçülü ərazilərə malik olan dövlətlərin ərazilərini əks 

etdirir.  Məlumdur  ki,  dünyada  200-dən  artıq  müstəqil  dövlət 

vardır  və  bu  dövlətlər  beynəlxalq  münasibətlərin  üzvləri,  əsas 

subyektləri  olaraq  qarşılıqlı  münasibətlər  və  əlaqələr  əsasında 

fəaliyyət 

göstərirlər. 

Dövlətlərin 

qarşılıqlı 

fəaliyyəti 

və 

mövcudluğu  nəticəsində  dünyanın  ümumi  siyasi  mənzərəsi 



formalaşır.  Münasibətlər  beynəlxalq  aləmdə  dövlətlərin  hərəkət 

(fəaliyyət)  məzmununu  müəyyən  edir.  Dövlətlər arasında dostluq 

və ya gərginlik münasibətləri meydana gəlir. Münasibətlər tərəfin 

başlanğıc  və  gələcək  davranışı  üçün  niyyətlərin  məzmununu 

müəyyən  edir.  Beynəlxalq  münasibətlərdə  dövlətlərin  beynəlxalq 

müstəvidə  hərəkət  reaksiyalarını  müəyyənləşdirir.  Əlaqələrin 

tənzimlənməsi  üçün  yaradılan  normalar  beynəlxalq  hüquq 

normalarıdır. Tərəflər norma qəbul edir (yaradır) və əməl edirlər. 

Lakin bir dövlətin digər dövlətə qarşı müharibə elan etməsi və bu 

istiqamətdə  sənəd  qəbul  etməsi  müasir  beynəlxalq  hüquq  sənədi 

deyil,  dövlətin  birtərəfli  qaydada  mövqeyini  və  davranışını  əks 

etdirir.  Sənəd  müasir  beynəlxalq  hüququ  pozan  aktdır.  Dövlətin 

müharibə  elan  etməsi  və  müharibəyə  başlaması  həmin  dövlətin 

xarici  siyasət  fəaliyyətinin  tərkibidir.  Lakin  bu  tərkib  hücuma 

məruz qalmış dövlətlə hücum edən dövlət arasında əlaqə yaratmır, 

əksinə əlaqələri kəsir.  

Təbii  ki,  beynəlxalq  münasibətlər  sisteminin  ümumi  fəaliyyət 

xarakteri ayrı-ayrı dövlətlərin regional və qlobal səviyyədə həyata 

keçirdikləri  xarici  siyasətin  xüsusiyyətlərindən  formalaşır. 

Dövlətlərin  bütün  sahələrdə  həyata  keçirdikləri  xarici  siyasət 

fəaliyyəti sayəsində onların münasibətləri yaranır və münasibətlər 

əsasında  da  əlaqələri  qurulur.  Yaradılmış  əlaqələrin  meydana 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə