Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə63/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   59   60   61   62   63   64   65   66   ...   204

 

188


gətirdikləri  şərait,  zərurət    tələbat  isə  yeni  münasibət 

formalarının 

meydana 

gəlməsini 

təmin 

edir. 


Əlaqələrin 

davamedici  prosesi  yeni  münasibət  şəraitinin  meydana  gəlməsini 

təmin edir, yaxud da yeni münasibətlər yeni-yeni əlaqələri yaradır. 

Bir  çox  hallarda  əlaqə  ilə  münasibət  sözlərini  eyni  məfhum, 

anlayış kimi qəbul edirlər. Lakin münasibət əlaqədən daha əhatəli 

anlayışdır  və  predmeti  daha  genişdir.  Münasibətdə dövlətin digər 

dövlətə  qarşı  siyasi  mövqeyi  də  nəzərə  alınır.  Ola  bilər  ki,  iki 

dövlət  arasında  münasibətlər  olsun,  lakin  rəsmi  əlaqələr  olmasın. 

Məsələn,  Azərbaycanla  Ermənistan  arasında  müharibə  vəziyyəti 

yaşanır.  İki  dövlət  arasında  münasibətlər  var,  danışıqlar  həyata 

keçirilir.  Lakin  əlaqə  yoxdur.  Münasibətlə  əlaqəni  fərqləndirən 

xüsusiyyətlərə  dair  onu  bildirmək  olar  ki,  məsələn,  bir  dövlətin 

digər dövlətin müstəqilliyini tanıması (de jure, de facto və ad hoc) 

formasında  aktının  özü  bir  münasibətdir.  Lakin  bu  hələ  əlaqə 

deyil.  Eləcə  də  bir  dövlətin  digər  dövlətə  qarşı  qəbul  etdiyi 

bəyanat  aktı  münasibətin  predmetidir.  Bir  dövlətin  başqa  bir 

dövlətə  qarşı  müharibə  elan  etməsi  də  bir  münasibət  növüdür, 

formasıdır, üsuludur, ancaq əlaqə deyil. Əlaqələr hər iki və ya çox 

tərəfin  qəbul  etdikləri  normalarla  yaranır.  Adətən  münasibət 

bildirildikdən  sonra  əlaqələr  qurulur.  Məsələn,  ilkin  olaraq 

müstəqillik  rəsmən  tanınır,  sonra  isə  diplomatik  əlaqələr  qurulur. 

İki  dövlət  arasında  əvvəlcə  müəyyən  münasibətləri  tənzimləyən 

müqavilələr  və  digər  sənədlər  imzalanır,  sonra  isə  müqavilənin 

normalarına  uyğun  olaraq əlaqələr  qurulur. Bununla  yanaşı, qeyd 

etmək  olar  ki,  əlaqələrin  qurulması  ilə  münasibətin  də  yaranması 

başlaya  bilər.  Bu  hərəkət  daha  çox baza münasibətinin üzərindən 

edilə bilir. Bu baxımdan da belə bir prinsipdən çıxış etmək olar ki, 

əlaqə  münasibətlə  başlayırsa,  hər  iki  məfhum  əlaqələr  qurulan 

zamanı  daha  da  geniş  məna  kəsb  edir.  Əlaqənin  predmetində 

(obyektində)  daha  çox  əşya  olur.  Məsələn,  iki  dövlət  arasında 

yaradılan  ticarət  əlaqələrinin  obyekti  əşyalardır  (məhsullardır). 

Ticarət  əlaqələri  yarandıqda  ticarət  münasibətləri  formalaşır. 

Lakin 

ticarət 


əlaqəsini  yaratmaq  üçün  əvvəlcə  ticarət 

münasibətləri  həyata  keçirilir.  Bu  sahədə  danışıqlar  aparılır, 




 

189


müqavilələr  imzalanır.  Əşya  da  münasibətin  predmeti  və  obyekti 

ola  bilir.  Məsələn,  neft  və  qaz  enerji  məhsulları  olaraq,  həm 

münasibət,  həm  də  əlaqələr  qurmaq  üçün  vasitələrdir.  Məhz  bu 

amil  münasibət  və  əlaqə  anlayışları  arasında  bağlılığı  təmin  edir. 

Belə  bir  prinsipdən  çıxış  etmək  olar:  münasibətlər  əlaqələrin 

qurulması  üçün  lazım  olan  sənədləri  (vasitələri)  yaradır, 

sənədlər  eyni  zamanda  yeni  münasibət  yaratmaq  vasitələrinə 

çevrilir.  

Belə bir sual ətrafında fikir mübadiləsi aparmaq olar: dövlətlər 

nə üçün münasibət və əlaqələr qururlar və onları buna sövq edən, 

məcbur  edən  zəruri  amillər  nələrdən  ibarətdir?-  Bu  suala  cavab 

olaraq  onu  bildirmək  olar  ki,  dövlətləri  öz  aralarında  münasibət 

yaratmaq, əlaqələr qurmaq üçün zəruri edən amillər vardır. Onları 

aşağıdakı  şəkildə  ümumiləşdirilmiş  əsaslarla  qısa  olaraq  izah 

etmək olar: 

 

 Münasibət qurmaq baxımından 

-dünya  ictimaiyyətinin  birliyinə  nail  olmaq  üçün  dövlətlər  və 

xalqlar  bir-biriləri  ilə  münasibət  qurmaq  zərurəti  ilə  üzləşirlər, 

həmçinin,  

-dünyanın  mədəni  irsinin  mənimsənilməsinə  birgə  marağın 

təmin edilməsi üçün

-insan  hüquqlarının  birgə  şəkildə  qorunmasını  təmin  etmək 

baxımından; 

-dünya tarixinin birgə öyrənilməsinə marağın olması baxımından; 

-bəşəriyyətin  ümumi  təhlükəsizliyini  birgə  qorumaq  zərurəti 

baxımından, bu məqsədlə, qlobal və regional səviyyəli müharibə-

lərin,  vətəndaş  qarşıdurmalarının,  digər  silahlı  toqquşmaların 

qarşısını  almaq  və  dünyada  ümumsülhün  əldə  saxlanılması 

zərurətindən  irəli  gələrək  dünya  ölkələri  və  xalqları  birgə 

münasibət formasını qurmaq zərurəti ilə üzləşirlər

-bəşəriyyəti  məhv  edə  biləcək  kütləvi  qırğın  silahının 

istehsalının qarşısının alınması və bu silahlara qarşı ümumi bəşəri 

cəmiyyətlərin  birgə  nəzarətini  yaratmaq  zərurəti  baxımından 

dövlətlər münasibətlər formalaşdırmaq zərurəti ilə üzləşirlər; 



 

190


-terrorizm,  mütəşəkkil  cinayətkarlıqla,  transmilli  cinayətkar-

lıqla mübarizə aparmaq üçün güclərin birləşdirilməsi zərurətindən 

dövlətlər münasibət qurmaqda maraqlı olurlar; 

-hər  hansısa  bir  xalqa  qarşı  soyqırımın  və  irqi  ayrıseçkiliyin 

tətbiq  edilməməsi  üçün  dövlətlər  münasibət  qurmaq  zərurəti  ilə 

üzləşirlər, eləcə də,  

-dünyanın  ekoloji  tarazılığının  pozulmasının  qarşısını  almaq 

baxımından; 

-dünyanın  ümumfiziki  coğrafiyasını  tədqiq  etmək,  hidro 

mühitinin,  atmosferinin,  flora  və  fauna  mühitinin  birgə 

öyrənilməsi və mənimsənilməsi zərurəti baxımından; 

-dünyanın  iqlim  şəraitinin  birgə  şəkildə  öyrənilməsini  həyata 

keçirmək zərurəti baxımından; 

-xalqların  mənsub  olduqları  cəmiyyətlərin  ümumi  sosial-rifah 

halının yaxşılaşdırılmasını təmin etmək baxımından; 

-dünyanın qlobal təbii fəlakətlərinin nəticələrinin birgə şəkildə 

aradan  qaldırılmasında  yaxından  iştirak  etmək  üçün  güclərin 

birləşdirilməsi zərurəti baxımından; 

-dünya  elminin  və  ədəbiyyatının  birgə  öyrənilməsi  tələbatına 

görə  dünya  ölkələri  və  xalqları  münasibət  qurmaq  zərurəti  ilə 

üzləşirlər; 

-dünya mədəniyyət incilərinin, abidələrinin və digər incəsənət 

nümunələrinin  birgə  şəkildə  öyrənilməsi  məqsədilə  dövlətlər 

münasibət qurmaq zərurəti ilə üzləşirlər; 

-bəşəriyyətin  elmi-texniki  nailiyyətlərindən  birgə  istifadəyə 

nail  olmaq  üçün  xalqlar  ümumiləşmiş,  cəmləşmiş  formada 

münasibət yaratmaq zərurəti ilə üzləşirlər və s.  

 

Əlaqələr qurmaq baxımından 

Bir  məsələni  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  yuxarıda 

sadalanan  məqsədlərə  çatmaq  üçün  müəyyən  aktların  həyata 

keçirilməsinə  (sənədlərin  icrasına)  başlanılması  ilə  əlaqələrin 

qurulmasına  da  başlanılır.  Bununla  yanaşı,  qeyd  etmək  olar  ki, 

əlaqələrin  də  qurulması  üçün  çoxlu  sayda  zərurətlər  vardır  və 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə