Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə65/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   61   62   63   64   65   66   67   68   ...   204

 

194


davranış  müəyyən  olunur.  Beynəlxalq  hüququn  subyektləri  olan 

dövlətlərin davranışlarının formaları və tərzləri müəyyənləşdirilir. 

Beynəlxalq  münasibətlərdə  iştirak  edən  dövlətlər  öz  “çəkilərinə” 

müvafiq  olaraq  beynəlxalq  münasibətlər  sisteminin  əsas 

strukturunu  formalaşdırırlar.  Beynəlxalq  münasibətlər  sisteminin 

strukturu  isə  dəyişən  xüsusiyyətlərə  malik  olur.  Belə  ki, 

dövlətlərin  gücü  artıb-azaldıqca  onların  strukturdakı  yerləri  də 

dəyişir.  Beynəlxalq  münasibətlərdə  dövlətlərin  yerləri  “aşağıdan-

yuxarıya”,  “yuxarıdan  –  aşağıya”  doğru  müəyyən  olunur  və 

dövlətlər sıralanır. Beynəlxalq münasibətlər sistemində dövlətlərin 

düzülüşlərində  “cərgələr”  mövcuddur.  Buna  görə  də  dövlətlərin 

düzülüşünü  əks  etdirən  “cərgələr”  sistemində  üst-yuxarı,  orta  və 

alt-aşağı  sıralar  yaranır.  Bu  “cərgələr”  də  dövlətlərin  güclərinə 

görə  formalaşır.  Dövlətlərin  gücləri  artıb-azaldıqca  “cərgədə”  və 

“sıralarda” da yeri dəyişir. ABŞ, Çin, Avropa İttifaqı, Rusiya kimi 

dövlətlər beynəlxalq münasibətlər sistemində ön “cərgələr”də  yer 

alırlar.  Sonrakı  cərgələrdə  isə  orta  gücə  malik  olan  dövlətlər 

dayanırlar.  Hər  bir  dövlətin  öz  marağı  vardır  və  maraq  uğrunda 

siyasi fəaliyyət göstərir. Eləcə də hər bir dövlətin öz “cərgəsi”ndə 

marağı vardır və həmçinin orta və alt “cərgələr”də marağı vardır. 

Bu  yanaşma  tərzi  daha  çox  böyük  dövlətlərə  xasdır.  Alt 

“cərgələr”dəki  dövlətlərin  hesabına  həmin  ön  “cərgələr”dəki 

dövlətlərin gücləri müəyyən edilir və artır. On cərgənin dövlətləri 

arxa cərgənin dövlətlərinə qarşı öz maraqlarını təmin etmək üçün 

təzyiq  edirlər.  Təzyiqlər  yolu  ilə  ön  “cərgə”nin  dövlətləri  arxa 

“cərgələr”dəki  dövlətlərdən  ibarət  “təsir  cərgələri”  (təsir 

obyektləri,  sferaları)  yaradırlar.  Beynəlxalq  münasibətlərdə 

mövcud  olan  cərgələr  yuxarıdan aşağıya  doğru  genişlənir. Bu bir 

növ “piramida” strukturuna da bənzəyir. (Bax, sxem 13) 



 

195


Бейнялхалг мцнасибятляр системиндя дювлятлярин “жярэялянмяси”ни якс

етдирян схем. Бейнялхалг мцнасибятляр системинин цмуми структуру.

Sxem 13

Схемдян эюрцнцр ки, дювлятлярин бейнялхалг мцнасибятляр системиндя юзцнямяхсус

йерляри вардыр вя бу йерляр

жярэяляри



формалашдырыр. Юн жярэялярдя супер, бюйцк вя

орта эцжя малик олан дювлятляр йер алырлар. Щяр бир бюйцк дювлятин юзнцнцн мараг

сферасы мювжуддур. Мараг сфералары(нюгтяляри) кясишир вя мараглар тоггушур.

Бурадан эюрцнцр ки, бюйцк дювлятляр юз марагларыны шахяляндирилмиш гайдада тямин

едирляр ки, ян чох кясишмяляр дя мящз кичик дювлятлярдя олур. Яразиляр цзря шахялянмя

бюйцк дювлятлярин эцжляринин артмасына хидмят едир. Кичик дювлятлярдя бюйцк

дювлятлярин мараглары даща габарыг шякилдя кясишяряк бцрузя верир. Схемдян

эюрцнцр ки, дювлятлярин

жярэяляри



дальаланмыш формададыр вя щяр бир дювлят юн

жярэяляря



кечмяйя чалышыр.



 


 

196


Mövcud beynəlxalq münasibətlərdə “ikili standart” siyasəti 

 

Müasir  zamanda  dövlətlər  beynəlxalq  hüquq  normalarına 



müvafiq olaraq bərabər hüquqluluq (suveren bərabərlilik) əsasında 

münasibətləri qururlar. Dövlətlərin ərazi bütövlüyünün qorunması 

və ərazi bütövlüyünün tanınması, ərazi işğalının rədd edilməsi də 

həmin normalar sırasındadır və bu normaları da dövlətlər öhdəlik 

kimi  qəbul  edirlər.  Lakin  qeyd  etmək  olar  ki,  bərabərlik  prinsipi 

nisbi  xarakterə  malikdir  və  müasir  beynəlxalq  münasibətlər 

sistemində  daha  çox  ədalətlilik  prinsipi  əhəmiyyət  kəsb  edir. 

Çünki  subyektlərin  bərabər  gücünün  olmaması  onların  bərabər 

iştirakçı  kimi  fəaliyyət  göstərməsinə  imkan  vermir.  Məsələn, 

qlobal əhəmiyyət kəsb edən problemlərin həllində bütün dövlətlər 

(BMT üzvü olan) iştirak etməklə yanaşı, məhdud sayda (aidiyyatı 

ölkələr) ölkələr də iştirak edir. Bu baxımdan da qlobal iqtisadi və 

siyasi  əhəmiyyət  kəsb  edən  məsələləri  həll  etmək  və  gücləri 

birləşdirmək  üçün  “böyük  səkkizlər”,  “böyük  iyirmilər”  kimi 

formatda mövcud olan münasibət sistemi də vardır (Nəzərə almaq 

lazımdır  ki,  beynəlxalq  münasibətlərin  ümumi  sistemi  ayrı-ayrı 

tərkibli  sistemlərdən  ibarətdir.  Qlobal  və  regional  əsaslarla 

qurulmuş  təşkilatları  buna  misal  çəkmək  olar).  Münasibətlər 

sistemində  ədalətlı  yanaşma  prinsipi  daha  reallıq  kəsb  edir  və 

bərabərlilik  prinsipini  üstələyir.  Hər  bir  böyük  dövlət  çalışır  ki, 

“cərgələr”də  özünün  təsir  sferasını  (təsir  dairəsini)  yaratsın  və 

subyektləri  öz  təsir  sferasına  daxil  etsin.  Bu  baxımdan  da 

“cərgələrin  bölüşdürülməsi”  uğrunda  daima  mübarizə  gedir.  Bu 

mübarizədə  maraq  amili  ədalət  amilini  pozur  və  üstələyir.  Belə 

olan halda, beynəlxalq hüquq normaları da kobud şəkildə pozulur. 

Beynəlxalq  hüquq  normasını  yaradanların  özləri  də  normanı 

pozurlar.  (Tarixdən  məlumdur  ki,  dünyada  qlobal  sülhü  təmin 



etmək  üçün  hal-hazırda  mövcud  olan  ümumi  beynəlxalq 

münasibətlər  sistemini  böyük  dövlətlər  yaradıblar.  Xüsusilə,  II 

Dünya müharibəsindən sonra BMT-nin yaradılmasını buna misal 

çəkmək  olar.  ABŞ,  Böyük  Britaniya,  Fransa,  SSRİ  və  Çin 

Təhlükəsizlik  Şurasının  daimi  üzvləri  oldular.  Həmin  format  hal-


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə