Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə68/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   64   65   66   67   68   69   70   71   ...   204

 

202


dövlətlərdən  istifadə  olunur.  “İkili  standart”  siyasəti  böyük 

dövlətin  kiçik  dövləti  ədalətsizliyə  təhriketmə  vasitəsidir.  Buna 

növbəti  bir  misal  da  çəkmək  olar.  Məsələn,  ABŞ  Ukraynanı 

Rusiya  əleyhinə  çıxış  etməyə  təhrik  edir,  lakin  Ukraynanı  tam 

müdafiə  etmir.  Burada  daha  çox  əzab  çəkən  tərəflər  isə  təhrikə 

məruz  qalmış  dövlətlər  olurlar.  Eləcə  də  Rusiya  öz  ərazisində 

Gürcüstan  vətəndaşlarına  qarşı  gediş-gəlişi  çətinləşdirir,  viza 

rejimini  tətbiq  edir,  pasport  rejimini  çətinləşdirir.  Nəticədə 

Rusiyada  işləyən  çoxlu  sayda  Gürcüstan  vətəndaşları  Rusiyanı 

tərk  etmək  məcburiyyətində  qalırlar.  Belə  olan  halda,  ABŞ 

Gürcüstan  vətəndaşları  üçün  öz  sərhəd  qapısını  açıq  elan  etmir. 

Bu  siyasətə  “ikili  standart”  adını  vermək  olar.  “İkili  standart” 



siyasəti  zamanı  bir  mövqe  tamamilə  digərini  inkar  edir. 

Nəticədə  siyasətin  tətbiq  olunduğu  dövlət  çıxılmaz  və  aldanılmış 

vəziyyətdə  qalır.  Məsələn,  Azərbaycan  hal-hazırda  super,  böyük 

və  orta  gücə  malik  dövlətlər  olan  Rusiya,  ABŞ,  Fransa  və  İran 

tərəfindən aldanılır.  

Azərbaycan  ictimaiyyətinə,  eləcə  də  beynəlxalq  ictimaiyyətə 

məlumdur  ki,  Azərbaycana  qarşı  “ikili  standart”  xarakterli 

siyasəti  hal-hazırda  ilk  növbədə  ATƏT-in  Minsk  qrupunun 

həmsədr  olan  dövlətləri  Rusiya,  ABŞ,  Fransa  həyata  keçririrlər. 

Bu  dövlətlərin  öz  bölgə  maraqları  və  maraqlar  uğrunda  siyasi 

çarpışmaları Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə imkan 

vermir.  Sadalanan  dövlətlər  bir  tərəfdən  bəyan  edirlər  ki, 

Azərbaycanın  ərazi  bütövlüyünü  qəbul  edirlər,  digər  tərəfdən 

Azərbaycanın  ərazi  bütövlüyünə  qarşı  çıxırlar.  Məsələn,  həmin 

dövlətlərin  rəsmi  nümayəndələri  dəfələrlə  bəyan  ediblər  ki, 

Azərbaycanın ərazi bütövlüyünü qəbul edirlər. Lakin 2008-ci ildə 

Azərbaycanın  işğal  olunmuş  ərazilərində  vəziyyətə  dair  BMT 

Məclisində qərar  qəbul edilərkən (real  ədaləti  müdafiə  vəziyyət 



zamanı) 

Rusiya, 


Fransa 

və 


ABŞ 

Azərbaycanın 

ərazi 

bütövlüyünün  əleyhinə  səs  veriblər.  İran  tərəfi  də  Azərbaycanın 



ərazi bütövlüyünü şübhə altına alır və bu baxımdan da qərar qəbul 

edilərkən  anlaşılmaz  siyasi  hərəkət  edib.  Bununla  yanaşı,  böyük 

dövlətlərin  şirkətləri  beynəlxalq  hüquqa  zidd  olaraq  Dağlıq 



 

203


Qarabağ  ərazisində  müəyyən  işlər  həyata  keçirirlər.  Həmin 

dövlətlərdə  Dağlıq  Qarabağın  nümayəndəliyi  də  açılmışdır.  ABŞ 

Dağlıq Qarabağa ilbəil maddi yardım göstərir.  

Qeyd  edildiyi  kimi,  Azərbaycana  qarşı  “ikili  standart” 

siyasətini  İran  da  həyata  keçirir. Azərbaycanın  ərazi bütövlüyünə 

şübhə  ilə  yanaşır.  İran  Ermənistanla  hərbi,  iqtisadi  və  siyasi 

sahədə  əməkdaşlıq  edir.  İrandan  Ermənistana  qaz  kəməri 

çəkilibdir.  Buradan  görünür  ki,  İranın  Ermənistanda  öz  dövlət 

maraqları  vardır.  Lakin  bu  maraqlar  Azərbaycana  qarşı 

yönəlməməlidir  və  İran  daima  Azərbaycanın  ədalətli  mövqeyini 

dəstəkləməlidir.  İran  Azərbaycanın  ərazi  bütövlüyünü  ona  görə 

dəstəkləmir  ki,  Dağlıq  Qarabağ  münaqişəsinin həlli  İranın region 

maraqlarına  ziddir.  İran  hesab  edir  ki,  münaqişə  Azərbaycanın 

regionda çox güclənməsinin qarşısını alır ki, bu da Azərbaycanın 

İranla ehtiyatlı davranmasına səbəb olur. İran Cənubi Azərbaycan 

amilindən  ehtiyat  edir.  Cənubi  Azərbaycanda  geniş  azadlıq 

hərəkatının başlanması zamanı Azərbaycanın bəzi siyasi qüvvələri 

tərəfindən  güclü  dəstək  alacağından  ehtiyatlanır.  Bu  məqsədlə, 

İran  Azərbaycana  qarşı  “ikili  standart”  siyasətindən  istifadə  edir. 

Yəni  bəzi  hallarda  bölgədə  özünü  Azərbaycana  qarşı  səmimi 

aparır,  lakin  özünün  dövlət  maraqlarına  görə  Azərbaycanın 

xeyrinə  olaraq,  ədalətli  şəkildə  konkret  və  dəyişməz  mövqe 

nümayiş etdirmir.  

Azərbaycana  qarşı  regionda  müstəqillik  qazandıqdan  sonra 

Türkiyə birtərəfli və pozitiv siyasət nümayiş etdirir. Azərbaycanın 

ərazi  bütövlüyünü  qəbul  edir,  beynəlxalq  aləmdə  dəstəkləyir, 

Ermənistanı  təcavüzkar  dövlət  kimi  tanıyır.  Lakin  Türkiyə  də 

Ermənistanla 

sərhədləri 

açarsa 


və 

Ermənistanla 

dövlət 

səviyyəsində  əlaqələr  qurarsa,  o  zaman  bu  dövlətin  də 



Azərbaycana  qarşı  “ikili  standart”  siyasətinin  əsası  qoyulacaqdır. 

Belə  ki,  Türkiyə  Ermənistanda  öz  dövlət  maraqlarını  təmin 

etməyə  çalışacaq,  lazım  olan  anda  Azərbaycanın  ərazi 

bütövlüyünü  dəstəkləməkdən  imtina  etmək  məcburiyyəti  ilə 

üzləşəcəkdir.  Ermənistan  çalışacaqdır  ki,  Türkiyənin  Dağlıq 

Qarabağa dair mövqeyində dəyişiklik etsin.  




 

204


Avropa  ölkələrindən  ilk  növbədə  Fransada  siyasi  qüvvələr 

ermənipərəst  siyasət  yeridirlər.  Fransa  türkçülük  amilindən  də 

ehtiyatlanır  və  Türkiyənin  Avropa  İttifaqına  daxil  olmasını 

əngəlləyir.  Almaniya  da  Azərbaycana  qarşı  ayrıseçkilik  siyasəti 

yeridir. Belə ki, Dağlıq Qarabağın nümayəndəliyinin öz ölkəsində 

açılmasına  icazə  verib.  Lakin  bu  siyasətinə  başqa  “don” 

geyindirməyə  çalışır.  Bu  baxımdan  2009-cu  il  aprel  ayının 

başlanğıcında  Almaniyanın  xarici  işlər  nazirinin müavini Qernort 

Erler  Azərbaycanda  səfərdə  olarkən  bildirmişdir  ki,  Dağlıq 

Qarabağ  separatçıları  ilə  əlaqələr  quran  qurumların  Almaniya 

hökuməti ilə heç bir əlaqəsi yoxdur və bu Almaniyanın mövqeyini 

əks  etdirmir.  Azərbaycan  ilə  siyasi,  iqtisadi,  mədəni,  humanitar 

sahələrdə  əməkdaşlığı  gələcəkdə  də  inkişaf  etdirmək  niyyətində 

olan Almaniya  Azərbaycanın  uğurlarını  yüksək qiymətləndirir və 

gələcəkdə  də  Qafqaza  kömək  göstərməyə  hazırdır.

1

  ABŞ-ın 



Azərbaycanın  ərazisində  Ermənistan  işğalı  nəticəsində  yaradılan 

Dağlıq  Qarabağ  separatçılarına  2010-cu  ildə  də  dövlət 

səviyyəsində  8  milyon  dollar  maddi  yardım  ayrıması  “ikili 

standart”  siyasətinin  tərkib  hissəsidir.  ABŞ  bu  addımı  atmasına 

düzgün  hüquqi  qiymət  vermək  istəyir  və  bildirir  ki,  yardım 

hökumətə yox, əhaliyə verilir. Burada belə bir sual ortaya çıxır: -

Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  yaşamış  və  zorla 

qovulmuş  azərbaycanlı  əhalisinə  nə  üçün  həmin  yardımdan  pay 

ayrılmır?-  Budur,  “ikili  standart”  siyasətinin  mahiyyəti.  ABŞ 

siyasətinin  tətbiqi  o  mənanı  verir  ki,  bu  dövlət  Dağlıq  Qarabağın 

qeyri-qanuni  və  işğalçı  hakimiyyətini  dolayı  yolla  beynəlxalq 

hüququn 


subyekti 

kimi 


qəbul 

edir. 


Dağlıq 

Qarabağın 

müstəqilliyini rəsmən tanımasa da, öz siyasəti ilə müstəqil dövlət 

kimi  qəbuletmə  siyasətini  tətbiq  edir.  ABŞ  qondarma  qurumu 

dəstəkləməklə,  beynəlxalq  hüququn  bütün  əsas  prinsiplərini 

pozur.  Beynəlxalq  hüquq  işğal  faktını  pisləyir,  ABŞ  isə  faktiki 

olaraq  işğalçı  hakimiyyəti  dəstəkləyir.  Bununla  bir  daha  sübut 

                                                 

1

  Almaniya  Azərbaycan  ilə  bütün  sahələrdə,  o  cümlədən  parlamentlər 



səviyyəsində  əməkdaşlığın  genişləndirilməsinə  böyük  əhəmiyyət  verir.  “Xalq 

qəzeti”, №68, 2 aprel 2009-cu il.

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə