Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə69/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   65   66   67   68   69   70   71   72   ...   204

 

205


olunur  ki,  böyük  dövlətlərin  maraqları  beynəlxalq  hüququn 

ümumi  ədalət  mahiyyətini  pozur.  ABŞ  Dağlıq  Qarabağdan 

Azərbaycana,  Rusiyaya,  İrana  və  Türkiyəyə  təzyiq  vasitəsi  kimi 

istifadə  edir.  Rusiya  da  öz  növbəsində  Azərbaycana  qarşı  ən 

böyük  ayrıseçkilik  siyasətini  həyata  keçirir.  Rusiya  işğalçı 

Ermənistanı  hər  zaman  dəstəkləyir  və  münaqişə  amilindən 

Azərbaycanın  qərb,  regional,  türk  dünyasına  inteqrasiya  olunma 

siyasətinə mane olmaq üçün təzyiq metodu kimi istifadə edir.  

 

 Yazılma tarixi 25 fevral 2010-cu il  

 

Dünyanın  “dəmir”  və  “rezin”  əsasında  qurulan  siyasi 



sistemləri-“Qandallı”,  “Yaylı”,  “Qarışıq”,  “Dəmir  tor” 

sistemləri:  NATO–Varşava  Müqaviləsi  Təşkilatı,  Avropa 

İ

ttifaqı-SSRİ-Müstəqil 

Dövlətlər 

Birliyinin 

müqayisəsi 

ə

sasında  

 

Beynəlxalq münasibətlərin formalaşması uzun tarixi bir proses 

keçibdir  və  bu  proses  hal-hazırda  da  davam  etməkdədir. 

Münasibətlərin 

tarixi 

inkişaf 


dövrləri 

dövlətlər 

arasında 

münasibətlər sistemini formalaşdırıbdır. Münasibətlərin formalaş-

masına  iqtisadi,  siyasi,  mədəni,  hərbi  amillər  və  bu  amillərin 

yaratdıqları  şərait  təsir  göstərmişdir.  Hal-hazırki  beynəlxalq 

münasibətlərdə 

dövlətlər 

arasında 

münasibətlər 

sistemlə, 

mexanizmlə  tənzimlənir.  Sistem  münasibətlərin  mahiyyəti, 

məzmun  və  istiqamətlərini  müəyyənləşdirir.  Sistem  dedikdə, 

burada  dövlətlər  arasında  hüquq  normaları  ilə  tənzimlənən 

iqtisadi,  siyasi,  mədəni,  hərbi,  humanitar,  elmi  və  digər 

sahələrdəki 

münasibətlərin 

müəyyən 

istiqamətlər 

üzrə 

qruplaşması,  eləcə  də  münasibətlərin,  əlaqələrin  icra  mexa-

nizmlərini  əks  etdirən  forma  (struktur)  başa  düşülməlidir. 

Sistemdə  münasibətlər  və  əlaqələr  strukturlaşdırılır,  qruplaşdırılır 

və  tərkiblərə  bölünür.  Subyektlərin  fəaliyyət  prinsipləri  müəyyən 

edilir.  Sistem  münasibətlərin  ideologiya  əsasında  qruplaşmasını 

təmin  edir.  Sistem  münasibətlərin  obyektini  və  münasibətlərin 

cəmləşmiş,  ixtisaslaşmış,  bu  baxımdan  da  cəmləşmiş  formasını 




 

206


yaradır. Beynəlxalq münasibətlər sistemi strukturlaşmış tərkibdən 

ibarətdir.  Beynəlxalq  münasibətlərin  ümumi  siyasi  strukturu 

(dünyanın siyasi xəritəsi, siyasi mənzərəsinə müvafiq olaraq) bir-

biriləri  ilə  müəyyən  məsafələrlə  “sıralanmış”,  “cərgələnmiş” 

subyektlərdən  (dövlətlərdən)  formalaşır.  Beynəlxalq münasibətlər 

sisteminin  strukturu  şaxələnmiş  “sıralar”dan,  “cərgələr”dən 

ibarətdir.  Bu  sıra  və  cərgələri  isə  dövlətlər  və  onların  hərəkət 

(fəaliyyət)  istiqamətləri  formalaşdırır.  Sıra  və  cərgələrdə 

subyektlərin “düzülüşü” onların gücündən asılı olur. Dövlətlər öz 

güclərinə  görə  sıralara  düzülürlər  və  münasibətləri  də  həmin 

sıralardakı  mövqelərinə  görə  formalaşır.  Təbii  ki,  beynəlxalq 

münasibətlər  sistemində  hər  bir  böyük  dövlətin  öz  təsir  dairəsi 

mövcud olur və təsir dairəsini də orta və kiçik dövlətləri öz hərbi, 

iqtisadi  və  siyasi  orbitinə  cəlb  etməklə,  yaradır.  Təsir  dairəsinin 

formalaşmasında maraq amili xüsusi əhəmiyyət kəsb edir. Maraq 

isə bütün vacib sahələri əhatə edir. Dövlətlərin siyasi təsir sferaları 

və  obyektləri  gücün  marağı,  marağın  gücü  əsasında  formalaşır. 

Dövlətlərin  münasibətlər  sistemində-subyektlərin  düzülüşünü  əks 

etdirən  strukturunda  müəyyən  əlaqə,  münasibət  telləri  mövcud 

olur.  Bu  münasibət  telləri  müəyyən  tərzdə  formalaşır.  Hər  bir 

münasibət  telini  yaradan  amillər  iqtisadi,  hərbi,  mədəni,  etnik, 

siyasi  və  digərləridir.  Böyük  dövlətlər  həmin  amillərdən  istifadə 

edərək  dövlətləri  öz  ətraflarında  birləşdirməyə  çalışırlar.  Bu 

amillərdən əlaqə telləri yaradılır. Siyasi sistemin tellərinin tərzliyi 

(necəliyi-möhkəm  və  dayanıqlı  və  ya  da  zəif  olması)  tellərin 

formalaşmasını  təmin  edən  vasitələr  olan  iqtisadi,  hərbi,  siyasi, 

mədəni  amillərin  tətbiqi  formasından,  tərzindən,  xüsusiyyət-

lərindən, həcmindən, miqyasından asılıdır. Yəni sistemin tellərinin 

xüsusiyyətləri  dövlətlərin  arasında  mövcud  olan  münasibətlərin 

xüsusiyyətləri  ilə  əsaslı  surətdə  əlaqəlidir.  Münasibətlərin 

tellərinin  formalaşması  isə  münasibətlərin  xüsusiyyətlərini 

formalaşdırır. Qeyd edildiyi kimi, dövlətlər arasında mövcud olan 

münasibətlər  sistemi  şəbəkələşmiş  xüsusiyyətlərə  malikdir. 

Şəbəkənin  telləri  dövlətləri  bir-birilərindən  asılı  vəziyyətdə 

fəaliyyət göstərməyə məcbur edir. Dövlətlər arasında münasibətlər 

məhz  tellər  (vasitələrin  hərəkət  trayektoriyalarını)  yaradır. 



 

207


Münasibət tellərinin necəliyi, yəni forma və tərzi sistemin tərzini, 

şəbəkənin fəaliyyət tərzini üzə çıxarır. Beynəlxalq münasibətlərin 



ümumi  sistemi  (ümumi  strukturu)  olmaqla  yanaşı,  ümumi 

sistemin  tərkibində  bir-birindən  fərqli  forma  və  məzmunlu 

şəbəkəyə malik olan konkret sistemlər (konkret strukturlar) də 

mövcuddur.  Konkret  sistemləri  də  əsasən  super  gücə  malik  olan 

dövlətlər və böyük gücə malik olan dövlətlər yaradırlar və onların 

yaratdıqları  sistem  güclü fəaliyyətə  malik  olur. Ümumiyyətlə, bir 

məsələni  unutmaq  olmaz:  istənilən  beynəlxalq  münasibətlər 

strukturu  mütləq  şəkildə  gücə  əsaslanır.  Gücdən  kənar  əsaslı 

struktur yarana bilməz. Obyekt və dövlətlərin əhatəsi baxımından 

ümumi  sistemlərin  tərkibində  siyasi  coğrafiyaya  əsasən  konkret 

sistemlər  yaradılır.  Dövlətlərin  ümumi  beynəlxalq  münasibətlər 

strukturunu,  yəni  dövlətlərin  “sıralara”  düzülüşünü  də  coğrafi-



siyasi sistem adlandırmaq olar. Bu baxımdan da güc mərkəzi olan 

dövlətlər  yer  kürəsinin  coğrafiyasına  əsasən  siyasi  cəhətdən  bir-

biriləri ilə münasibətlər qururlar. Bir məsələni xüsusi olaraq qeyd 

etmək  lazımdır  ki,  ümumi  beynəlxalq  münasibətlərdə  “güc 

mərkəzləri”nin  yaratdıqları  konkret  siyasi  sistemlər  (siyasi 

xəritəyə  əsasən-ərazini  əhatə  etmək  baxımından)  məhz  onların 

digər  dövlətləri  öz  siyasi  əhatəsində  “düzmələri”  ilə  əlaqədar 

olaraq  yaranır.  Ümumiyyətlə,  dövlətlərin  ümumi  beynəlxalq 

münasibətlər  sisteminin  tərkibində  bu  münasibətləri  yaradan 

amillərin,  vasitələrin  xüsusiyyətlərinə  görə  də  sistemlər  yaranır. 

Bu baxımdan ümumi beynəlxalq münasibətlər sistemi beynəlxalq 

iqtisadi,  beynəlxalq  hərbi,  beynəlxalq  mədəni  və  s.  sistemlərə 

ayrılır.  Bu  sistemlərdə  isə  dövlətin  birbaşa  özü  (əsas  subyektin 

özü) ilə yanaşı, onun ayrı-ayrı strukturları da iştirak edir. Məsələn, 

Avropa  Şurasına  üzv  olan  dövlətlər  bu  qurumun  Parlament 

Assambleyasında 

öz 


daxili 

qanunvericilik 

hakimiyyətinin 

nümayəndələri  vasitəsilə  (millət  vəkiləri)  təmsil  olunurlar.  Ayrı-

ayrı  beynəlxalq  təşkilatların  ixtisaslaşdırılmış  qurumlarında 

dövlətlərin  öz  müvafiq  qurumları  ilə  (nazirliklər  və  parlament 

səviyyəsində)  təmsil  olunmalarını  da  buna  misal  çəkmək  olar. 

Məsələn,  ATƏT-in  sammitində  (zirvə  toplantısında)  dövlətlər 

dövlət  və  hökumət  başçıları  səviyyəsində  təmsil  olunurlar. 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə