Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə66/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   62   63   64   65   66   67   68   69   ...   204

 

197


hazırda  da  saxlanılır.  Yalnız  SSRİ-ni  bu  dövlətin  varisi  olan 

Rusiya  əvəz  edibdir.  Son  zamanlarda  Almaniya  da  BMT-nin 

Təhlükəsilik  Şurasının  daimi  üzvü  olmaq  istəyir)  Beynəlxalq 

hüququn  baza  normalarını  (mühüm  prinsipini)  pozanlar  əsasən 

böyük  dövlətlərdir  və  böyük  dövlətləri  arxalarında  görən  və  bu 

amildən  istifadə  edərək  digər  dövlətlərin  ərazilərini  işğal  edən 

kiçik  dövlətlərdir.  (Nəzərə  almaq  lazımdır  ki,  müasir  beynəlxalq 

hüququn  10  mühüm  prinsipi  vardır:  Dövlətlərin  suveren 



bərabərliyi  prinsipi;  zor  işlətməmək  və  ya  zor  işlətməklə 

hədələməmək  prinsipi;  dövlətlərin  sərhədlərinin  pozulmazlığı 

prinsipi;  dövlətlərin  ərazi  bütövlüyü  prinsipi;  beynəlxalq 

mübahisələri  dinc  yolla  həll  etmək  prinsipi;  daxili  işlərə 

qarışmamaq  prinsipi;  insan  hüquqlarına  və  əsas  azadlıqlarına 

hörmət  edilməsi  prinsipi;  xalqların  öz  müqəddəratını  təyin 

etməsi  prinsipi;  əməkdaşlıq  prinsipi;  beynəlxalq  öhdəliklərin 

vicdanla  yerinə  yetirilməsi  prinsipi.  Bu  əsas  prinsiplər  BMT 

nizamnaməsində  təsbit  edilmişdir.  Prinsiplərin  məzmununu  geniş 

açan  ən  mühüm  sənədlər  BMT  nizamnaməsinə  uyğun  olaraq 

Dövlətlər  arasında  dostluq  münasibətlərinə  və  əməkdaşlığa  dair 

beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamə (24 oktyabr 

1970-ci  ildə  BMT  Baş  Məclisində  qəbul  edilmişdir)  və  Avropada 

Təhlükəsizlik  və  Əməkdaşlıq  üzrə  Müşavirənin  (ATƏM) 

Beynəlxalq Yekun aktında əks olunmuş və Dövlətlərin öz qarşılıqlı 

münasibətlərində  rəhbər  tutmalı  olduqları  prinsiplər  haqqında 

Bəyannamədir.  (1  avqust  1975-ci  il.)

1

  Burada  maraqları  təmin 



etməyə  kömək  vasitəsi  olaraq  münaqişələrdən  istifadə  edilir.  Bir 

böyük güc mərkəzi başqa böyük güc mərkəzinə nisbətən daha çox 

kiçik  dövləti  öz  tərəfinə  çəkirsə,  bu  zaman  təzyiq  metodu  kimi 

başlıca  olaraq  etnik  amillərdən,  o  cümlədən  münaqişə 

amillərindən  istifadə  edir.  “İkili  standart”  siyasətini  ilk  növbədə 

böyük  dövlətlər  kiçik  dövlətlərə  qarşı  tətbiq  edir  (“İkili  standart” 

siyasəti  eləcə  də  böyük  və  orta  gücə  malik  olan  dövlətlərin  də 

                                                 

1

  “Beynəlxalq  hüquq”  Azərb.  dilində,  R.  F.  Məmmədovun  redaktorluğu  və 



tərcüməçiliyi ilə. Bakı, “Qanun” nəşriyyatı, 2002, 752 s., səh. 63. 


 

198


aralarında  baş  verir).  Geostrategiya  zamanı  maraq  ədalət 

prinsipini(beynəlxalq hüquq prinsiplərinin ədalətli tələblərini və 

mahiyyətini) 

pozursa, 

tərəflərarası 

münasibətlərdə 

“ikli 

standart”,  “ikili  yanaşma”  siyasəti  meydana  gəlir.  Buna  bəzən 

ayrıseçkilik siyasəti də demək olur. Bu siyasətin mahiyyətinin biri 

də ondan ibarət olur ki,  dövlətlər öz maraqları üçün işğala məruz 

qalmış  dövlətin  ərazi  bütövlüyünü  öz  maraqları  naminə  ədalət 



prinsipi əsasında dəstəkləyə bilmirlər.  

Ədalət prinsipinin pozulması da müvəqqəti və uzunmüddətli 

xüsusiyyətlərə malik olur. Müvəqqəti pozulmaya bəzən birdəfəlik 

maraq  üçün  pozulma  aktı  da  demək  olar.  Uzunmüddətli 

pozulmaya  isə  həlli  uzadılmış  münaqişə  vəziyyətlərini  aid  etmək 

olar.  Məsələn,  Azərbaycanın  torpaqlarının  Ermənistan  tərəfindən 

işğal edilməsini birdəfəlik ədalət prinsipinin pozulması kimi qəbul 

etmək  olsa  da,  artıq  bu  hal  uzunmüddətli  (davamlı)  pozulmaya 

gətirib  çıxarıb.  Birdəfəlik  pozulma  aktının,  vəziyyətinin  qarşısı 

alınmadıqda  həmin  vəziyyət  eyni  xarakter  üzrə  uzanır  və 

uzunmüddətli  şəkildə  ədalət  prinsipinin  pozulmasına  gətirib 

çıxarır.  Həmin  pozulma  vəziyyətindən  böyük  dövlətlər  öz 

maraqlarını  təmin  etmək  üçün  istifadə  edirlər.  (Qeyd:  Bir 

məsələni  xüsusi  olaraq  nəzərdən  keçirmək  olar  ki,  beynəlxalq 

hüququn  on  mühüm  prinsipi  məhz  ədalətli  yanaşmaya 

əsaslanır.  Bu,  kompleks  formuladır.  Bu  baxımdan  da  bir 

prinsip,  bir  norma  digərini  poza  bilməz  və  ziddiyyət  təşkil  edə 

bilməz.  Ermənistan  tərəfi  Dağlıq  Qarabağ  münaqişəsinin 

həllində  “xalqların  öz  müqəddəratını  təyin  etmək”  prinsipini 

əsas  istiqamət  kimi  götürür.  Bu  prinsip  isə  bir  dəfə  öz 

müqəddəratını  təyin  etmiş  xalqın  ikinci  dəfə  başqa  dövlətin 

ərazisində  işğal  yolu  ilə  öz  müqəddəratını  təyin  etməsinə  aid 

deyil. Bir dəfə dövlət yaratmış xalq zor tətbiq etmək və ərazi işğal 

etmək  yolu  ilə  başqa  dövlətin  ərazisində  ikinci  dövlətini  yarada 

bilməz.  Ermənistan  isə  Azərbaycan  ərazisini  işğal  etməklə 

beynəlxalq hüququn baza prinsiplərinin hamısını kobud şəkildə 

pozub. Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq hüququn 

əsas  prinsiplərinin  tələblərinə  uyğun  şəkildə  haqlı  olaraq 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə