191
onları ümumiləşdirilmiş müddəalarla əsaslandırmaqla aşağıdakılar
hesab etmək olar:
-dövlətlər öz daxili tələbatlarını ödəmək üçün digər dövlətlərlə
ticarət əlaqələri qurmaq zərurəti ilə üzləşirlər;
-bir dövlət öz daxili istehsalını gücləndirmək və istehsal
ləvazimatlarını-dəzgah və cihazlarını quraşdırmaq üçün bu
əşyalara sahib olan digər dövlətlərlə əlaqələr qurmaq zərurəti ilə
üzləşir;
-dövlət öz vətəndaşlarının digər ölkələrə sərbəst gediş-gəlişini
tənzimləmək üçün başqa dövlətlərlə nəqliyyat əlaqələri qurmaq
zərurəti ilə üzləşir;
- dövlətlər öz rəsmi qurumları, eləcə də vətəndaşları arasında
əlaqələri tənzimləmək, yazışmaları həyata keçirmək üçün rabitə
əlaqəsi-poçt əlaqəsi və elektron yazışma əlaqələri-qururlar;
-dövlətlər yükdaşımalarını həyata keçirmək üçün aviasiya,
dəmiryol və gəmi daşımaları sahəsində əlaqələr qururlar;
-ölkələr öz vətəndaşları üçün yüksək istirahəti təmin etmək
üçün turizm sahəsində əlaqələr qururlar;
-dövlətlər hərbi, gömrük, hüquq mühafizə sahəsində yüksək
əməkdaşlıq və qarşılıqlı yardım məqsədilə əlaqələr qururlar və s.
Ümumiyyətlə, qeyd etmək olar ki, əlaqələrin obyekti və
predmeti elə məhz münasibətlərin də predmetidir. Əlaqələr
sənədlərin icrası zamanı qurulur. Sənədlərin imzalanması hələ
əlaqələrin qurulması demək deyil. Sənədlərin imzalanması
münasibətlərin predmetidir və vasitəsidir. Bu baxımdan
münasibətin predmeti əlaqənin predmeti olmaya bilər. Buna daha
bir misal olaraq göstərmək olar ki, bir dövlət rəhbərinin, eləcə də
beynəlxalq təşkilat rəsmisinin digər dövlətin ünvanına söylədiyi
fikir, etdiyi məruzə münasibətin predmetinə aiddir. Fikrin
bildirilməsi əlaqənin qurulması demək olmaya bilər. Fikir
bildirilə, ancaq həmin fikrə uyğun olaraq əlaqə qurulmaya bilər.
Beynəlxalq münasibət dövlətin beynəlxalq mövqeyini əks etdirir,
onun əlaqələr yaratmaq xarakterini, təbiətini, beynəlxalq
normalara və prinsiplərə necə əməl edəcəyini, davranışını
müəyyən edə bilir.
192
Beynəlxalq münasibətlərin və əlaqələrin demək olar ki, bütün
sahələrdə qurulması məcburiyyəti dövlətləri beynəlxalq münasi-
bətlər sistemini yaratmağa məcbur edir. Beynəlxalq münasibətlər
ayrı-ayrı qrupları əhatə etmək baxımından qruplaşır. Beynəlxalq
münasibətlərin yaradılması nəticəsində beynəlxalq münasibətlər
sisteminin strukturu yaranır. Dövlətlər öz güclərinə görə
strukturun hissələrini, “cərgələri”ni formalaşdırırlar. Münasibət-
lərin subyekt və obyektlərinin sayı çox olduqca və əhatə dairəsi
genişləndikcə bu münasibətlərin əsaslı olaraq formalaşmasını
tənzimləmək üçün münasibətlərin subyektləri arasında mütləq
şəkildə strukturlaşma prosesləri baş verir. Münasibətlər bütün
sahələri əhatə etdiyindən hər bir sahəyə dair münasibət strukturu
yaranır. Dövlətlər münasibətlər yaratmaq üçün yüksək səviyyədə
təşkilati işləri həyata keçirmək baxımından ayrı-ayrı sahələr üzrə
münasibətlərin formalaşmasını tənzimləmək üçün strukturlaşmış
qurumlar olan ixtisaslaşmış təşkilatları yaradırlar. Hal-hazırda
Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyəti dövlətlərin
münasibətlərinin ümumi istiqamətlərini və sistemləşməsini təmin
edir. Demək olar ki, bu təşkilat beynəlxalq münasibətlər siste-
minin baza təşkilatlanmasını təmin edir. Beynəlxalq münasibətlər
sistemi baza və üst sistemləri özündə əks etdirir. Bu baxımdan da
beynəlxalq münasibətlər sistemi mürəkkəb və sadə struktura
malikdir.
Mövcud beynəlxalq münasibətlərdə fəaliyyət göstərən və əsas
subyektlər olan dövlətlər arasında yaranan münasibətlər və
münasibətlər əsasında qurulan əlaqələr hal-hazırda sistemlə
tənzimlənir. Beynəlxalq münasibətlərin subyektləri olan dövlətlər
məhz beynəlxalq siyasi sistemin əsas strukturunu təşkil edən
subyektlərdirlər. Dövlətlər öz aralarında münasibətləri tənzim-
ləmək məqsədilə hüquq normaları yaradırlar və bu hüquq
normalarına müvafiq olaraq beynəlxalq münasibətlərdə öz
hərəkətlərini tənzimləyirlər. Dövlətlərin hərəkətləri nəticəsində
beynəlxalq münasibətlər sisteminin əsas istiqamətləri formalaşır.
Dövlətlər arasında münasibətlər yaranarkən normalar yaranır,
193
normaların mövcudluğu və fəaliyyəti nəticəsində isə yeni
münasibətlər üçün şərait meydana gəlir. Yeni yaradılmış şəraitlər
isə tələb edir ki, yeni normalar yaradılsın və müvafiq şəraiti
tənzimləsin. Dövlətlər öz aralarında münasibətlər yaradarkən
özlərinin maraqlarını təmin etməyi başlıca prinsip kimi müəyyən
edirlər. Dövlətlərin ayrı-ayrı sahələrdə maraqlarının yaranması ilə
həmin sahələrdə subyektlərin fəaliyyətinin istiqamətləri yaranır və
formalaşır. Dövlətlərin gücləri ilə onların münasibətlərinin çəkisi
(ölçüsü, əhatə dairəsi) meydana gəlir. Dövlətlərin münasibətləri
ilə onların beynəlxalq sistemlərdə çəkisinin əsasları (mövqelə-
rinin, yerinin güclü və ya zəif olması) müəyyən edilir. Dövlətlərin
siyasi çəkisi ilə onların münasibətlərinin obyekt və məkanları
müəyyənləşdirilir. Müasir beynəlxalq münasibətlərdə dövlətlərin
gücləri heç də bərabər səviyyədə deyil. Bu baxımdan da seçimə
əsasən beynəlxalq münasibətlər sisteminin aparıcı subyektləri
anlayışı meydana gəlir. Yəni bu o mənanı verir ki, bütün dövlətlər
beynəlxalq münasibətlərdə eyni dərəcədə siyasət istiqamətləndirə,
formalaşdıra bilməzlər. Çünki eyni dərəcədə gücə malik deyillər.
Dövlətlərin beynəlxalq münаsibətlərdə çəkisinə görə onları super,
böyük, orta gücə malik olan dövlətlər və kiçik dövlətlər kimi
xarakterizə etmək, təsnif etmək olar. Beynəlxalq münasibətlər
sisteminin subyektləri arasında münasibətlər yaranarkən, forma-
laşarkən yaranmış münasibətləri də çəkisinə görə dərəcələndirmək
olar. Yəni münasibətlər də təsnif olunur. Güc mərkəzi olan
dövlətlər siyasi sistemlərdə öz gücləri ilə hərəkət edərkən ətrafa
təsir edirlər və maraqlı tərəflərə, eləcə də münasibətlər zamanı
qarşı tərəfə və ətrafa təsir göstərirlər. Beynəlxalq münasibətlər
sisteminin təsir mühitini-baza mühitini əsasən “güc mərkəzləri”
olan dövlətlər yaradırlar. Böyük dövlətlər beynəlxalq münasibətlər
sisteminin baza hərəkət (fəaliyyət) trayektoriyasını təşkil edirlər.
Böyük, orta və kiçik dövlətlər arasında münasibətlər “hərənin öz
gücü” prinsipi əsasında qurulur. Beynəlxalq münasibətlər
sisteminin ünsürləri arasında öz güclərinə görə münasibət
yaranarkən təbəqələşmə əmələ gəlir. Münasibətlər zamanı əsasən
Dostları ilə paylaş: |