Microsoft Word siyaset II cild rtf


dəfələrlə bəyan edir ki,  Azərbaycan torpaqlarında ikinci erməni



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə67/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   63   64   65   66   67   68   69   70   ...   204

 

199


dəfələrlə bəyan edir ki,  Azərbaycan torpaqlarında ikinci erməni 

dövləti yaradıla bilməz. Hərçənd, Ermənistan işğal yolu ilə buna 

nail  olmaq  istəyir.)  “İkili  standart”  siyasəti zamanı ikili  yanaşma 

müşahidə  edilir.  Münaqişədə  olan  tərəfləri  öz  tərəflərinə  çəkmək 

üçün  müəyyən  üsullardan  istifadə  edilir.  Böyük  dövlətdən  biri 

hüquqları  pozulmuş  tərəfi  öz  tərəfinə  çəkmək  üçün  münaqişədə 

onun  mövqeyini  müdafiə  edir.  Lakin  istədiyi  alınmadıqda,  əks 

tərəfin hüquq pozan tərəfin mövqeyini müdafiə edir.  



 

“İkili standart” siyasətinin əsas xüsusiyyətləri 

Dövlətlərin  münasibətlərinin  sistemləşməsi  özündə  müsbət 

xüsusiyyətləri  ehtiva  etməklə  yanaşı,  mənfi  xüsusiyyətləri  də 

cəmləşdirir.  Belə  ki,  qarşılıqlı  asılılıq  sistemi,  fəaliyyət  forması 

yaranır.  Böyük  dövlətlər  həmin  asılılıq  forma  və  vəziyyətindən 

istifadə  edərək  ilk  növbədə  kiçik  dövlətlərə  qarşı  təzyiq  metodu 

kimi  tətbiq  edirlər.  Bu  nöqteyi-nəzərdən  “ikili  standart”  siyasəti 

əsasən  beynəlxalq  təzyiqetmə  siyasətinin,  metod  və  vasitəsinin 

tərkib 

hissəsidir. 



Məlumdur 

ki, 


dövlətlərin 

beynəlxalq 

münasibətlərdə  fəaliyyəti  sayəsində  onların  davranış  formaları 

meydana  gəlir.  Davranış  formaları  müsbət  və  mənfi  ola  bilər. 

“İkili  standart”  siyasəti  məhz  mənfi  davranış  qaydalarının  tərkib 

hissəsidir. Buna hətta qeyri-səmimi, qeyri-etik davranış forması da 

demək  mümkündür.  “İkili  standart”  siyasətinin  aşağıdakı 

xüsusiyyətlərini qeyd etmək olar: 

-bu  siyasət  zamanı  böyük  dövlət  öz  marağını  təmin  etmək 

üçün  “ikili  standart”  siyasətinə  məruz  qalmış  ədalətli  tərəf  olan 

kiçik dövlətin (“ikili standart” siyasətinə böyük və orta gücə malik 

olan  dövlət  də  məruz  qala  bilir)  mövqeyinə  müəyyən  anda  “hə” 

deyir, müdafiə etmək üçün razılıq bildirir ki, bu dövləti öz tərəfinə 

çəksin; 


-siyasətin tətbiqi vəziyyətində böyük dövlət öz marağı naminə 

ədalətsiz tərəf olan kiçik dövlətin ədalətsiz mövqeyinə “hə” deyir, 

müdafiə üçün ilkin mərhələdə razılıq bildirir

-böyük  dövlətlərin  maraqları  təmin  edildikdə,  ədalətli  kiçik 

dövlət onun pozulmuş hüquqlarının bərpasına yardım üçün böyük 



 

200


dövlətə müraciət etdikdə (real və düzgün siyasət həyata keçirmək 

üçün), böyük dövlət həmin anda “tərəddüd  edir”, qətiyyətsizlik 



nümayiş etdirir; 

-böyük  dövlətlərin  maraqları  təmin  edildikdə  ədalətsiz  tərəf 

olan  kiçik  dövlət  onun  mövqeyini  müdafiə  etməyi  tələb  etdikdə, 

böyük  dövlətlər  “tərəddüd  edir”,  qətiyyətsizlik  nümayiş 

etdirirlər; 

-hüquqları pozulmuş ədalətli tərəfin mövqeyini müdafiə etmək 

lazım  gəldikdə,  ədalətli  tərəfdə  maraqları  formalaşmış  böyük 

dövlətlərin bir qismi “hə”, digər qismi isə “yox” deyir; 

-ədalətsiz  tərəfin  mövqeyini  müdafiə  etmək  lazım  gəldikdə 

böyük dövlətlərin əksəriyyəti “hə”, bir qismi isə “yox” deyir. 

“İkili  standart”  siyasətinin  tətbiqi  zamanı  böyük  dövlətlər  öz 

maraqları  uğrunda  dartışırlar.  “İkili  standart”  siyasəti  bir  metod 

kimi  mənfi  nəticələr  törədərək,  gərgin  vəziyyətlər  yaradaraq, 

ümumiyyətlə,  beynəlxalq  münasibətlər  sisteminin  bərabərlilik  və 

ədalətlilik  əsasında  fəaliyyət  göstərməsinə  zərbə  vuran  ən  böyük 

amildir.  Bu  siyasət  tətbiq  edildikdə  ədalətli  tərəfin  xalqına  və 

cəmiyyətinə qarşı olan ən böyük haqsızlıq və hörmətsizlik ortaya 

çıxır.  “İkili  standart”  siyasəti  məhz  ədalət  prinsipi  əsasında 

formalaşması  zəruri  olan  hüquq  sisteminə  zərbə  vuran  ən  böyük 

vasitədir, üsuldur. Bu siyasət forması dünyanın kiçik dövlətlərinin 

beynəlxalq münasibətlər sisteminə inamını və etibarını azaldır. Bu 

siyasət üsulu beynəlxalq münasibətlər sisteminin kövrək olmasını 

üzə  çıxarır  və  əsasən  böyük  dövlətlərə  xidmət  etməsini  nümayiş 

etdirir.  Siyasət  həmçinin  kəskin  və  ədalətsiz  rəqabət  nəticəsi 

olaraq  münasibətlər  strukturunun  qütbləşməsini  yaradır.  “İkili 

standart”  siyasəti  beynəlxalq  münasibətlərdə daha çox kiçik gücə 

malik  olan  elementlərin  (subyektlərin) böyük elementlər arasında 

sıxılmasına  səbəb  oan  vasitəyə  çevrilir.  Sistemdə  böyük 

dövlətlərin  çirkin  niyyətini  aşkarlayır.  Beynəlxalq  münasibətlər 

sisteminin  “tərəf  saxlama”,  “ayrıseçkilik  etmə”  kimi  zəif 

tərəflərini  inkişaf  etdirir.  Eyni  zamanda  başqa  dövlətlərin  çirkin 

maraqları üçün stimul yaradır, təcrübə və presedent formalaşdırır.  



 


 

201


Regionda  maraqları  olan  böyük  dövlətlərin  Azərbaycana 

qarşı “ikili standart” siyasətinin əsasları  

 

Azərbaycana  qarşı  müstəqilliyin  ilk  illərindən  regionda 

maraqları  olan  əksər  böyük  dövlətlər  tərəfindən  “ikili  standart” 

(buna  bəzən  “ikibaşlı”  siyasət  də  demək  olar)  həyata keçirilir. 

Azərbaycan  torpaqlarını  işğal  edən  Ermənistana  qarşı  öz 

siyasətindən əl çəkmək üçün ədalət təzyiqi göstərilmir. ATƏT-in 

Minsk Qrupunun fəaliyyəti (xüsusilə münaqişə ilə məşğul olan və 

vasitəçilik  missiyasını  öz  üzərinə  götürən  həmsədr  tərəflər  olan 

dövlətlərin  fəaliyyəti)  də  öz  xarakterinə  görə  “ikili  standart” 

siyasətinin tərkib hissəsidir. 1992-ci il fevral ayının 26-da Xocalı 

şə

hərində yaşayan azərbaycanlılara qarşı ermənilər tərəfindən 

törədilən  soyqırım  faktlarına  böyük  dövlətlər  tərəfindən  göz 

yumulur və dövlət səviyyəsində ədalətli qiymət verilmir. Lakin 

qondarma erməni soyqırımına görə Türkiyəyə ABŞ və Avropa 

dövlətləri  tərəfindən  birmənalı  olaraq  təzyiq  göstərilir.  Bu 

faktın özü “ikili standart” siyasətinin tərkib hissəsidir.  

Ümumiyyətlə, “ikili standart” siyasəti maraqların təmini üçün 

reallaşdırılır. Belə məzmunlu siyasət adətən ABŞ və Rusiya daha 

çox  həyata  keçirirlər,  rəqabət  vasitəsinə  çevirirlər.  Qəbul  etmək 

lazımdır ki, müasir beynəlxalq hüquq normaları dövlətlərin özləri 

tərəfindən  yaradılır  və  daxili  hüquq  normalarından  fərqli  olaraq 

tövsiyyə xarakteri daşıyır, yəni qanunvericilik xüsusiyyətinə malik 

deyil. Çox hallarda beynəlxalq hüquq normalarına əməl edilmir və 

dövlət  maraqları  bu  hüquq  normalarını  heçə  endirir.  Məsələn, 

ABŞ  İraq  və  Əfqanıstanı  işğal  edərkən  beynəlxalq  hüququn 

prinsiplərini  pozdu.  Burada  ABŞ-ın  dövlət  maraqları  əsas 

götürüldü. Eləcə də Rusiya Gürcüstanın ərazisinə qoşun yeritdi və 

beynəlxalq  hüquq  normaları  pozuldu.  ABŞ  Gürcüstana  qarşı  da 

“ikili  standart”  siyasətini  tətbiq  etdi.  Belə  ki,  Gürcüstanı  Cənubi 

Osetiya üzərinə hücum etməyə məcbur etdi. Gürcüstan Rusiyanın 

hücumlarına  məruz  qaldıqda,  ABŞ  öz  “strateji  tərəfdaşı”nı 

müdafiə edə bilmədi. “İkili standart” siyasəti zamanı adətən kiçik 

dövlətlər  bir  siyasi  vasitə  kimi  də  iştirak  edirlər.  Yəni  kiçik 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə