199
dəfələrlə bəyan edir ki, Azərbaycan torpaqlarında ikinci erməni
dövləti yaradıla bilməz. Hərçənd, Ermənistan işğal yolu ilə buna
nail olmaq istəyir.) “İkili standart” siyasəti zamanı ikili yanaşma
müşahidə edilir. Münaqişədə olan tərəfləri öz tərəflərinə çəkmək
üçün müəyyən üsullardan istifadə edilir. Böyük dövlətdən biri
hüquqları pozulmuş tərəfi öz tərəfinə çəkmək üçün münaqişədə
onun mövqeyini müdafiə edir. Lakin istədiyi alınmadıqda, əks
tərəfin hüquq pozan tərəfin mövqeyini müdafiə edir.
“İkili standart” siyasətinin əsas xüsusiyyətləri
Dövlətlərin münasibətlərinin sistemləşməsi özündə müsbət
xüsusiyyətləri ehtiva etməklə yanaşı, mənfi xüsusiyyətləri də
cəmləşdirir. Belə ki, qarşılıqlı asılılıq sistemi, fəaliyyət forması
yaranır. Böyük dövlətlər həmin asılılıq forma və vəziyyətindən
istifadə edərək ilk növbədə kiçik dövlətlərə qarşı təzyiq metodu
kimi tətbiq edirlər. Bu nöqteyi-nəzərdən “ikili standart” siyasəti
əsasən beynəlxalq təzyiqetmə siyasətinin, metod və vasitəsinin
tərkib
hissəsidir.
Məlumdur
ki,
dövlətlərin
beynəlxalq
münasibətlərdə fəaliyyəti sayəsində onların davranış formaları
meydana gəlir. Davranış formaları müsbət və mənfi ola bilər.
“İkili standart” siyasəti məhz mənfi davranış qaydalarının tərkib
hissəsidir. Buna hətta qeyri-səmimi, qeyri-etik davranış forması da
demək mümkündür. “İkili standart” siyasətinin aşağıdakı
xüsusiyyətlərini qeyd etmək olar:
-bu siyasət zamanı böyük dövlət öz marağını təmin etmək
üçün “ikili standart” siyasətinə məruz qalmış ədalətli tərəf olan
kiçik dövlətin (“ikili standart” siyasətinə böyük və orta gücə malik
olan dövlət də məruz qala bilir) mövqeyinə müəyyən anda “hə”
deyir, müdafiə etmək üçün razılıq bildirir ki, bu dövləti öz tərəfinə
çəksin;
-siyasətin tətbiqi vəziyyətində böyük dövlət öz marağı naminə
ədalətsiz tərəf olan kiçik dövlətin ədalətsiz mövqeyinə “hə” deyir,
müdafiə üçün ilkin mərhələdə razılıq bildirir;
-böyük dövlətlərin maraqları təmin edildikdə, ədalətli kiçik
dövlət onun pozulmuş hüquqlarının bərpasına yardım üçün böyük
200
dövlətə müraciət etdikdə (real və düzgün siyasət həyata keçirmək
üçün), böyük dövlət həmin anda “tərəddüd edir”, qətiyyətsizlik
nümayiş etdirir;
-böyük dövlətlərin maraqları təmin edildikdə ədalətsiz tərəf
olan kiçik dövlət onun mövqeyini müdafiə etməyi tələb etdikdə,
böyük dövlətlər “tərəddüd edir”, qətiyyətsizlik nümayiş
etdirirlər;
-hüquqları pozulmuş ədalətli tərəfin mövqeyini müdafiə etmək
lazım gəldikdə, ədalətli tərəfdə maraqları formalaşmış böyük
dövlətlərin bir qismi “hə”, digər qismi isə “yox” deyir;
-ədalətsiz tərəfin mövqeyini müdafiə etmək lazım gəldikdə
böyük dövlətlərin əksəriyyəti “hə”, bir qismi isə “yox” deyir.
“İkili standart” siyasətinin tətbiqi zamanı böyük dövlətlər öz
maraqları uğrunda dartışırlar. “İkili standart” siyasəti bir metod
kimi mənfi nəticələr törədərək, gərgin vəziyyətlər yaradaraq,
ümumiyyətlə, beynəlxalq münasibətlər sisteminin bərabərlilik və
ədalətlilik əsasında fəaliyyət göstərməsinə zərbə vuran ən böyük
amildir. Bu siyasət tətbiq edildikdə ədalətli tərəfin xalqına və
cəmiyyətinə qarşı olan ən böyük haqsızlıq və hörmətsizlik ortaya
çıxır. “İkili standart” siyasəti məhz ədalət prinsipi əsasında
formalaşması zəruri olan hüquq sisteminə zərbə vuran ən böyük
vasitədir, üsuldur. Bu siyasət forması dünyanın kiçik dövlətlərinin
beynəlxalq münasibətlər sisteminə inamını və etibarını azaldır. Bu
siyasət üsulu beynəlxalq münasibətlər sisteminin kövrək olmasını
üzə çıxarır və əsasən böyük dövlətlərə xidmət etməsini nümayiş
etdirir. Siyasət həmçinin kəskin və ədalətsiz rəqabət nəticəsi
olaraq münasibətlər strukturunun qütbləşməsini yaradır. “İkili
standart” siyasəti beynəlxalq münasibətlərdə daha çox kiçik gücə
malik olan elementlərin (subyektlərin) böyük elementlər arasında
sıxılmasına səbəb oan vasitəyə çevrilir. Sistemdə böyük
dövlətlərin çirkin niyyətini aşkarlayır. Beynəlxalq münasibətlər
sisteminin “tərəf saxlama”, “ayrıseçkilik etmə” kimi zəif
tərəflərini inkişaf etdirir. Eyni zamanda başqa dövlətlərin çirkin
maraqları üçün stimul yaradır, təcrübə və presedent formalaşdırır.
201
Regionda maraqları olan böyük dövlətlərin Azərbaycana
qarşı “ikili standart” siyasətinin əsasları
Azərbaycana qarşı müstəqilliyin ilk illərindən regionda
maraqları olan əksər böyük dövlətlər tərəfindən “ikili standart”
(buna bəzən “ikibaşlı” siyasət də demək olar) həyata keçirilir.
Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı öz
siyasətindən əl çəkmək üçün ədalət təzyiqi göstərilmir. ATƏT-in
Minsk Qrupunun fəaliyyəti (xüsusilə münaqişə ilə məşğul olan və
vasitəçilik missiyasını öz üzərinə götürən həmsədr tərəflər olan
dövlətlərin fəaliyyəti) də öz xarakterinə görə “ikili standart”
siyasətinin tərkib hissəsidir. 1992-ci il fevral ayının 26-da Xocalı
şə
hərində yaşayan azərbaycanlılara qarşı ermənilər tərəfindən
törədilən soyqırım faktlarına böyük dövlətlər tərəfindən göz
yumulur və dövlət səviyyəsində ədalətli qiymət verilmir. Lakin
qondarma erməni soyqırımına görə Türkiyəyə ABŞ və Avropa
dövlətləri tərəfindən birmənalı olaraq təzyiq göstərilir. Bu
faktın özü “ikili standart” siyasətinin tərkib hissəsidir.
Ümumiyyətlə, “ikili standart” siyasəti maraqların təmini üçün
reallaşdırılır. Belə məzmunlu siyasət adətən ABŞ və Rusiya daha
çox həyata keçirirlər, rəqabət vasitəsinə çevirirlər. Qəbul etmək
lazımdır ki, müasir beynəlxalq hüquq normaları dövlətlərin özləri
tərəfindən yaradılır və daxili hüquq normalarından fərqli olaraq
tövsiyyə xarakteri daşıyır, yəni qanunvericilik xüsusiyyətinə malik
deyil. Çox hallarda beynəlxalq hüquq normalarına əməl edilmir və
dövlət maraqları bu hüquq normalarını heçə endirir. Məsələn,
ABŞ İraq və Əfqanıstanı işğal edərkən beynəlxalq hüququn
prinsiplərini pozdu. Burada ABŞ-ın dövlət maraqları əsas
götürüldü. Eləcə də Rusiya Gürcüstanın ərazisinə qoşun yeritdi və
beynəlxalq hüquq normaları pozuldu. ABŞ Gürcüstana qarşı da
“ikili standart” siyasətini tətbiq etdi. Belə ki, Gürcüstanı Cənubi
Osetiya üzərinə hücum etməyə məcbur etdi. Gürcüstan Rusiyanın
hücumlarına məruz qaldıqda, ABŞ öz “strateji tərəfdaşı”nı
müdafiə edə bilmədi. “İkili standart” siyasəti zamanı adətən kiçik
dövlətlər bir siyasi vasitə kimi də iştirak edirlər. Yəni kiçik
Dostları ilə paylaş: |