Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə61/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   57   58   59   60   61   62   63   64   ...   204

 

182


bombardmançılar  üçün  564  ədəd  qanadlı  raket,  və  3000  ədədə 

yaxın  taktiki  nüvə  silahı  mövcud  idi

1

.  Müstəqil  Dövlətlər 



Birliyində vahid ordunun saxlanılmaması qərarından sonra bütün 

bu  silahlar  ABŞ-ın  maliyyə  dəstəyi  ilə  sökülərək  Rusiyaya 

aparıldı.  

İ

kincisi,  Rusiya Ukraynanın NATO-ya inteqrasiyasının və bu 

dövlətin NATO-ya üzv olmasının qarşısını almağa çalışır. NATO-

nun  şərqə  doğru  genişlənməsi  və  postsovet  ölkələrini,  xüsusilə, 

Ukraynanı  öz  orbitinə  qatması  Rusiyanın  Avropa  və  MDB 

siyasətinə  ən  böyük  zərbə  olar.  Rusiyanın  hərbi-siyasi  güc 

mərkəzi  kimi  fəaliyyəti  də  şübhə  altında  qalar.  Rusiyanın 

sərhədlərinə  ən  böyük  təhlükə  məhz  NATO-dandır.  Ukraynanın 

NATO  ilə  əməkdaşlılğı  1991-ci  ildən  başlayıb.  1994-cü  ildə 

Ukrayna  NATO-nun  “Sülh  naminə  tərəfdaşlıq  proqramı”  na 

qoşulub.  2002-ci  ilin  noyabr  ayından  Ukrayna-NATO  fəaliyyət 

Planı  mövcuddur.  Bu  plan  Ukraynanın  Şimali  Atlantika  Alyansı 

ilə  əməkdaşlığını  yüksək  qiymətləndirir.  Bu  fəaliyyət  planı 

çərçivəsində  Ukrayna-NATO  Məqsədlər  planı  da  mövcuddur. 

2

 6 



aprel  2004-cü  ildə  Leonid  Kuçma  dövründə  NATO  hərbi 

qüvvələrinin  Ukrayna  ərazisində  sərbəst  girişi  barədə  qanun  da 

qəbul  edilib.

3

 2004-cü  ilin  prezident  seçkiləri ərəfəsində Rusiyanı 



sakitləşdirmək  üçün  Leonid  Kuçma  belə  bir  qərar  qəbul  etdi  ki, 

Ukraynanın  NATO-ya  qəbul  edilməsi  artıq  dövlətin  başlıca 

məqsədi deyil. Ancaq NATO və Avropa İttifaqı ilə münasibətlərin 

dərinləşdirilməsi  Avropada  yalnız  təhlükəsizliyin  və  sabitliyin 

zəmanəti  üçün  vacıbdir.  Lakin  bunun  əksinə  olaraq,  2005-ci  ildə 

prezident Yuşenko Ukraynanın NATO-ya və Avropa İttifaqına tam 

hüquqlu  üzv  qəbul  edilməsi  məsələsini  gündəliyə  gətirdi.  2008-ci 

ilin başlanğıcında  Ukrayna  prezidenti  və baş nazirinin imzası ilə 

NATO-nun baş katibinə ölkənin NATO-ya üzv qəbul edilməsi üçün 

                                                 

1

 Независимая Украина с 1991 г. Материал из Википедии-свободной 



энциклопедииhttp://ru.wikipedia org. 

2

 НATO. Материал из Википедии-свободной энциклопедии



http://ru.wikipedia org. 

3

 Bax, həmin mənbə 




 

183


rəsmi  məktubu  daxil  oldu.  Bu  Ukrayna  parlamentində  müəyyən 

çaşqınlıq yaratdı

1

.  



 

Ukraynanın  Avropaya  inteqrasiyasının  qabağını  almaq 

baxımından 

Birincisi,  nəzərə  almaq  lazımdır  ki,  Ukrayna  son  6  ildə 

Avropa  inteqrasiyasını  qarşısına  məqsəd  qoyubdur.  Bu  baxımdan 



2004-cü ildən sonra Avropa ölkələri ilə iqtisadi əməkdaşlığı üstün 

tuturdu. Bu siyasət isə Rusiyanın Avropaya təzyiq siyasətinə zərbə 

vururdu.  Ukrayna  Avropa  İttifaqına  tam  hüquqlu  üzv  olmağa 

çalışırdı.  Hələ  6  aprel  2006-cı  ildə  Avropa  Parlamentinin 

sessiyasında  belə  bir  qərar  qəbul  olunmuşdu  ki,  Avropa 

Parlamenti  Avropa  Komissiyasını  səsləyirdi  ki,  Ukraynanın 

İttifaqa  assosiasiya  olunmuş  üzv  kimi  qəbul  olunması  ilə  bağlı 

danışıqlara başlasın.

2

  



İ

kincisi,  Ukrayna ilə Polşa, eləcə də Rumıniya arasındakı sıx 

əməkdaşlığı 

məhdudlaşdırmaq 

üçün 


Ukraynada 

siyasi 


hakimiyyətə  nəzarəti  ələ  keçirmək  və  hakimiyyət  üzərində  nüfuz 

qazanmaq Rusiyaya lazımdır. 



 

Mədəni amiilər baxımından 

Birincisi,  nəzərə  almaq  lazımdır  ki,  Rusiya  və  Ukraynanı 

müəyyən mədəni əlaqələr, yaxınlıq birliyi bağlayır. Hər iki xalqın 

mədəniyyəti arasında oxşarlıq çoxdur. Bu baxımdan Rusiya çalışır 

ki,  bu  mədəni  amillərdən-dil  qohumluğu,  dini  bərabərlik,  ədəbi 

yaxınlıq,  adət-ənənə  oxşarlığı  və  s.  amillərdən  istifadə  edərək  iki 

xalqı  bir-birinə  yaxınlaşdırsın  və  bu  yolla  öz  dövlət  marağını 

təmin etsin.  

İkincisi,  rusdilli  əhalinin  təsirlərini  artıraraq  Ukrayna  siyasi 

hakimiyyəti  üzərində  və  ictimaiyyətində  tətbiq  etdiyi  öz  təsir 

siyasətində  bu  amildən  istifadə  etsin.  2001-ci  ilin  statistikasına 

                                                 

1

 НATO. Материал из Википедии-свободной энциклопедии

http://ru.wikipedia org.  

2

 Украина.  Евроинтеграция.  Материал  из  Википедии-свободной 



энциклопедииhttp://ru.wikipedia org.

 



 

184


əsasən Ukrayna əhalisinin 77, 8 faizini ukraynalılar, 17, 3 faizini 

isə  ruslar  təşkil  edir.

1

 Ukraynanın  rəsmi  dili  ukrayna  dili 



olmasına baxmayaraq, bu ölkədə yaşayan ruslar hesab edirlər ki, 

bəzi vilayətlərdə rus dili də rəsmi dil statusuna malik olmalıdır.

2

  



Ukraynanın  mövcud  və  gələcək  zamanda  Rusiyaya  nə 

üçün  lazım  olmasının  politoloji  aspektlərini  konkret  olaraq 

aşağıdakı şəkildə qeyd etmək olar: 

-Ticarət məhsulları bazarı üçün Ukrayna Rusiyaya lazımdır; 

-Ukraynanın ərazisinin böyüklüyü, əhalisinin çoxluğu, iqtisadi 

və  maddi  sərvətləri,  hərbi-sənaye  kompleksi,  dini  amillər  və 

slavyançılıq  amili  bu  dövlətin  regionda  təsiredici  bir  dövlət-güc 

elementi,  kimi  əhəmiyyətini  artırır.  Ukrayna  Qara  dəniz-Cənubi 

və  Mərkəzi  Avropaya  coğrafi  və  siyasi  baxımdan  təsir  etmək 

imkanına  malikdir.  Buna  görə  də  Ukrayna  Rusiya  üçün  “  super 



güc  mərkəzi  tərəfindən  digər  bir  orta  gücə  malik  olan 

dövlətdən  başqa  güc  mərkəzləri  üçün  dayaq  elementi  –

istinadgah  kimi  istifadə  edilməsi”  siyasətini  həyata  keçirmək 

üçün lazımdır; 

-Ukraynanın  slavyan  dünyası  ilə  sərhədlərinin  mövcudluğu 

Rusiyaya  lazımdır.  Belə  ki,  Ukrayna  Polşa,  Slovakiya  və 

Moldovanın  Dnestryanı  ərazisi  ilə  sərhəddə  yerləşir.  Bu  amillər 

Rusiya  üçün  Ukrayna  vasitəsilə  slavyan  dünyasına  çıxışın  təmin 

olunmasına  zəmin  hazırlayır,  şərait  yaradır.  Bununla  yanaşı, 

Rusiya  hesab  edir  ki,  slavyanları,  eləcə  də  Polşa  və  Slovakiyanı, 

Çexiyanı Rusiyaya cəlb  etmək üçün Ukrayna bir mərkəzə çevrilə 

bilər.  Ukrayna  ərazisində  Rusiya  gələcəkdə  hərbi  bazalar 

yerləşdirməklə, NATO-nun şərqə doğru genişlənməsinin qarşısını 

alar; 


-Ukraynanın  ərazisi  Rusiya  üçün  slavyan  ölkələrinin  Avropa 

İttifaqı və NATO-dan gələcəkdə geri qaytarmağa kömək üçün bir 

məkandır; 

                                                 

1

 Украина. Население. Материал из Википедии-свободной 



энциклопедииhttp://ru.wikipedia org. 

2

 Украина.  Языки.  Материал  из  Википедии-свободной  энциклопедии



http://ru.wikipedia org.

 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə