Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə59/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   55   56   57   58   59   60   61   62   ...   204

 

176


məzmununun  tələb  etdiyi  formaya  uyğun  olaraq  həyata  keçirsin, 

humanitar və maliyə yardımı məsələlərini bu siyasətin baza tətbiqi 

vasitələri  kimi  istifadə  etsin  ki,  dövlətlər  ondan  ayrılmasınlar. 

Birbaşa  olaraq  dövlətlərin  müstəqilliklərinin,  beynəlxalq  hüquq 

subyektləri  olmalarının  əleyhinə  olmaq  istəmir.  Bu  dövlətləri 

yalnız  iqtisadi  və  hərbi-siyasi  ittifaq  formasında,  qarşılıqlı 

tərəflərə  fayda  verəcək  əsaslarda  öz  siyasi  orbitində  saxlamaq 

siyasətini  yeridir.  Həmin  siyasət  üsulunu  hal-hazırda  ABŞ-ın 

NATO  siyasətinin  və  Avropa  İttifaqının  siyasət  metodu  kimi 

hesab  etmək  olar.  Eyni  zamanda  belə  bir  məsələni  unutmaq 

olmaz: ola bilər ki, bəlkə də Avropaya Rusiyanın bu siyasəti sərf 

edir.  Belə  ki,  Avropanın  aparıcı  dövlətləri  olan  Fransa  və 

Almaniya  hesab  edir  ki,  onların  Avropada  gücünü  artırmaq  və 

təsir  imkanlarını  genişləndirmək  üçün  Rusiyanın  güclü  olması 

vacibdir.  Çünki  Rusiyanın  Avropaya  təzyiqi  olan  zaman  bu 

dövlətlər  daha  çox  ABŞ  dəstəyini  qazana  bilərlər.  Yəni  balans 

siyasəti  həyata  keçirərək  özlərinin  ABŞ  və  Rusiya  arasındakı 

siyasi  oyunlarda  mövqelərini  möhkəmlədə  bilərlər.  Müvafiq 

siyasət  sayəsində  həm  ABŞ,  həm  də  Rusiyadan  müəyyən  dəstək 

qazana  bilərlər.  Bu  baxımdan  da  Avropanın  aparıcı  dövlətləri  öz 

üzərlərində  nə  tam  ABŞ  nəzarəti,  nə  də  tam  Rusiya  nəzarətini 

görmək  istəmirlər.  Buna  görə  də  istəyirlər  ki,  Rusiyanın  enerji 

təzyiqləri  Avropa  üzərində  müəyyən  səviyyədə  qalsın.  Bu 

baxımdan  da  Rusiyanın  “Şimal  axın”  və  “Cənub  axın”  enerji 

layihələrinin icrasının təmin edilməsi həm bu dövlətlərin enerjiyə 

olan  tələbatlarını  təmin  etmək  üçündür,  həm  də  özləri  üzərində 

enerji  təzyiqini  yaratmaqla  ABŞ-ı  yaxınlaşdırmaq  məqsədini 

güdürlər.  Bununla  yanaşı,  Rusiya  kimi  böyük  potensiala  sahib 

olan  ölkəni  bir  bazar  kimi  öz  əllərindən  buraxmaq  istəmirlər. 

Fransa  və  Almaniya  siyasətinin  baza  xəttinin  mahiyyəti  məhz 

balansın yaranması yolu ilə güclərinin artırılmasından ibarətdir.  

İndi isə belə bir konkret sual ətrafında fikir mübadiləsi aparaq-

Ukrayna  Rusiyaya  nə  üçün  lazımdır?,  “Çəpər  zolağı”sistemində 

Ukrayna  nə  kimi  fayda  verə  bilər?  -XX  əsrdə  yaşanan  tarixi 

məqamları  qısa  şəkildə  qeyd  edək:  1917-ci  ildə  Ukrayna  Xalq 



 

177


Respublikasında Sovet hökuməti qurulmuş və 1917-1918-ci illərdə 

Ukraynanın Xarkov ərazisində yaradılan sovet hökumətinə dəstək 

olaraq yeni yaradılmış hökumət Rusiyanın bolşevik rəhbərliyindən 

hərbi yardım istəmişdir. Ukrayna sovet hökuməti tərəfindən Kiyev 

şəhəri  ələ  keçirilmişdir

1

.  1919-cu  ildə  Ukrayna  ikinci  dəfə  sovet 



hökuməti  tərəfindən  ələ  keçirildi.  Sovet-Polşa müharibəsi zamanı 

məğlub  olan  Sovet  Rusiyası  Ukraynanın  yalnız  şərqini  öz 

ərazisinə  qatdı.  Ukraynanın  qərbi  isə  Polşanın  əlində  qalırdı. 

1921-ci-ci  il  Riqa  müqaviləsinə  əsasən  Qərbi  Ukrayna  Polşa 

ərazisində 

qalırdı.

2

 



1918-ci 

ildə 

Avstriya-Macarıstan 

imperiyasının  dağılmasından  sonra  Qaliçiya  ərazisində  Qərbi 

Ukrayna  Xalq  Respublikası(QUXR)  yaradıldı.  1919-cu  ilin 

ortalarında  QUXR  Polşa  tərəfindən  tutuldu.  1920-ci  ildə  qırmızı 

ordu Krımı ələ keçirdi və RSFSR-in tərkibinə daxil etdi. 30 dekabr 

1922-ci ildə RSFSR, USSR, BSSR və ZSFSR SSRİ-nin yaradılması 

haqqında  müqavilə  imzaladılar.  1939-cu  ilin  sentyabr  ayında 

SSRİ  Polşaya  hücum  etdi  və  indiki  Ukraynanın  qərb  hissəsi 

Ukraynanın ərazisinə birləşdirildi. 

3

 1940-cı ildə Ruminiyadan da 



bəzi  ərazilər  alınaraq  Ukraynaya  verildi.  1945-ci  ildə  Krım 

Ukraynanın  tərkibinə  qatıldı.  Ukrayna  1991-ci  il  dekabrın  1-də 

müstəqillik qazandı.  

 Bir  məsələni  xüsusi  olaraq  qeyd  etmək  olar  ki,  Rusiya-

Ukrayna  münasibətləri  özündə  ümumi-geniş  və  konkret  sahələri 

əks  etdirən  prinsiplərdən  formalaşır  və  bu  prinsiplər  içərisində 



həm dövlət marağı amili, həm din amili, həm slavyan dünyası 

amili, həm də regionçuluq amili xüsusi rol oynayır. Yəni Rusiya-

Ukrayna  münasibətlərinin  bazasında  dörd  mühüm  istiqamət-



daha  doğrusu,  bir  əsas  baza  istiqaməti  və  bu  bazanı 

möhkəmləndirici  üç  əlavə  istiqamət  mövcuddur.  Belə  ki,  dini 

amil,  regionçuluq  və  slavyançılıq  amili  dövlət  marağı  amilini 

                                                 

1

  Украина  во  время  Гражданской  войны  1917-1921  гг.  Материал  из 



Википедии-свободной энциклопедииhttp://ru.wikipedia org. 

2

 Bax, həmin mənbə. 



3

 Советская Украина в 1921-1941гг. Материал из Википедии-свободной 



энциклопедииhttp://ru.wikipedia org. 


 

178


möhkəmləndirir  və  demək  olar  ki,  bu  marağın  təmin  edilməsi 

üçün  vasitələrə  çevrilir.  Dövlət  marağı  təbii  ki,  iqtisadi,  hərbi, 

siyasi  aspektləri  özündə  əks  etdirir.  Həmin  vasitələr  qarşılıqlı 

olaraq dövlət marağının təmin edilməsinə əsaslanaraq tətbiq edilir.  

Bu baxımdan da Rusiya-Ukrayna münasibətlərinin ümumiləş-

dirilmiş  və  konkret  aspektləri  özündə  əks  etdirən  əsasları 

mövcuddur  və  bir  çox  parametrlərə  görə  Ukrayna  Rusiyaya 

lazımdır. Həmin əsasları aşağıdakı şəkildə qeyd etmək olar:  



İqtisadi baxımdan 

Birincisi,  nəzərə  almaq  lazımdır  ki,  ərazisi  603.  628  kvadrat 

kilometr,  2009-cu  ilin  statistikasına  əsasən  isə  əhalisi  46  milyon 

nəfərdən  çox  olan

1

 Ukrayna  Rusiya  məhsulları  üçün  çox  böyük 



ticarət  bazarıdır.  Ukrayna  Avropada  ərazisinə  görə  Rusiyadan 

sonra  ikinci  böyük  dövlətdir.  Eyni  zamanda  Ukraynanın  özünün 

nisbətən  gözə  çarpan  iqtisadi  inkişafı  da iqtisadi cəhətdən  inkişaf 

etmiş  bir  siyasi  əməkdaş  kimi  Rusiya  üçün  əhəmiyyət  kəsb  edir. 

2008-ci  ilin  məlumatına  əsasən  ümumdaxili  məhsul  istehsalına 

görə  dünyada  34-cü  yerdə  olmuşdur.

2

 Nəzərə  almaq  lazımdır  ki, 

beynəlxalq  iqtisadi  münasibətlərdə  (xüsusilə,  ABŞ  və  Qərbi 

Avropanın,  Yaponiya,  Cənubi  Koreyanın  əhatə  olunduğu),  o 

cümlədən  bu  münasibətlərin  tərkib  hissəsi  olan  rəqabətə  davamlı 

məhsullar istehsal etmək sistemində Rusiya özünə layiqli yer tuta 

bilmir.  (Hərbi  sahələr  istisna  olmaqla).  Rusiya  öz  iqtisadi 

vəziyyətini xammal məhsulları hesabına tənzimləyə bilir. Bu amil 

Rusiyanı  çox  narahat  edir  və  siyasi  hakimiyyəti  dövlətin 

iqtisadiyyatına  yeni  sənayeləşmə  metodunu  tətbiq  etməyi  vadar 

edir.  Rusiya  yeni  sənayeləşmə  dövründə  yaşamağı  təmin  etməyi 

qarşısına məqsəd qoyubdur. Rusiyanın mövcud istehsal məhsulları 

isə  özünə  daha  çox  postsovet  məkanında  yer  tapır.  Bu  baxımdan 

da  Ukrayna  ən  böyük  bazarlardan  biri  olaraq  Rusiyaya  lazımdır. 

Ukrayna  da  yeni  sənayeləşmə  dövrünə  qədəm  qoymalıdır.  Sovet 

dövrünün  istehsalat  sistemi  keyfiyyəti  və  rəqabətə  tam  şəkildə 

                                                 

1

 Украина. Материал из Википедии-свободной энциклопедии. 



http://ru.wikipedia org. 

2

 Bax, həmin mənbə. 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə