Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə57/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   53   54   55   56   57   58   59   60   ...   204

 

170


Mərkəzi  Asiyanın  digər  dövlətləri  ilə  müttəfiqliyi,  Rusiyanın 

Mərkəzi  Asiyada  enerji  üstünlükləri,  Gürcüstandan  Cənubi 

Osetiya  və  Abxaziyanı  qoparması  və  s.  bu  mərhələnin  birinci  və 

ikinci 


yarımmərhələləri 

olubdur. 

Təbii 

ki, 


Rusiya 

bu 


yarımmərhələlərdə iqtisadi, siyasi, hərbi və humanitar vasitələrdən 

istifadə edibdir və hal-hazırda da həmin vasitələrin tətbiqi davam 

etməkdədir. Eyni zamanda Rusiyanın əvvəlki imperiya siyasətinin 

xüsusiyyətləri  də  dəyişmişdir.  Yəni  müasir  siyasətdə  metodlar 

(üsullar)  əvvəlki  imperiya  siyasəti  dövrlərində  olduğundan 

başqadır,  bir  qədər  fərqlidir.  Rusiya  burada  daha  çox  qarışıq 

metoddan,  üçüncü  istiqamətdən  istifadə  edir.  Maliyyə  və  iqtisadi 

məsələlər isə bu istiqamətdə istifadə edilən əsas, baza vasitələrdir. 

Bununla  yanaşı,  əhali  amili  (miqrasiya),  ətraf  dövlətlərlə  viza 

məsələləri,  gömrük  məsələləri,  (Rusiya,  Belorus  və  Qazaxıstan 

arasında 

vahid 


gömrük 

ittifaqının 

yaradılması 

məsələsi 

gündəlikdədir)  hərbi  yardımlar,  texniki  əməkdaşlıq  və  s.  bu 

siyasətdə  tətbiq  edilən  əsas  vasitələrdir.  Rusiya  bu  yolla  Avropa 

İttifaqının  getdiyi  tarixi  yolu  getməyə  çalışır  və  Avropa 

təcrübəsindən  faydalanmağa  can  atır.  Qeyd  etmək  lazımdır  ki, 

Avropa İttifaqı bu siyasəti tətbiq etməklə, hətta Rusiyanın Avropa 

regionundakı  keçmiş  təsir  dairələrini  də  onun  orbitindən 

çıxarıbdır.  

İkinci  mərhələ  isə  Şərqi  və  Cənubi  slavyanların,  xüsusilə 

Rusiyaya  sıx  yaxınlığı  ilə  seçilən  pravoslav  slavyanların  Avropa 

İttifaqından  və  NATO-dan  geri  qaytarılması  uğrunda  siyasi 

mübarizə  ilə  xarakterizə  oluna  bilər.  Rusiya  13  slavyan 

dövlətindən ibarət olan (Rusiya, Ukrayna, Belorus, Polşa, Çexiya, 

Slovakiya,  Sloveniya,  Serbiya,  Çernoqoriya,  Xorvatiya,  Bosniya 

və  Hersoqovina,  Bolqarıstan,  Makedoniya)  və  ümumilikdə  278 

milyon  nəfərdən  çox  əhalisi  olan  (Rusiyanı  çıxdıqdan  sonra 

təqribən  133  milyon  nəfər)  yaşayan  və  ümumi  ərazisi  19  milyon 

kvadrat  kilometrə  yaxın  olan  slavyan  dünyasını  (Rusiyanı 

çıxmaqla  təqribən  2  milyon  kvadrat  kilometr  ərazisi  olan)

1

  əldən 


                                                 

1

 Славянские страны. http://ru. wikipedia org. 




 

171


buraxmaq istəmir və hesab edir ki,  gələcəkdə slavyan dünyasının 

əsas  lideri  olacaqdır  və  bu  ölkələrin  potensialı  hesabına  özünün 

təkrar olaraq super gücə çevrilməsini təmin edə biləcəkdir.  

Tarixən  məlumdur  ki,  panslavyanizm  siyasəti  hər  zaman 

gündəliyə  gəlibdir.  Lakin  ABŞ  və  Avropanın  güclü  dövlətləri 

tərəfindən  bu  siyasətin  yerinə  yetirilməsinə  maneçiliklər  həyata 

keçirilibir. Xüsusilə, slavyanların katolik və pravoslav olmaları da 

onların birləşməsinə mane olan amillərdən olubdur. Polşa, Çexiya, 

Slavakiya,  Xorvatiya  və  Sloveniyada  daha  çox  katolik  inanclı 

slavyanlar  yaşayır.  Məsələn,  Çexiyada  dini  inanclı  şəxslərin  sayı 

ümumi  əhalinin  27  faizindən  çoxunu  təşkil  edir.  Slovakiyada 

əhalinin  69  faizi  katoliklərdir.  Xorvatiyada  əhalinin  88  faizə 

qədəri  katolik  inanclı  şəxslərdir.  Bunun  əksinə  olaraq  isə 

Çernoqoriyada  əhalinin  75  faizə  qədəri  pravoslavlardır.  Eyni 

zamanda  pravoslavlar  Bolqarıstanda  əhalinin  83  faizə  qədərini, 

Serbiyada isə əhalinin 85 faizini təşkil edir. Bosniyalılar isə cənub 

slavyanlar  olaraq  Osmanlı  imperiyasının  dövründə  müsəlman 

dinini  qəbul  ediblər.  Makedoniyada  əhalinin  67  faizini 

pravoslavlar, 30 faizini isə müsəlmanlar təşkil edir.

1

  



Nəzərə  almaq  lazımdır  ki,  bu  mərhələdə  Rusiya  “aralıq  güc 

mərkəzi”  olaraq  Avropa  İttifaqı  güc  mərkəzi  ilə  rəqabət 

mübarizəsinə  girəcəkdir.  Burada  Avropa  İttifaqı  öz  arxasında 

ABŞ-ı  görə  biləcəkdir.  Rusiya  isə  Çin  və  İran  tərəfindən 

dəstəklənəcəkdir.  Sonra  isə  Avropadan  siyasi  təcrid  vəziyyətində 

qalan Türkiyə də bu siyasətə qoşulacaqdır. Nəzərə almaq lazımdır 

ki, SSRİ  dövründə  slavyan  dövlətlərinin  sayı 5 idi. (SSRİ, Polşa, 

Yuqoslaviya, Çexoslavakiya, Bolqarıstan).  

Rusiya  Moldova  ərazisində  əsasən  slavyanların  yaşadıqları 

Dnestryanı ərazini (Dnestr çayının şərq sahilləri-Ukryna ilə sərhəd 

bölgə) də slavyan dünyasının tərkibinə aid edir 

 

 Yazılma tarixi 13 fevral 2010-cu il  

  

                                                 

1

 Славянские страны. http://ru. wikipedia org.  



 

172


Rusiyaya Ukrayna lazımdırmı? –geosiyasi aspektlər 

 

İstənilən  super  və  böyük  “güc  mərkəzi”  olan  dövlət  güc 



tətbiqetmə  və  bu  baxımdan  güc  nümayiş  etdirmə  obyekti  olduğu 

üçün  ətrafa  təsir  göstərir.  Yəni,  güc  enerji  mənbəyi  olduğundan, 

təbii olarq öz hüdudlarından kənara təsir edir. Ukrayna Rusiyanın 

ətrafında  yerləşdiyindən  və  iki  dövlət  arasında  tarixi  iqtisadi, 

hərbi, mədəni, sosial və etnik bağlılıq mövcud olduğundan dövlət 

hər  zaman  Rusiyaya  lazımdır  və  istənilən  an  Rusiyanın  təsirinə 

məruz  qalır.  Ukrayna  Rusiyanın  “çəpər  sistemi”  siyasətinin 

aparıcı  subyektidir,  ünsürüdür.  Nəzərə  almaq  lazımdır  ki,  Rusiya 

tarixən Ukraynanı özünün regional siyasətinin tərkib obyekti kimi 

qəbul  edib.  Rusiyada  yaşanan  siyasi  hadisələr  ilk  növbədə 

Ukraynada  öz  təsirlərini  göstərib.  Bu  da onunla  əlaqədar olub ki, 

hər  iki  xalqı  bir-birinə  bağlayan  çoxlu  sayda  oxşar  mahiyyətli 

tellər mövcuddur. Lakin son 6 ildə yaşanan hadisələr Ukraynanın 

Qərbə  inteqrasiyasında  düşünülməmiş  konturlar,  məqsədyönlü 

olmayan  və  tarixi,  regionçuluq,  iqtisadi  və  sosial-mədəni,  o 

cümlədən  etnik  və  dini  amillərin  nəzərə  alınmaması  sözügedən 

dövlətin  siyasi  həyatında  çoxlu  sayda  gərginliklər  yaratmış  və 

ölkə  iqtisadiyyatı  demək  olar  ki,  xeyli  dərəcədə  tənəzzülə 

uğramışdır.  Xarici  siyasətdə  baza  xəttinin  düzgün  müəyyən 

edilməməsi və köklü ideologiyanın müəyyənləşdirilməməsi son 6 

ildə Ukraynanı iqtisadi və siyasi böhran vəziyyətində yaşatmışdır. 

Yaşanan  siyasi  vəziyyətin,  siyasi  mühitin  çoxçalarlığı  əslində 

ölkənin  baza  inkişafına  faydalı  xidmət  etməmişdir.  Ukrayna  tez-

tez  iki  siyasi  cəbhəyə  bölünmüşdür.  Lakin  son  dövrün  yaratdığı 

şərait Ukrayna xarici siyasətində regionçuluq, tarixi bağlılıq, etnik 

kökənlilik,  iqtisadi,  dini,  hərbi  və  mədəni  əlaqələrin  nəzərə 

alınmasını  tədricən  əsas  götürməyə  vadar  edib.  Xüsusilə,  dünya 

iqtisadi  böhranı  və  böhranın  nəticələrindən  ən  çox  zərər  çəkən 

Avropa  dövləti  olan  Ukrayna  öz  daxili  və  xarici  siyasətində 

dəyişiklik etmək məcburiyyəti ilə üzləşib. Burada böhran amilinin 

yaratdığı  vəziyyət  real  siyasət  amilinin  tətbiqini  zəruri  edibdir. 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə