Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə54/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   50   51   52   53   54   55   56   57   ...   204

 

162


mexanizmini  təşkil  etmişlər.  Güc  obyektləri  və  subyektləri 

iyerarxik  olaraq  şəbəkələşmiş  güc  sisteminin  əsas  vasitələrini 

təşkil  etmişdir.  Şəbəkələşmiş  güc  sistemi  imperiyanın  idarə 

edilməsinin başlıca mexanizmini formalaşdırmışdır. Şəbəkələşmiş 

güc  sistemində  ətraflardan  mərkəzə  doğru  coğrafi  istiqamətdə 

iyerarxik idarəetmə sistemi yaradılmışdır. Bu gün super və böyük 

dövlətlər  öz  geniş  ərazilərini  idarə  etmək  üçün  həmin  sistemdən 

istifadə  edirlər.  Məsələn,  hal-hazırda  Rusiyada  mərkəzdən 

əyalətlərə  doğru  mərkəz-federal  dairələr-onların  içərisində  əyalət 

və  vilayətlər,  eləcə  də  respublikalardan  ibarət  subyektlərin 

zəncirvari  şəbəkəsi  mövcuddur.  ABŞ  ərazisi  ştatlara,  ştatlar  isə 

dairələrə  bölünür.  İdarəçilikdə  nəzarət  üzərində  nəzarət  sistemi 

böyük  dövlətlərin  idarəçilik  sisteminə  xarakterik  olan  əsas 

cəhətdir.  Böyük  dövlətlər  çalışırlar  ki,  ştatlar,  dairələr,  vilayətlər, 

əyalətlər,  respublikalar  mərkəzə  tabe  olaraq  güclü  olsunlar  ki, 

mərkəz həmin güc vasitələrindən obyekt və subyekt kimi istifadə 

edərək  digər  böyük  güc  mərkəzinə  təsir  etsin  və  ya  güc 

mərkəzinin  təsir  və  təzyiqlərindən  qorunsun.  Böyük  dövlətlər 

üçün  ən  təhlükəli  məqam  isə  sərhədlərində  yerləşən  güc 

subyektlərinin (təsirə məruz qalarkən, obyektlərinin) respublika və 

digər  idarəçilik  formasında  olan  qurumların  etniklərə  məxsus 

olmasıdır.  (Bir  məsələni  unutmaq  olmaz:  –siyasi  qurumlar 



subyektlərdirlər, 

idarəçilikdə, 

münasibətlər 

sistemində 

aktorlardırlar-iştirakçıdırlar. 

Lakin 

bu 

subyektlər 

təsir 

predmetinə,  eləcə  də  təsiretmə  vasitəsinə  çevrilə  bilir.  Bu  anda 

subyekt  obyekt  kimi  istifadə  edilir,  çünki  təsirə  məruz  qalır, 

maraq  və  məqsədəçatma  vasitəsinə  çevrilir.  Bu  dəyişmə  prosesi 

daha  çox  beynəlxalq  münasibətlərdə  böyük  dövlətlərin  kiçik 

dövlətləri  güc  elementi  kimi  istifadə  vasitəsinə,  təzyiq  və  təsir 

vasitəsinə  çevridikdə  baş  verir.  Subyekt  obyekt  kimi  istifadə 

edilən  zaman  vasitənin məzmunu dəyişir. Forma isə qalır. Yəni 

dövlət  olduğu  kimi  qalır.  İstifadənin  mahiyyət  və  məzmunu 

dəyişir.  Məsələn,  Ermənistan  beynəlxalq  münasibətlərin 

subyektidir.  Lakin  Rusiya  tərəfindən  Türkiyə,  Azərbaycan  və 

ABŞ-a  qarşı təzyiq  vasitəsi  kimi məkan  və vasitə olaraq istifadə 


 

163


edilir. Burada Ermənistan subyekt olaraq, həm də obyekt, eləcə 

də  siyasi  alət  vasitəsi  kimi  istifadə  edilir,  dövlət  və  onun  siyasi 

qurumları  təsirə  məruz  qalır,  marağaçatma  vasitəsinə  çevrilir. 

Burada  dövlətin  ərazisi  və  siyasi  qurumları  başqa  dövlət  üçün 

obyekt  rolunu  oynayır.  Buradan  belə  çıxır  ki,  dövlət  başqa  bir 

dövlətin  ərazisindən,  strukturundan,  siyasi,  iqtisadi  və  hərbi 

vasitələrindən istifadə edərək, başqa subyekt üçün təzyiq vasitəsi 

kimi  istifadə  edir.  Bu  zaman  təsirə  məruz  qalmış  tərəf-subyekt 

bir  təsirə  məruz  qalan  tərəf  üçün  obyekt  vasitəsi  olur.)  Etniklər 

gücləndikcə  və  mərkəzin  nəzarətindən  uzaqlaşdıqca  daha  çox 

müstəqilliyə can atırlar ki, bu da imperiyaların parçalanması üçün 

ən  mühüm  şəraitin  yaranmasına  gətirib  çıxarır.  Bu  baxımdan  da 

böyük  dövlətlər  çalışırlar  ki,  onların  müstəqilliyinin  qabağını 

kəsmək üçün bir neçə varianta əl atsınlar. Bir variant olaraq həmin 

subyektlərin  parçalanmasıdır  və  parçalanmış  formada,  ayrı-ayrı 

subyektlər  kimi  iyerarxik  olaraq  sistemin  yuxarı  gücünə 

birləşdirilməsdir,  digər  variant  olaraq  həmin  subyektlərin  parça-

lanmadan,  ətraf  subyektlərlə  birlikdə  yuxarı  gücə  birləşdiril-

məsidir,  birbaşa  tabeçilik  formasının  yaradılması  və  vahid 

idarəçilik  formasının  təşkil  edilməsidir.  Məsələn,  Rusiya  özünün 

Şimali  Qafqaz  bölgəsində  gərgin  siyasi  vəziyyəti  nəzərə  alaraq, 

bölgənin  bütün  etnik  subyektlərini  bir  yerə  cəmləmək  və  onlar 

arasında  əlaqəni  gücləndirmək,  eləcə  də  regionu  siyasi  baxımdan 

bütöv  halda  vahid  mərkəzdən  idarə  etmək  üçün  Şimali  Qafqaz 

Federal dairəsini yaratdı və etnik subyektləri həmin dairənin siyasi 

nəzarətinə  verdi.  Burada  strukturun,  başqa  strukturlar  tərəfindən 

pilləli  və  iyerarxik  formada  idarəçiliyini  təşkil  etdi.  Rusiya  bu 

addımı  atmaqla  region  üçün  birləşmiş  strukturlar,  qarışmış 

strukturlar  şəbəkəsini,  sistemini  yaratmış  olur.  Yəni  regionun 

subyektlərinin  idarəetmə  strukturları  üzərində  əlavə  idarəetmə 

strukturları  yaratmış  olur  ki,  bu  da  yerli  subyektlərin 

strukturlarının  geniş  şəkildə  sərbəst  fəaliyyət  göstərməsinin 

qarşısını almış olur.  

Hal-hazırda imperiya sözləri “güc mərkəz”ləri sözləri ilə əvəz 

edilir  və  dövlətlərin  gücləri  nisbi  olaraq  bu  əsasla  təsnif  olunur. 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə