Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə53/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   49   50   51   52   53   54   55   56   ...   204

 

159


avtomobil  buraxmaq  da  siyasəti  gündəlikdə  olubdur.  Türkiyənin 

İsraillə 2009-cu ilin Davos forumundan hal-hazıra qədər, “kreslo” 

böhranı  da  daxil  omaqla,  yaşanan  siyasi  böhranı  İran  tərəfindən 

dəstəklənir. Burada belə bir məntiq ortaya çıxır ki, güclü Türkiyə 



İ

rana, Güclü İran isə Türkiyəyə lazımdır. Güclü İran Türkiyəyə 

ona  görə  lazımdır  ki,  istənilən  an  Qərb  dünyasında  soyuq 

münasibətlə  qarşılanarsa,  Türkiyə  öz  arxasında  İran  və  Rusiyanı 

görəcəkdir.  Güclü  siyasi  arxa  isə  Türkiyənin  iki  siyasi  blok 

arasında manevr imkanlarını artırır, dövlətin geosiyasi mövqeyini 

gücləndirir.  İranın  ABŞ-la  soyuq  münasibətlərinə  görə  Türkiyə 

daima  İranı  öz  arxasında  hiss  edə  biləcəkdir.  Türkiyənin 

gələcəkdə  böyük  bir  kosmik  dövlətə  çevriləcəyi  və  strateji 

təyinatlı hücum və müdafiə silahlarına sahib ola biləcək imkanları 

da  İran üçün böyük bir nailiyyətdir. Belə ki,  İran ABŞ tərəfindən 

gözlənilə biləcək istənilən böyük təhdidlərin qabağını almaq üçün 

Türkiyəni  öz  önündə  və  arxasında  görəcək.  Türkiyə  hər  zaman 

çalışacaq ki, İranı qorusun ki, regionda təklənməsin. Türkiyə eyni 

zamanda  Ərəb  dünyasından  İran  üçün  gözlənilə  biləcək  hər 

hansısa  bir  təhdidin  qarşısını  almaqda  yardımçı  olacaq.  Lakin 

Türkiyə və İran kimi regional müsəlman dövlətlərinin güclənməsi 

həm Rusiya,  həm  də  ABŞ-ı  çox  narahat  edəcəkdir. Bu baxımdan 

da  istər  Rusiya,  istərsə  də  ABŞ  yaxın  gələcəkdə  Türkiyə-İran 

siyasi  yaxınlaşmasının  qarşısını  almağa  çalışacaqlar.  Bu  gün 

İranın  güclənməsi  Rusiyaya  ona  görə  lazımdır  ki,  İran  ABŞ-ın 

Orta  Şərqdə,  Mərkəzi  Asiyada,  Cənubi  Qafqazda  və  Ərəb 

dünyasında  güclənməsinə  mane  olan  ünsür  rolunu  oynasın.  İran 

Rusiyanın  cənub  istiqamətli  strateji  maraqlarının  transötürücüsü 

rolunda  çıxış  edir.  Rusiya  İrana  Qərb  blokunun  siyasi 

cərəyanlarının  Ön  Asiyada  geniş  yayılmasının  qarşısını  almaq 

üçün  “dalğaların  yayılmasına  mane  olan  aparat,  cihaz  elementi” 

kimi çıxış edir. Türkiyə isə hələlik Qərb siyasi blokundadır. İranın 

gələcəkdə böyük güc mərkəzinə çevrilməsi hətta Türkiyənin Qərb 

blokundan  regional  blok  yaratmağa  transfer  etməsinə  gətirib 

çıxara bilər ki, bu da Rusiya və ABŞ-a sərf etməz. Hər iki dövlət 

üçün  Yaxın  və  Orta  Şərqdə  çətin  keçilən  siyasi  sədd  və  siyasi 



 

160


blok  yarana  bilər.  Bu  da  müsəlman  dünyasının  güclənməsinə 

səbəb  olar.  Bu  baxımdan  da  Türkiyə  və  İran  kimi  dövlətlərin 

böyük  və  birgə  güc  mərkəzlərinə  çevrilməsi  heç  də  Qərb  siyasi 

bloku  və  Rusiya  üçün  sərf  olunan  siyasət  deyil.  Qeyd  edildiyi 

kimi,  İranın  böyük  güc  mərkəzinə  çevrilməsi  ümumilikdə 

Türkiyəyə  sərf  edən  məsələdir.  Türkiyə  İran  təcrübəsindən  və 

İranın  atom  və  kosmik  sənaye  sahəsindəki  elmi  və  texniki 

potensialından  gələcəkdə  istifadə  edə  bilər  və  özünün  böyük  güc 

mərkəzinə çevrilməsini təmin edə bilər.  

İranın böyük güc mərkəzinə çevrilməsi Azərbaycana həm sərf 

edər,  həm  də  yox.  Belə  ki,  İran  tərəfindən  Azərbaycanın  ərazi 

bütövlüyünün  qəbul  edilməməsi  və  hakimiyyət  tərəfindən  bu 

dövlətdə  yaşayan  çoxmilyonluq  azərbaycanlının  hüquqlarının 

kobud  şəkildə  pozulması,  onlara  öz  ana  dillərində  danışmaq 

imkanlarının  və  hüquqlarının  verilməməsi  baxımından  qeyd 

etmək  olar  ki,  İranın  güclü  bir  dövlətə  çevrilməsi  Şimali 

Azərbaycana  sərf  etməz.  Lakin  gələcəkdə  Türkiyə  ilə  İran  siyasi 

blokunun  yaranma  ehtimalı  imkan  verə  bilər  ki,  İranın 

Azərbaycana  qarşı  siyasətində  dönüş  əldə  olunsun.  İran  Şimali 

Azərbaycandan ehtiyat etməsin.  



 

 Yazılma tarixi 04 fevral 2010-cu il 

 

Güc  mərkəzlərinin  siyasi  idarəçilik  sisteminin  bəzi 

fəaliyyət xüsusiyyətləri  

Rusiya  –  böyük  güc  mərkəzindən  super  güc  mərkəzinə 

doğru.  Ukraynada  siyasi  üstünlük  bu  siyasətin  növbəti 

mərhələsidir 

 

Güc mərkəzlərinin siyasi idarəçilik sisteminin bəzi  

fəaliyyət xüsusiyyətləri  

 

Tarixən  böyük  xalqlar  geniş  ərazilər  ələ  keçirmək  uğrunda 

müharibələr aparmış, varlanmağa və böyük potensial əldə etməyə 

çalışmış,  strateji  əhəmiyyətli  coğrafi  mövqelər  və  coğrafi 




 

161


məkanları  ələ  keçirmişlər.  Məhz  imperiyaların  yaranması  da 

böyük  ərazilər  və  sərvətlər  ələ  keçirmək  niyyətindən  irəli 

gəlmişdir. Bununla yanaşı, dövlətlərin rəhbərləri də öz hakimiyyət 

dairələrini, o cümlədən ərazilərini və obyektlərini genişləndirmək, 

daha  çox  məkanlarda  və  xalqlar  üzərində  hökmran  olmaq 

məqsədilə  də  müharibələr  həyata  keçirmişlər.  Böyük  dövlətlər 

ətraf  dövlətləri,  ətraf  məskənləri  ələ  keçirərək  öz  ərazilərini 

genişləndirmiş,  iqtisadi  və  hərbi  potensiallarını  artırmışlar.  Ətraf 

ərazilər  və  xalqlar  hesabına  imperiyaların  periferiyalar  üzrə 

(mərkəzdən  ətraflara  doğru)  genişləndirilməsi  və  gücləndirilməsi 

prosesləri  baş  veribdir.  İmperiyalar  öz  ərazilərini  digər 

imperiyalardan  qorumaq  məqsədilə  ətraf  dövlətlərin  əraziləri 

hesabına özlərinə “təhlükəsizlik  sədləri” təşkil etmişlər. Bir növ 

ətraf dövlətləri öz ittifaqlarına cəlb etmişlər. Bu sədlərdə yerləşən 

dövlətlərin  hakimiyyətinə  daima  təsir  və  təzyiqlər  göstərərək, 

onları  özlərinə  tərəf  çəkmişlər.  Böyük  dövlətlərin  mərkəzdən 

ətrafa doğru öz təsir dairələrini, nüfuz dairələrini genişləndirmək 

aktları  ilə  yanaşı,  ətraflardan  mərkəzə  doğru  ölkələri  dartma, 

cəzbetmə  və  gərgin  vəziyyətdə  saxlama  siyasəti  də  olubdur. 

Böyük dövlətlər öz təhlükəsizlik sədlərində yerləşən orta və kiçik 

gücə  malik  olan  dövlətlərin  iqtisadi,  elmi  və  texniki 

potensiallarından,  əhali,  etnik  və  dini  amillərindən  istifadə 

etmişdir. Bu amillərdən həm faydalanmış, həm də lazım olan anda 

təzyiq vasitəsi kimi ətraf dövlətlərin özlərinə qarşı tətbiq etmişlər. 

İmperiyalar  ətraf  dövlətlərə  özlərinin  əyalətləri  kimi  baxmış  və 

əyalətlərdən  də  güc  məkanı,  həmçinin  güc  elementi,  dayaq 

elementi  kimi  digər  məkanlara  qarşı  təzyiq  məqsədilə  istifadə 

etmişlər.  Bir  məsələni  xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki, 

imperiyalar  öz  güclənmə  və  işğalçılıq  maraqlarını  ayrı-ayrı 

ərazilərdə  yaradılmış  güc  obyektlərinin  (bura  məkanlar  və 

dövlətlər  daxil  edilir)  hesabına  genişləndirmək  siyasəti  ilə  təmin 

etmişlər.  Güclərdən  ibarət  olan  genişlənmə  sistemi  hesabına 

imperiyaların  gücləri  artmışdır.  İmperiyalar daima  güc obyektləri 

və  subyektləri  yaratmış  (məsələn,  ətraf  dövlətlərə  həm  obyekt, 

həm də subyekt kimi baxmışlar) və bu obyektlərin qarşılıqlı işlək 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə