Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə51/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   47   48   49   50   51   52   53   54   ...   204

 

153


dağılmasını  bəyan  ediblər  və  Müstəqil  Dövlətlər  Birliyini 

yaradıblar. 



Altıncı  addım  olaraq  Rusiya  həmin  iqtisadi-siyasi  qurumun 

bazasında  NATO  ittifaqına  qarşı  olan  bir  hərbi-siyasi  qurumun 

yaradılması siyasətini həyata keçirəcək. 

Qeyd:  Rusiya  imperiyasının  üçüncü  genişlənmə  fazası 

başlayıbdır. I Pyotrun dövrü-birinci faza idi, Stalinin hakimiyyəti 

dövrü  ikinci  faza  olmuşdur-SSRİ-nin  qurulması  və  Avropanın 

sosialist  düşərgəsinin  yaradılması  bu  fazaya  aiddir.  Üçüncü  faza 



Vladimir  Putin  fazasıdır.  Bu  fazada  Rusiya  ilk  addım  olaraq 

keçmiş  SSRİ-ni-başqa  bir  təşkilati-hüquqi  və  siyasi  formada- 

(Baltikyanı ölkələr istisna olmaqla) yaratmağa çalışacaq, sonradan 

isə Şərqi Avropanın slavyan ölkələrini geri qaytarmaq, öz orbitinə 

çəkmək  siyasəti  həyata  keçirəcək.  Ola  da  bilər  ki,  üçüncü  fazaya 

bir müddətdən sonra Türkiyə və İran da qoşulsunlar. Üçüncü faza 

əvvəlki fazalara nisbətən daha möhkəm, demokratik ola bilər. Bu 

fazada  dövlətlər  müstəqil  olaraq  iqtisadi-siyasi  və  hərbi  ittifaqda 

birləşəcəklər.  Rusiyanın  siyasəti  də  əvvəlki  fazalara  nisbətən 

fərqli  xüsusiyyətlərə  malik  olacaq  və  ətraf  dövlətləri  özünə 

cəlbedciliyi və cəzbediciliyi ilə fərqlənəcək.  

Bir  məsələni  unutmaq  olmaz!  Dünya  iqtisadi  böhranı 

Rusiyanın 

güclənməsinə 

xidmət 

etdi. 

Keçmiş 

ittifaq 

respublikalarının 

ə

ksəriyyəti 

böhrandan 

çıxmaq 

üçün 

Rusiyaya ümid edirlər. Xüsusilə, Ukrayna bu məsələdə ən çox 

diqqəti cəlb edən ölkədir.  

Nəzərdən  qaçırmaq  olmaz  ki,  siyasi  mühit  dəyişən 

xüsusiyyətlərə malikdir. Hadisələr başqa cür də cərəyan edə bilər.  

 

 Yazılma tarixi 28 yanvar 2009-cu il  

  

İ

ran-orta güc mərkəzindən böyük güc mərkəzinə doğru 

  

İranın  atom  energetikasına  dair  bugünki  siyasəti  və  mövcud 

kosmik nailiyyətləri bunu deməyə əsas verir.  



 

154


Dövlətləri  güclərinə  görə  təsnif  edərkən  ilk  növbədə  onların 

iqtisadi  və  hərbi  potensialı  əsas  götürülür.  İqtisadi  potensialı 

içərisində dövlətin təbii sərvətlərinin bolluğu, əmək ehtiyatlarının 

böyük miqyasda mövcudluğu, istehsal gücü, ticarət dövriyyəsinin 

həcmi,  dövlət  büdcəsinin  gəlirləri,  regional  enerji  layihələrində 

iştirakı və s. əsas amillərdir. İstehsalatda ağır sənaye potensialının 

olması  mühüm  şərtdir.  Ağır  sənaye  dövlətin  istehsalat  siyasəti 

üçün  baza  rolunu  oynayır.  Dövlətin  hərbi  gücünə  onun  müdafiə 

qabiliyyətini  artıran  ordusunun  sayı,  orduda  nizam-intizam  və 

ordunun müasir silahlarla təchiz olunması müsbət təsir göstərir və 

əsas  göstəricilərdir.  Bununla  yanaşı,  ölkənin  əhalisinin  çoxluğu, 

ərazisinin  böyüklüyü  dövlətin  güc  mərkəzinə  çevrilməsi  üçün 

vacib şərtdir. Həmçinin dövlətin coğrafi mövqeyi və sərhədlərində 

yerləşən  ətraf dövlətlərin geosiyasi mövqeləri də dövlətin gücünə 

təsir  edən  faktorlar  sırasındadır.  Müasir  zamanda  böyük 

dövlətlərin  gücünü  artıran  əsas  amillər,  vasitələr  müvafiq 

dövlətlərin  kütləvi  qırğına  səbəb  ola  biləcək  strateji  təyinatlı 

hücum  və  müdafiə  silahlarına  malik  olmaları,  eləcə  də  onların 

kosmik proqramlarıdır. Ölkənin kosmik proqramları eyni zamanda 

raket  texnologiyasının  inkişafına  xidmət  edir.  Həmçinin 

informasiya  texnologiyaları  sahəsində  nailiyyətlər  də  dövlətlərin 

gücünü  əks  etdirir  və  dövlətin  gücünü  təsnif  edən  komponentlər 

içərisindədir.  Müasir  qlobal  informasiya  texnologiyaları  siyasəti 

də  kosmik  proqramın  tərkib  hissəsidir.  Güclü  dövlətlər  kosmik 

proqramdan  lazım  olan  anda  hərbi  məqsədlər  üçün  də  istifadə 

etməyi  nəzərdə  tuturlar.  Məsələn,  Rusiyada  kosmik  qoşunlar 

mövcuddur.  Bunlardan  əlavə  dövlətlərin  güclərini  təsnif  edən 

çoxlu sayda amillər mövcuddur. Ümumiyyətlə, dövlətlərin iqtisadi 

qüdrəti,  hərbi  qüdrəti,  donanma  qüdrəti,  aviasiya  qüdrəti,  kosmik 

qüdrəti,  ərazi  böyüklüyü,  əhali  çoxluğu,  əhali  içərisində 

“beyinlər”in sayının çoxluğu, elm və təhsil obyektlərinin çoxluğu 

və  keyfiyyətli  iş  fəaliyyəti,  ümumilikdə  əhalinin  maarifçilik 

səviyyəsi dövlətlərin güclərinə görə təsnif olunmasını şərtləndirir. 

Güc  mərkəzi  olmaq  amili  dövlətin  beynəlxalq  münasibətlərdə  və 

beynəlxalq  sistemlərdə  iştirakının  çəkisi  ilə  müəyyən  olunur. 



 

155


Dövlətlərin  güc  mərkəzləri  kimi  təsir  imkanları  müvafiq 

dövlətlərin  kənar  regionlara  və  dövlətlərə  göstərdikləri  təsir  və 

təzyiqin həcmi və miqyası ilə ölçülür.  Dövlətlərin gücləri onların 

beynəlxalq  münasibətlərdə  hərəkət  istiqamətlərinə  (istiqamətlərin 

cəhətlərinə,  sahə  və  obyektlərinə,  ölçüsünə,  məsafənin  uzunlu-

ğuna), siyasət cərəyanlarının dərəcələnməsinə təsir edir.  

Hal-hazırda  dünya  dövlətləri  öz  güclərinə  görə  super,  böyük, 

orta güc mərkəzləri və kiçik, zəif gücə malik olan dövlətlər kimi 

təsnif  olunurlar.  ABŞ  öz  güc  göstəricilərinə  görə  super  dövlət 

kimi  təsnif  olunur.  Gücü  təsnif  edən  əksər  göstəricilərə  görə 

birinci  yerdədir.  İqtisadi  və  hərbi  cəhətdən  dünyanın  ən  çox 

inkişaf  etmiş  dövlətidir.  Təbii  ki,  dövlətlərin  gücləri  nisbi 

xüsusiyyətlərə  malik  olur  və  keçici  xarakter  daşıyır.  Dövlətlərin 

gücü  müqayisə  aparılanda  müəyyən  edilir  və  bu  baxımdan  da 

nisbi  xüsusiyyətlərə  malik  olur.  Rusiya  və  Çin  böyük  güc 

mərkəzinə  malik  olan  dövlətlər  kimi  yer  alsalar  da,  bu  dövlətlər 

super  güc  mərkəzinə  çatmaq  uğrunda  mübarizə  aparırlar.  Bəzi 

məlumata  görə,  Çin  öz  iqtisadi  inkişafına  görə  2009-cu  il  üçün 

dünyada  ABŞ-dan  sonra  ikinci  yerə  çıxıb.  Hal-hazırda  ABŞ, 

Avropa  İttifaqı,  Böyük  Britaniya,  Kanada,  Avstraliya,  Rusiya, 

Çin, Hindistan, Türkiyə, İran, Braziliya, İndoneziya kimi müxtəlif 

gücə  malik  olan  dövlətlər  mövcuddur.  Bu  dövlətlər  müəyyən 

regionlarda  siyasi  təsir  imkanları  əldə  etmək  uğrunda  iqtisadi, 

hərbi və siyasi mübarizə aparırlar.  

Türkiyə  və  İran  regionda  orta  gücə  malik  olan  dövlətlər  kimi 

xarakterizə  olunurlar.  Türkiyə  və  İran  Mərkəzi  Asiya  regionuna, 

Cənubi  Qafqaza,  Yaxın  Şərqə,  Ərəb  dünyasına,  Əfqanıstan  və 

Pakistana,  Türk  dünyasına,  Rusiyanın  müsəlman  əhalisinə  bu  və 

ya  digər  səviyyədə  təsir  etmək  imkanlarına  malikdirlər.  Türkiyə 

iqtisadiyyatı  SSRİ-nin  dağılmasından  sonra  dirçəlməyə  başlayıb 

və  öz  aqrar  xüsusiyyətindən  aqrar-sənaye  xüsusiyyətinə  keçibdir. 

2008-ci  ilin  məlumatına  əsasən,  Türkiyə  ümumdaxili  istehsal 

məhsulunun  həcminə  görə  dünyada  18-ci  yerə çıxmışdır.  İran isə 

2007-ci ilin məlumatına əsasən dünyada 15-ci yerə çıxmışdır. (Bu 

faktlar  Wikipediya  açıq  internet  ensiklopediyasından  götü-




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə