Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə48/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   44   45   46   47   48   49   50   51   ...   204

 

144


İ

kincisi,  Ermənistan  Azərbaycan  torpaqlarını  işğal  edibdir  və 

bu  baxımdan  da  işğaldan  azad  etməyincə,  bölgədə  barışıq  əldə 

olunmayınca, belə bir qurumun yaradılması mümkün ola bilməz.  

Üçüncüsü,  nəzərə  almaq  lazımdır  ki,  Cənubi  Qafqazda 

maraqları  olan  və  bölgə  sərhədlərində  yerləşən  böyük  dövlətlərin 

hər birinin regionda öz maraqları vardır. Maraqları olan dövlətlər 

bir-birinə  əks  siyasi  qütblərdə  (cəhətlərdə,  qanadlarda)  iştirak 

edirlər.  Yəni  geosiyasi  qütblülük  (polyusluq)  mövcuddur. 

Məsələn,  Türkiyə  NATO-nun  üzvüdür,  Rusiya  isə  NATO-ya 

ehtiyatla yanaşır və bu təşkilatın əleyhinə siyasət yeridir. Eləcə də 

İran  hakimiyyəti  ABŞ  hakimiyyəti  ilə  düşmən  olduğundan,  ABŞ 

bu dövlətin regionda geniş şəkildə iştirakını qəbul etmir. Bölgədə 

maraqların  toqquşması  bölgə  dövlətlərini  bir  araya  gətirə  bilmir. 

Bu  baxımdan  da  hal-hazırda  Cənubi  Qafqazda  Türkiyə,  İran, 

Rusiya,  Azərbaycan,  Gürcüstan,  Ermənistandan  ibarət  olaraq 

hərbi-siyasi ittifaqın yaradılması mümkün deyil.  

Dördüncüsü,  Türkiyə,  Rusiya,  İran  və  Cənubi  Qafqaz 

dövlətlərinin  iqtisadi  siyasətində  vahid  istiqamətin  mövcud 

olmaması da bu ittifaqın yaradılmasını zəruri edə bilmir. Xəzərin 

enerji  resurslarının  ixracında,  Azərbaycan,  Gürcüstan  və 

Türkiyənin iştirak etdiyi digər regional layihələrdə Ermənistan və 

İran  kənarda  qalıblar.  Bu  baxımdan  da  ittifaqın  yaradılması  hal-

hazırda mümkün deyildir. 

Beşincisi,  region  dövlətlərinin  iqtisadi  inkişaf  səviyyəsi 

arasında  kəskin  fərqlər  var,  milli  valyutaların  dollara  nisbətdə 

məzənnələri  də  tamamilə  fərqlidir.  Bu  amil  də  nəzərə  alınaraq, 

regionda ittifaqın yaradılması hal-hazırda mümkün ola bilməz.  



Bəs,  gələcəkdə  regionda  iqtisadi  və  ümumi  təhlükəsizliyin 

qorunması üçün hərbi-syasi ittifaqın yaradılması mümkün ola 

bilərmi,  regionda  vahid  valyutanın  işləməsini  təmin  etmək 

olarmı? 

Bu  sualın  yeganə  və  bir  ümumi  cavabı  var:-regionda 

gələcəkdə  hərbi-siyasi  və  iqtisadi  ittifaqın  yaradılması  daha  çox 

Türkiyə və Rusiyadan asılıdır. 




 

145


Bu fikrin əsasları: 

Türkiyənin ABŞ-la hərbi-siyasi əməkdaşlığı Rusiyanı və İranı 

narahat edir. Buna görə də hər iki dövlət çalışır ki, Türkiyənin və 

Türkiyə 


vasitəsilə 

ABŞ-ın 


Cənubi 

Qafqaza 


gəlməsini 

əngəlləsinlər. Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin əsasında 

məhz  bu  amil  dayanırdı.  İran  hərbi  aviasiyasi  tərəfindən  2000-ci 

illərin  başlanğıcında  Azərbaycan  sərhədlərinin  pozulması  və 

Xəzər  dənizində  geoloji  kəşfiyyat  işləri  aparan  Böyük  Britaniya 

şırkətinə  təzyiqlərin  edilməsinın  əsasında,  eləcə  də  Rusiya  və 

İranın  Dağlıq  Qarabağa  dair  mövqelərinin  əsasında  da  məhz  bu 

siyasət dururdu. Türkiyə öz siyasi orbitini dəyişərsə, yəni NATO-

dan  çıxarsa,  Rusiya  və  İranla  hərbi-siyasi  əməkdaşlığa  üstünlük 

verərsə,  Cənubi  Qafqazda  gələcəkdə  Türkiyə,  İran,  Rusiya, 

Azərbaycan,  Gürcüstan  və  Ermənistandan  ibarət  hərbi-siyasi 

ittifaq  yarana  bilər.  Bunun  səbəblərini  aşağıdakı  şəkildə  izah 

etmək olar:  

Birincisi,  Türkiyənin  NATO-dan  çıxması  Rusiyanın  istədiyi 

əsas məsələdir. Türkiyə Rusiyanın cənubu, ümumi Qafqaz siyasəti 

üçün bir maneədir. Rusiyanın dövlətçilik və regional maraqlarına 

zərbə vurur. Türkiyənin arxasında isə ABŞ dayandığından Rusiya 

çox narahat olur. Türkiyə öz siyasətini dəyişərsə, Rusiya və İranla 

əməkdaşlığa  üstünlük  verərsə,  Rusiya  və  İran  tərəfindən  Cənubi 

Qafqaza  təzyiqlər  azala  bilər.  Bölgədə  böyük  əməkdaşlıq 

platforması yaranar. Türkiyə ilə Rusiya arasındakı ittifaqa İran da 

razılıq  bildirər  və  bu  amil  İranın  da  region  maraqlarına  xidmət 

edər.  Onsuz  da  farsların  türklər  və  ruslarla  yaxınlıqdan  başqa 

çarələri  qalmaz.  Çin  isə  Rusiya  üçün  real  və  uzunmüddətli 

regional  müttəfiq  ola  bilməz.  Ruslarla  çinlilər  arasında 

qohumluğun  olması  da  mümkün  deyil.  Ancaq  Azərbaycan  və 

Mərkəzi Asiyanın türkdilli dövlətlərinə görə Rusiya da Türkiyə ilə 

yaxınlığa  maraq  göstərər.  İran  ümumiyyətlə,  yaxınlıq  dalğasına 

özü  qoşulmağa  məcbur  olar.  Belə  olan  halda,  ABŞ  İranı  ələ 

keçirməyə  cəhd  etsə  də  alınmaz.  Ola  bilər  ki,  ABŞ  ərəblərdən 

istifadə etməklə, İranı öz tərəfinə çəkməyə cəhd edər. Lakin ABŞ-

ın  cəhdi  heçə  enər.  Ərəblərlə  İran  arasında  soyuqluq 



 

146


münasibətləri,  dini  baxış  fərqləri  (şiə  və  sünnə  məzhəblərinin 

olması)  buna  imkan  verməz.  Eynilə  ərəb  dünyasının  özündə  də 

birlik  mövcud  deyildir.  Ərəb  dünyası  güc  mərkəzi  rolunda  çıxış 

edə  bilmir.  Türkiyə  isə  güc  mərkəzi  ola  bilər.  Bir  məsələni 

unutmaq  olmaz:  -Türk  dünyası  digər  dünyalara  nisbətən  slavyan 

dünyası ilə, xüsusilə, ruslarla daha yaxşı yaxınlıq edə bilər. Çünki 

tarixi, coğrafi, dini amillər belə qənaətə gəlməyə əsas verir.  

İ

kincisi,  Türkiyəni  ABŞ  yalnız  Rusiya,  İran  və  Yaxın  Şərq 

siyasəti  üçün  istifadə  edir.  Türkiyənin  inkişafına  kömək  etmir  və 

türk  dünyasının  güclənməsindən  ehtiyatlanır.  Avropa  İttifaqının 

aparıcı  dövlətləri  olan  Böyük  Britaniya,  Fransa,  Almaniya 

Türkiyənin  Avropa  İttifaqına  daxil  olmasında  maraqlı  deyillər. 

Türkiyəyə  ümid  verməklə,  bu  dövlətin  regiondakı  gücünə  zərbə 

vurmağa  çalışırlar.  Digər tərəfdən  də  Türkiyənin  inkişaf etməmiş 

cəmiyyəti,  dini  mənsubiyyəti,  iqtisadi  cəhətdən  geriliyi  də 

Türkiyənin  Avropa  İttifaqına  girməsinə  mane  olur.  Türkiyə  ilə 

Avropa  cəmiyyətləri  arasında  kəskin  inkişaf  fərqləri  vardır. 

Türkiyə  öz  xarici  siyasət  kursunu  dəyişərsə,  Rusiya  və  İran  ilə 

yaxınlıq  edərsə,  Rusiya  və  İran  tərəfindən  dəstəklənər.  Belə  ki, 

Rusiya  ilə  Türkiyə  arasında  iqtisadi,  siyasi  və  hərbi  əməkdaşlıq 

güclənər.  Rusiyanın  iqtisadi  layihələrində  Türkiyənin  payı  artar, 

Türkiyə  iş  adamları  üçün  böyük  imkanlar  əldə  olunar.  Rusiya 

Türkiyəyə  atom  energetikası,  eləcə  də  nüvə  silahı  istehsalı 

sahəsində  (beynəlxalq  təhlükəsizlik  balansını  yaratmaq  üçün), 

raket  texnologiyasının  əldə  olunması  sahəsində  köməklik  edər. 

Təcrübə  də  göstərir  ki,  Rusiya  ABŞ-la  düşmən  olan  İrana  nüvə 

silahının  əldə  olunması  üçün  köməklik  göstərir.  Bu  baxımdan 

regionda  iqtisadi  ittifaqın  yaradılması  hərbi  ittifaqdan  asılıdır. 

Rusiya, Türkiyə və İran arasında hərbi-siyasi ittifaqın yaradılması 

ilə  Cənubi  Qafqaz  da  bu  ittifaqda  birləşə  bilər.  Belə  olan  halda 

Dağlıq Qarabağ münaqişəsi də öz ədalətli həllini tapa bilər.  



Üçüncüsü,  Türkiyə  ərazisində  Rusiya  hərbi  bazaları  yerləşər 

ki, bu da Türkiyənin təhlükəsizliyinə tam təminat verər.  



Dördüncüsü,  daima  ABŞ  və  Qərbi  Avropa  tərəfindən  dini 

ayrıseçkilik  siyasətinə  məruz  qalmış,  Avropa  İttifaqına  yaxın 




Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə