Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə45/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   41   42   43   44   45   46   47   48   ...   204

 

135


Maraqların  zaman  və  şəraitə  uyğun  olaraq  parçalanması  və 

birləşməsi  prosesləri  də  sürətlə  həyata  keçirilir.  Eyni  zamanda 

siyasi  hadisələrin  trayektoriyalararası  keçid  prosesləri  və  siyasi 

hadisələrin məntiqi əvəzlənməsi prosesləri də baş verir.  

  

Prezident  İlham  Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə 

yaranacaq  dörd  siyasi  inkişaf  dalğası  ilə  Azərbaycan 

dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə çata biləcəkdir 

 

Azərbaycanın  gələcək  inkişafı  üçün  şərti  olaraq  adlanan  və 



ifadələnmələri  proseslərin  məzmununa  uyğun  gələn  “Şose  yol”, 

“Su”, “Ərinti”, “Fəza” inkişaf dalğaları  

 

Ümummilli Liderimiz Heydər Əliyevin dövlətimizə rəhbərlik 



etdiyi  1969-1987,  1993-2003-cü  illərdə  Azərbaycan  özünün  bir 

neçə inkişaf mərhələsini yaşayıbdır. Xüsusilə, Sovetlər dönəmində 

Milli  Liderimizin  Azərbaycan  iqtisadiyyatında  və  təsərrüfatında 

həyata keçirdiyi islahatlar, mərkəzi Sovet hakimiyyətinin diqqətini 

cəlb  etməsi  və  ölkəmizdə  çoxlu  sayda  sənaye,  ticarət,  xidmət 

müəssisələrinin,  sosial  sahələrin  yaradılması  üçün  investisiyanı 

cəlb  etmək  siyasəti  nəticəsində  Azərbaycanda  geniş  elm, 

iqtisadiyyat,  sosial,  təhsil  hərəkatları  yarandı.  Bu  hərəkatlar 

sayəsində  çoxlu  sayda  iqtisadiyyat,  sosial,  infrastruktur,  elm, 

təhsil, səhiyyə, mədəniyyət incəsənət və digər sahələri əhatə edən 

böyük  obyektlər  meydana  gəldi.  Həmin  yaranmış  obyektlərin 

özləri  də  yeni-yeni  sahələr  üzrə  istiqamətlənmiş  inkişaf 

dalğalarının  meydana  gəlməsinə  səbəb  oldu.  İstehsal,  xidmət, 

səhiyyə, mədəniyyət və elm obyektlərinin sayının çoxaldılması və 

vasitələrin  hərəkətə  gətirilməsi  sayəsində  bir-birini  tamamlayan 

inkişaf  dalğaları  cəmiyyəti  bürüdü.  Sonradan  bu  inkişaf 

dalğalarının  yaratdıqları  vasitələr  növbəti  inkişaf  dalğaları  üçün 

əlavə baza və qatlı vasitələr rolunu oynadı. 1994-cü ildən-“Əsrin 

müqaviləsi” imzalandıqdan sonra ölkəmiz yenidən növbəti inkişaf 

dalğaları  ilə  üzləşməyə  başladı.  Çünki  inkişaf  dalğalarını  əmələ 

gətirəcək yeni baza vasitələri tədricən yarandı və əlaqəli sahələrdə 



 

136


hərəkətləri  canlandırdı.  Məsələn,  həmin  dövrdə  ölkəmizə 

rəhbərlik  edən  Heydər  Əliyev  1994-cü  il  sentyabrın  20-də 

müqavilə  imzalanarkən  öz  nitqində  belə  bir  fikir  bildirirdi: 

“Müqavilənin 

imzalanması 

Azərbaycan 

Respublikasının 

həyatında,  iqtisadiyyatında  və  xüsusən  neft  sənayesində  yeni  bir 

mərhələ  açır..” 

1

 Bu  fikir  o  mənanı  verirdi  ki,  neft  müqaviləsinin 



icrası sayəsində yeni-yeni inkişaf dalğaları meydana gələcəkdir və 

ölkəyə  qoyulan  investisiyalar  nəticəsində  yaranan  obyektlər 

əlaqəli sahələr üçün əlavə baza vasitələri rolunda çıxış edəcəkdir. 

Doğrudan  da  neft  strategiyasının  uğurlu  inkişafı  sayəsində 

Azərbaycanda  inkişaf  dalğaları  bir-birini  əvəz  etmişdir  və  dövlət 

büdcəsi həcmi (məbləği) sürətlə artmışdır.  

Ümummili  Liderimiz  Heydər  Əliyevin  banisi  və  qurucusu 

olduğu müstəqil Azərbaycan Respublikası xüsusilə, 2003-2009-cu 

illərdə  özünün  sürətli  inkişaf  dövrünü  yaşadı.  Bu  da  üst-üstə 

toplanmış  baza  vasitələrinin  və  kənar  hərəkətverici  vasitələrin 

(neftdən gələn gəlirlər) çoxalması ilə əlaqədar oldu. 2008-ci ildən 

kəskinləşən  dünya  iqtisadi  böhranı  bütün  ölkələrə  böyük  təsirlər 

etməsinə baxmayaraq Azərbaycan dövləti öz iqtisadi dayanıqlığını 

nümayiş  etdirdi  və  böhranın  təsirləri  ölkə  üçün  çox  olmadı.  Bu 

baxımdan  prezident  İlham  Əliyev  Nazirlər  Kabinetinin  2009-cu 

ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına  həsr  olunmuş  iclasında 

bildirmişdi:  “Azərbaycanda  aparılan  ciddi  sosial-iqtisadi  isla-

hatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya 

iqtisadiyyatının  tərkib  hissəsi  olan  ölkəmizdə  2009-cu  ildə  çox 

düzgün  və  vaxtında  atılmış  addımlarla  iqtisadi  maraqlarımızı 

qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. 

Əksinə,  2009-cu  ildə  Azərbaycan  əhalisinin  sosial  vəziyyəti  daha 

da yaxşılaşdı. Qarşıda duran bütün sosial proqramlar icra edildi. 

Ölkəmiz  2009-cu  ildə  də  sürətli  inkişaf  etməyə  davam  edirdi,  bu 

dinamika saxlanılırdı. 2009-cu ilin yekunlarına görə, Azərbaycan 

dünya  miqyasında  ən  sürətli  inkişaf  edən  ölkələr  sırasındadır. 

                                                 

1

 Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  nitqi.  Heydər 



Əliyev.  Azərbaycan  nefti  dünya  siyasətində.  “Azərbaycan  nəşriyyatı  -1997, 

səh. 26. 


 

137


Bunu  əyani  şəkildə  göstərmək  üçün,  sadəcə,  iqtisadi  və  sosial 

göstəricilərə  baxmaq  kifayətdir.  2009-cu  ildə  Azərbaycanda 

ümumi daxili məhsul istehsalı 9,3 faiz artmışdır. Hesab edirəm ki, 

bu,  tarixi  nailiyyətimizdir.  Bu,  bir  daha  sübut  edir  ki,  bütün 

uğurlarımızın  təməlində  düşünülmüş  siyasət  və  düzgün  atılmış 

addımlar  dayanır”

1

 Azərbaycan  neft  sənayesinin  sürətli  inkişafı 



digər sahələr üçün qatlı baza vasitələrinin və yeni-yeni dalğaların 

meydana  gəlməsinə  səbəb  olmuşdur.  Məsələn,  Azərbaycanın 

Sənaye  və  energetika  naziri  Natiq  Əliyevin  məlumatına  görə, 

2009-cu  ilin  9  ayı  ərzində  37  milyon  876  min  ton  neft  hasil 

edilmişdir.

2

 Nəzərə  almaq  lazımdır  ki,  dünya  iqtisadi  böhranına 



baxmayaraq,  iqtisadi  inkişaf  səviyyələrinə  görə  ABŞ,  Çin, 

Yaponiya  kimi  ölkələr  ilk  üçlüyə  daxil  oldular.  Belə  bir  fikir  də 

səslənirdi  ki,  2009-cu  ildə  artım  tempinə  görə  Çin  iqtisadiyyatı 

Yaponiyanı keçmiş və ikinci yerə çıxmışdır. 2009-cu ildə iqtisadi 

artım  8,7  faiz  təşkil  etmişdir.

3

 Qərb  mütəxəssislərinin,  iqtisad-



çılarının fikrincə, hal-hazırda isə dünya iqtisadi böhranının qarşısı 

alınıb,  dünya  iqtisadiyyatında  təkrar  irəliləmələr  müşahidə  edilir. 

Neftə  tələbat  artdığından,  dünya  bazarında  bu  məhsulun  qiyməti 

də artır.  

Qeyd  edildiyi  kimi,  cəmiyyətin  siyasi  cəhətdən  inkişafı  baza 

vasitələrdən,  vasitələrin  həcmindən,  onların  hərəkətə  gətirilməsi 

xüsusiyyətlərindən və istiqamətlərindən asılıdır. Baza vasitələrinin 

hərəkətə  gətiririlməsi  sayəsində  inkişaf  dalğaları  meydana  gəlir.

4

 

Azərbaycanda  meydana  gələcək  növbəti  inkişaf  dalğaları  cəmiy-



                                                 

1

 E.Hacıalıyev.  Azərbaycan  ötən  il  də  dünyanın  ən  sürətli  inkişaf  edən 



ölkələri  sırasında  yer  almışdır.  “Azərbaycan”  qəzeti,  №  16,  22  yanvar  

2010-cu il. 

2

 Azərbaycan  Prezidenti  İlham  Əliyevin  sədrliyi  ilə  Nazirlər  Kabinetinin 



2009-cu  ilin  doqquz  ayının  sosial-iqtisadi  inkişafının  yekunlarına  həsr 

olunmuş geniş iclası keçirilmişdir. “Xalq qəzeti”, №231, 17 oktyabr 2009-cu 

il. Sənaye və energetika naziri Natiq Əliyevin nitqi. 

3

 Çin iqtisadiyyatı dünyada ikinci yerə çıxır. “Azərbaycan” qəzeti, № 16, 22 



yanvar 2010-cu il. 

4

 Nəsibov  E.M.  Siyasətin  tərkib  hissələrinin  hərəkət  xüsusiyyətləri.  Bakı, 



“Elm və Təhsil” -2010, 116 səh., səh.103-110. 


Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə