Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə41/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   37   38   39   40   41   42   43   44   ...   204

 

123


artan  vasitələr  digər  sahələrdə  mövcud  olan  vasitələrlə  qarşılıqlı 

şəkildə  əlaqəli  olaraq  hərəkət  edirlər.  Bu  zaman  hərəkət 

trayektoriyasında siyasi hadisələr də böyük təsirilərə malik olacaq 

səviyyədə  mövcud  olur.  Nəzərə  almaq  lazımdır  ki,  ardıcıl  baş 

verən  qarşılıqlı  hərəkət  zamanı  yenə  də  əlavə  trayektoriyaların 

meydana  gəlməsi  prosesləri  baş  verir.  Sahələrin  sayı  çoxaldıqca, 

hərəkət  trayektoriyalarının  sayı  da  müvafiq  qaydada  çoxalır  və 

qarşılıqlı və əlaqəli fəaliyyət sayəsində siyasi inkişafa nail olunur. 

Qeyd  edildiyi  kimi,  siyasi  inkişaf  əsasən  yeni  ideologiyadan  və 

təcrübədən  əmələ  gələn,  təbii  proseslər  yolu  ilə  üzə  çıxan 

vasitələrin  sayının  çoxaldılması  ilə  müşahidə  edilən  bir 

vəziyyətdir. Bu baxımdan sahələrin sayı artdıqca həmin sahələrdə 

törədilən siyasi hadisələrin də sayı artır və həcmi böyüyür. Siyasi 

vasitələrin  sayı  çoxaldıqca  ümumi  siyasi  müstəvidə  enerjinin 

miqdarı  da  artır  və  ümumi  siyasi  vasitələrə  təkan  imkanları  da 

genişlənir. Ümumi şəkildə vasitələrin sayının çoxalması sayəsində 

hərəkət  sürəti  də  artır  və  nəticədə  maraqları  daha  da  tez  şəkildə 

təmin  etmək  imkanları  yaranır.  Hərəkət  sahələrinin  artması  digər 

sahələrdə  baza  trayektoriyalarının  sayının  artmasına  gətirib 

çıxaracaqdır.  Eyni  zamanda  hərəkətin  sürətli  olmasını  təmin 

etmək  üçün  hərəkət  yollarında  “Şose  yol”  prinsipinin  tətbiqi 

münasibdir.  Bu  o  deməkdir  ki,  vasitələrin  hərəkəti  üçün  geniş 

trayektoriyalar yaranır. Bu trayektoriyaları da baza trayektoriyalar 

hesab  etmək  olar.  Siyasi  hakimiyyət  “Şose  yol”  inkişaf  dalğasını 

meydana  gətirmək  üçün  siyasi  alətlər olan  “siyasi qreyderlər”dən 

istifadə  edirlər.  Qreyder,  texniki  mənada,  torpaq  yolları  qazımaq 

və  hamarlamaq  üçün  istifadə  olunan  maşındır.  Siyasi  qreyderlər 

əsasən güclü mütəxəssislər olmalıdırlar. Dövlət hakimiyyəti siyasi 

şoseni çəkmək üçün ilk növbədə “konstruktor” rolunu oynayır və 

həmçinin  iş  proseslərini  tənzimləyir.  Ümumiyyətlə,  enerji 

qüvvələrinin həcminin artmasının vasitələrin sayı və keyfiyyəti ilə 

əlaqəli  olduğunu  hesab  edərək  qeyd  etmək  olar  ki,  sahələrin 

sayının  çoxalması  ilə  vasitələrə  təkan  verən  qüvvələrin  də  sayı 

arta bilər. Sahələrin sayının artması ilə yeni maraq sahələri yarana 

bilər  ki,  nəticədə  əvvəlki  sahələrdə  də  vasitələrin  hərəkətinin 



 

124


güclənməsi  üçün  emosiyanın  artmasına  səbəb  ola  bilər. 

Emosiyaların  böyüməsi,  vasitələrdə  qıcıqların  yaranması  və 

çoxalması  vasitələrin  sayının  artmasına,  tələbat  və  maraqların 

genişlənməsinə,  eləcə  də  müxtəlif  tərkibə  malik  olan  vasitələrin 

hərəkətlərinin  sürətlənməsinə  səbəb  olur.  Siyasət  müstəvisində 

daha  çox  vasitələrin  hərəkətə  gəlməsi  ilə  bütün  əlaqəli  sahələrdə 

inkişafa nail olmaq mümkündür. Bu baxımdan da vasitələrin sayı 

artdıqca  törəmə  siyasətini  gücləndirmək  və  bunun  üçün 

vasitələrin  hərəkətlərini  əlavə  sahələrə  yönəltmək  məqsədə-

uyğundur.  Bu  anda  maraqlar  zamana  müvafiq  olaraq  daha  tez 

təmin edilə bilər. Sahələrin sayı çoxaldıqca vasitələri həm dartma, 

həm də itələmə qüvvəsi də artır, vasitələrin hərəkəti genişlənir. Bu 

zaman  ümumi  siyasi  mühitdə  fəalllıq  müşahidə  edilir.  Sahələrin 

sayı 


çoxaldıqca 

tələbatlara 

müvafiq 

olaraq 


maraqların 

parçalanması və yaxud birləşməsi prosesləri də genişlənir. Sürətlə 

təmin  edilən  ardıcıl  maraqlar  sayəsində  siyasi  aktivlik  müşahidə 

edilir  və  siyasi  inkişaf  təmin  edilir.  Siyasi  inkişaf  ardıcıl  və 

arasıkəsilməz,  çoxtərkibli  və  çoxistiqamətli  proses  olduğundan 

maraqların  təmin  edilməsi  prosesi  də  ardıcıl  xarakter  alır. 

Sahələrin  sayı  artdıqca  həmin  sahələrə  təsiretmə  mexanizmi 

meydana gəlir. Təsiretmə zamanı vasitələrin imkanları böyüyür və 

hərəkət  sferaları  da  genişlənir,  yeni  sahələr  yaranır.  Vasitələr 

həmin  sahələrə  də  istiqamətlənir  və  yeni-yeni  müxtəlif  tərkibli 

vasitələr  meydana  gəlir.  Sahələrin  sayı  artdıqca  siyasəti  törətmə 

vasitələrinin,  eləcə  də  siyasəti  törətmə  mərkəzlərinin  (subyekt-



lərinin),  həmçinin  obyektlərinin  də  sayı  artır.  Subyektlərlə 

obyektlər  arasında  qarşılıqlı  münasibətlərin  in  genişlənməsi 

sayəsində  hərəkət  də  böyüyür.  Ümumiyyətlə,  siyasi  inkişaf 

vəziyyətini  təmin  etmək  üçün  siyasət  törətmə  mərkəzlərinin 

sayının  çoxaldılması  mərkəzləri  arasındakı  münasibətlərdə 

konsentriklik  (ümumi  mərkəzlilik)  proseslərinin  güclənməsi  ilə 

müşahidə  olunmalıdır.  Siyasət  törətmə  mərkəzlərinin  sayının 

çoxalması  yeni-yeni  ideologiyaların  və  yeni  iş  təcrübələrinin  də 

meydana gəlməsinə səbəb olur. Burada mərkəzlərin hərəkətlərinin 



konsolidasiyası  (birləşməsi)  ümumi  siyasi  kompleksiyanın 


 

125


(siyasi  hadisələrdən  və  obyektlərdən  ibarət  olan  vahdi  bir 

quruluşun)  fəaliyyətinin  genişlənməsinə  səbəb  ola  bilər. 

Ümumiyyətlə,  yeni  iş  təcrübələrinin  də  mövcudluğu  öz 

növbəsində  həmin  sahələrdə  yeni  ideologiyaların  yaranmasına 

səbəb  olmaq  imkanlarına  malikdir.  Yeni-yeni  sahələr  meydana 

gəldikcə  həmin  sahələrdə  yaranan  elmi-nəzəri  və  təcrübi  biliklər, 

təlimlər  digər  sahələrdə  də  tətbiq  edilir.  Nəticədə  elmi-nəzəri  və 

təcrübi biliklər mübadiləsi zamanı ümumilikdə sahələrin inkişafı 

təmin  edilir.  Bütün  sahələrin  inkişafı  da  nəticədə  siyasi  inkişafı 

əmələ  gətirir.  Nəzərə  almaq  lazımdır  ki,  dövlətin  siyasi  inkişafı 

onun cəmiyyətində mövcud olan bütün sahələrin birləşmiş şəkildə 

inkişafı ilə bağldır. Dövlətin siyasi inkişafı onun bütün sahələrində 

tətbiq  edilən  “şaxələnmə”  trayektoriyası  ilə  sıx  əlaqəlidir  ki,  bu 

trayektoriyaların  da  məzmunu  yeni  sahələrin  yaradılması  prinsipi 

ilə  eynidir.  Bir  məsələni  də  qeyd  etmək  olar  ki,  yeni  sahələrin 

yaradılması  ilə  həmin  sahələr  üzrə  yeni  obyektlərin  yaradılması 

prosesləri də baş verir.  Yeni sahələrdə birləşmiş  obyektlər (eyni 

və oxşar məzmunlu siyasi hadisələr törədən) meydana gəlir ki, bu 

obyektlər  də  yeni  siyasi  vasitələrin  törəməsində  və  eləcə  də 

hərəkət  istiqamətlərinin  meydana  gəlməsində  mühüm  əhəmiyyət 

kəsb edir.  



 

Siyasi inkişaf prosesləri üçün dövlətlərin xarici siyasət 

fəaliyyətinin genişləndirilməsinin əsasları 

 

Müasir zamanda beynəlxalq münasibətlər sahəsində baş verən 

hadisələr  çoxtərkiblidir  və  bu  baxımdan  çoxistiqamətlidir.  Bu  da 

onunla  izah  olunur  ki,  dövlətlər  öz  daxili  siyasət  istiqamətləri, 

sahələri  üzrə  bir-biriləri  ilə  əlaqələr  yaradırlar,  münasibətlər 

qururlar. Müasir zamanda inkişafı qarşısına məqsəd qoyan heç bir 

dövlət  siyasi  avtarkiyaya  (Siyasi  avtarkiya  (yun.  autarkeia 

özündən  məmnun  olma)-ölkənin  iqtisadi,  sosial  və  mədəni  təcrid 

edilməsi  siyasəti,  onun  beynəlxalq  əlaqələrdən,  dünya  bazarı  və 

beynəlxalq  kooperasiyadan  təcrid  olunması)  yol  verməməlidir. 

Dövlətin  əsas  vəzifəsi  daxildə  vətəndaşlarla,  digər  sakinlərlə 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə