120
çoxaldılması isə bir-birinin ardınca siyasi inkişaf dalğalarının
gəlməsini təmin edəcəkdir. Tələbat ödənildikcə siyasi vasitələrin
sayı artacaq və bu prosesə müvafiq olaraq siyasi vasitələrin sayı
da artacaqdır. Nəticədə artmaqda olan siyasi vasitələrin hərəkətə
gəlməsi və hərəkətə gətirilməsi sayəsində əlavə tələbat amilləri
meydana gələcəkdir. Tələbatın ödənilməsi istəyi və marağı isə
siyasi hərəkətlərin genişlənməsini zəruri edəcəkdir. Tələbatların
genişlənməsi, sayının çoxaldılması siyasi vasitələrin sayının
çoxaldılmasından və marağın forma və məzmunundan asılıdır.
Maraq hansı sahələri əhatə edərsə, tələbat da həmin sahələrə və
obyektlərə yönələcəkdir. Tələbat amili şərait amili ilə əsaslı olaraq
bağlıdır. Belə ki, tələbatların ödənilməsi üçün mütləq şəkildə
addımların atılması, siyasi aktların törədilməsi lazımdır. Bu
baxımdan da zərurət amili də mühüm rol oynayır. Siyasi inkişaf
prosesini təmin etmək üçün zərurət amilinin artması və
genişlənməsi də mühümdür. Zərurət şərait və tələbatdan yaranır.
Zərurət marağı təmin etmək üçün meydana gəlir. Bu baxımdan da
siyasi inkişaf daima artan tələbat, zərurət və maraq amili ilə
bağlıdır. Hər üç amilin artması üçün mütləq şəkildə siyasi
vasitələrin müəyyən istiqamətlər üzrə hərəkət tempini sürətlən-
dirmək lazımdır. Siyasi vasitələrin hərəkət tempinin sürətləndiril-
məsi, onların siyasi aktlar törətməsinin sürətləndirilməsi və
ardıcıllığı siyasi mühitin daima dinamikliyini təmin edir. Tələbat
amilinin çoxaldılması siyasi sistemin ümumi aktivliyini zəruri
edir. Siyasi sistemin ümumi aktivliyi isə cəmiyyətin inkişafını
zəruri edir. Tələbatın artması və şəraitin meydana gəlməsi siyasi
vasitələrdə müəyyən emosiya (reaksiya) yaradır. Bir daha qeyd
etmək lazımdır ki, emosiya siyasətin subyektlərinin hərəkət
etməsini zəruri edir. Çoxməzmunlu emosiya vəziyyətləri isə siyasi
inkişafa təkan verən əsas vasitələrdir. Siyasi inkişaf üçün siyasi
vasitələri hərəkətə gətirən əsas vəziyyət isə emosional
vəziyyətidir. Tələbatdan doğan bu vəziyyət tələb edir ki, şərait
yaransın və marağı təmin etmək üçün müvafiq hərəkətə keçilsin.
Siyasi inkişafın təmin eilməsi və siyasi inkişafın yaradılması üçün
qarşılıqlı tələbat sistemi mövcud olmalıdır. Bu isə o deməkdir ki,
121
tələbat bütün sahələrdə yaradılmalı və qarşılıqlı olaraq mövcud
olmalıdır. Siyasi inkişafın əsas xüsusiyyətlərindən biri də ondan
ibarətdir ki, bir sahədə yaradılmış tələbatın ödənilməsi
istiqamətində edilən siyasi hərəkət digər sahədə mövcud olan
tələbatın ödənilməsinə səbəb olur. Məsələn, iqtisadi sahədə
meydana gələn tələbatın ödənilməsi üçün atılan addımlar,
hərəkətlər təbii olaraq sosial sahədə mövcud olan tələbatın
ödənilməsinə
səbəb
olur.
Ümumiyyətlə,
siyasi
inkişaf
sistemləşmiş vasitələrin qarşılıqlı sürətli fəaliyyəti ilə təmin edilir.
Bu baxımdan da ümumi sistem çərçivəsində maraqların,
tələbatların, zərurət və şəraitlərin də sistemləşməsi prosesləri
mövcud olur. Sistemləşmə isə həmin amillərin qarşılıqlı əvəzləmə
və təkanvermə xüsusiyyətlərini meydana gətirir. Həmin amillərin
qarşılıqlı mövcudluğu siyasi inkişaf proseslərinin mexanizmini
yaradır. Bir hərəkət trayektoriyasında baş verən siyasi
hadisələrdən yaranan tələbat və tələbatlar uğrunda hərəkət digər
hərəkət trayektoriyasında zərurət və şəraitin meydana gəlməsini
zəruri edir. Bu baxımdan da qarşılıqlı əvəzləmə prosesləri sürətlə
həyata keçirilməlidir. Siyasi inkişaf zamanı şərait, tələbat, zərurət
və maraq amilləri sürətlə və qarşılıqlı olaraq artmalıdır. Bu
amillərin meydana gəlməsi üçün ilk növbədə siyasi vasitələr
tərəfindən normalar yaradılmalı və cansız siyasi vasitələrin
(sənədlərin) sayı da artırılmalıdır.
Siyasi inkişaf məqsədilə siyasi vasitələrin hərəkət
sahələrinin, məkanlarının çoxaldılması zərurətləri
Siyasi inkişaf bir çox canlı siyasi vasitələr tərəfindən digər
canlı və cansız siyasi vasitələrin sayının artırılması və buna
müvafiq qaydada törədilən siyasi hadisələrin sayının çoxalması və
böyüməsi ilə müşahidə edilən bir proses vəziyyətidir. Dövlətlərə
xas olan cəmiyyətlərdə maraqlar müxtəlif və sahələr üzrə qeyri-
məhdud olduğundan, vasitələrin də tərkibi genişlənmə və çoxalma
xüsusiyyətlərinə malikdir. Ümumiyyətlə istənilən dövlətin və
cəmiyyətin inkişafı üçün dövlət daxilində və beynəlxalq münasi-
122
bətlərdə çoxlu sayda hərəkət sahələrinin yaradılması zəruridir.
Sahələrin sayının artırılması ilk növbədə vasitələrin sayının
çoxaldılmasından asılı olur. Belə ki, vasitələrin sayı çoxaldıqca
hərəkət istiqamətləri və trayektoriyaları da çoxalır. Eyni və oxşar
istiqamətlər üzrə bir neçə hərəkət trayektoriyası cəmləşərək
ümumi forma və məzmun əmələ gətirir ki, bu da ümumi hərəkət
sahəsinin yaranmasını zəruri edir. Bu baxımdan siyasi inkişafa
nail olmaq üçün mütləq şəkildə hərəkət vasitələrinin sayını
çoxaltmaq və eyni, həmçinin oxşar tryektoriyalar üzrə siyasi
hadisələrin törədilməsini təmin etmək lazımdır ki, yaradılan enerji
hesabına və maraqlara görə əlavə trayektoriyalar, istiqamətlər
meydana gəlsin. Başqa sahələrdə mövcud olan və yeni vasitələr
əlavə yaradılmış trayektoriyalar üzrə hərəkətə gəlir, vasitələrin
sayının artması müşahidə edilir. Vasitələrin sayının artması da öz
növbəsində hərəkət axınını gücləndirir. Hərəkət axınının
güclənməsi sayəsində enerji qüvvəsi və enerji təsirləri artır.
Nəticədə ətrafda olan başqa vasitələr də hərəkət trayektoriyalarına
cəlb edilirlər. Hərəkət trayektoriyalarının artması yeni-yeni
sahələrin meydana gəlməsinə səbəb olur. Yeni sahələrin meydana
gəlməsi ilə həmin sahələrdə vasitələrin maraqlarının artması
prosesləri baş verir. Maraq artıqca əlavə tələbat yaranır və
vasitələr daha çox hərəkət edirlər. Maraq uğrunda mübarizə
güclənir və vasitələr həmin istiqamətlər üzrə hərəkətə cəlb
olunurlar. Dövlətdə və cəmiyyətdə əlavə maraq sahələrinin
yaradılması həm təcrübədən meydana gəlir, həm də yeni
ideologiyanın yaranmasından asılı olur. Yeni ideologiyanın
yaradılması
elmi-texniki
nailiyyətlərdən,
yeni
elmi-nəzəri
biliklərdən asılı olur. Yeni ideologiya meydana gəlir və vasitələr
öz maraqlarını həmin ideologiyalar üzrə təmin etməyə çalışırlar və
hərəkətlərini də müvafiq istiqamətdə edirlər. Bu baxımdan əlavə
sahələrin meydana gəlməsini təmin etmək üçün elmi bazanı
gücləndirmək tələb olunur. Elm vasitələrinin çoxluğu və gücü
sayəsində
müxtəlif
məkanlarda
cəmiyyətin
yeni
inkişaf
sahələrinin meydana gəlməsini təmin etmək olur. İnkişaf
sahələrinin sayı çoxaldıqca, sahələrin həcmi böyüdükcə sahələrdə
Dostları ilə paylaş: |