Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə39/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   35   36   37   38   39   40   41   42   ...   204

 

117


trayektoriyadan  digərinə  sürətlə  keçməlidir  və  keçmə  prosesində 

əvəzləmə  baş  verməlidir.  Siyasi  hadisələrin  bir  trayektoriyadan 

digərinə  keçmə  prosesləri  sürətləndirilməlidir  ki,  siyasi  tələbatlar 

ödənilsin. Siyasi tələbatlar isə siyasi maraqların təmin edilməsinə 

əsaslanır.  Siyasi  hadisələrin  bir  trayektoriyadan  digərinə  sürətlə 

keçməsi  üçün  bir  trayektoriyanın  özündə  də  siyasi  hadisələr 

sürətləndirilməlidir  və  həmin  hadisələr  əlaqəli  trayektoriyaya 

sürətlə  keçərək  əvəz  edilməlidir.  Siyasi  hadisələrin  bir-birini 

itələməsi prosesləri sürətləndirilməlidir ki, məqsədə qısa zamanda 

çatılsın.  Siyasi  hadisələrin  ötürülməsi  prosesləri  yaranmış 

şəraitdən  asılı  olduğundan  ötürülmə  proseslərini  sürətləndirmək 

üçün  daima  əlverişli  şərait  yaradılmalıdır.  Siyasi  hadisələr  bir 

trayektoriyadan  digərinə  keçərkən  mütləq  şəkildə  itələmə  və 

cəlbetmə  prosesləri  sürətləndirilməlidir.  Siyasi  hadisələrin 

ötürülməsi  prosesləri  ona  görə  sürətləndirilməlidir  ki,  siyasi 

hadisələr əlaqəli, bitişik trayektoriyalarda sürətlə törədilsin. Siyasi 

hadisələrin  təsir  qüvvələri  digər  trayektoriyadakı  siyasi  hadisələr 

üçün  təkanvericilik  rolunu  oynayır.  Bu  baxımdan  da  siyasi 

hadisələrin  sürətlə  ötürülməsi  prosesləri  baş  verməlidir.  Siyasi 

hadisələrin  ötürülməsi  prosesləri  isə  canlı  siyasi  vasitələr 

tərəfindən  siyasi  hadisələrə  verilən  reaksiyalardan  asılıdır.  Siyasi 

hadisə  törədilir  və  törədilmə  təsirləri  nəticəsində  digər  siyasi 

hadisələr  törədilir.  Hadisə  hadisədən  törəyir.  Bu  da  onunla  izah 

olunur  ki,  maraq  maraqdan  yaranır,  tələbat  tələbatdan  yaranır. 

Siyasi  hadisələri  ötürmə  proseslərinə  də  iki  aspektdən  yanaşmaq 

lazımdır:  birincisi,  siyasi  hadisələrin  bir  trayektoriyadan  digərinə 

keçərək  əvəz  olunması  (məsələn,  iqtisadi  sahədə  baş  verən 

hadisələrin  sosial  sahələrə  təsir  göstərməsi),  ikincisi  isə  siyasi 

hadisələri  törətmə  mərkəzləri  tərəfindən  siyasi  hadisələrin  digər 

mərkəzlərə  də  sürətlə  ötürülməsi  prosesləri  -siyasi  hadisələrin 

şaxələnmiş  strukturlarda  pilləli  trayektoriya  ilə  törədilməsi. 

Siyasət  mərkəzləri  digər  siyasət  mərkəzlərinə  siyasi  hadisələri 

törətmək üçün paylamaq proseslərini sürətləndirməlidirlər. Bu isə 

o  deməkdir  ki,  vəzifə  və  səlahiyyətlərin  bölgüsünə  müvafiq 

olaraq, siyasi hadisələrin iyerarxik olaraq törədilməsi, keçirilməsi 



 

118


prosesləri 

sürətləndirilməlidir. 

Sürətləndirilmə 

prosesləri 

nəticəsində  siyasi  hadisələrin  dövriyyəli  şəkildə  törədilməsi 

prosesləri  də  sürətləndirilir  və  siyasi  vasitələrin  sayı  da  artırılır. 

Bu  baxımdan  da  siyasi  hadisələrin  törədilmək  üçün  ötürülməsini 

təmin  edən  vasitələrin  də  sayı  da  artırılır.  Siyasi  vasitələrin 

dövriyyəli 

hərəkətlərinin 

zamana 

görə 


qısaldılması, 

sürətləndirilməsi  sayəsində  siyasi  inkişaf  təmin  edilir.  Siyasi 

hadisələrin  əlaqəli  şəkildə  mərkəzlərdən  mərkəzlərə  sürətlə 

ötürülməsi  sayəsində  mərkəzlərdə  siyasi  hadisələrə  təkanvericilik 

də  artır,  siyasəti  icra  edən  şəxslərdə  emosiya  artır,  münasibət 

fəallaşır  və  hərəkət  güclənir.  Nəticədə  siyasi  hadisələrin 

trayektoriyalar  üzrə  ardıcıl  törədilməsi  prosesləri  sürətlənir. 

Sürətlənmiş  proseslər  isə  siyasi  vasitələrin  qısa  bir  zamanda 

artmasını,  sayının  çoxaldılmasını  təmin  edir.  Siyasi  hadisələrin 

mərkəzlərdən  ötürülmə  prosesləri  vaxtında  və  sürətlə  həyata 

keçirilməlidir.  Vaxtında  və  sürətli  ötürülmələr  isə  vasitələrin 

meydana  gəlməsini  təmin  etməyə  şərait  yaradır.  Siyasi  inkişafı 

təmin  etmək  məqsədilə  siyasətin  subyektləri-siyasəti  hazırla-

yanların hər biri öz səlahiyyətlərinə müvafiq olaraq ardıcıl şəkildə, 

pilləli  tratyektoriyaya  əsasən  şaxələndirilmiş  strukturlarda  siyasi 

aktlar  törətməlidirlər.  Siyasi  hadisələrin  ardıcıl  törədilməməsi  isə 

siyasi  vasitələrin  ardıcıl  olaraq  yaranmasının  və  hərəkətə 

gətirilməsinin  qarşısını  ala  bilir.  Bir  siyasi  hadisənin  digər  siyasi 

hadisəni  törətməyə  şərait  yaratması  və  eləcə  də  bir  siyasi 

hadisənin  bir  neçə  siyasi  hadisə  üçün  təkanvericiliyi  səbəbindən 

siyasi  aktların  tez-tez  törədilməsi  zəruri  olur.  Bir  sahədə  siyasi 

hadisələr  sürətlə  törədilir  və  digər  sahələrdəki  hadisələrə  təkan 

verir.  Bu  baxımdan  da  siyasi  hadisələrin  trayektoriyalarda  ardıcıl 

olaraq törədilməsini təmin etmək məqsədilə mütləq şəkildə siyasi 

hadisələr  törədilmək  məqsədilə  mərkəzlərdən  mərkəzlərə,  siyasi 

şəxslərdən  şəxslərə  tez-tez  ötürülməlidir.  Siyasi  inkişaf  vəziyyəti 

ardıcıl  davam  edən  və  müxtəlif  forma  və  məzmunlu  siyasi 

hadisələrdən  yaranır.  Siyasi  inkişaf  zamanı  meydana  gələn 

maraqları  təmin  etmək  məqsədilə  yaradılmış  siyasi  hadisələri 

törətmə  mərkəzlərinin  sayının  çoxaldılması  ümumilikdə  siyasi 




 

119


sistemin  genişlənməsinə  səbəb  olur.  Siyasi  sistem  genişləndikcə 

hərəkət  vasitələrinin  sayı  və  hərəkət  obyektlərinin  sayı  da  artır. 

Siyasi  vasitələr,  siyasi  subyektlər  isə  siyasi  hadisələri  törətmək 

üçün  tez-tez  ötürmə  proseslərini  həyata  keçirirlər.  Siyasi 

hadisələrin törədilmək üçün mərkəzlərə vaxtında ötürülməsi siyasi 

hadisələrin  trayektorik  dövriyyə  ilə  törədilməsini  təmin  edir. 

Siyasi  hadisələrin  törədilmək  üçün  mərkəzlərdən  mərkəzlərə 

ötürülməsi 

siyasi 

hadisələrin 



ardıcıl 

törədilməsi 

üçün 

təkanvericilik  amilini  zəruri  edir.  Siyasi  hadisələri  törədilmək 



üçün  ötürmə  proseslərinin  gücləndirilməsi  siyasi  inkişaf  dalğa-

larının  meydana  gəlməsini  zəruri  edir.  Siyasi  inkişaf  dalğaları 

siyasi  hadisələrin  dövriyyəli  qaydada  ötürülməsindən  formalaşır. 

Təkrar  dövriyyəli  hərəkətlər  siyasi  inkişaf  dalğalarının  yaranması 

vasitələrinin  güclənməsini  və  sayının  çoxaldılmasını  təmin  edir. 

Siyasi  hadisələrin  vaxtında  ötürülməsi  siyasətin  subyektləri 

arasında  qarşılıqlı  münasibətlərin  inkişafını  təmin  edir  və 

münasibətlərin  forma  və  məzmununu  formalaşdırır.  Həmçinin 

siyasi hadisələrin ötürülmə proseslərinin gücləndirilməsi siyasətin 

subyektlərində məsuliyyət amilini meydana gətirir.  



 

Siyasi inkişafı zəruri edən tələbatın çoxaldılmasının  

ə

sasları 

 

Siyasi inkişaf təbəqəli, qatlı, geniş tərkibli, çoxsahəli maraq və 



tələbatdan  asılıdır.  Canlı  siyasi  vasitələr  maraq  və  tələbatın 

ödənilməsi üçün müəyyən hərəkətlər edirlər. Maraq və tələbatların 

ödənilməsi  naminə  siyasətin  subyektləri  öz  aralarında  müvafiq 

əlaqələr  qururlar,  münasibətlər  formalaşdırırlar.  Siyasi  inkişafı 

yaratmaq  və  siyasi  inkişaf  vəziyyətini  təmin  etmək  üçün 

tələbatların  sayının  çoxaldılması  zəruridir.  Tələbatların  sayının 

çoxaldılması,  maraqların obyekt  və  sahələrinin çoxaldılması  təbii 

olaraq  siyasətin  subyektlərinin  aktlarının  da  sayını  çoxaldacaqdır 

və  zəruri  edəcəkdir.  Maraq  və  tələbat  amilləri  çoxaldıqca  siyasi 

hərəkətlər  genişlənəcək  və  siyasi  aktlar  sayəsində  siyasi 

vasitələrin  də  sayı  çoxaldılacaqdır.  Siyasi  vasitələrin  sayının 



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə