141
Regional ittifaqların əhəmiyyətini nəzərə alaraq, əksər dünya
dövlətləri də beynəlxalq münasibətlərdə öz mövqelərini möhkəm-
ləndirmək üçün iqtisadi və hərbi-siyasi ittifaqlarda cəmləşməyə,
toplaşmağa üstünlük verirlər. Belə ki, hətta Fransa da NATO ilə
təkrar olaraq hərbi əməkdaşlığa qayıdıb və Alyansın hərbi
qurumuna qoşulub. Fransa XX əsrin 60-cı illərində prezident Şarl
De Qolun zamanında NATO-nun hərbi qurumunda iştirakdan
imtina haqqında qərar qəbul etmişdi. Fransa öz qoşunlarını
NATO-nun hərbi hissələrindən çəkmişdi.
NATO hal-hazırda öz üzvlərinin sayını artırıb. Rusiya da
NATO və Avropa İttifaqına alternativ ola biləcək böyük bir siyasi
qurumun yaradılmasına çalışır. Cənubi Qafqaz ölkələri də öz
coğrafi mövqelərinə və siyasi, hərbi və iqtisadi potensiallarına
görə ittifaqlara cəlb edilirlər. Bir məsələni unutmaq lazım deyil ki,
Cənubi Qafqaz öz coğrafi vəziyyətinə görə regional siyasi
əhəmiyyət kəsb etməklə yanaşı, həm də Rusiya ilə ABŞ və Qərbi
Avropa dövlətləri ittifaqı arasında bir hərbi-siyasi və geoiqtisadi
mübarizə meydanıdır. Cənubi Qafqaz ABŞ başda olmaqla NATO-
nun Rusiya ətrafında yaratdığı hərbi-siyasi “təhlükəsizlik
qurşağı”ı ərazisinin mərkəzi zonasıdır. Hesab etmək olar ki,
Rusiyanın ABŞ və Böyük Britaniyadan əsas iki qorxulu coğrafi
istiqamətləri, məkanları mövcuddur. Birincisi, Şərqi və Şimal-
Şərqi Avropa, ikincisi, Cənubi Qafqaz. Cənubi Qafqaza Qara
dəniz bölgəsini də aid etmək olar. Əgər Rusiya Şərqi Avropa
istiqamətindən daha çox iqtisadi təzyiqlərdən ehtiyat edirsə,
Cənubi Qafqaz Rusiyanın parçalanmasına dəstək vermək
baxımından ABŞ və Qərbi Avropa dövlətləri üçün ən əhəmiyyətli
bir çoğrafi məkandır. Rusiyanın Qafqaz bölgəsi öz etnik tərkibinə
və siyasi aktivliyinə, siyasi qaynarlığına və bu baxımdan siyasi
narahatlığına görə Rusiya üçün ən təhlükəli bir bölgədir. Rusiya
belə narahatlığını Şərqi Avropada keçirmir. Rusiyanın Avropa ilə
sərhədləri əsasən ruslardan və digər slavyanlardan ibarətdir ki, bu
amil də Rusiyanın daxildə sabitliyinin pozulması və parçalanması
üçün təhlükəli bir məkan deyil.
142
Rusiya təkrar olaraq silahlanır. Rusiya prezidenti Dmitri
Medvedyev Rusiya ordusunun yenidən silahlanması haqqında
2009-cu ildə sərəncam da imzalayıb. Rusiyanın cənubi
istiqamətlər üzrə əsas strateji hədəfi Türkiyə və İranı tamamilə öz
tərəfinə çəkməkdən ibarətdir. (Rusiyanın tarixi böyük ticarət
yolları üzərində strateji nüfuz qazanmaq uğrundakı siyasətinin
müasir zamanda davamı) Rusiya hesab edir ki, buna nail olarsa,
iqtisadi, siyasi və hərbi cəhətdən dünyanın ən güclü dövlətinə
çevrilər. Rusiya Mərkəzi Asiya, Cənubi Qafqaz və eləcə də Ön
Asiyaya sahib olar və Ərəb dünyasına böyük təsir imkanları əldə
edər.
Cənubi Qafqazın da daxil olduğu Xəzər-Qara dəniz regionu
həm iqtisadi potensialına, həm coğrafi mövqeyinə görə, həm də
güclü dövlətlərin yerləşdiyi bir region olduğundan, dünya
siyasətinin formalaşmasında mühüm rol oynayır. Dünyanın
iqtisadi, hərbi, elmi və siyasi cəhətdən inkişaf etmiş dövlətləri öz
regionlarının birgə inkişafı naminə birləşərək iqtisadi, siyasi,
ekoloji, mədəni və bir çox sahələri əhatə edən birliklər, ittifaqlar
yaradırlar. Avropa regionundakı təşkilatları buna misal çəkmək
olar. Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz bölgələri də
özünəməxsus geosiyasi xüsusiyyətlərə malik olduğundan bu
bölgələrdə iqtisadi birliklərin, siyasi və hərbi ittifaqların
mövcudluğu zamanın tələbidir. Hal-hazırda fəaliyyət göstərən və
Cənubi Qafqazın və Mərkəzi Asiyanın da daxil olduğu regional
iqtisadi birliklərdən İqtisadi Əməkdaşlıq Təşkilatını, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatını, GUAM təşkilatını, MDB-ni,
Kollektiv
Təhlükəsizlik
Müqaviləsi
Təşkilatını,
Şanxay
Əməkdaşlıq Təşkilatını misal çəkmək olar. Bu təşkilatlar
çərçivəsində Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri, Rusiya,
Çin, Belorus, Ukrayna, Gürcüstan, Moldova, Türkiyə, İran,
Əfqanıstan arasında təşkilatların əhatə etdiyi coğrafi məkanlara
uyğun olaraq müəyyən iqtisadi və siyasi əməkdaşlıq həyata
keçirilir. Lakin bu əməkdaşlığa baxmayaraq, dövlətlər arasında
iqtisadi, siyasi və hərbi əlaqələr elə də yüksək səviyyəyə malik
deyildir. Bölgədə hətta düşmənçilik vəziyyəti də mövcuddur.
143
Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal olunduğu üçün
iki dövlət arasında düşmənçilik münasibətləri yaşanır. Eləcə də
Türkiyəyə qarşı ərazi iddiasına və qondarma soyqırım iddiasına
malik olduğu üçün Ermənistanla Türkiyə arasında rəsmi siyasi
əlaqələr mövcud deyildir. İran və Rusiya Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləməkdə tərəddüd edirlər.
Ümumiyyətlə, konkret olaraq belə bir sual ətrafında fikir
mübadiləsi aparmaq olar: -Cənubi Qafqazın da əhatə olunduğu
hərbi-siyasi ittifaqın, məsələn, NATO ittifaqı kimi, eləcə də vahid
iqtisadi, ticari və maliyyə məkanının və siyasi idarəçiliyin mövcud
olduğu, məsələn Avropa İttifaqı kimi bir qurumun yaradılması
mümkün ola bilərmi? Hələ XX əsrin 90-cı illərində bölgə
dövlətləri tərəfindən ittifaqlara və birliklərə dair müxtəlif təkliflər
də səslənmişdir. Hətta 2008-ci ilin avqust hadisələri zamanı
Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan tərəfindən “Qafqaz
Təhlükəsizlik Platforması”nın yaradılması ideyası da ortaya atıldı.
Bu təklifi Rusiya da bəyəndi. Lakin bu təklifin reallaşması hələ də
öz həllini tapmayıb. -İndi isə suala cavab axtarmaq lazımdır:-
Cavab ondan ibarət ola bilər ki, indiki vəziyyətdə Cənubi
Qafqazda ittifaqın yaradılması mümkün deyil.
Bu fikrin əsasları:
Birincisi, nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz bölgəsinin
özü ərazi baxımından kiçik bir bölgə olduğu üçün burada yarana
biləcək hər hansı bir siyasi, hərbi və iqtisadi birlik, ittifaq
uzunmüddətli yaşaya bilməz və çox zəif bir qurum halında çıxış
edə bilər. Hələ tarixdən məlumdur ki, 1918-ci ildə Cənubi Qafqaz
(Zaqafqaziya)
dövlətlərinin
vahid
qanunvericilik
orqanı,
Zaqafqaziya Seymi olubdur və dövlətlər bu qurumda birgə təmsil
olunublar. 1918-ci ilin aprel ayında üç respublikadan ibarət bir
federasiya-
mərkəzi
Tiflisdə
yerləşməklə,
Zaqafqaziya
Federasiyası adlı bir siyasi qurum da yaradılmışdı. Lakin bu
qurum cəmi bir ay fəaliyyət göstərib və həmin ilin may ayında hər
üç respublika öz müstəqilliyini bəyan edibdir. Sonra isə işğal
nəticəsində Sovet imperiyasının tərkibinə qatılıblar.
Dostları ilə paylaş: |