Microsoft Word siyaset II cild rtf



Yüklə 4,96 Mb.
Pdf görüntüsü
səhifə46/204
tarix15.03.2018
ölçüsü4,96 Mb.
#32624
1   ...   42   43   44   45   46   47   48   49   ...   204

 

138


yətdə növbəti və ardıcıl köklü dəyişiklikləri üzə çıxaracaqdır. Hər 

bir  yeni  inkişaf  dalğası  özünəməxsus  fəlsəfi  mahiyyət  kəsb 

edərək,  cəmiyyətdə  qatlı  və  köklü  dəyişikliklərin  yaranmasına 

səbəb olacaqdır. İnkişaf  dalğalarının baza vasitələrinin gücündən, 

bu  vasitələrin  hərəkətə  gətirilməsi  yolundan  asılı  olaraq,  müddəti 

4-5 il davam edə biləcəkdir.

1

 Birinci inkişaf dalğasının adını şərti 



olaraq  “Şose  yol”  siyasi  inkişaf  dalğası  qoymaq  olar.  Məlumdur 

ki,  “şose  yol”  ifadəsi  çınqıllaşdırılmış,  mükəmmələşdirilmiş  yol 

mənasını  verir.

2

 Bu  o  deməkdir  ki,  inkişafa  doğru  bütün  yollar 



mükəmmələşdiriləcəkdir.  Siyasi  və  iqtisadi  mənada  mövcud  dar 

və  nahamar  yollar  (siyasi  hərəkət  istiqamətləri)  mükəmmələş-

diriləcək,  bu  baxımdan  genişləndiriləcək,  uzanacaq,  “çınqıllaş-

dırılacaq”  və  “asfalt”  ilə örtüləcəkdir.  Bəzən bu  siyasi əhəmiyyət 

kəsb  edən  “yolları”  şərti  olaraq  “trakt”  da  adlandırmaq  olar. 

Trakt sözü tərcümədə yol (böyük yol) mənasını verir.

3

 “Şose yol” 



siyasi  inkişaf  dalğası  çox  böyük  dalğa  olacaqdır  və  bu  dalğanın 

tərkibində müxtəlif həcmli, ölçülü axınlar, cərəyanlar, dalğalar və 

ləpələr  yaranacaqdır.  Təbii  ki,  hal-hazırda  Azərbaycanda  bu 

inkişaf  dalğası  bir  neçə  dəfə  cəmiyyətdə  meydana  gəlibdir  və 

mövcud  olan  və  əlavə  olacaq  baza  vasitələri  növbəti  dalğaların 

yaranmasını zəruri edəcəkdir. Birinci yeni inkişaf dalğası təqribən 

2011-2015-ci illəri əhatə edəcəkdir.  

İ

kinci  siyasi  inkişaf  dalğasını  isə  şərti  olaraq  “Su”  inkişaf 

dalğası  adlandırmaq  olar.  “Su”  siyasi  inkişaf  dalğasının  mənası 

ondadır  ki,  həyata  keçirilən  sürətli  islahatlar,  qəbul  ediləcək  və 

bir-birini  tamamlayacaq  ardıcıl  proqramlar  cəmiyyətdə  inkişafı 

daha  da  sürətləndirəcək  və  cəmiyyətdə,  “Şose  yol”  inkişaf 

dalğasının  davam  etməsi  üçün  bütün  süni  maneləri  aradan 

                                                 

1

 Nəsibov  E.M.  Siyasət  (mövqelər,  baxışlar,  təhlillər,  nəzəriyyələr,  ideyalar, 



təkliflər,  proqnozlar)  elmi  və  elmi-publisistik  məqalələr  toplusu.  I  CİLD, 

Bakı, “Təhsil” EİM, 2009, 496 s, səh. 280.

 

2



 Rusca-Azərbaycanca lüğət. Azərbaycan SSR EA-nın müxbir üzvü 

Ə.Ə.Orucovun redaktəsi ilə. III CİlD P-Я, Azərbaycan Sovet 

Ensiklopediyasının baş redaksiyası. Bakı-1990, səh. 518. 

3

 Yenə orada, səh. 338. 




 

139


qaldıracaq.  Yəni  inkişaf  yolları  süni  əngəllərdən,  maneələrdən 

böyük  əhəmiyyət  kəsb  edəcək  şəkildə  təmizlənəcəkdir.  Bu  dövr 

təqribən  2016-2020-ci  illəri  əhatə  edə  biləcəkdir.  Dövr  ərzində 

siyasi vasitələrin sürəti daha da artacaqdır.  



Üçüncü  siyasi  inkişaf  dalğasını  şərti  olaraq  “Ərinti” 

adlandırmaq  olar.  Bu  o  deməkdir  ki,  bu  inkişaf  dalğası  zamanı 

hal-hazırda  bazası  mövcud  olan  və  vasitələri  tədricən  artan  və 

hərəkət etdirilərək sonrakı mərhələlərdə genişlənən dalğalar əmələ 

gətirəcək  “ağır  sənaye,  istehsal  müəssisələri”nın  kütləvi  artımı 

gözləniləcəkdir. Bu axının yaranması üçün mövcud baza vasitələri 

üzərinə,  2020-ci  illər  də  daxil  olmaqla,  yeni-yeni  vasitələr  əlavə 

ediləcək  və  müəssisələrin  sürətli  artımı  böyük  hərəkət  axınını 

əmələ gətirəcəkdir. Prosesin dalğalı xüsusiyyətləri təqribən 2026-

2030-cu illəri əhatə edə biləcəkdir. 



Dördüncü  inkişaf  dalğasını  isə  şərti  olarq  “Fəza”  inkişaf 

dalğası  adlandırmaq  olar.  Bu  o  mənanı  verir  ki,  Azərbaycan 

gələcəkdə  aerodromdan  kosmodroma  keçərək  fəzaya  doğru 

inkişaf etməyə başlayacaqdır. Bu  yolda atmosferin qatlarını üfüqi 

və  şaquli  şəkildə  adlayaraq  fəzaya  daxil  ola  biləcəkdir.  Bu  da  o 

mənanı  verir  ki,  Azərbaycan  həm  aviasiya  sahəsində,  həm  raket 

texnologiyası  sahəsində,  həm  də  informasiya  texnologiyaları 

sahəsində böyük irəliləyişlərə nail ola biləcəkdir.  

Əsas  məqsədə  çatdıqdan  sonra  cəmiyyətdə  digər  inkişaf 

dalğaları da yaranacaqdır. Prezident İlham Əliyevin qəbul edəcəyi 

qərarlar-proqramlar,  konsepsiyalar  və  digər  sənədlər  ümumilikdə 

siyasi  inkişaf  dalğalarının  baza  ideoloji  çərçivəsini,  hərəkətlərin 

istiqamətlərini,  subyektlərin  fəaliyyət  sferalarını,  hərəkətlərin 

forma və məzmununu, həmçinin siyasətin strategiya və taktikasını 

müəyyən edəcəkdir.  

Onu  da  xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  sadalanan 

fikirlər  məsələyə  ümumi  yanaşmadır.  Bu  baxımdan  da  hər  bir 

inkişaf  dalğasının  fəlsəfi-siyasi  mahiyyəti,  ortaya  çıxacaq  real 

şəraitlərin,  qarşıya  qoyulacaq  vəzifələrin  və  əldə  olunacaq 

nəticələrin  nəzəri-fəlsəfi  əsasları  geniş  şəkildə,  dərin  və 

fundamental elmi prinsiplərə əsasən araşdırılmalıdır. 



 

140


II HİSSƏ: 

 

XARİCİ SİYASƏT VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR 

  

Cənubi Qafqazın da daxil ola biləcəyi regional hərbi-siyasi  

və iqtisadi ittifaqın yaradılması mümkündürmü? –  

Fikrin nəzəri əsasları  

 

İstər tarixi keçmiş, istərsə də müasir zaman baxımından qeyd 



etmək  olar  ki,  ittifaqlar  ayrı-ayrı  regionlarda  yerləşən  dövlətlərin 

öz  iqtisadi,  siyasi,  mədəni,  hərbi  və  digər  strateji  sahələrindəki 

maraqlarını  birgə  təmin  etmək  və  qorumaq  naminə  yaradılıbdır. 

Siyasi,  hərbi-siyasi  və  iqtisadi  ittifaqlarin  təşkil  edilməsi 

dövlətlərin  xarici  siyasət  fəaliyyətlərini,  beynəlxalq  münasibət-

lərdəki fəaliyyətlərini müəyyən istiqamətlər üzrə məqsədli şəkildə 

birləşdirmək  marağından  irəli  gəlibdir.  İttifaqlar  dövlətlərin 

beynəlxalq  münasibətlərdəki  aktlarını  müəyyən  qədər,  bir  neçə 

istiqamətdə  birləşdirərək,  onları  vahid  məzmunlu,  birləşmiş 

istiqamətlərə  doğru  yönəltmək  kimi  funksiyanı  yerinə  yetirirlər. 

İttifaqlar əsasən siyasi regionların dövlətlərinin maraqlarını birləş-

dirən  bir  qurumdur,  struktur  vahididir,  münasibətlər  kompo-

nentlərini  birləşdirən  bir  kompleksiyadır.  İttifaqlar  regionların 

iqtisadi və siyasi inkişafını təmin edirlər. Məsələn, Avropa İttifaqı 

ümumavropa  regionunun  əksər  hissəsinin  inkişafını  təmin 

etməkdədir.  İttifaq  çərçivəsində  Avropa  dövlətləri  öz  iqtisadi  və 

siyasi  imkanlarından  birgə  dəyərlənirlər.  Ümumi  imkanlardan 

istifadə  edirlər.  İttifaqlarda  güclü  dövlətlər  digər  dövlətlərin 

imkanlarından  faydalanırlar  və  öz  imkanlarından  istifadə  edərək 

onların  da  inkişafına  müəyyən  qədər  kömək  edirlər.  İttifaqların 

yaradılmasında  təkanverici  amil  olaraq,  həmçinin  cəmiyyətlərin 

bir-birilərindən kəskin inkişaf fərqlərinin olmaması da mühüm rol 

oynayır.  İttifaqlarda  dövlətlərin  münasibətləri  əsasən  mərkəzdən 

ətrafa və əksinə, ətraflardan mərkəzə doğru yayılan xüsusiyyətlərə 

malik  olur.  Mərkəzi  güc  başlıca  enerji  nüvəsi  rolunda  çıxış  edir. 

İttifaqlarda siyasi hərəkətlər axını hissəli, təbəqəli dalğalar əmələ 

gətirir.  



Yüklə 4,96 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə