25
-siyasi sənədlər olan qərarların layihəsinin hazırlanması və
qəbul edilməsi, təsdiq edilməsi, o cümlədən,
-siyasi müqavilələrin imzalanması;
-siyasi sazişlərə qoşulma;
-siyasi bəyannamələrin imzalanması;
-siyasi bəyanatların verilməsi;
-siyasi protokolların imzalanması;
-siyasi xartiyaların qəbul edilməsi;
-siyasi qətnamələrin qəbul edilməsi;
-doktrinaların qəbul edilməsi;
-proqramların qəbul edilməsi;
-konsepsiyaların qəbul edilməsi;
-siyasi sənədlərin icraya yönəldilməsi;
-siyasi şəxslərin vəzifə və funksiyalarının müvafiq sənədlərlə-
təlimatlarla müəyyən edilməsi;
-siyasi əmr və göstərişlərin, tapşırıqların verilməsi;
-siyasi hesabatların və məruzələrin edilməsi;
-siyasi nitqlərin söylənilməsi, çıxışların edilməsi;
-siyasi qurumların təşkil edilməsi;
-siyasi təkliflərin verilməsi, təşəbbüslərin irəli sürülməsi;
-siyasi yığıncaqların-sammit, konfrans, qurultay, brifinq və bu
kimi digər toplantıların, iclasların keçirilməsi;
-siyasi danışıqların aparılması;
-siyasi razılaşmaların əldə edilməsi;
-referendumun keçirilməsi üçün qərarların qəbul edilməsi;
-seçkilərin keçirilməsi üçün qərarların qəbul edilməsi;
-yazışmaların həyata keçirilməsi, o cümlədən notaların
verilməsi, məktublaşmaların həyata keçirilməsi;
-dövlətlərin müstəqilliyinin tanınması (de jure, de facto, ad
hoc) və bu baxımdan bəyannamələrin qəbul edilməsi;
-səfərbərlik qərarlarının qəbul edilməsi;
-sülhün elan olunması;
-atəşkəs sazişinin imzalanması;
-müharibənin elan olunması
və s.
26
Ümumiyyətlə, qəbul edilən bütün siyasi qərarlar ümumi
(şaxəli) aspektləri özündə əks etdirməklə konkret hərəkətlərdir və
hər bir qərarın öz təsir obyekti mövcuddur. Burada siyasi
hərəkətlər konkret siyasi aktlar, siyasi hadisələr, normalar toplusu
olan sənədlərlə həyata keçirilir. Sənəd hərəkət vasitəsinə, hərəkətə
gətirmə vasitəsinə çevrilir. Sənədlər həmçinin, siyasi alətlər kimi
də istifadə olunur. Siyasi hərəkətlərin istiqamətləri sənədlərlə
müəyyən edilir. Sənədlər siyasi aktların törədilməsi üçün prinsip
müəyyənedici və qayda yaradıcı siyasi vasitələr rolunu oynayır.
Konkret siyasi sənədlər konkret idarəetmə vasitəsidir.
Ümumi siyasi hərəkətlərə siyasi fəaliyyət də demək olar.
Siyasi hərəkətlərin istiqamətləri elə siyasi fəaliyyətlərin
istiqamətləri deməkdir.
Ümumi siyasi hərəkətlər (ümumi siyasi fəaliyyət-ümumi
siyasi idarəetmə istiqaməti)
-dövlətçiliyin təşkil edilməsi hərəkətləri;
-hakimiyyətin fəaliyyətinin təşkil edilməsi hərəkətləri;
-hakimiyyətin təsisatlarının təşkil edilməsi;
-siyasi institutların (siyasi qurumların) təşkil edilməsi;
-qanunvericilik aktlarının qəbul edilməsi;
-iqtisadiyyatın təşkil edilməsi;
-xarici əlaqələrin təşkil edilməsi;
-mədəniyyət sahələrinin təşkil edilməsi;
-turizm sahələrinin təşkil edilməsi;
-səhiyyənin təşkil edilməsi;
-elm və təhsilin təşkil edilməsi;
-dövlət gənclər siyasəti;
-müdafiənin və vətəndaşların təhlükəsizliyinin təşkil edilməsi;
-insan hüquqlarının təmin edilməsi və qorunması;
-demokratiyanın təmin edilməsi və s.
Kiçik, orta və böyük miqyaslı hadisələrin ardıcıl törədilməsi
siyasi hərəkətin istiqamətini müəyyən edir. Hər bir ümumi siyasi
hərəkət (siyasi fəaliyyət) konkret siyasi hərəkətlərə və istiqa-
mətlərə bölünür. Məsələn, səhiyyə ocaqlarının tikilməsi və lazımi
tibbi avadanlıqlarla, eləcə də mütəxəssislərlə təmin edilməsi
27
ümumi səhiyyə fəaliyyətinin tərkibində konkret hərəkətlərdir,
konkret idarəetmə fəaliyyətidir. Lakin səhiyyə ocaqlarının təşkil
edilməsinin özü də tərkibində çoxlu sayda konkret hərəkətləri
(istiqamətləri, hadisələri) birləşdirir. Eləcə də məktəblərin
tikilməsi və müəllim kadr heyəti ilə təmin edilməsi ayrı-ayrı
konkret hərəkətlər və istiqamətlər olsalar da, ümumi siyasətə də
aid olaraq tərkibində çoxlu sayda konkret hadisələri, aktları,
addımları birləşdirir. Həmçinin sərmayə qoyuluşunun həyata
keçirilməsi, istehsal sahələrinin tikilməsi, yaradılması, istehsal
obyektlərinin tikilməsi, ticarətin təşkil edilməsi və infrastrukturun
yaradılması ümumi iqtisadiyyatın təşkili hərəkətlərinin tərkibində
konkret hərəkət istiqamətləri olmaqla yanaşı, eyni zamanda öz-
özlüyündə ümumi hərəkətlərdirlər, hərəkət istiqamətləridirlər.
Siyasi hərəkətlərin ümumi və konkret xassələri məsələlərə,
obyektlərə yanaşma tərzindən də asılıdır. Siyasi hadisələrin
ümumi və konkret xassələrini şərh edərkən, bu məsələnin
mahiyyətini dərk etməyə çalışarkən fəlsəfi yanaşma üsulları olan
induksiya (xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu)
və deduksiya (düşünüş prosesində xüsusidən ümumiyə getmə)
metodları ilə yanaşmaq lazımdır. Hər iki yanaşma isə siyasi
hadisələrin ayrı -ayrı sahələr üzrə və ümumi (birləşmiş) şəkildə
baş verməsi səbəblərini ayırd etməyə imkan verir. Əgər biz
dövləti vahid bir siyasi model, vahid siyasi qurum və kompleks
(kompleks-bir tam təşkil edən şeylərin və hadisələrin məcmusu
deməkdir) kimi götürsək, onda bu kompleksin komponentlərinin
(tərkib hissələrinin) hərəkətlərinin əsas prinsip və məqsədlərinin
həm də komplektləşdimədən, strukturlaşdırmadan ibarət olması
qənaətinə gəlmək olar. Onu da nəzərə almaq lazımdır ki,
kompleks və onun komponentlərinin formalaşdırılması proses-
lərində universal (ümumi) və partikulyar (xüsusi) üsulların
tətbiqini qeyd etmək olar. Siyasi hərəkətlər həm ümumi vahid
elementi əmələ gətirir, həm də bütöv elementin tərkib
elementlərini yaradır. Bütün tərkib elementlərin birləşməsi isə
siyasi hərəkətlərin qatlı-təbəqəli xassələrini formalaşdırır.
Dostları ilə paylaş: |