Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə15/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   11   12   13   14   15   16   17   18   ...   237

 

41 


sistemli  yanaşma  metodunun  tətbiq  edilməsi.  Bu  prinsip  marketinq  qar-

ş

ısında konkret məqsədin və  ya məqsədlərin qoyulmasını, bu məqsəd və 



ya məqsədlərə nail olmağa imkan verən marketinq proqramlarının hazır-

lanmasını və ona sistem kimi yanaşılmasını nəzərdə tutur;  

8.  Müəssisənin,  ayrı-ayrı  istehlakçıların  və  bütünlükdə  cəmiyyətin 

mənafeyinin uzlaşdırılması; 

9. Marketinq fəaliyyətinin situasiyalı təhlili. Marketinqin bu prinsipi 

SWOT-analiz və digər təhlil metodlarından istifadə etməklə ətraf mühitin 

yaratdığı imkanların və təhlükələrin aşkar edilməsi, müəssisənin güclü və 

zəif  tərəflərinin  qiymətləndirilməsi,  yaranmış  imkanlardan  istifadə 

edilməsi və təhlükələrdən yayınmaq üzrə tədbirlərin hazırlanması yolu ilə 

realizə olunur; 

10.  Müəssisənin  bütün  bölmələrinin  əməkdaşlarının  onun  fəaliy-

yətinə marketinq konsepsiyası baxımından yanaşması və bazarın tələbini 

nəzərə alması; 

11. Qənaətcillik. Müəssisənin marketinq fəaliyyəti az xərclərlə daha 

yüksək istehsal-maliyyə nəticələri əldə etməyə şərait yaratmalıdır; 

12.  Marketinq  fəaliyyətində  insan  amilinin  gücləndirilməsi,  bütün 

işçilərdə  sahibkarlıq  hissinin  yaradılması  və  onlara  müəssisənin  məqsə-

dinə nail olunmasında vəzifələrinin və oynadıqları rolun izah edilməsi. 

 

1.4. Marketinq probleminin həllinə yanaşma metodları 

Marketinq  probleminin  həlli  mahiyyətcə  müəssisə  səviyyəsində 

marketinqin təşkili, planlaşdırılması və onun idarə edilməsi üzrə idarəet-

mə qərarlarının hazırlanması və qəbul edilməsindən ibarətdir.  

darəetmə qərarlarının qəbul edilməsi üçün marketinqə proses kimi 

baxılır  və  qərarları  qəbul  edən  şəxslər  üçün  prosesin  hər  bir  mərhələsi 

üzrə tövsiyələr hazırlanır. Marketinq prosesinə iki aspektdən: 1) tələbatın 

aşkar edilməsi və ödənilməsi və 2) müəssisənin resurslarının bazarın tələ-

batına uyğunlaşdırılması aspektindən yanaşırlar. 

Marketinq tələbatın aşkar edilməsi və ödənilməsi prosesi kimi. 

Bu baxımdan marketinq prosesi istehlakçının və bazarın tələbatının aşkar 

edilməsi, həmin tələbata uyğun gələn məhsulun layihələşdirilməsi, hazır-

lanması,  bölüşdürülməsi  və  satışı  üzrə  mərhələlərin  və  əməliyyatların 

ardıcıl  sıralanmış  məcmusu  kimi  izah  edilir.  Marketinqə  tələbatın  aşkar 



 

42 


edilməsi  və  ödənilməsi  prosesi  kimi  ynaşıldıqda  marketinq  probleminin 

həlli 6 ardıcıl mərhələni əhatə edir (1.1 saylı şəkil). 



Məsələnin  qoyuluşu.

  Bu  mərhələdə  marketinq  probleminin  mahiy-

yəti,  məzmunu  aşkar  edilir,  onun  hansı  fəaliyyət  sahəsinə  aid  olduğu 

müəyyənləşdirilir  və  qısa  xülasəsi  verilir,  başqa  sözlə  desək,  problemin 

qoyuluşu  həyata  keçirilir.  Problemin  düzgün  qoyuluşu  marketinqin  ətraf 

mühitini  xarakterizə  edən  informasiyanın  dəqiqliyindən,  obyektivliyin-

dən,  etibarlılığından  və  həcmindən,  toplanmış  informasiyanın  təhlili  və 

izahedilmə  səviyyəsindən,  həmçinin  mütəxəssislərin  problemi  düzgün 

anlaması səviyyəsindən asılıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

nformasiyanın toplanması və təhlili.

 Bu mərhələdə problemin həlli 

üçün zəruri olan informasiyanın dairəsi, siyahısı, bu informasiyanın hansı 

dövrləri  əhatə  edəcəyi,  toplanması  və  təhlili  üsulları,  metodları  və  qay-

dası,  kimlər  tərəfindən  toplanacağı  müəyyənləşdirilir  və  toplanılır,  həm-

çinin problemin mahiyyətini izah edən icmal-tövsiyələr hazırlanır.  

Məqsədin  müəyyənləşdirilməsi

.  Məqsədin  müəyyənləşdirilməsi  

mərhələsində  həll  ediləcək  məsələnin  qoyuluşu  dəqiqləşdirilir,  əsas  və 

lokal məqsədlər, spesifik vəzifələr bir-birindən ayrılır, onların iyerarxiyası 

müəyyənləşdirilir. 

Marketinq tədbirlərinin yerinə yetirilməsinə nəzarət 

və fəaliyyətin qiymətləndirilməsi

 

Marketinq strategiyasının realizasiyası



 

Məqsədin müəyyənləşdirilməsi

 

Marketinq strategiyasının hazırlanması



 

nformasiyanın toplanması və təhlili

 

Məsələnin qoyuluşu



 

Şə

kil 1.1. Marketinq prosesi əməliyyatlar məcmusu kimi



 


 

43 


Marketinq  strategiyasının  hazırlanması.

  Bu  mərhələ  marketinq 

probleminin həllinin ən vacib, hakim mərhələsidir. Bu mərhələdə qarşıya 

qoyulmuş  məqsədə  (məqsədlərə)  nail  olunması  üçün  marketinq  strategi-

yası və kompleksi hazırlanır, hansı marketinq vasitələrindən istifadə edi-

ləcəyi müəyyən edilir, marketinqin planlaşdırılması həyata  keçirilir, mar-

ketinq planları və proqramları tərtib edilir. 

Marketinq strategiyasının realizasiyası.

 Strategiyanın realizasiyası pro-

sesində  tərtib  edilmiş  marketinq  planlarının  və  proqramlarının  həyata 

keçirilməsi üçün zəruri olan tədbirlər, onların  icraçıları, həyata keçiriləcəyi 

vaxt (müddət) müəyyənləşdirilir və  nəzərdə tutulan tədbirlər həyata keçirilir. 

Marketinq fəaliyyətinə nəzarət və onun qiymətləndirilməsi.

 Bu  mər-

hələdə  hazırlanmış  strategiyanın  və  marketinq  planlarının  yerinə 

yetirilməsinə  nəzarət  metodları  və  qaydası  seçilir,  onlara  nəzarət  edilir, 

faktiki göstəricilər planda nəzərdə tutulmuş göstəricilərlə müqayisə edilir, 

kənarlaşmalar  və  onların  səbəbləri  aşkar  edilir,  həyata  keçirilmiş  tədbir-

lərin  effektliliyi  və  marketinq  probleminin  həlledilmə  səviyyəsi  qiymət-

ləndirilir. Bunların əsasında isə məsələnin qoyuluşuna və qarşıya qoyulan 

məqsədlərə  yenidən  baxılır.  Beləliklə,  proses  yenidən  başlanır  və  təkrar 

edilir. 


Marketinq müəssisənin resurslarının bazarın tələbatına uyğun-

laşdırılması prosesi kimi. Bu yanaşmada marketinq prosesi istehlakçının 

tələbatını ödəyən və müəssisəyə mənfəət əldə etməyə imkan verən məh-

sulların yaradılmasının və satışının bütün mərhələlərinin qarşılıqlı əlaqəsi 

kimi  xarakterizə  edilir.  Bu  zaman  marketinq  prosesinin  mərhələləri  və 

onların  tərkibi  istehsal-satış  fəaliyyətinin  məzmununa  uyğun  olaraq 

müəyyən edilir və o, aşağıdakı mərhələləri əhatə edir (şəkil 1.2). 



Tələbatın öyrənilməsi

. Bu mərhələdə istehlakçıların və alıcıların alış 

motivləri,  davranış  tərzi,  istehlak  mədəniyyəti,  bunun  əsasında  onların 

hansı məhsullara tələbatının olması, bu tələbatın miqdarı və tələbatın ödə-

nilmə  səviyyəsi  öyrənilir,  müəssisənin  hansı  məhsullarla  bazarın  hansı 

seqmentinə  çıxmasının  məqsədəuyğunluğu  əsaslandırılır,  həmçinin 

rəqiblərin məhsulları və onların bazar mövqeyi öyrənilir. 

Məhsul satışı imkanlarının tədqiqi.

 Marketinq probleminin həllinin 

bu  mərhələsində  satış  imkanlarının    tədqiqi  əsasında  bazarın  tutumu  və 

onun  inkişaf  meyli,  müəssisənin    məhsul  satışının  həcmi  və  bazar  payı 




Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə