Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə232/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   229   230   231   232   233   234   235   236   237

 

645 


məlumatlandırılması,  həmçinin  reklam,  fərdi  satış  və  digər  tədbirlər 

vasitəsilə alıcıları bazara təklif edilən məhsulları satın almağa inandırmaq 

oldu. 

Marketinq  prioritetlərində  baş  verən  dəyişikliklər  onun  idarəetmə 



strukturunda da dəyişikliklərin həyata keçirilməsinə səbəb oldu. Müəssi-

sələr  bilavasitə  satış  şəbəkəsinin  yaradılmasını,  satışın  idarə  edilməsini, 

məhsulların  fiziki  bölüşdürülməsini,  reklamı  və  satışın  həvəsləndiril-

məsini həyata keçirən satış və ya kommersiya şöbəsi yaratmağa başladılar 

(12.4 saylı şəkil). Bu şöbə qeyd edilən funksiyalarla yanaşı həm də mar-

ketinq tədqiqatları aparırdı (məsələn, alıcı vərdişlərini, reklamın effektli-

yini, qablaşdırmanın satışın həcminə təsirini və s. öyrənirdi). Bu idarəet-

mə  strukturunda  da  məhsula  dair  qərarlar  isə  əvvəlki  idarəetmə  struktu-

runda olduğu kimi yenə də istehsalat şöbəsi tərəfindən qəbul olunurdu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Marketinq yönümlü idarəetmə strukturu

. Tədricən a) bazarların yet-

kinlik və əsas bazarların tələbatının doyma mərhələsinə çatması, b) rəqa-

bət mühitinin kəskinləməsi,  c) texnoloji innovasiyaların sürətlə artması, 

d) bazarların beynəlmiləlləşmə səviyyəsinin yüksəlməsi və iqtisadiyyatda 

baş verən digər mütərəqqi dəyişikliklər artıq müəssisələrə kütləvi marke-

stehsalat 

ş

öbəsi 



nzibati-malyyə 

ş

öbəsi 



nsan resursları 

ş

öbəsi 



stehsalın idarə 

edilməsi  

Məhsul siyasəti 

(bazar tədqiqat-

ları) 

..................... 



Satışsonrası 

xidmət 


..................... 

Müdiriyyət 

..................... 

Maliyyə 


menecmenti 

..................... 

..................... 

Satış şöbəsi 

Kommersiya 

menecmenti  

Ticarət şəbəkəsi-

nin yaradılması 

Heyətin idarə 

edilməsi 



Ümumi menecment 

Şə

kil 12.4. Satış yönümlü müəssisənin idarəetmə strukturu [10, s. 48] 



Satış qiyməti 

Gözləntilər  

Büdcə 

..................... 



Fiziki bölüşdürmə 

Reklam və satışın 

həvəsləndirilməsi 

Satışın idarə 

edilməsi 

Bazar tədqiqatları 

..................... 



 

646 


tinq metodlarının köməyilə bazar uğuru qazanmağa imkan vermədi. Buna 

görə  də  müəssisələr  ilk  dəfə  “əvvəlcə  istehsal  edib  sonra  satmağa  çalış-

maq əvvəzinə, əvvəlcə nəyə tələb olduğunu öyrənib sonra satmağa” baş-

ladılar  [3,  s.  54].  stehlakçıların  tələbatlarının  və  davranışlarının  öyrə-

nilməsi, bazarların seqmentləşdirilməsi, yeni seqmentlərin axtarılıb tapıl-

ması,  hər  bir  seqmentin  tələbatına  uyğun  məhsul  istehsal  edilməsi,  yeni 

məhsulların  hazırlanması,  dayanıqlı  rəqabət  üstünlüyünün  əldə  edilməsi 

və  hər  bir  məhsul  üçün  əlverişli  marketinq  strategiyasının  hazırlanması 

marketinqin prioritet istiqaməti oldu. Müəssisənin bütün şöbə və bölmələ-

rinin  fəaliyyəti  istehlakçıların  tələbatlarının  aşkar  edilməsinə  və  ödənil-

məsinə  yönəldildi.  Beləliklə,  müəssisənin  fəaliyyəti  istehlakçı  yönümlü 

xarakter aldı və o, marketinq prinsipləri əsasında təşkil olndu. Müəssisə-

lərdə  marketinq  fəaliyyətini  həyata  keçirən  marketinq  şöbəsi  yaradıldı 

(12.5 saylı şəkil). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



stehsalat 

ş

öbəsi 



nzibati-malyyə 

ş

öbəsi 



nsan resursları 

ş

öbəsi 



stehsalın idarə 

edilməsi  

..................... 

Müdiriyyət 

..................... 

Maliyyə 


menecmenti 

..................... 

Marketinq 

ş

öbəsi 



Marketinq 

menecmenti  

Proqnozlaşdırma: 

bazar tədqiqatları, 

satış üzrə məqsəd  

Heyətin idarə 

edilməsii 

Ümumi menecment 

Şə

kil 12.5. Marketinq yönümlü müəssisənin idarəetmə strukturu [3, s. 54] 



..................... 

Strateji qərarlar: 

məhsul bazarları, 

bölüşdürmə 

kanalları  

Taktiki qərarlar: 

qiymət, reklam, 

ticarət heyəti, satı-

ş

ın həvəsləndiril-



məsi 

Nəzarət 


..................... 


 

647 


Marketinq yönümlü müəssisələrdə marketinqin analitik komponent-

ləri  menecmentin  əsas  elementinə  çevrilir  və  onun  mahiyyətini  daha 

effektli  marketinq  proqramlarının  hazırlanması  və  realizə  edilməsinə 

imkan verən bazar strategiyalarının hazırlanması təşkil edir. 

Marketinqin  idarəetmə  strukturunn  təkamülünə  yanaşmaların  iza-

hından  belə  nəticəyə  gələ  bilərik  ki,  E.  V.  Balaxonovaya  və  F.  Kotlerə 

görə marketinq konsepsiyasının təkamülünün bütün mərhələlərində müəs-

sisələrdə marketinq fəaliyyətini həyata keçirən marketinq şöbəsi fəaliyyət 

göstərmişdir. Halbuki marketinq konsepsiyasının təkamülünün ilk mərhə-

lələrində müəssisələrdə marketinq fəaliyyətini həyata keçirən xüsusi böl-

mə  mövcud  olmamış,  marketinqin  funksiyaları  müəssisənin  müxtəlif 

struktur bölmələri tərəfindən həyata keçirilmişdir. Marketinqin idarəetmə 

strukturunun təkamülünə J. J. Lambenin yanaşmasında bu hal nəzərə alın-

dığından biz onun yanaşmasını daha düzgün hesab edirik. 



 

12.5. Marketinqin idarə edilməsinin təşkilati strukturları 

stənilən müəssisənin qarşısına qoyduğu məqsədinə (məqsədlərinə) 

nail olunması hazırlanmış marketinq strategiyası və bu strategiyanın reali-

zasiyası  ilə  yanaşı  marketinqin  idarə  edilməsinin  təşkilati  strukturundan 

asılıdır. Belə ki, marketinqin idarə edilməsinin təşkilati strukturunun düz-

gün və bazar situasiyasına uyğun qurulması müəssisənin bazar fəaliyyəti-

nin  uğurla  həyata  keçirilməsini,  onun  rəqabət  üstünlüyü  əldə  etməsini 

təmin edir. 

Müəssisənin  marketinq  fəaliyyətinin  idarəetmə  strukturu  aşağıdakı 

tələblərə cavab verməlidir: 

- marketinq fəaliyyətinin məqsədləri vəhdət təşkil etməlidir; 

-  marketinq  fəaliyyətinin  idarə  edilməsi  strukturu  mümkün  qədər 

sadə olmalıdır; 

- müəssisənin bölmələri arasında marketinq fəaliyyətinə və müəssi-

sənin digər fəaliyyət sahəsinə aid olan informasiyanın ötürülməsini təmin 

edən effektli kommunikasiya sistemi mövcud olmalıdır; 

- vahid tabeçilik prinsipi mövcud olmalıdır; 

- marketinq idarəetmə strukturu mümkün qədər azpilləli  olmalıdır.  

Marketinqin idarəetmə strukturuna bir sıra amillər təsir edir. Müəs-

sisənin marketinq xidmətinin təşkilati quruluşu konkret olaraq müəssisə-




Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə