Microsoft Word Suleyman Rustam -3 cild doc



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə57/60
tarix04.02.2018
ölçüsü2,71 Kb.
#23898
1   ...   52   53   54   55   56   57   58   59   60

_____________Milli Kitabxana________________ 
258 
 
 
R ə h i l ə (Qorxmazova). De mənim balamı qaytarsın özümə. 
N a d i r. Nə bala, canım? 
R ə h i l ə. Yıxılıram ayaqlarına. Balamı qaytar, məni bədbəxt eləmə. 
N a d i r. Xanım, bu iftira üçün sizi məsuliyyətə  çəkərəm. Mən sizi 
birinci dəfədir ki, görürəm. 
D i l a v ə r. Çün piş əz vaxt bərayi məlumat... 
G ü l a r a. Nadir, bu bədbəxti niyə təhqir edirsiniz? 
N a d i r. Yox, mən dəli olacağam! 
R ə h i l ə. Balamı niyə mənə qaytarmırsan axı?.. 
Q o r x m a z o v. Yoldaşlar, görürsünüz bu həngaməni? Biri otağıma 
uşaq qoyur, o biri gəlib kadroma, qarğaturistimə iftira atır. Rədd olun 
mənim kabinetimdən... Hanı bu telefon? (Zəng vurur.) Salam. Mənəm, 
Qorxmazov... Sən öl, məni rahat işləməyə qoymurlar. Axşam gəlirəm 
sizə, öpürəm.  (Hamı  təəccüb edir.)  Rədd olun başımdan, qoyun işləyək, 
planımızı dolduraq. Avaralar! (Hamı gedərkən Rəhiləyə)  Qızım, sən bir 
dəqiqə dayan. Səninlə işim var. Hə, gördün ki, heç bir qorxulu iş olmadı. 
Balan əvvəl Nadirgildə idi. İndi isə bax bu adresdədir, (Qorxmazov kağız 
yazıb ona verir.) AI, axşam gedib bu adresden uşağını alıb apararsan. 
(Rəhilə kağızı alıb hönkürərək çıxır.) Bu da belə... 
D ə m i r o v (gəlir). Salam, indi necəsən? 
Q o r x m a z o v. Bir də o qızı bura buraxmazsan. Axşam o sizə 
gələcək, ver uşağını aparsm, təqsir Gülarada yox, Nadirdə imiş... 
D ə m i r o v. Siz buyuran düz olar. 
Q o r x m a z o v. Adə Dəmirov, dostlar bilir ki, sabah nə günüdür və 
ayın neçəsidir?! 
D ə m I r o v. Sabah bazar günü, özü də ayın 13-dür. 
Q o r x m a z o v. Yaman nəhs gündür, yaman, ayın on üçü, yəni nə 
adə? 
D ə m i r o v. Anadan olan gününüz... 
Q o r x m a z o v. Malades, kakraz mən sabah bu vaxt dünyaya 
gəlmişəm. 
D  ə m i r o v. Xoş  gəlmisiniz, yoldaş Qorxmazov. Hamı hazırlıq 
görür. 
Q o r x m a z o v. Yaxşı, get Nadiri çağır. 
D ə m i r o v. Nadiri? Yox, yox, qorxuram. 
Q o r x m a z o v. Qorxursan, nə olub adə? 
D ə m i r o v. Dilim gəlmir. 
Q o r x m a z o v. Danış adə, bağrım çatdadı ki? 
D ə m i r o v. Nadir, Nadir, bayaq, Nadir, Nadir bayaq! 
 


_____________Milli Kitabxana________________ 
259 
 
 
Q o r x m a z o v. Ay əclaf, sonra, sonra... 
D ə m i r o v. Sonra, sonra Nadir... bayaq Nadir... 
Q o r x m a z o v. Dillən, nankor, dillən! 
D  ə m i r o v. Bayaq, Nadir, bayaq Nadir, işçiləri başına yığıb 
yavaşdan danışırdı. Tez-tez sənin adını  çəkirdi. Deyirdi ki, intiqam 
alacağam, intiqam. 
Q o r x m a z o v. Necə intiqam? 
D ə m i r o v. Hə, sonra mən tapşırdığin kimi onu güddüm. Gördüm 
stolun balaca gözünü açıb cibinə qara bir şey qoydu, tapançaya oxşayırdı. 
Q o r x m a z o v. Necə, tapança? Ölkə yiyəsizdir məgər?.. Bu saat 
milis idarəsinə xəbər vermək lazımdır. 
D ə m i r o v. Tələsmə, bəlkə tapançaydı, bəlkə yox... 
Q o r x m a z o v. Bəs allah sənə gözü nə üçün verib, ay nadan? Sən 
şahidim olacaqsan. İntiqam, sonra da tapança. Yəqin quyuma qəsd 
eləmək istəyir. Yox, bu işi belə qoymaq olmaz... (Telefon zəng vurur. 
Dəmirov gedir.) Qulaq asıram, necə? Sizi get-gələ salıblar? Çığır-bağır 
salmayın. Tapança! İntiqam! Necə dəli olmuşam? İntiqam, tapança!.. Əşi 
rədd ol başımdan... Əlindən gələni beş qaba çək. (Trubkanı asır.) 
N a d i r (gəlir). Mən gəlmişəm. 
Q o r x m a z o v. Hə? Necə! Gəlmisən? Gəlmə, gəlmə. Əlini cibindən 
çıxart deyirəm sənə! 
N a d i r. Kefim belə istəyir. 
Q o r x m a z o v. Qorxuram sənin kefin mənə çox baha otura. 
(Diksinir, Nadir irəlilədikcə Qorxmazov dalı-dalı gedir.) 
N a d i r. Sizi başa düşmürəm. 
Q o r x m a z o v. Əllərini qaldır, bir, iki, üç... 
N a d i r. Sizə nə olub? Tapança kimi nə açılırsınız adamın üstünə? 
Q o r x m a z o v. Aha, tapança, tapança... 
N a d i r. Nə tapança, canım? 
Q o r x m a z o v. Cibindəki tapança... 
N a d i r. Cibimdə tapança? (Ciblərini göstərərkən Qorxmazov 
həyəcan keçirir.) 
Q o r x m a z o v. Pencək cibini də, qoltuq cibini də, dal cibini də... 
(Kənara) Ürəyim bir az rahat oldu. (Nadirə) Qoçuluq dövrü çoxdan 
keçib. 
N a d i r. Əlbəttə. Bunu özünüzə deyin... Yaxşı, məni niyə 
çağırmısınız? 
Q o r x m a z o v. Onun çün çağırmışam ki,mənim rəhbərliyim altında 
sən nə ixtiyarla əxlaq pozğunluğu ilə məşğul olursan? 
 


_____________Milli Kitabxana________________ 
260 
 
 
N a d i r. Bunun sizə heç dəxli yoxdur. 
Q o r x m a z o v. Deməli bu həqiqətdir? 
N a d i r. Həqiqət, ya qeyri-həqiqət... Bu mənim öz işimdir. 
Q o r x m a z o v. Nə dedin? Mən heç kəsə izin vermərəm ki, 
əxlaqsızlıq eləyib atelya modamın və  mənim avtoritetimi yerə vursun. 
Günah Gülarada yox, səndə imiş, sən karikaturistdə... 
N a d i r. Bu belə qalmayacaq. 
Q o r x m a z o v. Əlbəttə qalmayacaq. 
N a d I r. Mən intiqam alacağam, intiqam! 
Q o r x m a z o v. İntiqam qurtarmadi? (Qorxur, geri çəkilir.)Kimdən? 
N a d i r. Bu komediyanın baş rejissorundan. 
Q o r x m a z o v. Onda get teatra! 
N a d ı r. Mənim intiqamım çox dəhşətli olacaq, çox... 
Q o r x m a z o v. Tapançayla, əlbəttə, dəhşətli olar. (Titrəyir.) Adə, 
məni öldürmək istəyirsən, hə? 
N a d i r. Bəli, sizin o çürük qəlbinizdəki murdar, ləkəli, iyrənc, 
əməlləri çoxdan öldürmək lazımdı. 
Q o r x m a z o v. Bu nə danışır adə... Mən vətənbazlıq eləyəndə, 
inqilabbazlıq eləyəndə, can qoyanda sən hələ anadan olmamışdın...  
Detski malçik! 
N a d i r. Əlimdə imkan olsaydı yaltaqlığı, alçaqlığı, qorxaqlığı, 
ikiüzlülüyü, lovğalığı, mənəm-mənəmliyi, sizə  bənzər adamların 
beynindən qızmar kəlbətinlə kökündən çıxarıb zibil yeşiyinə atardım ki, 
sağlam cəmiyyətimizi zəhərləməsin. Bəli, sizdəki bu təmayülləri 
öldürmək mənim müqəddəs borcumdur. Bu qədər! (Gedir.) 
Q o r x m a z o v. Adə adam öldürmək havaxtdan müqəddəs iş olub? 
Vay, vay, bu nə deyir adə. Məni öldürmək... yox, yox, mən ölməyəcəyəm, 
mən özüm sizi öldürəcəyəm! (Zəngi basır, Dəmirov gəlir.) Adə, Dəmirov, 
düz deyirsənmiş, məni öldürəcəklər. Tez dost-aşnamı çağır gəlsin... 
(Dəmirov  yalandan ağlaya-ağlaya gedir.) Yox, mən ölməyəcəyəm, 
ölməyəcəyəm. Yenə də prikaz verəcəyəm, qol çəkəcəyəm... 
 
Bayramalı, Dilavər və Dəmirov birlikdə gəlilər. 
 
D i 1 a v ə r. Bu nə qara xəbərdir, canım? 
Q o r x m a z o v. Ölüm xəbəridir ölüm, bu dəqiqə o malağanturist 
məni hədələdi ki, səni öldürəcəyəm.  
D i l a v ə r. Çün o... 
 
 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə