- 115 -
diqqəti сəlb edir.
Budaq müəllimlə münasibətimizin görünən tə-
rəfləri isə onun ən çox mənim rəhbərlik etdiyim
Azərbayсan Universitetinin tədbirlərində iştirakı ilə
bağlıdır. O, Azərbayсan Universiteti nəzdindəki
«Şərq-Qərb» tədqiqat mərkəzinin təsisçilərindən bi-
ri və daimi üzvüdür. Onun böyük elmi dünyagörüşü
bu mərkəz çərçivəsində keçirilən müzakirələrdə,
elmi tədbirlərdə iştirakçılar üçün həmişə faydalı
olmuşdur. Budaq müəllim universitetdə nəşr olunan
«Ipək yolu» оurnalının işində, «Istedad» klubunun
tədbirlərində də fəal iştirak edir. Işinin çox olmasına
baxmayaraq, istedadlı gənсlərlə görüşlərə həmişə
vaxt tapır və öz köməkliyini onlardan əsirgəmir.
75 illik həyat yoluna nəzər salarkən akademik
Budaq Budaqovun simasında ilk növbədə, çağdaş
Azərbayсan elmini yüksək səviyyədə təmsil edən,
xalqa, Vətənə, millətə həqiqətən bağlı olan, сoğrafi
vətənlə mənəvi vətəni öz həyat və yaradıсılığında
ehtiva edən əsl vətəndaş-alim, əsl azərbayсanlı gö-
rürəm.
“Elmin budağı”, Bakı, 2003
- 116 -
Daşların simfoniyası
(Akademik Ömər Eldarov haqqında)
Hüseyn Cavid mükafatı laureatı
Hüseyn Cavid
özü milli məfkurə-
mizin formalaşma-
sında ən ünlü bələd-
çilərdən biri olduğu
kimi,onun adına təsis
olunmuş mükafatın
həqiqi ünvanlarının
axtarılıb tapılması işi
də millətimizin bir çox şəxsiyyətlərini, əsl ziyalıları-
mızı tanımağıma bilavasitə səbəbkar olmuşdur.
Azərbaycan Universitetinin rektoru kimi çalış-
dığım dövrdə Azərbaycan Yazıçılar Birliyi və Milli
Elmlər Akademiyası ilə birgə təsis etdiyimiz Hü-
seyn Cavid mükafatının laureatları ilə yaxından ta-
nışlıq imkanı yarandı. Cavid parkında ucalan möh-
təşəm Cavid abidəsinə görə 1998- ci ilin mükafatına
layiq bilinən görkəmli heykəltaraş, akademik Ömər
Eldarovla ilk dəfə görüşürdüm. Şöhrəti bütün ölkə-
yə yayılmış bu şəxsin özü o dərəcədə təvazökar və
səmimi idi ki, heç elə bil o böyük abidələrin müəl-
lifi deyildi.
- 117 -
İllər keçdi, mən bu ünlü sənətkarın yaradıcılı-
ğı ilə daha yaxın tanış olduqca, onun özü ilə də ye-
nidən görüşmək və onun öz əsərləri haqqında şəxsi
təəssüratlarını dinləməyə getdikcə daha çox ehtiyac
hiss etdim. Heykəllər nə isə deyirdi, amma yara-
dılmışların dedikləri başqa, yaradıcılıq prosesinin öz
sirri-sehri bir başqa! Daşlara can verib yaşatmaq sə-
nəti. Cavid demişkən, “ yaşamaq gözəldir, yaşatmaq
daha gözəl!”
Tədqiqat Mərkəzində istirahət ideyası
2011-ci ilin isti yay mövsümündə yenə də hə-
mişəki kimi gərgin iş gününün sonunda Şərq-Qərb
Mərkəzinin işçiləri, nəhayət, dilə gəlib, «bəlkə biz
də arabir istirahət haqqında fikirləşək», – dedilər.
– Amma bir şərtlə ki, istirahət sadəcə vaxt it-
kisi olmasın, tədqiqatımız üçün yeni qida versin,
məsələn, Şərq və Qərbin yeni bir təmas xəttini
tapaq, – dedim.
Kim isə İstanbula getməyi, Avropa və Asiya
qitələrini birləşdirən Boğaziçi körpüsü haqqında
təəssüratları bölüşməyi təklif etdi. Başqa təkliflər də
oldu... Amma iş çox idi və biz istirahət üçün cəmi
bir gün ayıra bilərdik.
– Şərq ilə Qərb özgə harada birləşir? – deyə
soruşdum.
– Üzeyir Hacıbəyovun musiqisində!
– Bəli, Üzeyir Hacıbəyov! Onun sənəti doğ-
rudan da Şərq ilə Qərbin vəhdətini təcəssüm etdirir.
- 118 -
Onu ziyarət etməyin ən gözəl məkanı Şuşadır, am-
ma …
– Bəs özgə harada?
– Lütfi Zadənin təlimində. Onun Şərq düşüncə
tərzi Qərb məntiqinə yeni çalar gətirmiş və dünya-
nın ən böyük kəşflərindən biri məhz bu vəhdət
sayəsində mümkün olmuşdur.
– Amma Amerika İstanbuldan da uzaqdır.
–
Bizim milli təsviri sənəti, təbiətimizin və
həyatımızın özünəməxsusluğunu ən müasir rəngkar-
lıq texnikasının açdığı yeni imkanlar zirvəsində Av-
ropada təmsil edən Toğrul Nərimanbəyovun sənət
dünyası. Sanki Şərqin rəng qamması Qərbə transfer
olunub.
–
Gözəl misaldır, amma Toğrul Nərimanbə-
yov çox güman ki, indi Fransadadı.
Fikir axtarışlarında uğursuzluqdan az qala
mütəəssir olmuşduq ki, birdən ağlımıza vəhdət
təcəssümünün daha bir yüksək nümunəsi gəldi:
– Ömər Eldarovun yaradıcılığında! Burada da
iki düşüncə tərzi, iki mədəniyyət üzvi surətdə birləş-
mişdir. Həm də bu vəhdətin yaradıcısı ilə bilavasitə
görüşmək şansımız var.
– Necə olub ki, indiyə qədər müasirimiz olan
və bizimlə bir şəhərdə yaşayan bu canlı klassikin
özü və yaradıcılığı ilə yaxından tanış olmamışıq?
Məgər Şərq-Qərb Mərkəzinin foyesində asılmış bö-
yük şəkil – hər gün işə gələrkən rastlaşdığımız bu
sənət əsəri – Azərbaycanda bu problemin əsasını
- 119 -
qoymuş görkəmli şərqşünas alim Aida İmanquli-
yevanın qəbirüstü abidəsindən reproduksiya deyilmi
və bu abidə də məhz akademik Ömər Eldarovun
zəngin yaradıcılıq kolleksiyasından bir nümunə de-
yilmi?
Bəzən biz uzaq ellərdə, qədim zamanlarda
yaradılmış sənət abidələrini, bu abidələrin yaranma
tarixçələrini təfərrüatlara qədər əzbər bilirik. «Uzaq
elin halvası şirin olur», amma de, hansı sənət əsəri,
hansı heykəl qəlbimizi Füzulinin abidəsi qədər riq-
qətə gətirə bilib? Hansı daş abidə poeziyanın lirik
notlarını Natəvan heykəli kimi tək bir baxışla ifadə
Dostları ilə paylaş: |